BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan ədəbiyyat


BİRİNCİ FƏSİL SƏHABƏ İLƏ TANIŞLIQ



Yüklə 0,87 Mb.
səhifə2/20
tarix01.09.2018
ölçüsü0,87 Mb.
#66320
1   2   3   4   5   6   7   8   9   ...   20

BİRİNCİ FƏSİL




SƏHABƏ İLƏ TANIŞLIQ

İSLAM DİNİNİN BAŞLANĞICI


On üç il ardı-arası kəsilməyən əzab-əziyyət və işgəncələrdən sonra İslam Peyğəmbəri (s) Yəsrib (Mədinə) şəhərinə daxil olub şəhər əhalisi arasında qardaşlıq əhdi bağladıqda, bu sevincin nə qədər davam edəcəyindən heç kimin xəbəri yox idi. Peyğəmbər (s) bu şəhərə daxil olduqda, ilk növbədə Ovs və Xəzrəc tayfaları arasında uzun illərdən bəri davam edən münaqişəni həll etdi. Bu hadisədən sonra camaatda İslam dininə və Peyğəmbərə iman gətirməyə rəğbət günü-gündən artırdı. Şübhəsiz, əgər müsəlmanların arasında olan o vəhdət və birlik Peyğəmbər (s)-in vəfatından sonra da davam etsəydi, İslam dini tez bir zamanda bütün yer üzünü fəth edərdi, müsəlmanlar da indiyə qədər bunun bərəkətindən istifadə edə bilərdilər.

Amma çox təəssüflər olsun ki, Peyğəmbər (s)-in vəfatından sonra müəyyən hadisələr bu birliyi və İslam tarixini öz təbii axarla-rından tamamilə dəyişdirdi, müsəlmanlar arasında dərin ixtilaflara səbəb oldu. Belə ki, bu dəhşətli hadisələr 14 əsrdir ki, müsəlman-ları həqiqi İslam nurundan məhrum etmişdir.

Bu qaranlıq bir mühitdə hər kəs məcburiyyət qarşısında qalaraq özünə müəyyən bir yol seçib və özünün doğru və haqq yolda olduğunu güman edir. Ancaq görəsən bütün bu yollar Peyğəmbər (s)-in öz sağlığında bəyan etdiyi yoldur, yoxsa insanları azğınlığa aparır?

Müsəlmanlar Peyğəmbər (s)-in vəfatından sonra iki firqəyə ayrıldılar. Onların biri Əbu-Bəkrin xilafətini qəbul edib “Əhli-sünnət” (sünnü) adı ilə məşhur oldular. O biri dəstə isə Əbu-Bəkrlə müxalifət edib yalnız Əli (ə)-ı Peyğəmbər (s)-in haqq canişini kimi qəbul edərək “şiə” adı ilə tanındılar. Biz bu fəsildə müsəlmanların arasında yaranan ixtilafın amillərinin bəzi səhabələrin etdiyi əməllər olduğunu göstərən rəvayətləri nəql edəcəyik. Belə ki, bu səhabələr Peyğəmbər (s)-in buyurduqlarına əməl etməyib İslam ümmətini öz ətraflarına yığdılar. Biz əvvəlcə çoxluq təşkil edən dəstənin, sonra isə azlıq təşkil edən dəstənin fəzilətinə dair nəql edilən rəvayətləri əziz oxucuların nəzərinə çatdıracağıq. Düzgün mühakimə yürüdərək tənqidi nəticələr çıxarmağı isə əziz oxuculara həvalə edəcəyik.


PEYĞƏMBƏR VƏ GƏLƏCƏK


İslam Peyğəmbəri həzrət Mühəmmd (s) bəzi hadisələrlə əlaqədar olaraq öz ümmətinin gələcəyindən xəbər verirdi ki, özündən sonra müsəlmanlar düz yolu seçməklə çətinliyə düşməsinlər. Bu barədə Peyğəmbər (s)-dən bəzi hədislər nəql olunub. Digər tərəfdən isə bəzi səhabələrin fəzilətinə dəlalət edən hadisələr bu hədislərlə bir neçə cəhətdən ziddiyyətdədir. Bütün bu rəvayətlərdə “ma əhdəsu” sözü işlədil-mişdir. (Yəni ümmətin gələcəkdə görəcəyi işlərdən xəbər vermək.) Biz bu rəvayətləri bəyan etdikdən sonra onları səhabənin fəziləti haqda olan hədislərlə müqayisə edəcəyik.

1-Ayişə deyir: Peyğəmbər buyurdu: “Mən ümmətimin bir dəstəsini behiştə daxil etmək üçün “Kövsər” hovuzunun yanında duracağam. And olsun Allaha, elə bu zaman ümmətimin bir dəstəsini məndən ayıracaqlar. Mən deyəcəyəm: “Pərvərdigara, axı bunlar mənim ümmətimdən və köməkçilərimdir.?! Mənə deyiləcək: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər?! Bunlar İslamı qəbul etdikdən sonra yenidən öz cahi-liyyət adətlərinə qayıtdılar.”6

2-Abdullah deyir: Peyğəmbər buyurub: “Mən “Kövsər” hovuzuna sizdən öncə gələcəyəm. Bu zaman mələklər bir qövm ilə çəkişəcəklər. Mələklər onlara qalib gəlib onları məndən uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: “Pərvərdigara, (axı) bunlar mənim səhabələrimdir...!” Allah tərəfindən deyiləcək: “Bunların səndən sonra nələr etdiklərini bilmirsənmi?!”7

3-Ənəs ibni Malik deyir: Peyğəmbər (s) belə buyurdu: “Həmişə mənimlə birlikdə olan şəxslər “Kövsər” hovuzunda mənim yanıma gələcəklər.” Orada... onları məndən ayıracaqlar. Mən deyə-cəyəm: “Pərvərdigara, (axı) bunlar mənim əshabımdır...!” Allah tərəfindən deyiləcək: “Bunların səndən sonra nə cinayətlər törət-diklərini bilmirsən?!”8

4-Əhməd ibni Hənbəl Əbu Hüreyrədən nəql edir ki, Peyğəmbər (s) belə buyurdu: “Dəvənin yanından yad bir dəvə balasını qovan kimi, mənim əshabımdan olan bir dəstə camaatı da “Kövsər” hovuzundan geri qaytaracaqlar.”

Əhməd ibni Hənbəl öz kitabının 300 və 408-ci səhifələrində isə belə yazıb: “Onları çağırıb “gəlin” dedikdə, Allah tərəfindən deyiləcək: “Bunlar səndən sonra dini təhrif etdilər.” Mən isə deyəcəyəm: “Səhqən, səhqa-məndən uzaq olun, məndən uzaq olun və cəhənnəmin ən aşağı mərtəbəsinə daxil olun!”9

5-Qütadə deyir: “Bir zaman Peyğəmbər (s) bu ayəni oxudu: “Qiyamət günü bəzi üzlər ağ, bəziləri isə qara olacaq. Üzü qara olanlara deyiləcək: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə buna görə də cəhənnəm əzabını dadın.”10

Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra buyurdu: “Bir dəstə camaat mənim söhbətlərimi eşitməklərinə baxmayaraq, məndən sonra kafir olacaqlar.” Sonra isə Peyğəmbər (s) bizə xəbərdarlıq edib sözünə davam etdi: “Mühəmmədin canı əlində olan Allaha and olsun, “Kövsər” hovuzunun başında mənimlə yoldaş olan camaatın bir dəstəsini məndən uzaqlaş-dıracaqlar. Onları bu halda gördükdə deyəcəyəm: “Pərvərdigara, axı bunlar mənim əshabımdır!” Allah tərəfindən deyiləcək: “Səndən sonra bunların nə kimi cinayətlər törətdiklərini bilmirsənmi?!”11

6- İbni Məsud deyir: Peyğəmbər (s) Ərəfat çölündə dəvənin üstündə ikən belə buyurdu: Bilirsinizmi bu gün hansı gün, bu ay hansı ay və bu yer hansı yerdir? Müsəlmanlar dedilər: “Bu gün haram (hörmətli) gün, bu ay (hörmətli) ay və bu yer də haram (hörmətli) yerlərdəndir.” Peyğəmbər (s) buyurdu: “Agah olun! Sizin mal və canınız bu gün, bu ay və bu yer kimi bir-birinizə haramdır. (Yəni toxunulmaz və möhtərəmdir.) Agah olun! Mən “Kövsər” hovu-zunda sizdən qabaq hazır olacağam, sizin çoxunuz “Kövsər” hovuzuna toplaşacaqsınız. Mən o zaman xəcalət çəkəcəyəm ki, orada sizin bir dəstənizi seçəcəyəm, Allah tərəfindən isə digər bir dəstə seçiləcək. Mən Allaha: “(Axı) Bunlar mənim əshabım idilər!” dedikdə, “bunların səndən sonra nə işlər etdiklərini bilmirsən?!” - deyə cavab veriləcək.”12

7-İbni Abbas deyir: Peyğəmbər (s) buyurdu: “Qiyamət günü bəndələr ayaqyalın, çılpaq və tüksüz məhşur olacaqlar. Mənim əshabımın bir dəstəsini behiştə, bir dəstəsini isə cəhənnəmə aparacaqlar. Bu zaman mən deyəcəyəm: “Cəhənnəmə apardığınız bu insanlar mənim əshabım idilər!” Elə bu zaman mələklər tərəfindən: “Bunlar səndən sonra mürtəd olub cahiliyyət adət-ən”ənələrinə qayıtdılar” - deyə cavab gələcək.”13



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə