Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 32 - 
 
Başqa  bir  ibarətlə  vəhyi  belə  tərif  etmək  yaxşı 
olardı: 
“Vəhyin 
həqiqəti 
təkcə 
peyğəmbərlərə 
məlumdur. Ona görə ki, ancaq onlar  vəhyin  müxatəbi 
olublar.  Vəhy  bir  növ  asimani  təkəllümdür  (danışıq  – 
red.).  Onu  hiss  və  əql  yolu  ilə  dərk  etmək  mümkün 
deyildir  və  xüsusi  şuur  tələb  edir.  Bu  da  Allahın 
iradəsi  ilə  seçilmiş  adamlarda  olur.  Onlar  da  qeybi 
bəyənatları  hüzuri  elm*  ilə  əldə  edir,  ona  uyğun 
olaraq vəzifələrinə əməl edir. 
 
Peyğəmbərlərin 
zamanında 
Allahçılıqda, 
həqiqətlə, bəşərin şərafət və ləyaqəti ilə, insanların ali 
qanunlara  tabe  olub,  o  qanunlar  vasitəsi  ilə 
şərəflənməyi  ilə  müxalif  olub,  həmişə  bəşəriyyəti 
cəhalət  zülmətində,  rəzalətdə  saxlamaq  istəyənlər 
vəhyin dediyimiz kimi ağır bir məfhum olduğunu dərk 
edə  bilməyib  cürbəcür  bəhanələr  gətirirdilər.  Həzrət 
Peyğəmbərə  (s)  cünun,  sehrbaz  adı  qoymaqla,  ya 
“əgər  Allah  istəsəydi  mələk  nazil  edərdi”  deməklə 
camaatı bu həqiqətdən uzaqlaşdırırdılar. 
 
Bu  gün,  modern  bir  cahiliyyət  dövründə  o 
vaxtda  olan  müşrik  və  kafirlərin  həqiqətin  qarşısında 
çıxartdıqları  aldadıcı,  çirkin  fikirlərin  təsirdən 
düşdüyü bir gündə, modern müşriklər yeni-yeni çirkin 
fikirlər  yürüdürlər  ki,  o  zamanda  olan  həqiqət 
müxaliflərinin  yolunu  davam  etdirsinlər.  İnsanları  ali 
qanunlardan,  vəhy  şərbətindən  binəsib  edib  müasir 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 33 - 
cəhalət  zəncirlərinə  bağlasınlar.  Əlbətdə  bu  barədə 
geniş söhbəti yazımızın sonunda qeyd etməyi nəzərdə 
tutmuşuq.  Amma,  yeri  gəlmişkən  bu  məqsədimizi 
nəzərə çatdırmaq yaxşı olar.  
Qayıdaq  mövzumuza.  Allah  ilə  peyğəmbərlər 
arasında  olan  qeybi  rabitə  ki,  ona  “vəhy”  deyilir,  üç 
yol  ilə  mümkündür.  Buna  Quran  ayəsi  dəlalət  edir: 
“Hec bir bəşərlə Allah-Təala vəhy yolundan, ya hicab 
arxasindan  ünsiyyət  və  ya  elçi  göndərmək  yolundan 
başqa bir yolla söhbət etməyib”. (Şura-51). 
ﺸﺒﻟ نﺎﻛ  ﺎﻣ و
 بﺎﺠﺣ ئ ارو ﻦﻣ وا ﺎﻴﺣو ﻻا ﷲا ﻪﻤﻠﻜﻳ نا ﺮ
ءﺎﺸﻳ ﺎﻣ ﻪﻧذﺎﺑ ﻰﺤﻴﻓ ﻻﻮﺳر ﻞﺳﺮﻳ وا
 
Bu  ayədə  insanla  Allahın  rabitəsinin  üç  yolla  olduğu 
bildirilir.  Birinci,  vəhy  -  vasitəsiz  və  müstəqim  bir 
rabitə, ikincisi hicab arxasından, üçüncüsü isə, elçi ki, 
burada hər iki yerdə mələk vasitədir. 
 
Başqa  bir  sözlə  desək,  üç  qism  vəhy 
aşağıdakılardan ibarətdir: 
1.  Allah-Təala  ilə  xəlq  arasında  vasitəsiz 
olaraq vücuda gələn rabitə, 
2.  Hicab  arxasından  eşidilən  söhbət.  Necə  ki, 
həzrəti Musa dağda o səsi eşidərdi, 
3.  Allah  tərəfindən  mələk  nazil  olub  bəşərə 
ilahi danışığı çatdırır. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 34 - 
Vəhyi-müstəqim (birbaşa vəhy)  
 
Vəhyin  ən  çətin  növü  birbaşa  olan  vəhydir.  Bu 
vaxt  peyğəmbər  (s)  bütün  vücudu  ilə  vasitə  olmadan 
“məbdə” ilə əlaqəyə girirdi. Bu işin nə dərəcədə çətin 
olması  bizim  üçün  çətin  dərk  olunan  bir  məsələdir. 
Amma  Quran  ayələrinin  və  islam  hədislərinin  verdiyi 
açıqlamalarla bu məsələ bir az yüngülləşir. 
 
Həzrət  Peyğəmbər  (s)-in  fövqəladə  və  quvvətli 
bir  ruhiyyəyə  malik  olmasına  baxmayaraq,  o  həzrətin 
bu  vəhyi  çətinliklə  qəbul  etməsi  “müstəqim  vəhyin” 
çətin və əzəmətli olduğunu göstərir. 
 
Əminül-İslam  Təbərisi  “Müzəmmil”  surəsinin 
5-ci  ayəsinin  təfsirində  Haris  ibni  Hişamın  vasitəsilə 
Həzrət  Peyğəmbər  (s)-dən  bir  hədis  nəql  edibdir. 
Həzrət  Peyğəmbər  (s)  Hişamın  “vəhy  sizə  necə  nazil 
olur?”  sualının  cavabında  buyurur:  “Bəzən  zəng  səsi 
kimi  nazil  olur.  Bu  vəhyin  ən  ağır  növüdür  ki,  mənə 
nazil  olur.  Mən  çox  yoruluram.  Ona  qulaq  asarkən 
əzbərləyirəm”. 
 
Abdullah  ibni  Ömər  deyir:  Peyğəmbərdən  (s) 
vəhyi  necə  hiss  etməyindən  soruşdum.  O  Həzrət  (s) 
cavabında  buyurur:  zəng  səsləri  eşidirəm.  Bu  vaxt 
sakit qalıram. Hər dəfə bu formada vəhy qəbul edəndə 
az qalır canım vücudumdam xaric olsun. 
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 35 - 
Ayişədən  nəql  olunur:  çox  soyuq  bir  gündə  o 
Həzrətə  (s)  vəhy  nazil  oldu.  Vəhy  tamam  olandan 
sonra o Həzrətin (s) alnından tər axırdı. 
Bəzi  tarix  kitablarında  başqa  halətlər  də  nəql 
ediblər:  Vəhydən  sonra  soyuq  su  ilə  yuyunardı,  rəngi 
qızarar,  ya  göyərərdi.  Bəzən  o  qədər  ağır  olardı  ki, 
Həzrətin  (s)  mindiyi  heyvan  hərəkət  edə  bilməzdi. 
Bəzən də baş ağrısına düçar olardı. 
Bu deyilənləri “Müzəmmil” surəsinin 5-ci ayəsi 
də  təsdiq  edir:  “Həqiqətən  biz  tezliklə  sənə  ağır  bir 
danışıq çatdıracağıq”. 
ﻼﻴﻘﺛ ﻻﻮﻗ ﻚﻴﻠﻋ ﻰﻘﻠﻨﺳ ﺎﻧا
  
Qeyri-müstəqim vəhy  
 
“Şüəra”  surəsinin  192  –  194-cü  ayələrində 
Allah-Təala 
buyurur: 
“Həqiqətən 
bu 
(Quran) 
aləmlərin  Rəbbinin  vəhyidir.  Onu  Ruhul-Əmin  sənin 
ürəyinə nazil edibdir ki, nəsihət edənlərdən olasan.  
ﲔﻣﻻا حوﺮﻟا ﻪﺑ لﺰﻧ 
    
 
  
 ﻪﻧاو
ﲔﳌﺎﻌﻟا بر ﻞﻳﺰﻨﺘﻟ 
Bu  ayədə  ürəkdən  məqsəd  insani  nəfsdir  ki,  idraka 
malikdir və insanın bütün hiss və iradəsi ona bağlıdır. 
Ayə  bununla  (qəlb  kəlməsini  işlətməklə)  zahiri 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə