Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   2   3   4   5   6   7   8   9   10   ...   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

29

Оnun arvadı cəhənnəmə daxil olacaq, o, arvad ki, 



daima çiynində odun daşıyardı. 

ﺪﺴﻣ ﻦﻣ ﻞﺒﺣ ﺎﻫﺪﻴﺟ ﰱ

 

“Həmişə boynunda xurma lifi ya ip olardı”. 



Əbu  Ləhəbin  arvadı  Əbu  Süfyanın  bacısı, 

Müaviyyənin  isə  bibisi  idi.  Islamın  əleyhinə  ərindən 

də  çox  çalışırdı.  Çöldən  tikanları  yığıb  Peyğəmbər(s) 

gedən  yola  tökərdi  ki,  ayaqlarına  batsın.  Yeri 

gəlmişkən,  bir  gün  tikan  gətirəndə  ip  onun  boğazına 

keçdi.  Nə  qədər  çalışdı  aça  bilmədi  və  cəhənnəmə 

daxil oldu.  

Bəzilərinin  fikrincə o, söz gəzdirən, ya çox paxıl 

qadın idi.  

Bəziləri  də  deyirlər:  o,  qadın  qiyamətdə  çox 

insanların  gunahını  çiynində  gəzdirəcək.  Ona  görə 

Qurani-Kərim bu ibarəti onun haqqında işlədibdir. 

Amma 

bu 


fikirlərin 

hamısının 

olması 

mümkündür.  Yəni  o,  həm  odun  daşıyardı,  həm  söz 



gəzdirən  və  paxıl  idi,  həm  də  çoxlu  insanların 

cəhənnəmə getməsinə səbəb olmuşdu. Yeri gəlmişkən 

qeyd etmək yerinə düşər: “söz gəzdirmək” çox böyük 

günahlardandır.  Həzrət  “Musa”(ə)  bir  dəstə  insanla 

yağış  istəmək  üçün  namaz  qılmağa  çıxmışdılar 

(istisqa).  Dua  edirdilər,  amma  duaları  qəbul  olmurdu. 

Həzrət  Musa  (ə)  Allah-Təaladan  soruşdu:  İlahi,  niyə 

bizim  dualarımızı  qəbul  etmirsən?  Cavab  gəldi:  Ya 

Musa  (ə),  sizin  dəstədə  “söz  gəzdirən”  bir  insan  var. 

Nə  vaxta  qədər  o,  sizin  içərinizdədirsə  sizin  duanız 




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

30

qəbul  olmayacaq.  Həzrət  Musa  (ə)  bu  xəbəti  onlara 



çatdırdı.  Həmin  adam  ürəyində  çox  peşman  oldu, 

tövbə  etdi  Allah-Təala  onun  tövbəsini  qəbul  edib 

yağış yağdırdı.  

 Vay  olsun  söz  gəzdirənlərə.  Vay  osun  söz 

gəzdirən cəmiyyətə, əgər onlar tövbə etməsələr, çirkin 

əməllərindən əl çəkməsələr, bu zaman onların sonu nə 

ilə  nəticələnəcək?  Pənah  aparaq  Allaha  onların 

şərrindən.  

 

“Təbbət” surəsinin hədəfi. 

Bu  surə  Əbu  Ləhəb  və  onun  arvadı  haqqında 

nazil  olub.  Onların  islam  və  Peyğəmbər(s)-in 

qarşısında  böyük  bir  səd  olduğunu  bəyan  edir.  Bu 

işlərin  əvəzində  Allahdan  onlara  gələn  bəlanın 

barəsində  xəbər  verir.  Bu  iki  hədəfin  bütün  dünya  və 

axirət çirkinliklərin insanlara elan edir. Bildirir ki, hər 

kim  Allaha  qarşı  hansı  mövqedə  olsa,  Allah  da  onu 

eləcə mükafatlandırar.  

 

“Təbbət” surəsinin xüsusiyyətləri.  

1.  Bu  surənin  oxumağın  fəziləti:  Kim  bu  surəni 

oxusa  Allah-Təala  onu  Əbu  Ləhəblə  bir  yerə 

toplamaz.  Yəni  o,  behişt  əhli  olar,  Əbu  Ləhəb  isə 

cəhənnəm əhlidir.  

2. Bu surə məkkədə nazil olubdur.  



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

31

3.  Bu  surə  Əbu  Ləhəbin  və  arvadının  başına 



gələnləri əvvəlcədən  xəbər  verməklə, özünün  möcüzə 

olmağını bir daha təsdiqləyir.  

4.  Bu  surədən  məlum  olur  ki,  insan  sülbi 

(qomumluq  –  red.)  cəhətdən  yaxın  olsa  da  belə  əqidə 

onun uzaqlaşdıraraq özgələşdirir.  

5.  Bu  surə  “Əbu  Ləhəb”,  “Məsəd”  və  “Təbbət” 

adlanır. Ona görə ki, bu sözlər onda işlənib.  

İlahi, bizləri “Əbu  Ləhəb” kimi  insanlardan uzaq 

et.  

 

 



 

Sual və tapşırıqlar.  

1. Bu surə harada nazil olub? 

2. Əbu Ləhəb kimdi?  

3. “Həmmalət hətəb” kim idi?  

4. “Təbbət” surəsi nə vaxt nə üçün nazil olub?  

5. Əbu Ləhəbin arvadı necə oldu?  

6. “Təbbətin” mənasını izah edin. 

7.  Bu  surənin  adlarını  və  onun  adlanma  səbəbini 

yazın.       

    


 

 

 



 

 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

32

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



    

Beşinci Dərs 

“Nəsr” surəsi 

ﻢﻴﺣﺮﻟا ﻦﲪﺮﻟا ﷲا ﻢﺴﺑ

 

 ُﺢْﺘَﻔْﻟاَو ِﻪﱠﻠﻟا ُﺮْﺼَﻧ ءﺎَﺟ اَذِإ



  

 

ﺎًﺟاَﻮْـﻓَأ ِﻪﱠﻠﻟا ِﻦﻳِد  ِﰲ َنﻮُﻠُﺧْﺪَﻳ َسﺎﱠﻨﻟا َﺖْﻳَأَرَو



  

 َـﺘْﺳاَو َﻚﱢﺑَر ِﺪْﻤَِﲝ ْﺢﱢﺒَﺴَﻓ

ﺎًﺑاﱠﻮَـﺗ َنﺎَﻛ ُﻪﱠﻧِإ ُﻩْﺮِﻔْﻐ

 

“Nəsr” surəsinin kəlmələri.  

 

ذا - o, o zaman, o vaxt, o zaman ki,  



 

ءﺎﺟ - gəldi. 

 

 ِﻪﱠﻠﻟا ُﺮْﺼَﻧ - Allahın köməyi.  



 

ﻊﺘﻓ - qələbə-genişlik- düşməni fəth etmək. 

 

 َﺖْﻳَأَرَو - gördün. 




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

33

 



سﺎﺑ - camaat. 

 

 َنﻮُﻠُﺧْﺪَﻳ  - daxil olarlar. 



 

ﰱ - da-də (şəkilçi). 

ﺎًﺟاَﻮْـﻓَأ – dəstələr.  

ف- sonra (bağlayıcı). 

 ْﺢﱢﺒَﺴَﻓ - təsbeh de (zikr et)- sübhanəllah de. 

ب- ın-in (şəkilçi).  

 ِﺪْﻤَِﲝ  - şükür sənə. 

 

بر - yaradan- sahib- malik- tərbiyə edən. 



ك- sən (əvəzlik) . 

 ْﺮِﻔْﻐَـﺘْﺳاَو- bağışlanmaq tələb et. 

 ُه - o, (əvəzlik).  

 

نا - həqiqətən. 



 

ﻪﻧا - həqiqətən o. 

  

نﺎﻛ- var, olub (malikiyyət).  



ﺎًﺑاﱠﻮَـﺗ  - çox tövbə edən- çox tövbə qəbul edən. 

 

“Nəsr” surəsinin hərfi tərcüməsi. 

“o,  vaxt  ki,  Allahın  köməyi  sənə  üz  gətirər,  o, 

vaxt ki, böyük qələbəyə nail oldun, gördün ki, camaat 

dəstə-dəstə  Allahın  dinini  qəbul  edirlər,  onda  təsbeh 

de,  Allahına  şükr  et,  və  ondan  bağışlanmaq  istə, 

həqiqətən sənin Allahın çox tövbə qəbul edəndir”.

 



Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə