Bismillahir-rəhmanir-rəhim. İmam hüseyn (ə)-dan rəvayət edən qadınlar



Yüklə 192,5 Kb.
tarix15.07.2018
ölçüsü192,5 Kb.
#56005
növüXülasə

Bismillahir-rəhmanir-rəhim.
İmam hüseyn (ə)-dan rəvayət edən qadınlar:

Məqalənin xülasəsi.

Müsəlman qadınları məsum ə-salamlardan təlim almaq üçün müsəlman tarixi boyunca səy göstərib o, şəxsiyyətlərdən bir çox marif və elmləri öyrənərək sonrakı nəsillərə çatırmışlar. Məhs bu üzdən onlar on dörd məsum (ə) ların rəvayətçiləri sayılaraq dəyərli mətləbləri başqalarına öyrədiblər.

İmam Hüseyn (ə) üçüncü imamdır. O, rəsuli əkrəmin həqiqi canişinidir. İmam Hüseyn (ə) üçüncü hicri ilindən altmış birinci hicri ilinə qədər müsəlmanlar arasında yaşamışdır. Qadınlar içində bacıları, qızları , arvadları, tərəfdarları, və şiyələri O, həzrətin mübarək vücudundan bəhrələnmişdirlər. Kərbəla şəhidi İmam Hüseyn (ə) sözlərini, rəftarını və məruzələrini başqalarına çatdırmışdılar. Bu məqalədə onlardan bir neçəsinin həyatı barədə danışacayıq.

Məqaləni əhatə edən mövzular.

Rəvayətçi, İmam Hüseyn (ə) hədis, Ümmu Əsləmə, Ummu Sələmə, Əli (ə)-mın qızı Ummu Kulsumu Suğra, Həbabətul Valibiyyə, Əliy ibni Əbitalıb (ə) qızı H. Zeynəb, Hüseyn (ə)-mın qızı Səkinə, Həbəbətul Valibiyyənin qızı Fatimə, İmam Hüseyn (ə)-mın qızı Fatimə.

Müqəddimə.

İmam Hüseyn (ə) qardaşı İmam Həsən (ə)-mın şəhadətindən sonra hicri ilinin 69-cu ilində İlahi əmr peyğəmbərin (dəqiq) təyininə əsasən müsəlmanların rəhbəri və imamı olmuşdur. Bu əməvi xəlifəsi Müaviyyə ibni Əbu Süfyanın Xilafəti dövrünə təsadüf edirdi, İmam Hüseyn (ə) onun zamanında sakit durmadı, bəlkə onu töhmət və məzəmmət edərək tənəli məktublarla onu Həcər ibni Ədi və Əli (ə)mın digər əshablarının qətlində günahlandırırdı və həmçinin ona oğlu Yezid haqqında xəbərdarlıq məktubları göndərirdi. 60-cı hicri ilində Müaviyyənin vəfatından sonra xilafətə gəlməsi, xilafət cəh-cəlalı və ümmət o qədər azğınlığa uğramışdır ki, ona söhbət, xütbə, kitab və moizə ilə çarə etmək mümkün deyildi. İnsanlar, o qədər cahil və kor koranə idilər ki, belə işlər onları hidayət etmək mümkün deyildi. Mədinə hakimi xəlifənin əmrilə Hüseyn ibni Əlidən (ə) Yezid ibni Müaviyə üçün beət almağa göndərdiyi zaman imam Hüseyn (ə) təziq edirdi. O, həzrət Mədinədə mövcud olan şəraitdən yol tapmaq üçün ailəsi və qohumları ilə birlikdə 60-cı hicri ili rəcəb ayının 29-da necə ki, özü buyurur: (Əmr beməruf və nəhy öz münkər etmək üçün gedirəm). Mədinədən Məkkəyə getməyə hazırlaşır.

Şaban ayının üçündə Məkkə şəhərinə daxil olur. Lakin zil-hiccə ayının 8-də Yezidin qəddar və zorakı beyətin əleyhinə qiyam etmək üçün və zahirən Kufə camatının dəvətin ləbbəy demək üçün yolun İraq torpağından salır. Çünkü onun Məkkədə tənqidi xütbəsində belə təzahür edir. «Adəm övladının ölümdən başqa çarəsi yoxdur və gərək ölə. İndiki zamanda ictimayi və dini fəsadları ölüm və şəhadətdən başqa yol ilə mümkün deyildir… Allah-təala mənim üçün şəhadət məkanı təyin etmişdir ki, ona tərəf gedirəm…» Bir çox təhlükə və əzab əziyyətlə dolu olan bu səfərdə o, həzrətin bacıları, arvadları, qızları ailəsi və qohum əqrabası onunla birlikdə idilər. Onlar bütün bu çətinliklər və əzablara Allahın razılığına görə və öz dövürlərinin imamıyla həmrəy olmağdan ötürü dözürdülər.

Bu arada İmam Hüseyn (ə)-dan rəvayət edən qadınlar haqqında şərh edirik. Onlar o, həzrətdən hədis rəvayət etmişdilər imamın rəftarı işi və əməli barədə məlumat vermişdilər. Bunu demək lazımdır ki, hədis deyənlərin terminində «Hədis» və «Sünnət» məsum (ə)-mın sözü etdiyi işi və təqririnən ibarətdir. (İmamın təqriri bu deməkdir ki, imamın yanında bir iş və əməl oluna ki, imam ona mənfi və müsbət təsirini bildirməyə.)

1 Ummu Əsləmə
Ummu Əsləmə (daş qırıntılarının sahibəsi) ləqəbi ilə məşhur olan qadınlardan biridir. Kaleyninin rəvayət etdiyi hədisdən başqa onun həyatı və ölüm tarixi haqqında heç bir məlumat yoxdur.

Kaleyni yazır:- Bir gün Ummu Əsləmə Ummu Sələmənin evinə peyğəmbər (s)-ın görüşünə gedib deyir:- Atam annam sənə fəda olsun ey Allahın rəsulu! Mən oxuduğum kitablardan bilirəm ki, hər bir peyğəmbərin canişini vardır, onun vəfatından sonar peyğəmbərin işlərini öz öhdəsinə götürür. Həzrəti Mussa (ə) həyatda ikən və öləndən sonra da canişini var idi. Həzrəti İsa (ə)-da canişini var idi. Bəs sizin canişiniz kimdir. Peyğəmbər (s) buyurdu: - Ey Ummu Əsləmə, mənim canişinim sağlığımda və ölümümdən sonra da, bir nəfərdir. Ey ummu Əsləmə hər kəs bu işi mənim etdiyim kimi edərsə mənim canişinimdir. Sonra yerdən xırda daş parçasını götürüb əlində əzdi və üzüyü ilə ona möhür vurub buyurdu: «Hər kəs bu işi görsə o, mənim canişinimdi.

Ummu Əsləmə deyir:- Peyğəmbər (s)-ın yannıdın çıxıb Əmirəl möminin yanına gedib dedim:- Atam anam sənə fəda! Siz Allahın rəsulunun canişinisiz? O, həzrət buyurdu: «Bəli ey ummu Əsləmə.» Sonra xırda Daş qırıntısını götürüb yumuşaltdı və üzüyü ilə ona möhür vurub buyurdu: « Ey ummu Əsləmə hər kəs bu işi mənim kimi görsə o, mənim canişinimdir. Ummu Əsləmə deyir: Sonra Həsən (ə) ki, balaca oğlan uşağı idi, yanına getdim. Və ona dedim: Ey mənim fərəhim, siz Atanızın canişinisinizmi: Buyurdu: - Bəli, ey ummu Əsləmə. Və xərda bir daş götürüb peyğəmbər (s) və Əli (ə) etdikləri kimi o işi oda etdi. Onun yannıdan çıxdım və Hüseyn (ə)-ın hüzuruna getdim. Bu zaman o, bir yaşında balaca uşaq idi. Ona dedim: Atam anam sənə fəda! Sən qardaşının canişinisənmi? Buyurdu: - Bəli ey Ummu Əsləmə, Daş qırıntılarından birini mənə ver. Oda onların etdiyləri işi etdi.

Ummu Əsləmə uzun ömür edir. Belə ki, imam Hüseyn (ə)-ın qətlindən sonra Əliyibnil Hüseyn (ə)-ın hüzuruna gedir. O, həzrət (ə)-dan soruşur? – Buyurur:- Bəli. Və onların etdikləri işi oda edir.

Bu rəvayətdən belə nəticəyə gəlirik ki, Ummu Əsləmə peyğəmbər (s), Əli (ə), Həsən (ə) və Zeynəlabidin (ə)-ın səhabələrindən və rəvayətçilərindən olmuş və onlara xidmət edərək İməmətin sirlərindən agah olmuşdur.

Əllama Məşəqani Koleyninin nəql etdiyi rəvayətə görə, onun adını hədis qadınlarının sırasında çəkmişdir. Ondan sonra deyir: «Bu rəvayətdən belə nəticəyə gəlirik ki, Ummu Əsləmə imanlı məzhəbə gözəl bir ömür yoluna malik və peyğəmbər ailəsinin rəğbətini qazanmışdır.»

2. Ummu Sələmə r.h., Peyğəmbərin həyat yoldaşı.

Onun adı Hind Əbu Uməyyə qızı idi. O Peyğəmbər (s) ailə qurmamışdan əvvəl Bəni Məhzum qəbiləsindən olan Əbdulrahibin Əbdül Əsəd ilə ailə sahibi idi və onunla iki dəfə Həbəşə hicrət etmişdi. Ummu Sələmə ilk İslama gələn şəxslərdən birinci hicrət etmiş uşaqlaradan biri idi.

İbnm Əsir deyir: Ummi Sələmə kəcavənin içində birinci Mədinəyə daxil olan qadındlardan idi. O öz ailəsinin vəfalı və sevimli qadını idi və öz həyat yoldaşınnı çox istəyirdi. İstər vətəndə və istər qürbətdə həmişə Əbu Sələmə ilə birlikdə idi.

Ummu Sələmə belə məlumat verir ki, Həzrəti Fatimə (ə) hazırladığı yemək ilə atasının yanına gəldi. Bu zaman Rəsuli-Əkrəm Ummu Sələmənin evində idi. Peyğəmbər (s) buyurdu: «Get iki oğlumu və bibin oğlunu çağır.» Ummu Sələmə deyir: «Onlar gəldikdə Peyğəmbər (s) onları əbanın altında cəm edib dedi:

Mütəllib ibni-Əbdullahibin-Həndəbi Ummu Sələmədən nəql edir ki, dndi: «Bir gün Rəsuli Əkrəm mənim evimdə oturmuşdu. O Həzrət buyurdu: «Yanıma heç kim gəlməsin» - Gözdə qulaqda idim ki, Hüseyn daxil oldu, eşitdim Peyğəmbər (s) ağlayır, baxanda gördüm ki, Hüseyn (ə) Peyğəmbər (s) dizi üstündə oturub, yaxud onun yannıda oturub. Allah Rəsulu onun başını sığallayaraq ağlayırdı. Dedim mən Hüseynin daxil olduğunu görmədim. Peyğəmbər (s) buyurdu: «

Ummu Sələmə əmanəti qoruyan və Əhli-beyt sirdaşı idi. Əllamə- Məclisi «Bəsamrud-Dərəğat» kitabının nəql etdiyi bir rəvayəti belə çatdırır. Allah Rəsulu Ummu Sələməni çağırıb elmlə dolu olan qoyun dərisini ona verir. Sonra buyurur: «Mənim vəfatımdan sonra hər kəs onu istəsə, o məndən sonra imam və xəlifədir.» Həmçinin rəvayət edir ki, Əmirəl-Möminin (ə) İraqa tərəf yola düşən zaman kitabı, silahı və imamətin əmanətini Ummu Sələməyə verir ki, onun şəhadətindən sonra İmam Həsən (ə) versin. İmam Həsən (ə) zəhərlənən zaman smlahı və əmanəti Ummu Sələməyə tapşırır ki, İmam Hüseyn (ə) versin. İmam Hüseyn (ə) da İraqa hərəkət edən zaman həmin əmanəti ona tapşırır ki, Əmuyibnin Hüseynə (ə) versin.

Bu sözlərdən məlum olur ki, Ummu sələmə Əhli-Beytin yanında elə bir dəyərə və mənama malik idi. Onların əmanətini qoruyan və sirlərinin sirdaşı idi.

Peyğəmbər (s) gələcəkdə Əhli-Beytinin başına gələnləri və onların şəhid olmalarını Ummu Sələməyə demişdi. İmam Hüseyn (ə) dəfn olduğu türdətdən də ona vermişdi. İmam Hüseyn (ə) İraqa tərəf gedəndə Ummu Sələmə ona dedi: «Ey gözümün nuru məni qəmqin eləmə, çünki cəddin Rəsuləllahdan eşitmişəm buyurub: «Əziz övladım Hüseyn İraqda «Kərbəla» adlı yerdə cəfa ilə və zülm qılıncıyla şəhid olacaqdır.»

Ummu Sələmə Xeybər qəzvəsində, Məkkənin fəthində Tapfin mühasirəsində, Həvəzan və Səqif qəzvəsində və Vida – Həcində Peyğəmbərlə (s) ilə yol-yoldaşı olmuşdur.

O oxumağı bacanın lakin yazmağı bilmirdi.

Bərqi, Şeyx – Tusi, İbni Əbdül Bərr, İbni Məndəh və Əbu Nueym tərəddüd etmədən Ummu Sələməni Peyğəmbər (s) səhabələrindən hesab etmişlər.

Əllamə Məşəqani deyir: Onun Əli (ə), Zəhra (ə) və İmam Hüseyn (ə) qarşı olan ixlasının nə qədər möhkəm olması onun barəsində söhbət etməkdən məşhur və onu deməkdən qat-qat aşkardır.

Şeyx Zəbihullah Məhəllati yazır: Bütün İslam alimləri müvafiqdirlər ki, Ummu Sələmə elmdə və təqvada fəsahət və bəlağət

də, vəla………… və məhəbbətdə Peyğəmbər ailəsinə olan nisbət bu misal kimidir. …….. Ummu Sələmə 62-ci q ilində 84 yaşında Yezidin höküməti dövründə Mədinədə «Bəş» qəbiristanlığında dəfn olunmuşdur. O Peyğəmbər (s) dünyasını dəyişən sonuncu mömin ümmətindən idi. Onun rehləti barədə müxtəlif sözlər deyinmişdir ki, 62-ci q-nın digərlərindən həqiqətə çox uyğun olanıdır.

3. Ummu Gülsüm Suğra Əli (ə) qızı.

Ummu Gülsüm Suğra Əli (ə) qızı, anası Ummu Vələd idi. İbni Ənbəh Əli (ə) qızları barədə dən belə rəvayət edir.


Əbdullahibni Əqilin xanımı idi. O Əqilin oğlanlarından təkcə Mühəmməd və Müslümü tanıtmışdır. Müslüm Kufədə şəhid olur və Əbdullahın Muhəmmədin oğlu olduğunu deyir. Həmçinin Əqildən ardıyca yazır ki, Muhəmmədibni Əbdullahın anası Müslüm ibni Əqilin qızı Həmidə və Həmidənin anası Əli ibni Əbi Talibin qızı Ummu Gülsümdir.

Buna əsasən belə düşünmək olur ki, Kərbəla Vaqiəsində iştirak edən Ummu Gülsüm Müslüm ibni Əlinin yoldaşıdır və o ərinin ardıyca qarlaşı Əba Əbdillah (ə) ilə birlikdə Kərbəlaya yollanır və bəziləri onu «Ummu Gülsüm Vusta» adlandırıblar.

Təbəri Nəfisə və U. Gülsüm Suğranı Əli ibni Əbi Talibin nəslindən hesab edir ki, hər ikisinin anası Ummu Vələd olub. Lakin Nəfisənin Ummu Gülsümün özü olması barədə heç bir söz deməmişdir. Onun vəfatı və dəfni barədə heç bir məlumat yoxdur.

Seyyidə Ummu Gülsüm İmam Hüseyn (ə) və Zeynəb (ə) bacısıdır və o Kərbəla müsibətində onlara şərik və bir yolun yoldaşı olmuşdur. Ə. Müslüm də Ə.Ə.Hüseyn (ə) yolunda şəhid olmuşdur. O Allahın itaətkar bəndəsi və İmama etiqadı olan bir qadın idi. O Şam və Kufədə fəsalət və bəlaqətlə çıxış edən qadın idi. Tarix sirə və Bəlal-ətul-Nisa kitabında Əli (ə) qızı və İ. Hüseyn (ə) bacısı U. Gülsüm Suğranın xütbələri, sözləri və şerləri yazılmışdır. Seyyidibni Tavus yazır: «İmam Hüseyn (ə) ailəsiylə vidalaşan zaman U.Gülsüm ucadan səsləndi:


İmam Hüseyn ona təsəlli verərək buyurdu:
-Ey bacı Allahın əzasına əzadarlıq et. Göylər və yerlər hamısı nabud olacaqdır, yer üzünün insanları ödəcək və bütün mövcudlar həlak olacaqdır. Sonra buyurdu: Ey bacım, ey U. Gülsüm, ey Zeynəb, ey Fatimə və sən ey Rubab baxıb görsəniz ki, məni qətlə yetirdilər öz yaxalarınızı yırtmayın, üzlərinizi cızmayın və yersiz sözlər danışmayın.

U.Gülsüm çox həyalı və mərfətli bir qadın idi. Əsirləri, şəhidləri kəsik başları ilə birlikdə şəhərə gətirən zaman o Şümrdən istəyir ki, bu istiqamətlə getsinlər. Kəsik başların əsirlərdən qabaqda getməsiylə camaatın diqqət və nəzərlərini özlərindən yayındırmaq istəyirdi. O İmam Hüseyn (ə)dan və Mehran Movla Nəbidən rəvayət etmişdir.

-İbin Həcər öz dəlilinə əsasən rəvayət edir ki, bir şəxs Kərbəla əsirləri üçün sədəqə gətirir. Ummu Gülsüm onu qəbul etməyib deyir: Allah Elçisinin xidmətlərindən Mehran adlı bir nökər mənə dedi Peyğəmbər buyurmuşdur: Biz Mühəmməd (s) əhli-beytiyik və bizlərə sədəqə halal deyil.

-U.Gülsümün İmam Hüseyn (ə) barədə İbni Ziyada dndikləri sözlərinin içində elələri var ki, onları hədis kimi başa düşmək olar. Ummu Gülsüm dedi: Ey İbni Ziyad! Əgər Hüseynin qətliylə gözlərin aydın oldusa, bilki Allah Elçisinin gözləri onu görməklə aydın olardı və Peyğəmbər (s) Hüseynə tərəf yüyürərdi, onun dodaqlarından öpərdi. Onu və qardaşını öz kürəyində gəzdirərdi.

4. Həbabətul-Vəlibiyyə. - …….

Həbabə Jəfər Əsədiyyə Valibiyyənin qızı idi. Onun ləqəbi Ummun ……… və ya Ummun …… idi. Həbabə İmam Əliyyibni Musa Rza (ə) ilə görüşəndən 10 ay sonra vəfat etmişdir. O həzrət onu öz köynəyiylədə kəfən edir. Həbabənin ömrü təqribən 230 il olmuşdur.

Əbu Bəsir rəvayət edir ki, İmam Sadiq (ə) Həbabənin haqqında belə buyurmuşdur: «Jamaat Müaviyənin görüşünə gedən zaman Həbabətül Valibiyyə İmam Hüseyn (ə) yanına gedirdi. O çox zəhmətkeş və ibadətkar idi və onun dərisi sümüyünə yapışmışdı.» Kuneynin rəvayət etdiyi hədisdən və qabaqda deyiləcək hədislərdən bu nəticəyə gəlmək olur ki, Həbabə Əli (ə), Həsən (ə), Hüseyn (ə), Səccad (ə), Baqir (ə), Sadiq (ə), Kazım (ə) və İ. Rza (ə) səhabələrindən olub və bu böyük şəxsiyyətləri vaxtında dərk etmiş və onlara xidmət göstərmişdi. Həbabə …..

ləqəbiylə tanınmışdır. İ.Hüseyn (ə) xidmət edən zaman onun 113 yaşı var idi. İmam dua edir ki, onun cavanlığı qayıtsın və barmağıyla ona işarə edir. Həbabə İmam Rza (ə) dövrünə qədər yaşayır və o həzrətin görüşündə olur. İbni Davud Hilli Həbabəni İ.Həsən (ə), İ.Hüseyn (ə), İ.Səcəd (ə) və İ.Baqir (ə)-mın səhabələrindən hesab edir. Əllamə Məşəqani yazır; Həbabə Əmirəl-Möminin (ə), Həsən (ə), Hüseyn (ə), Səccəd (ə), Baqir (ə), Sadiq (ə), Kazım və Rza (ə) səhabələrindəndir. O öz bəyanından sonra Həbabənin hədisini yazır:

Bu hədis Həbabənin alicənab, yüksək rütbəni və əzəmətli məqama sahib olduğun sübut edir ki, bu ədalət və …… -dən çoxdur. Mirzə Mehdi onun adını Ənmeyyi Əthar (ə)dan rəvayət edən qadınların sırasında çəkmişdir.

Bu qadın Əmirəl-Möminin Əli (ə)dan, İ.Həsən (ə)dan, İ.Hüseyn (ə)dan, İ.Baqir (ə)dan, İ.Səccad (ə)dan, İ.Sadiq (ə)dan, İ.Musa ibni Jəfər (ə)dan və İ. Rza (ə)dan rəvayətlər etmişdir.

Muhəmməd ibni Yəqub gətirdiyi dəlilə əsasən Əbdül Kərim Əmrov Xusəmi Həbabədən belə rəvayət edir ki dedi: Əli (ə) ordunun içində görüb dedim: Ya Əmirəl-Möminin Allah sənə rəhmət eləsin. İmamətin nişanəsi nədir? Buyurdu: Daş qırıntılarını mənə ver deyə əliylə işarə etdi. Onu Həzrətə verdim. O mənim üçün ona möhr vurub dedi: Ey Həbabə əgər bir kəs imamət iddiasını edərsə və bu işi etməyində bacarsa bil ki, o itaəti vacib olan imamdır və o elə bir imamdır ki, onun bir şeyi istəməsində heç bir maneə yoxdur. Həbabə deyir: O həzrətin yanından ayrıldım Əli (ə) vəfat edəndən sonra İ.Həsən (ə) yanına getdim. O Əmirəl-Möminin Əli (ə) yerində idi. Jamaat ondan sorğu-sual edirdi, buyurdu: Səndə olan şeyi bura gətir. Daş qırıntılarınona verdim. İmam onlara möhr vurdu. Onun yanından ayrılıb İmam Hüseyn (ə) yanına getdim. Bu zaman o Peyğəmbər (s) məscidində idi. Yaxınlaşıb mənə xoş gördük dedi, sonra buyurdu:
Dedim: Bəli ağa! Sonra buyürdu: Gətirdiyini mənə ver. Onları imama vkerdim. İmam daşlara möhr vurdu.

Həbabə deyir: Sonra Əliyyibnin Hüseyn (ə) yanına daxil oldum. Bu zaman mənim 113 yaşım var idi. Qocalıqdan bədənim əsirdi. İmamı ruku və səcdə halında ibadətlə məşğul görüb məyus oldum ki, axı imamı mənə tanıdacaqdı. Amma o barmağıyla mənə işarə etdi bu zaman cavanlığım qayıtdı. Mən dedim: Ey mənim sevincim, dünyadan nə qədər gedib və nə qədər qalıb? Buyurdu: Onlar ki, gəlib keçib yaxşı idi, onlar kiqalıb yox. Həbabə deyir: Sonra mənə buyurdu: Özünlə gətirdiyini mənə ver. Daşları ona verdim və İmam onlara möhr vurdu. Sonra Əbu Jəfərin yanına daxil oldum. O da daşlara möhr vurdu. Sonra Əba Əbdillah (İ. Sadiq) (ə) yanına daxil oldum. O da daşlara mənim üçün möhr vurdu. Sonra Mussa Əbun Hüseyn (ə) yanına daxil oldum. Onlara mənim üçün möhr vurdu. İmam Rza (ə) yanına daxil olan zaman, o da mənim üçün onlara möhr vurdu. Həbabədən nəql olunur ki, dedi; Əba Əbdillah Hüseyn ibn Əlidən eşitdiyim hədisi sizə danışmağımı istəyirsinizmi? Dedilər: Bəli. Dedi: Eşitdim Hüseynibni Əli (ə) buyurur:


Biz və bizim şiələrimiz Allahın Muhəmməd (s) :

Məbus etdiyi bir fitrətdiyik və digər insanlar ondan uzaqdırlar. Digər bir hədisdə İ. Hüseyn (ə)-dan belə rəvayət edir; O həzrətin yanına daxil oldum. Salam verdim, salamıma cavab verib mənə xoş gəlmisən dedi. Sonra buyurdu:

Ey Həbabə səni bizim görüşümüzdən çəkindirən nədir? Dedim: Mənə sizinlə görüşməyə maneçilik edən xəstəliyimdin ki, get-gedə dahada şiddətlənir. O Həzrət buyurdu: Nədir dedin? Həbabə deyir: Yaramın üzərinə örtdüyüm rübəndimi götürdim. O həzrət əlini yaranın olduğu yerə qoyub dua etdi. Duası qurtarmamış əlini çəkdi və Allah-Təala o xəstəliyi məndən yox etdi.

Sonra buyurdu;


5.Zeynəb (ə) Əliyyibni Əbi Talibin qızı.
Kərbəla şahidi Zeynəbi Kubra Əmirəl Möminin Əli (ə) və Fatimə təz-Zəhra (ə) qızı Peyğəmbər (s) həyatda ikən dünyaya göz açmışdı. Ləqəbləri Ummu Gülsüm, Ummu Əbdullah və Ummun Həsəndir. Lakin bu məzlumə xanım üçün xüsusi ləqəblərdə demişlər. «Ummun Məsait» «Ummu Rzaya» və «Ummu Kəvaib» kimi ləqəblər.

Atası onu qardaşı oğlu Əbdullahibni Jəfərə ərə verir. Bu evlilikdən Əli, ….. – Əbn Əkbər, Əbbas, Muhəmməd və Ummu Gülsüm dünyaya gəlir.

Onun adı Jəbrail vasitəsiylə Peyğəmbərə (s) verilmişdir. Peyğəmbər (s) buyurmuşdur: «Burda olanlara və olmayanlara vəsiyyət edirəm ki, bu qızın hörmət və izzətini qorusunlar, O Xədiceyi Kubra (ə) kimidir.»

Seyid ibni Tavus yazır: İmam Hüseyn (ə) şəhid olan zaman Zeynəb fəryad edir: Ey Muhəmməd! Asimanın mələkləri sənə sələvat və səlam göndərir. Bu Bu Hüseyndir ki, qana bulaşıb və əzaları kəsilib. Bu sənin qızlarındır ki, əsir olublar. Allaha Mühəmməd Mustafaya, Əliyyən Murtəzaya, Fatimeyi-Zəhraya və şəhidlər ağası Həmzəyə şikayət edirəm. Ey Mühəmməd! Bu Hüseyndir.

O elə bir məqama sahib idi ki, İmamətin sirlərini qorumağa qüdrəti var idi. İmam Hüseyn (ə) İ. Zeynəl Abidin (ə) xəstəliyinin şiddəti barədə Zeynəbə bir sıra sözlər deyir və O xanım öz məqamıyla İmamətin naibi olur.

Şeyx Səduq iki sənədə əsasən Əhməd ibni İbrahimdən rəvayət edir. İmam Həsən Əskəri (ə) vəfatından sonra Muhəmməd ibni Əli (ə) qızı Həkimədən soruşurlar: Şiə kimə müraciət etsin? Buyurdu Əba Muhəmmədin anasına. Soruşdular: Qadına vəsiyyət etmək olarmı? Həkimə büyürdü: O Həzrət Hüseynə iqtida edirdi və Hüseyn (ə)-da öz bacısı Zeynəbə vəsiyyət etmişdir.

Şəhidlər sərvərinin şəhadətindən sonra Zeynəbin Kufə bazarında , İbni Ziyadın sarayında və Yezidin Şamdakı sarayında dediyi sözləri və xütbələri elə güclü və təsirli idi ki, hamını heyrətə salmışdı və müsəlmanları qəflət yuxusundan oyatdı. O əz risalətini (yəni Jəddinin Dinin diriltməyi) çox yaxşı yerinə yetirir. Onun sözlərini………………

O çox gecələr səhərə qədər Təhəccüd ilə keçirərdi. Daim Quran tilavət edərdi, hətta məhərrəmin 11-ci gncəsi bütün yorğunluğuna və üzgünlüyünə və bütün müsübətləri görməyinə baxmayaraq ibadətlə məşğul idi. Belə ki, İ.Səccəd (ə) buyurub: O gecə bibimi namaz paltarında, ibadətlə məşğul olan gördüm.

H. Zeynəb (ə) vüqarı və araml
ığı ilə H. Xədicəyə, İsmət və həyasıyla Fatimeyi Zəhra (ə), sözünnü fəsalət və bəlağətiylə İmam Əli (ə)-a səbr və təmkinliyi ilə İmam Həsən (ə), şücayət və cəsarətiyləSeyyidi Şühədaya çox bənzər idi.

İbni Əsir yazır, Zeynəb (ə) ağıllı, dərakəli və güclü məntiqə sahib olan bir qadın idi.

Ayətullah Xoyi dnyir: Zeynəb (ə) qardaşı İmam Hüseyn (ə) ilə İslam qorumaqda və Allah yolunda cihad etməkdə və babaları Rəsuli Əkrəmin dinini və şəriətini qorumaqda və müdafiə etməkdə şərik və həmrəy idi. Zeynəb fəsalətdə elə bil atası Əli (ə) diliylə söz deyirdi, möhkəm və muqavimətində də eynən atası kimi idi. Zalım yanında təvazokarlıq etməzdi, Allahdan başqa heç nədən qorxmazdı. Haqqı deyən və düzgün danışan idi. İti cərəyanlar onu lərzidməz, tufan, şimşək, külək və rüzgar onu məhv edə bilməzdi. O həqiqətən İmam Hüseynin bacısı idi. Əşdəda və cihadda o həzrətilə həmrəy idi. Şeyx Zəbihullah Məhənqati yazır: Bəndənin əqidəsi budur ki, H. Zeynəb, Fatimeyi-Zəhra (ə) dan sonra keçmişdə və gələcəydə olan qadınlar ən fəzilətlisidir. Hər kəs bu Məzlumənin həyatını mütaliə edərsə mütləq bunu təsdiqləyər. Bu hörmətli qadın təkvini və tənrini fəzilətlərlə mükəmməl idi. Ömər Rza Kəhhane deyir: O hörmətli və izzətli qadın gözəl ağıl və rəy sahibi fəsahət və bəlağətli bir Seyyidə idi.

Fərid Vəğdi yazır: Zeynəb qadınların ən yaxşısı, seçilmişlərin böyüyü və qadınların ən hörmətli və izzətli idi.

Seyid Musin Əmin deyir: «Zeynəb (ə) ən yaxşı qadınlardan idi… dilinin fəsaləti, sözünün bəlağəti, Kufə və Şamda dediyi xütbələrdə elə idi ki, elə bil atası Əmirəl-Möminin (ə) söz danışırdı.

Əllamə Məşəqani onu «………….. hesab edir. O deyir: «SəduqMəşixədə……………. onun adını çəkmişdir. Mən deyirəm Zeynəb! Kimdir Zeynəb? Sən hardan bilirsən kimdir Zeynəb? O bəni Haşim qadındır ki, tərifə layiq sifətləriylə ən üstünüdür. Anasından başqa heç kim ona üstünlüyünə görə fəxr edə bilməz. Beləki, əgər ona ….. desək, çox düz demiş olarıq. O, öz geyimində və hicabında elə idi ki, atasının və qardaşının sağ olduğu dövrdə heç kim onu görməmişdi. Kərbəla vaqiəsi istisna olmaqla o səbriylə, imanının güclülüyü və təqvası ilə şəxsiyyətdir. Rəsalət və bəlaqətdə elə bir Əmirəl-Mömininin dilindən söhbət edirdi.

Məclisdə o həzrətdən hədis rəvayət etmişdir. H. Zeynəbin İmam Hüseyn (ə) barədə dediyi sözləri şerləri, Məsum (ə)dan nəql olunan hədis kimi hesab olunur.

6. İmam Hüseyn (ə) qızı Səkinə.

Səkinə Hüseyn ibni Əlinin qızı, anası Rübab bintii Əmrəl Qeys ibni Ovs ibni Jabir idi. Onun adını Əminə Umeymə və Amənə (atasının nənəsi Amənə binti Vəhəb adı kimi) deyiblər. Lakin Səkinə adı çox tanınmamışdır.

Əbdullaş ibn Həsən (ə) alvadı olur. Əbdullah «Kərbəlada» əmisiylə şəhid olur. Aşura vaqiəsindən sonra Səkinə bibisi H.Zeynəb və Rəsulullahın sağ qalan əhli əyanı ilə Dəməşqə gedirlər. Sonra Mədinəyə yolanmışdır. Bütün onlardan sonra Səkinə Mösəb ibni Zobeyr ilə ailə qurur. Mösəblə Rübab adlı qızları olur. Mösəbdən sonra Abdullah ibni Osman ibni Abdullahibin……. ibn Xuveylər ilə ailə qurur. Həkimə və Osman adlı iki övladları olur. Abdullahdan sonra, Zeyd ibni Əmrov ibn Osman ibni Əffən ilə nigah bağlayır. Bir çox tarixçilərin dediyinə əsasən Səkinə Rəbiyyəl-Əvvəl ayının 5-də 117 q. ilində Mədinədə Xalib ibni Əbdül Məlikin höküməti dövründə vəfat edir. Xalid meyyd namazını özü qılmaq üçün havannı isti olmasını bəhanə edib Səkinənin dəfninə icazə vermir. Jamaat axşama qədər gözləyir, nəhayət gncə olanda hamısı öz evinə gedir. Jənazənin ətrafına ətir və ətir ağacı töküllər. O günün səhəri icazə verir ki, namaz qılınsın və Səkinə Mədinə şəhərində dəfn olur. Bəziləri deyir Səkinə Rəbiyyəl Əvvəl ayının beşində 126 ilində Məkkədə Ömrə mərisimində dünyadan gedir.

Əbulfərəc deyir; Səkinə Mədinədə Əbdül Məlikin hakimiyyəti dövründə dünyadan gedir və Xalid günortanın istiliyindən namazı təxirə salır. Əliyyibnin Hüseyn (ə) əmr edir ki, dəfn və namaz üçün hazırdı ətir vursunlar.

Səkinə fəsahətli və bəlaqətli bir qadın idi. O öz dövrünün ən yaxşı şairlərindən hesab olunmuş. O yüksək məqama sahib idi. Qureyşin ən böyük ədib və şairləri onun yanına gəlib onunla münaqişə və mübahisə edirdilər. Səkinə onların şerləri barədə qəzavət edib, onlara düzəliş verirdi. Səkinə onlara əlmuzdu verirdi. Onun şair icmasıyla olan görüşləri barədə, o cümlədən Bərəzdəq və bəzi şairlər öz kitablarında qeyd ediblər.

Əbul Fərəc İsfəhani də onun sözlərin və şerdərin öz kitabında yazmışdır. O gümlədən yazır ki, bir sıra Kufə əhlindən Səkinənin yanına gəlib ona təsəlli verir. Səkinə onlara deyir: «Allah bilir ki, sizin əlinizdən nəqədər hirsliyəm! Babam Əlini şəhid etdiz. Yoldaşım Mösəbi qətl etdiz. Javan ikən məni yetim qoyduz. Yaşa dolanda isə mənim başqalarıyla ünsiyyətdən məhrum etdiz. İndii hansı üzlə mənim görüşümə gəlmisiniz.» Səkinə öz əriylə birlikdə qardaşı İmam Hüseyn (ə) ardıyca Kərbəlaya gedir. O bütün kərbəla müsübətlərində və çətinliklərində iştirak edərək qardaşlarının, əmilərinin və əmi uşaqlarının, ərinin və atasının şəhadətini görmüşdür. Atasının parə-parə bədəniylə vidalaşmağa və əsarətdə olmağıyla bütün bunlara təhəmmün etmişdir. O namuslu və vicdanlı bir qadın idi. Rəsululahın səhabələrindən olan Səhl ibni Səd rəvayət edir; Dəməşqə daxil olanda Ali Rəsulun orda olduğundan xəbərdar oldum. Onların yanına keçdim ki, bəlkə onların bir istəklərinə əməl etmiş olaram. Bir qız uşağından soruşdum: Sən kimsən? Dedi : Hüsen qızı Səkinəyəm. Dedim bir şey istəmirsən, mən Səhl ibni Sədəm. Sənin babanı görüb onun hədislərini eşitmişəm. Səkinə dedi; Ey Səhl

kəsik başları aparan şəxslərə de ki, bizdən qabaqda getsin ki, camaat kəsik başlara baxıb bizə baxmasınlar. Axı biz Ali Rəsulun qızları və qadınlarıyıq. Səkinə şücaətli bir qadın idi. O Bəin Uməyyənin lənəti və tənəsinin qarşısında sükut etmişdi.

Ömər Rza Kəhhale yazır: Jümə günləri Xalid ibni Əbdülməlikin yanına gedirdi. Xalid minbərə çıxıb Həzrəti Əli (ə) barədə pis və söyüşlü sözlər danışırdı ki, Səkinə öz xidmətçiləri ilə birlikdə onu danladılar. Xalidin can güdənləri Səkinənin qulluqçuların vurdular. Səkinə Qureyş qadınlarının sərkərdəliyində Hişamın yanına gedir. Onun kəmərini qurşağından açır və əmmaməsin başından götürür.

Mərvan Səkinənin cəddi Əli (ə)ma lənət edən zaman, Səkinə Mərvanın atasına və atasının atasına lənət edir.

Osman ibni Əffanın qızı Səkinənin yanında deyir: Mən şəhid qızıyam. Səkinə susur. Qəflətən muəzzən azan deyir: Əşhədu ənlə Muhəmməd Rəsullalah.» Səkinə deyir: Bu y a mənim atamdır ya sənin………………………………….atan. O qadın dedi: Məe heç vaxt sizin yanınızda fəxr etmərəm.

Səkinə şücaətli və əzəmətli bir qadın idi. Heç kimin onu qarğış etməyə cürəti çatmırdı, Hişamın abrını tökdüyü zaman onun bir söz deməyə qüdrəti çatmadı. Bu hadisə Səkinənin şücaətinin və cəsarətinin nişanəsidir. İmam Hüseyn (ə) Səkinə və anası barədə belə buyurub: Sənin canına and olsun ki, Səkinə və Rübab olan evi çox istəyirəm.


Ömər Rza Kəhhane yazır: Səkinə böyük hörmətli, nəcabətli, nüfuzlu və məqamı yüksək bir qadındır.

Binti - ……….. deyir: Həqiqətən Səkinə əsl-nəcabətiylə, şəraf və məqamıyla sonsuz izzət sahibidir.

Zeynəb binti Rəvvaz deyir: Səkinə dövrünün qadınlarının ən başda gələni, ən gözəli, əxlaqıyla ən qiymətlisi və onların ən yaxşısı idi.

Səkinə atası İ.Hüseyn (ə)dan və Ummu Gülsüm (ə)dan rəvayət etmişdir.

7) Həbabətun Vəlibiyyənin qızı Fatimə.

Fatimə Həbabənin qızı idi. Həbabətun Valibiyyə barədə əvvəldə danışmışıq.

Fatimə fəzilətli, alim, İ.Həsən (ə) və İ.Hüseyn (ə) dan rəvayət edən bir qadın olub.

Şeyx Tusi onun adını İ.Həsən və İ.Hüseyn (ə) rəvayətçilərinin sırasında çəkmişdir.

Şeyx Ərdəbəli və Mirzə Mehdi onu hədis rəvayət edən kimi tanıdıblar.

Əllamə Məşəqani yazır; Onun İmama etiqat etməsi aşkar idi lakin onun həyat yolu barədə və onun nə qədər etibarlı və inamlı olması barədə məlumat yoxdur. Fatimə İmam Həsən (ə) və İmam Hüseyn (ə)-dan rəvayət etmişdir.

8. İmam Hüseyn (ə) qızı Fatimə.

Fatimə Hüseyn ibni Əliyyibni Əbi Talibin qızıdır. Anası Təlhə ibni Əbdullah Teyminin qızı Ummu İshaqdır. Kunyəsi Ummu Əbdullah ləğəbi Fatimeyi Suğra və Fatimeyi Nəbəviyyədir. O Həsən ibni Həsən ibni Əli (ikinci Həsən)-nin həyat yoldaşı, Əbdullah, İbrahim, Həsən və Zeynəbin anası idi. Fatimə əmisi oğlu olan həyat yoldaşı Həsən ibni Həsənlə birlikdə atası İma Hüseyn (ə)-la Kərbəlaya yollanır. Atasının vəfatı və ………… Təsr hadisəsindən (Kərbəla torpağı) sonra bibisi H.Zeynəb (ə) və Peyğəmbər (s) ailəsindən sağ qalanlarla birlikdə Dəməşqə əsir gedirlər. Sonra Mədinəyə gedir. Əri Həsənin vəfatından sonra, onun qəbri kənarında, bir il müddətində xeymə qurub orda qalır.

Fatimə (ə) ailə qurmaq istəmirdi. Nəhayət bir neçə muddətdən sonra, Əbullah ibni Əmrov ibni Osmanın təkidi il əvə əri Həsənin tapşırığı ilə, Abdullah ilə ailə qurur və Qasim, Muhəməd və Ruqəyyə adlı övladları olur.

Əbdullah ibni Əmrovun vəfatından sonra , Yezidin Mədinəyə hakim təyin etdiyi Əbdurrəhman ibni Zəhhak Fəhri, Fatiməyə elçilik edir. Fatimə onun təklifini qəbul etmir. Əbdurrəhman ona əziyyət verir və onu qorxudur ki, əgər qəbul etməsə böyük övladı Əbdullah ibni Həsəni şərab içməkdə şərriyib, cəza verəcək. İbni Hormoz adlı şəxs Mədinə məhkəməsinin rəisi idi. Yezid ibni Əbdül Məli konu müfəttişlik üçün öz yanına çağırır. İbni Hormoz sağollaşmaq üçün Fatimənin yanına gəlib deyir: Bir işin varmı? Fatimə deyir: Xəlifəyə İbni Zəhhakın mənə etdiyi təklifi və göstərdiyi təziqi barədə xəbər ver. Fatimə özüdə Yezid ibni Əbdül Məlikə şikayət məktubu yazır...

Fatimənin şikayətindən sonra Yezid ibni Əbdül Məlik İbni Zəhhakı öz vəzifəsindən uzaqlaşdırır və onu verdiyi zərərə görə cərimə edir.

İmam Hüseyn (ə) qızı Fatimə 110-cu Hicri ilində, yetmiş yaşında vəfat edir. Deyilənə görə İmam Hüseyn (ə) qızı Fatimə (Nəbəviyyə) Misrdə dəfn olunmuşdur.

Fatimənin ibni Zəhhakla olan hekayəti bir qadının güclü iradəyə, dözüm və şücaətə sahib olmasıdır. O hökumətin güc və qüvvəsinə tabe olmurdu və öz haqqını müdafiə edirdi. Fatimə ərinin qəbri kənarında qurduğu xeymədə qalan zaman gecələri ibadətdə keçirir, gündüzləri oruc tuturdu. O çox ibadət edən və təvazokar bir qadın idi. İbni Səd Fatimədən rəvayət edən rəvayətçilərdən bir xəbəri belə yazır: Bir ildə cəm olan dənələrlə Allaha təsbih deyərdi. İmam Hüseyn (ə) qızı Fatimə ən yaxşı ailədən idi və çox tərifə layiq bir əxlaqa sahib idi. Fatimə öz bacısı Səkinədən böyük idi. Başqalarından ən çox Həzrəti Fatiməyə bənzəyən o idi.

Fatimə Kərbəlada atasının, qardaşlarının və qohüm əqrəbasının necə şəhid olmalarının şahidi olmuşdur.

Peyğəmbər (s) əhli-beytinə edilən bütün zülm və sitəmləri gördükdə bibisi H.Zeynəb (ə) pənah aparır. Ailəsinə edilən bu böyük müsübət, onda ağlamaqdan başqa bir vəziyyət yaratmışdı yə əsirgedir.Kufə kişi və qadınlarının əsir karvanını qarşımaları onun və ailəsinin hüzun və kədərini dahada artırdı. Nəhayət bibisi H.Zeynəb (ə) xütbəsindən sonra, Fatimə nitq söyləməyə başladı. Fatimə əzm və imanla, qətiyyət və yəqinliklə Kufə camaatı üçün nitq söylədi və bununla Əməvilərin çirkin əməlinin üstündən pərdəni götürdü. O məclis əhlini elə ağlatdı ki, dedilər: Ey pak və ləğiblərin övladı! Bizim ürəklərimizi parə-parə etdin və bizlərin aramıza alov səpdir. Fatimə atasının əmanətdarı idi.

Kuleyni öz dəlilinə əsasən Əbi Jarudun İmam Baqir (ə)-dan nəqlini belə yazır ki, İmam buyurdu:

İmam Hüseyn (ə) şəhadəti çatan zaman, o vəsiyyət məktubunu aşkar surətdə qızı Fatiməyə verdi. İmam Hüseyn (ə) şəhid olandan sonra Fatimə vəsiyyət məktubunu Əliyyibnin Hüseyn (ə) verir.

Məşəqani yazır: Fatimənin alicənablığının və əzəmətinin şöhrətinə və məqamına dəlil və bəyan təqdim etməyə heç bir ehtiyac yoxdur. O Kuleyninin verdiyi xəbəri rəvayət etdikdən sonra, Fatimənin vəsiyyətə necə əmanətdarlıq etməyi barədə yazır:……………


Bu xəbərin məzmunundan belə nəticəyə gəlirik ki, onun dərəcəsi və məqamı (…. ) –vəsaqət və ədalət məqamından üstündür. İbni Həbban onu ….. inanılmış və etibarlı şəxslərdən hesab edir.

Fatimə Həzrət Fatimə (ə)-dan Peyğəmbər (s) və rəsul tərzdə, atası Hüseyn ibni Əli (ə)dan, qardaşı Əliyyəibnin Hüseyn (ə)dan bibisi Həzrəti Zeynəb (ə)dan (Muəzzən) Azan verən Bilaldan İbni Əbbas və Əsma binti Umeysdən Peyğəmbər (s) və Nəbi kimi rəvayət nəql etmişdir.

Səçətun İslam Kuneyni öz istinadına əsasən Əbu Həmzədən və Əbu Həmzə Əbdullahibin Həsəndən və Əbdullahda öz anası Fatimə (İmam Hüseyn (ə) qızı)-dan rəvayət edir ki, Fatimə dedi: Rəsullulah buyurdu: Üç (xislət) xasiyyət var ki, ona malik olan şəxsin imanı kamil olur: 1.O vaxt ki, şadlıq içindədir, Onun razılığın mənasız və boş şeylə yox etmə, 2. O vaxt ki, qəzəblidir, onun qəzəbin haqqdan uzaqlaşdırma, 3.Qüdrəti və iztiyarı çatan zaman onun malı olmayana əl uzatmaya.

Şeyx Səduq öz istinadına görə Mühəmmədibni Sənnandan, Muhəmmədibni Sənan Əbul Jarud Ziyadibni Munzirdən Əbul Jarud Ziyadibni Munzir Əbdullahibnin Həsəndən Əbdullahibni Həsən anası Fatimə biitin Hüseyn (ə) rəvayət edir ki, dedi: Qarətçilər bizim xeyməmizə gəldilər. O zaman mən balaca qız idim. Ayağımda qızıldan «Xan-xan» (ayağa salınan zinət əşyası) var idi. Bir kişi onu mənim ayağımdan çıxarıb ağladı. Dedim: Ey Allahın düşməni niyə ağlayırsan?

Dedi: Necə ağlamayım ki, Peyğəmbər əhli-əyanını qarət edirəm?

Dedim: Qarət eləmə.

Dedi: Qorxuram əgər mən qarət etməsəm, başqası gəlib qarət edər.

Fatimə deyir: Hər bir şeyimizi qarət etdilər, hətta mənim baş örtüyümə qəcdər belə.



Əbu Davud, Tormozi və İbni Mağe özlərinin «Sunən» və «Nisayi» kitablarında, o cümlədən «Xəsansu Əli (ə)» və «Musnəde Əli (ə) kitablarında İmam Hüseyn (ə) qızı Fatimə haqqında rəvayət etmişdirlər.
Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə