Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   2   3   4   5   6   7   8   9   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 12 - 
Maarif bəyan etməkdə Quranın başqa 
kitablarla fərqi 
 
Əvvəldə  qeyd  etdiyimiz  kimi  Qurani-Kərim 
ilahi  maarifləri  bəyan  etməkdə  xüsusi  üslublardan 
istifadə edibdir. İndi isə Quranın üslubunun digər elmi 
kitabların üslubu ilə fərqini qeyd edək. 
 
Allah-Təala  Peyğəmbər  (s)-in  risalətini  bəyan 
edərkən  bəzən  buyurur:  ”Cammata  kitab  və  hikməti 
öyrət”. 
 
Bəzi hallarda o, Peyğəmbər (s)-in risalətini xalqı 
zülmətdən  nura  doğru  aparan  kimi  elan  edir.  Qurani-
Kərimi  isə  xalqı  hidayət  etməkdə  Peyğəmbər  (s)  üçün 
bir  silah  kimi  qələmə  verir:  “Mənim  əzabımdan 
qorxanları Quranın vasitəsi ilə xəbərdar et”. 
ﺪﻴﻋو فﺎﳜ ﻦﻣ ناﺮﻘﻟﺎﺑ ﺮﻛﺬﻓ
 
Bu,  Quranı  insanları  paklandırmaq  və  təlimləndirmək 
üçün vasitə hesab edir. Bu əsasla Qurani-Kərim başqa 
elmi kitablar kimi təkcə elmi və təbiət məslələri və ya 
əxlaq kitabları kimi təkcə öyüd-nəsihət, yaxud üsul və 
fiqh  kitabları  kimi  üsul  və  fiqh  mənalarını  bəyan 
etməklə kifayətlənmir. 
 
Qurani-Kərim  insanları  hidayət  etmək  üçün 
xüsusi  üslublardan  istifadə  edib  ki,  biz  də  onlardan 
bəzilərini qeyd edirik: 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 13 - 
1.  Təmsildən  (misal  gətirmək  –  red.)  istifadə  etmək. 
Bu  yolla  ağır  və  ali  olan  bəhsləri  sadələşdirib 
insanlara çatdırır. 
2.  Quranın dəlillərinin qarşısında inadkarlıq edənlərin 
müqabilində onların öz dillərində bəhs edir. 
3.  Məsələləri  bir-biri  ilə  qarışdırıb  başa  salır. 
Məsələn,  maarif  və  əhkamı  moizə  və  əxlaqla, 
kitabın  və  hikmətin  təlimini  nəfsin  təzkiyə  və 
tərbiyəsi  ilə,  nəzəri  məsələləri  əməli  məsələlərlə, 
icrai  məsələləri  icrayə  zəmanət  olan  məsələlərlə. 
Nümunə  olaraq,    oruc  tutmağın  ki,  hasili  təqvadır, 
onu  qarışdırıb;  “Oruc  tutun,  ta  təqvalı  olasınız” 
deyərək bəyan edir. 
4.  Başqalarından nəql olunan sözləri və nəzərləri nəql 
edərək onların barəsində qəti hakimlik edir. Amma 
digər elmi kitablar belə deyildir. Quran  iki nəfərin 
işi  barəsində  söz  açandan  sonra  onların  hansının 
düz  olduğunu  xüsusi  bir  formada  bəyan  edir. 
Məsələn,  Həzrət  Adəmin  (ə)  oğlanlarının  arasında 
olan  mübahisəli  məsələni  nəql  edərkən  buyurur: 
“Həqiqətən  Allah  təqvalıdan  qəbul  edir”  (Maidə-
27). Yəni bu  iki  nəfərdən biri ki,  Həzrət  Habil  idi, 
onun  qurbanı  qəbul  oldu.  Çünki,  o,  təqvalı  idi.  Bu 
baxımdan  Qurana  “qovl  fəsl”  deyirlər.  “Tariq” 
surəsinin  13  –  14-cü  ayələrində  bu  barədə 
buyurulur:  “Həqiqətən  bu,  bir  haqq  sözdür  və 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 14 - 
zarafat deyil”. 
لﺰﳍﺎﺑ ﻮﻫ ﺎﻣ و   ﻞﺼﻓ لﻮﻘﻟ ﻪﻧا
  
5.  Qurani-Kərim ilə başqa elmi kitabların bir fərqi də 
ondadır  ki,  Quran  təbiətşünaslıq  məsələləri  ilə 
Allahı  tanımaq  məsələlərini  bir-birinə  bağlayır. 
Başqa  kitablar  əşyanı  üfuqi  cəhətdən  bəyan  edir. 
Məsələn, filan mədən neçə milyon il bundan qabaq 
bəzi  hadisələrlə  üzləşib  və  bundan  neçə  milyon 
illər sonra başqa bir hadisələrlə üzləşəcək. 
Amma  Qurani-Kərim  bir  nur  və  hidayət  kitabı 
olduğundan  əşyanı  əmudi  cəhətdən  bəyan  edərək 
onların  məbdə  və  məadla olan əlaqələrini  də aşkar 
edir.  Məsələn;  “Aya,  kafirlər  görmürlər  ki,  göylər 
və yer bitişik idilər, biz onları bir-birindən ayırdıq, 
hər  şeyi  sudan  diriltdik,  iman  gətirməmisiniz?” 
(Ənbiya-30). 
  ﺎﳘﺎﻨﻘﺘﻔﻓ ﺎﻘﺗر ﺎﺘﻧﺎﻛ  ضرﻻاو تاﻮﻤﺴﻟا نا اوﺮﻔﻛ  ﻦﻳﺬﻟاﺮﻳ ﱂوا
  ءﺎﳌا ﻦﻣ ﺎﻨﻠﻌﺟو
 ﻞﻛ
نﻮﻨﻣﺆﻳ ﻼﻓا ﻰﺣ ءﻰﺷ
 
Bu  cürə  ayələrdə  başqa  elmi  kitablardan  fərqli 
olaraq  üfuqi  cəhətdən  bəyan  edəndən  sonra 
əşyanın şaquli cəhətinə işarə edərək məbdəi failini, 
məbdəi  qaini  və  son  hədəfini  də  bəyan  edir.  Yəni 
bu işin edəni kimdir və bu işin son hədəfi nədir? 
6.  Tarixin 
ibrətli  səhifələrini  toplayaraq  qissə 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 15 - 
şəklində  bəyan  edir.  Qurani-Kərim  tarix  kitabları 
kimi tarixi hadisələrin hamısını yazmır. Bəlkə bəzi 
bəhsləri bəyan edir ki, o hissə insanların hidayətinə 
səbəb  olur.  Sonra  bu  hissəni  sünnəti-ilahi  (tarixin 
fəlsəfəsi)  adlandırır.  Məsələn,  Həzrət  Musa  (ə)-ın 
adı Quranda yüz dəfədən çox qeyd olunubdur və o 
həzrətin  qissəsi  28  surədə  geniş  surətdə  bəyan 
edilibdir.  Amma  bu  qissələrdə  o  həzrətin  viladəti 
və  vəfatının  tarixini  qeyd  edilməyibdir.  Fəqət 
həssas  nöqtələrə  işarə  edibdir.  Məsələn,  Həzrət 
Musa  (ə)-ın  doğulandan  sonra  anasına  Allah 
tərəfindən  onun  suya  atılmasına  dair  vəhyin 
gəlməsi  və  onun  böyüyəndən  sonra  anasına 
qaytarılması  və  peyğəmbər  olmasından  söhbət 
açılıbdır.  Bunlar  da  Allaha  etiqad  etməyin  şirin 
aqibətini  və  başqa  ibrət  götürməli  nöqtələri  nəzərə 
çatdırır. 
7.  Quran  başqa  kitablardan  bir  cəhətdən  də  fərqlənir. 
Quranda olan təlim və maarifə yetişmək üçün ilahi 
vəhydən  istifadə  etmək  gərəkdir.  Amma  başqa 
elmi  kitablarda  olan  təlim  və  maarifə  yetişmək 
cətin  deyil  və  adi  insanlar  üçün  də  bu  məsələ 
mümkündür. 
Allah-Təala  “Nisa”  surəsinin  113-cü  ayəsində 
Peyğəmbər  (s)-ə  buyurur:  “Allah  sənə  maariflər 
öyrətdi ki, adi yollarla onları öyrənmək iqtidarında 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə