Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   2   3   4   5   6   7   8   9   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 21 - 
şəxsiyyət də təfsiri Əli (ə)-dan öyrəndi. 
 
Cəlaləddin  Suyuti  deyir:  Xəlifələr  arasında 
“Ulumi  Quran”  barədə  ən  çox  rəvayət  nəql  edən  Əli 
ibni Əbutalibdir. 
 
Əbdullah  ibni  Abbas,  Əbdullah  ibni  Məsud, 
Ubey  ibn  Kəb  ibni  Qeys  də  o  şəxsiyyətlərdəndir  ki, 
Quranın  təfsir  və  qəraətində  yüksək  rolları  olub  və 
başqaları da onlardan öyrəniblər. Quranın təfsirinin və 
bəhslərinin yazılışı əsasən II hicri əsrdən başlayıbdır. 
Quranın ünvanları 
 
Müfəssirlərin  Quranın  adları  barədə  çoxlu 
nəzəri-ixtilafları  (müxtəlif  nəzərləri  –  red.)  vardır. 
Əbu  Futuh Razi  öz təfsirində Quran  üçün  43 ad qeyd 
edibdir.  Qazi  Əbul  Məali  55  ad  sayıbdır.  Bəziləri 
Quranın  adlarını  80-a  çatdırıblar.  Bu  alimlərin 
Quranın  adı  ünvanı  ilə  yazdıqları  Qurani-Kərimdə 
Quranın vəsfi qeyd olunubdur. 
 
Münasib  olar  ki,  Quranın  ünvanlarını  iki 
hissəyə  bölək  və  Quranın  adları,  Quranın  sifətləri 
ünvanında yazaq. 
1. Quranın adları 
Quranın  ünvanlarından  dördünü  “isim”  (ad) 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 22 - 
surətində  işlətmək  olar.  Buna  Qurani-Kərimin 
özündən dəlil gətirmək mümkündür. 
1.  Quran: “Bəli, o Qurani-Məciddir” (Buruc-21). 
ﺪﻴﳎ ناءﺮﻗ ﻮﻫ ﻞﺑ
  
Bu  ad  55  yerdə  həmən  formada,  doqquz  yerdə  isə 
“Quranən”  ﺎﻧاءﺮﻗ  surətində gəlibdir. 
2.  Kitab:  “Bir  kitab,  onu  sənə  nazil  etmişik”   
(Sad-29). 
ﻚﻴﻟا ﻩﺎﻨﻟﺰﻧا بﺎﺘﻛ
        
 
Bu ünvan yüzə yaxın yerdə işlədilibdir. 
3.  Zikr: “Bu mübarək zikrdir” (Ənbiya-50 ). 
كرﺎﺒﻣ ﺮﻛذ اﺬﻫ و
 
Bu ünvan da iyirmi yerdə işlədilibdir. 
4.  Furqan: “Bərəkətli və zail olmayan bir varlıq öz 
bəndəsinə  furqanı  aləmlərə  nəsihət  olmaq  üçün 
nazil etdi”. (Furqan-1). 
اﺮﻳﺬﻧ ﲔﳌﺎﻌﻠﻟ نﻮﻜﻴﻟ ﻩﺪﺒﻋ ﻰﻠﻋ نﺎﻗﺮﻔﻟا لﺰﻧ ىﺬﻟا كرﺎﺒﺗ
 
 
Kitab, zikr və furqan başqa asimani kitablara da 
ünvan  kimi  qeyd  olunubdur.  Amma  təkcə  “Quran” 
ünvanı  bu  kitabda  (əlimizdə  olan  Quran)  ad  kimi 
göstərilibdir. 
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 23 - 
2. Quranın sifətləri 
Bu  qismətdə  Qurana  vəsf  ünvanında  ünvanlanmış 
kəlmələri qeyd edək. 
1.  Məcid 
2.  Kərim 
3.  Həkim 
4.  Əzim 
5.  Əziz 
6.  Mübarək 
7.  Mubin 
8.  Mutəşabih 
9.  Məsani 
10. Ərəbi 
11. Qeyri zi’ivəc - 
جﻮﻋ يذ ىﲑﻏ
 
12. Zi əzzikr - 
ﺮﻛﺬﻟا ىذ
 
13. Bəşir 
14. Nəzir 
15. Qəyyim 
Həzrət  Peyğəmbər  (s)  dunyadan  köçəndən 
sonra bir ad da Qurana əlavə olundu  və çox geniş  yer 
tutdu.  Bu  da  “Mushəf”  adı  idi.  Quranın  bu  adla 
adlanmağının səbəbi onun yazılması idi. “Səhifə” açıq 
olan bir şeyə deyərlər. Quran açıq səhifələrə yazıldığı 
üçün  ona  bu  ad  sonradan  itlaq  edildi.  “Mushəf” 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 24 - 
“Səhifə” nin cəmi olduğuna görə Qurana itlaq olundu. 
Amma  Peyğəmbər  (s)-ın  zamanında  ən  məşhur  olan 
adlar  həmin  Quranda  gələn  adlar  idi.  Buna  nəbəvi 
hədislər  də  dəlalət  edir.  Məsələn,  Həzrət  Peyğəmbər 
(s)  buyurur:  “O  zaman  ki  fitnələr  gecə  qaranlıqları 
kimi sizi çaşdırdı, onda Qurana müraciət edin”. 
ناﺮﻘﻟﺎﺑ ﻢﻜﻴﻠﻌﻓ ﻢﻠﻈﳌا ﻞﻴﻠﻟا ﻊﻄﻘﻛ ﱳﻔﻟا ﻢﻜﻴﻠﻋ ﺖﺴﺒﺘﻟا اذا
 
və  ya;  “Quranın  başqa  kəlamlara  nisbət  fəziləti, 
Allahın məxluqa nisbət fəziləti kimidir”. 
  مﻼﻜﻟا ﺮﺋﺎﺳ ﻰﻠﻋ ناﺮﻘﻟا ﻞﻀﻓ
ﻪﻘﻠﺧ ﻰﻠﻋ ﷲا ﻞﻀﻔﻛ
 
Başqa bir yerdə buyurur: “Mən sizin aranızda iki dənə 
çox  qiymətli  şey  qoyub  gedirəm,  Allahın  kitabı  və 
itrətim”. 
 رﺎﺗ ﱏا
ﻰﺗﱰﻋ و ﷲا بﺎﺘﻛ ﲔﻠﻘﺜﻟا ﻢﻜﻴﻓ ك
 
Gördüyünüz  kimi  bu  hədislər  dediyimiz  məqsədi 
təsdiqləyir. 
 
2-ci Dərsin Sualları 
1)  “Quran Elmləri” hansı elmə deyilir? 
2)  “Quran Elmləri”-ndə hansı mövzudan bəhs 
olunur? 
3)  “Quran Elmləri” barədə ən çox rəvayət nəql edən 
kimdir? 
4)  Quranın adı və sifətləri barədə məlumat verin.  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 25 - 
3-cü DƏRS 
I.  “Quran” kəlməsinin mənası 
II.  Quranın ərəb dilində olmasının səbəbləri 
“Quran” kəlməsinin mənası 
 
Quran kəlməsinin mənası haqqında beş cür fikir 
söylənib.  Onların  hamısından  artıq  nəzərə  çatan 
budur:  Quran  ناﺮﻗ  “qərəə”
     
ءاﺮﻗ
  maddəsindən  olub 
oxumaq  mənasındadır.  Bu  sözümüzə  dəlil  olaraq 
göstərə bilərik: birinci  vəhy ki, Peyğəmbər (s)-ə nazil 
oldu,  həmən  oxumaq  ءاﺮﻗا  maddəsi  ilə  başlandı. 
Bundan  əlavə  də  başqa  ayələrdə  də  bu  məqsədi 
təsdiqləyən məqamlar vardır. 
Quranın ərəb dilində olmasının səbəbləri 
1.  Allah-Təala  Quranda  buyurur:  “Biz  elçimizi  öz 
qövmünün  dilində  göndəririk”.  Yəni,  Həzrət 
Peyğəmbər 
(s)-in 
bir 
ərəb 
olaraq 
ərəbcə 
danışdığına  və  yaşadığı  mühitin  də  ərəb  mühiti 
olduğuna görə Quran Ərəb dilində nazil olub. 
2.  Dilçi alimlərin nəzərinə görə ərəb dili başqa dillərə 
nisbətən  çox  tutuma  malikdir.  Yəni,  az  kəlmə  ilə 
çoxlu  məna  ifa  etmək  mümkündür.  Ona  görə  də 
Quran bu dildə nazil olub. 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə