Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 7 -
Başqa bir yerdə isə Allah-Təala Quranı
göndərməkdə öz məqsədini belə bəyan edir: “Bu
Quran çox möhkəm bir dinə hidayət edir”.
“Bəqərə” surəsinin 2-ci ayəsində Allah-Təala
buyurur: “Bu kitab təqvalıları hidayət edəndir”.
ﲔﻘﺘﻤﻠﻟ ىﺪﻫ ﻪﻴﻓ ﺐﻳر ﻻ بﺎﺘﻜﻟا ﻚﻟاذ
Bunun mənası odur ki, təqva əhli, Allahdan qorxanlar
bu kitabın vasitəsi ilə hidayət olunub kamala
yetişərlər.
Amma, digər tərəfdən də Allahın məqsədi
Quranı göndərməkdə bütün bəşəriyyəti hidayət
etməkdir. Bu barədə Quranın müxtəlif yerlərində
ayələr vardır. Məsələn, “Tövbə” surəsinin 33-cü
ayəsində buyurur: “Allah öz elçisini hidayət etməyə
və həqq dinə dəvət etməyə və bu dini bütün dinlərə
qalib etmək üçün göndərib, müşriklərin acığı gəlsə
də”.
ﻦﻳﺪﻟا ﻰﻠﻋ ﻩﺮﻬﻈﻴﻟ ﻖﳊا ﻦﻳد و ىﺪﳍﺎﺑ ﻪﻟﻮﺳر ﻞﺳرا ىﺬﻟا ﻮﻫ
نﻮﻛﺮﺸﳌا ﻩﺮﻛ ﻮﻟو ﻪﻠﻛ
Başqa bir yerdə (Müdəssir-31) buyurur:
“O, bəşəri xəbərdar etmək üçündür”.
ﺮﺸﺒﻠﻟ ىﺮﻛذ ﻻا ﻰﻫ ﺎﻣ و
“O, aləmləri xəbərdar etmək üçündür”. (Qələm-52).
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 8 -
ﲔﳌﺎﻌﻠﻟ ﺮﻛذ ﻻا ﻮﻫ ﺎﻣ و
Yenə başqa bir yerdə Allah-Təala belə buyurur:
“Böyük olan Allah Furqanı öz bəndəsinə aləmlərə
nəsihət vermək üçün nazil edib”. (Furqan-1).
ﺗ
كرﺎﺒ
اﺮﻳﺬﻧ ﲔﳌﺎﻌﻠﻟ نﻮﻜﻴﻟ ﻩﺪﺒﻋ ﻰﻠﻋ نﺎﻗﺮﻔﻟا لﺰﻧ ىﺬﻟا
Bunlardan başqa da bu məzmunda bir çox ayələr
vardır ki, həmən mənaları daşıyır və Quranın
ümumibəşər kitab olduğunu bildirir. Belə olan halda
gərək bu kitab bir dildə və bir mənada olsun ki, bütün
bəşər onu başa düşə bilsin, bütün millətlər hər
zamanda, sudan istifadə etdikləri kimi ondan istifadə
etsinlər. Hamı ondan istifadə etməyi bacarsın ki, sonra
deməsinlər, biz onu başa düşmədik.
Quranın dili
Qurani-Kərimə diqqət edərkən görürük ki, hər
hansı bir milliyyətə, mədəniyyətə və dilə mənsub
olmaq bu kitabdan istifadə etməyə mane olmur. Hamı
ondan istifadə etməyi bacarır. Başqa ibarə ilə desək,
Quran hamının dilindədir. Şübhəsizdir ki, dil deyəndə
lüğət və ədəbiyyat nəzərdə tutulmur. Məlum
məsələdir ki, Quran ərəb lüğətindədir. Amma insanlar
müxtəlif dillərdə danışırlar. Quran dili deyəndə
insanların müştərək olan dilindən söhbət gedir.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 9 -
Doğrudur, insanlar müxtəlif mədəniyyətə və iqlimə
malikdirlər. Buna baxmayaraq onların arasında
müştərək dil və mədəniyyət vardır. Dəyişilməyən
həmin müştərək dil və mədəniyyət, insaniyyət dili və
mədəniyyətidir. O, bütün insanlar arasında əbədidir. O
dil və mədəniyyət insan fitrətindən ibarətdir. Allah-
Təala da Quranı insanların fitrətini oyatmaq və
yaşatmaq üçün göndəribdir.
Bəli, Quran məfhumu fitrət dilindədir. Bütün
insanlar da fitrətdə müştərəkdirlər. Biz bu məsələ ilə
tarixdən də tanışıq ki, Peyğəmbər (s)-in ətrafında
müxtəlif millətlərdən olan insanlar var idi. Bü gün də
Quran əhli müxtəlif dillərə və adət-ənənələrə
mənsubdurlar. Amma hamısı Qurandan tərbiyələnib,
iman sahibi olub kamala yetişirlər.
Həzrət Peyğəmbər (s)-in şüarlarından biri də belə
idi: “Mən ağlara, qaralara və qırmızılara peyğəmbər
göndərilmişəm. (Biharül ənvar, c-16, c-323).
ﺮﲪﻻاو دﻮﺳﻻاو ﺾﻴﺑﻻا ﱃا ﺖﻠﺳرا
Həzrətin (s) məqsədi bütün millətlərə peyğəmbər
olaraq göndərildiyini bildirməkdir.
Quranın ümumi olmağı və məfhumunun hamı
tərəfindən başa düşülməsi barədə Quranın özündə də
çoxlu ayələr vardır. Xülasəyə görə onlardan fəqət
birinə işarə edək: “Ey camaat, həqiqətən Allahınız
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 10 -
tərəfindən sizə burhan gəlib və biz sizə aşkar nur nazil
etmişik”. (Nisa-174).
ﺎﻨﻴﺒﻣ ارﻮﻧ ﻢﻜﻴﻟا ﺎﻨﻟﺰﻧاو ﻢﻜﺑر ﻦﻣ نﺎﻫﺮﺑ ﻢﻛ ءﺎﺟ ﺪﻗ سﺎﻨﻟا ﺎﻬﻳﺎﻳ
Deməli, bütün bu deyilənlərdən belə nəticəyə yetişirik
ki, Quran bütün insanlara və onların fitrətlərinə uyğun
nazil olubdur.
Quranın bəyan uslubu
Allah-Təala Peyğəmbər (s)-in risalətini bəyan
edərkən buyurur: “O, bir Allahdır ki, millətlərin
özündən onlara peyğəmbər göndərib ki, onlara ayələri
oxusun, onları paklandırsın, onlara kitabı və hikməti
öyrətsin. Bir halda ki, əvvəlldə aşkar zəlalətdə idilər”.
(Cümə-2).
ﻪﺗﺎﻳاء ﻢﻬﻴﻠﻋ اﻮﻠﺘﻳ ﱂ ﻢﻬﻨﻣ ﻻﻮﺳر ﲔﻣﻻا ﰱ ﺚﻌﺑ ىﺬﻟاﻮﻫ
ﻢﻬﻴﻛﺰﻳو
ﻰﻔﻟ ﻞﺒﻗ ﻦﻣ اﻮﻧﺎﻛ ناو ﺔﻤﻜﳊاو بﺎﺘﻜﻟا ﻢﻬﻤﻠﻌﻳو
ﲔﺒﻣ لﻼﺿ
Başqa bir ayədə (Nəhl-125) buyurur: “Allahının
yoluna dəvət et, hikmət və yaxşı moizələrlə, onlarla
yaxşı yol ilə mücadilə et”.
ﺔﻨﺴﳊا ﺔﻈﻋﻮﳌاو ﺔﻤﻜﳊﺎﺑ ﻚﺑر ﻞﻴﺒﺳ ﱃا عدا
Bunlardan başqa da ayələr qeyd etmək olar ki, bu
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 11 -
ayələrdə Allah-Təala müxtəlif cəhətlərdən insanlara
xəbərdarlıq edir. Bəzilərini cəhənnəm ilə qorxudur,
bəzilərinə behişt müjdəsi verir, bəzi yerlərdə elmi
nöqtələrə işarə edir, bəzi hallarda da sadə, kəskin
misallar vurur. Bu dediklərimiz Quranın bəyan
yollarıdır. Ona görə Allah-Təala bu üslubdan istifadə
edir ki, insanlar əxlaq cəhətdən müxtəlifdirlər. Hər
fərd müxtəlif yollarla islah olunur.
Həzrət Peyğəmbər (s) buyurub: “İnsanlar
mədəndirlər, qızıl və gümüş mədənləri kimi”.
ﺔﻀﻔﻟاو ﺐﻫﺬﻟا ندﺎﻌﻤﻛ ندﺎﻌﻣ سﺎﻨﻟا
(Biharül ənvar, c-16, c-323).
İnsanların bəzisi sadə fikirli, bəziləri isə dərin
düşüncəlidirlər. Ona görə də ümumbəşər olan bir
kitab gərəkdir ki, hamını başa sala bilsin.
Qurani-Kərim məhz elə həmən üslubdadır.
Dostları ilə paylaş: |