Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

38

5. Bu surədə vurğulanan məqanlar hansılardır?  



6. “Təvvab”(

باﻮﺗ ) sözünün mənası nədir?  

7. “Təvvab” sözü Allaha  nisbət veriləndə mənası 

necə olur?  

 

                                                                  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Altıncı Dərs 

“Kafirun” surəsi 

ﻢﻴﺣﺮﻟا ﻦﲪﺮﻟا ﷲا ﻢﺴﺑ

 

 َنوُﺮِﻓﺎَﻜْﻟا ﺎَﻬﱡـﻳَأ ﺎَﻳ ْﻞُﻗ



  

 َنوُﺪُﺒْﻌَـﺗ ﺎَﻣ ُﺪُﺒْﻋَأ  َﻻ

  

 ُﺪُﺒْﻋَأ ﺎَﻣ َنوُﺪِﺑﺎَﻋ ْﻢُﺘﻧَأ  َﻻَو



  

 ﺎَﻧَأ  َﻻَو

 ْﱡﰎﺪَﺒَﻋ ﺎﱠﻣ ٌﺪِﺑﺎَﻋ

 

 ُﺪُﺒْﻋَأ ﺎَﻣ َنوُﺪِﺑﺎَﻋ ْﻢُﺘﻧَأ  َﻻَو



  

 َِﱄَو ْﻢُﻜُﻨﻳِد ْﻢُﻜَﻟ

 ِﻦﻳِد

 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

39

 



“Kafirun” surəsinin kəlmələri.  

ﻞﻗ- de 


ﺎﻳ- ey (nida) 

ﺎﻬﻳا- ey onlar 

 َنوُﺮِﻓﺎَﻜْﻟا-  kafirlər  -  həqqin  üstünü  örtənlər  -  inkar 

edənlər 


ﻻ- yox (inkar). 

ﺒﻋا


ﺪ - sitayiş edirəm- ibadət edirəm 

ﻻأ

ﺒﻋ



ﺪ - sitayiş etmirəm 

ﺎﻣ- o, şey ki,  

 َنوُﺪُﺒْﻌَـﺗ -sitayiş edirsiz 

 ْﻢُﺘﻧَأ  - siz 

 َنوُﺪِﺑﺎَﻋ - sitayiş edənlər 

 

ﺎﻧا - mən 



 َل

 ِل



- üçün – ona xatir 

 ْﻢُﺘﻧَأ - siz (kişi cinsinə aid əvəzlik) 

ﻢُﻜَﻟ- sizin üçün 

 

ﻦﻳد - din  



ﻢُﻜﻨﻳِد - sizin dininiz  

 و- və (bağlayıcı)  

 ل- xatir, üçün. 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

40

 



ﱃ - mənim üçün, mənə xatir.  

 

“Kafirun” surəsinin hərfi tərcüməsi. 

 “De:  Ey  kafirlər,  mən  heç  vaxt  sizin  bütlərə 

bəndəçilik  etməyəcəyəm,  siz  də  mənim  pərəstiş  və 

bəndəçilik  etdiyim  Allaha  bəndəçilik  etməyəcəksiz, 

mən 


də 

sizin 


bəndəçilik 

etdiyinizə 

bəndəlik 

etməyəcəm,  siz  də  mən  pərəstiş  etdiyimə  ibadət 

etməyəcəksiz,  sizin  dininiz  sizin  üçün  olsun,  mənim 

dinim mənim üçün”.  

     

“Kafirun” surəsinin təfsiri.  

Bu  surə  Vəlid  ibn  Müğeyrə,  As  ibn  Vail,  Haris 

ibn  Teye,  Üməyyə  ibn  Xələf  kimi  bir  dəstə  Qureyş 

müşriklərinin  başçıları  barədə  nazil  olub.  Onlar 

deyirdilər:  Ey  Muhəmməd  (s),  gəl  bir  il  sən  bizim 

dinimizə  itaət  et,  bir  il  də  biz  sənin  dininə  itaət  edək 

və  səni  öz  imtiyazlarımızda  şərik  edərik.  Əgər  sənin 

dinin  yaxşı  olsa  biz  ondan  mənfəətlənərik.  Bizim 

dinimiz yaxşı olsa, sən onda bəhrələnərsən.  

Həzrət onların cavabında buyurdu: “Allaha pənah 

aparıram ona şərik qoşmaqdan”.  

Onlar  dedilər:  Heç  olmasa  bizim  bütlərin  əlini 

vur və təbərrik et. Bizdə səni təsdiq edərik və Allahına 

ibadət edərik.  

Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Mən  Allahımın 

əmrini gözləyirəm”.  




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

41

Elə bu zaman “Kafirun” surəsi nazil oldu. Həzrət 



Peyğəmbər  (s)  Məscidül  Hərama  gedib  müşriklərin 

başı  üstə  dayanıb  bu  surəni  axıra  qədər  oxudu.  Onlar 

bu ayələri eşitdikdən sonra tam surətdə məyus oldular 

və  Peyğəmbər  (s)-i  və  onun  dostlarını  incitməyə 

başladılar.  

 َنوُﺮِﻓﺎَﻜْﻟا ﺎَﻬﱡـﻳَأ ﺎَﻳ ْﻞُﻗ

 

 

De “Ey kafirlər”,  



 َنوُﺪُﺒْﻌَـﺗ ﺎَﻣ ُﺪُﺒْﻋَأ  َﻻ

 

 



Siz ibadət etdiyinizə mən ibadət etməyəcəyəm.  

 ُﺪُﺒْﻋَأ ﺎَﻣ َنوُﺪِﺑﺎَﻋ ْﻢُﺘﻧَأ  َﻻَو

 

 

Siz  də  mən  ibadət  edən  Allaha  ibadət 



etməyəcəksiniz.  

Bu ayə ilə Həzrət müşriklər ilə öz arasında ayrılıq 

xəttini  çəkir.  Onlara  elan  edir  ki,  bir  dəfəlik  bu  fikri 

başınızdan  çıxarın,  mən  bütpərəstlik  etməyəcəyəm. 

Sizdə heç vaxt bu inad ilə Allaha ibadət edən deyilsiz. 

Keçmişinizin  pisliyindən  əl  çəkən  deyilsiz.  Onları 

kor-koranə  təqlid  etməyinizə  davam  edəcəksiniz. 

Bütpərəstlərdən 

sizə 

gələn 


haram 

qazancları, 

Allahpərəstliyin  ixlas  kölgəsi  ilə  əvəz  etmək  fikrində 

deyilsiz.  

Yenə də müşrikləri məyus etməkdən ötəri, onlara 

bu məsələdə heç bir sazişə getməməyi bildirmək üçün 

nəhayət  Allahpərəstliklə  bütpərəstliyin  heç  bir  vəchlə 

uyğunlaşmayacağını elan edərək buyurdu:  

 ْﱡﰎﺪَﺒَﻋ ﺎﱠﻣ ٌﺪِﺑﺎَﻋ ﺎَﻧَأ  َﻻَو 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

42

 “mən də heç zaman bütlərə ibadət etmərəm”.  



    Sözün  davamında  kafirlərin  yalançı  olduğunu  

elan edir. Onlar deyirdilər: bir il sən bizim kimi ibadət 

et,  bir  il  də  biz  sənin  Allahına  bəndəçilik  edərik. 

Onların  “sənin  Allahına  ibadət  edərik”  sözlərinin 

yalan olmasını  və bu sözdə də qeyri səmimi olduqları 

və  hiyləgərlik  etdiklərini  yaxşı  bilən  Allah-Təala 

Həzrət Peyğəmbər (s)-ə buyurur ki, onlara belə desin: 

 ُﺪُﺒْﻋَأ ﺎَﻣ َنوُﺪِﺑﺎَﻋ ْﻢُﺘﻧَأ  َﻻَو

 

 

“Siz  də  mənim  Allahıma  ibadət  edən  deyilsiz.” 

Yəni  bu  dediklərinizin  hamısı  yalan  və  hiylədir. 

Istəyirsiniz mən sizin bütlərə ibadət edəm, sonra bunu 

əlinizdə bayraq edib, mənim də bütpərəst olmağımı və 

sizin kimi olduğumu hamıya çatdırasız.  

Belə olan halda:  

 ِﻦﻳِد َِﱄَو ْﻢُﻜُﻨﻳِد ْﻢُﻜَﻟ 

“Sizin  dininiz  sizin  üçün,  mənim  dinim  isə 

mənim üçün olsun.” Bu ayədə Allah-Təala Peyğəmbər 

(s)-ə buyurur ki, onlara de: Çox gülməli və pis bir şey 

fikirləşmisiz.  Sizin  öz  təfəkkürünüzə  görə  dininiz 

vardır,  mənim  Allahım  da  mənə  bu  dini  göndəribdir. 

Sizin  dininiz  şirk  və  bütpərəstlik,  mənim  dinim  isə 

tovhid  və  təkallahlı  dindir.  Sizin  dininiz  xurafat  və 

cəhalət, mənim dinim isə həqiqət bə fəzilət dinidir. Bu 

iki  dinin  arasında  qədimdən  ziddiyyət  mövcuddur. 

Bunlar  bir-birinin  əleyhinə  olan  dinlərdir.  Bunların 




Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə