Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 0,72 Mb.

səhifə1/22
tarix01.09.2018
ölçüsü0,72 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 1 - 
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 2 - 
 
Bismillahir-Rahmənir-Rahim 
Ön söz 
 
İnsan  yer  üzünə  qədəm  qoyub  təklif  sahibi 
olandan  (yəni,  həddi-buluğa  çataraq  şəriət  məsələləri 
boynuna  vəzifə  gələndən  –  red.),  ta  ömrünün  sonuna 
qədər  daima  fəaliyyətdədir.  Bu  fəaliyyət  iki  qanun 
üzərində  qurulur.  Bunlardan  biri  təkvini,  ikincisi  isə 
təşrii  qanun  adlanır.  Təkvini  qanunda  insanlar 
məsumdurlar.  Onlar    bu  qanunu  poza  bilmirlər. 
İstəklərindən  asılı  olmayaraq  ona  əməl  edib  o 
qanunun hakimiyyətinə boyun əyirlər. 
 
İkinci qanun ki, təşrii (şəriət) qanunlardır, insan 
burada ixtiyar sahibidir. O qanuna əməl etmək, insana 
bəzən  vacib  formada,  bəzi  hallarda  isə  məsləhət 
formasında  buyurulub.  Başqa  sözlə  desək  şəriət 
qanunlarının  bəzilərinə  insanın  əməl  etməsi  vacibdir, 
bəzilərinə  isə  əməl  etsə  yaxşıdır,  əməl  etməsə  cəzası 
yoxdur. 
 
Təkvini  qanunlarda  insan  ona  görə  məsumdur 
ki, yuxarıda dediyimiz kimi, insan bu qanuna məcburi 
formada  əməl  edir:  dünyaya  gəlmək  vaxtı  çatarkən 
doğulur,  zamanı  çatarkən  diş  çıxarır,  hərəkət  edir, 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 3 - 
gəncləşir,  qocalır  və  dünyasını  dəyişir.  Bu  qanunun 
müqabilində  insanın  mənəvi  mənfəəti  yoxdur.  Amma 
təşrii  qanuna  əməl  etmək  insana  o  qədər  mənfəət 
gətirir ki, insan  ilahiləşə bilir:  meraca gedir, əlçatmaz 
zirvələr  fəth  edir,  mələklərdən  üstün  olur,  Allah  ona 
xatir  kainata  rəhmət  bəxş  edir.  Bu  üstünlüyün  birinci 
səbəbi 
insanın 

qanun 
qarşısında 
ixtiyarı 
olmağındadır  -  öz  seçimi  ilə  fəziləti  rəzilətə  üstün 
tutmağındadır,  ilahiləşməni  şeytaniləşməyə  qələbə 
etdirməyindədir. 
 
Bəli,  biz  şəriət  qanunları  ilə  vəzifələnərkən 
fəzilətlər  bizə  üz  gətirir.  O  vəzifələrə  əməl  edərkən 
fəzilətləri  əxz  edirik,  əks  halda  isə  onları  əlimizdən 
veririk. 
 
“Bəs  bu  vəzifələr  haradan  bizə  vacib  olur?” 
sualına,  bu  gün  hər  qanundan  üstün  olan,  bəşərin  əl 
aparıb  təhrif  edə  bilmədiyi  ilahi  qanun  -  ilahi  kitab 
olan  Qurani-Kərimdə  cavab  tapa  bilərik.  Allah-Təala 
müqəddəs kitabında buyurur: 
ﺎﻫاﻮﻘﺗ و ﺎﻫرﻮﺠﻓ ﺎﻬﻤﳍﺎﻓ
 
“Biz  insana  yaxşı  və  pisi  ilham  etdik.”  (surə  “Şəms”, 
ayə 8).  
Başqa bir yerdə buyurur: 
مﻮﻗا ﻲﻫ  ﱴﻠﻟ ىﺪﻬﻳ ناﺮﻘﻟا اﺬﻫ نا
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 4 - 
“Həqiqətən  bu  Quran  ən  möhkım  və  əbədi  olan  bir 
dinə  hidayət  edir.”  (surə  “İsra”,  ayə  9).  Belə  məlum 
olur ki, bu din ən möhkəm və əbədi bir dindir və buna 
hidayət  edən  kitab  isə  ən  üstün  qanuna  malikdir. 
Bizim  bu  dini  qəbul  edib,  onun  qanunlarına  əməl 
etməyimiz, Quranın hökmü ilə vacib olubdur. 
 
Qısa  bir  araşdırmadan  sonra  məsələni  belə 
qoyuruq ki, biz iki cəhətdən təkmilləşirik: birincisi bu 
qanuna  əməl  etmək,  ikincisi  isə  bu  qanuna  düzgün 
yanaşmaq  istəməyənlərlə  və  ya  düzgün  yanaşmağı 
bacarmayanlarla  mübarizə  aparıb,  onlar  tərəfindən 
xalqın 
fikrində 
yaranmış 
çaşqınlığa 
aydınlıq 
gətirməkdən  ibarətdir.  Əlbətdə,  bu,  bir  cəhətdən  bizə 
vacib  olan  təklifdir.  Şübhəsiz  ki,  bizim  muxtəlif 
sahələrdə  təkliflərimiz  vardır.  Amma  işarə  etdiyimiz 
sahə  bu  gün  aktual  bir  məsələ  olduğuna  görə  və  son 
zamanlar  bəzi  ünsürlərin  Quranın  müqəddəs  olan 
ayələrini  öz  çaşqın  nəzərləri  ilə  təfsir  etmələri,  səbəb 
oldu ki, biz də qələm götürüb bu barədə, kiçik də olsa, 
oxuculara  bir  yazı  təqdim  edək.  Əlbətdə,  televiziya 
ekranlarında  və  kütləvi  mətbuatda  gedən  əks 
təbliğatlara  qarşı  bu  yazı  çox  azdır.  Amma  ümüdimiz 
budur  ki,  Allah  belə  yazılara  bərəkət  verəcək,  özü 
buyurduğu  kimi;  “sayca  az  olan  çox  dəstələr  var  ki, 
sayca  çoxluq  təşkil  edənlərə  qalib  olublar”.  Yaxud, 
Natiqi-Quran  olan  Mövla  İmam  Əli  (ə)  buyurub: 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 5 - 
“Həqiqət yolunun əhlinin azlığı sizi qorxutmasın”. 
 
Bu  yazıda Quranın  maarifi, ayələrin  nazil  olma 
səbəbləri,  Quranı  kimlər  təfsir  edə  bilər  və  vəhyin 
növləri  haqqında,  Quran  ətrafında  bir  neçə  cəhətdən 
söhbət  açaq  ki,  möminlərə  qaranlıq  olan  məsələlərə 
aydınıq gəlsin. 
 
Bu  yazıya  başlamağımız  Quran  və  rəhmət  ayı 
olan  Ramazan  ayına  təsadüf  etdiyindən,  inşaallah 
xeyrinin çox olacağına ümid edirik. 
5 Ramazan 1425 
20 Oktyabr 2004 
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 6 - 
Bismillahir-Rahmənir-Rahim 
1-ci DƏRS 
I.  Quranın öz dili ilə “Quranın nazil 
edilməsindən məqsəd” 
II.  Quranın dili 
III.  Quranın bəyan uslubu  
IV.  Maarif bəyan etməkdə Quranın başqa 
kitablarla fərqi 
Quranın öz dili ilə “Quranın nazil 
edilməsindən məqsəd” 
 
Əvvəla  bir  qədər  Quran  haqqında  məlumat 
verək.  Belə  ki,  Quran  asimani  bir  kitab  olaraq  Allah 
tərəfindən,  Allahın  “Şədidül  Qüva”  (çox  qüvvətli) 
adlandırdığı,  ən  ali  olan,  əmin  ləqəbi  ilə  tanınmış 
mələk  -  Cəbrailin  vasitəsi  ilə  yer  üzündə  insanların 
əşrəfi,  ən  fəzilətlisi  və  əmini  olan  bir  şəxsə  nazil 
olmuşdur. Bu kitabın əhəmiyyəti, mövqeyi və qiyməti 
ondan  məlum  olur  ki,  Allah-Təala  onu  ən  etibarlı 
əllərə  tapşırdı,  və  əlavə  olaraq  buyurdu:  “Biz  onu 
(Quranı) 
göndərmişik, 
biz 
də 
onu 
qoruyub 
saxlayacağıq”. 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə