BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan ədəbiyyat


PEYĞƏMBƏRİN VƏFATININ İNKAR OLUNMASI



Yüklə 0,87 Mb.
səhifə7/20
tarix01.09.2018
ölçüsü0,87 Mb.
#66320
1   2   3   4   5   6   7   8   9   10   ...   20

PEYĞƏMBƏRİN VƏFATININ İNKAR OLUNMASI


Allahın Rəsulu (s) bazar ertəsi günü günorta çağı dünyasını dəyişdi. Bu zaman Ömər Mədinədə,48 Əbu Bəkr isə “Sünh”49 adlanan yerdə (öz evində) idi.

Ayişə deyir: Ömər və Müğeyrə ibni Şöbə icazə aldıqdan sonra Peyğəmbərin otağına daxil olub onun üzünə örtülmüş ağ parçanı kənara çəkdilər. Ömər Peyğəmbərin üzünü gördükdə yanıqlı bir ah çəkib: “Peyğəmbər necə də ağır bihuş olubdur!”-dedi. Otaqdan çıxanda Müğeyrə Ömərə dedi: “Ey Ömər! Allaha and olsun, Peyğəmbər vəfat etmişdir.” Ömər dedi: “Sən aranı qatmaq üçün yalan deyirsən, Peyğəmbər ölməyibdir. O, münafiqləri öldürməyincə, ölmə-yəcəkdir.”50

Ömər bununla da kifayətlənməyib Peyğəmbərin ölümü barədə danışan hər bir şəxsi ölümlə təhdid edib deyirdi: “Münafiq-lərdən bəziləri Peyğəmbərin öldüyünü güman edirlər. Belə deyil: Peyğəmbər ölməyib. O, Musa ibni İmran kimi qırx günlük qeybə çəkilib. Halduki, o da qayıdanda deyirdilər ki, Musa ölüb. Peyğəmbər də Allahın yanına gedibdir. Allaha and olsun, Peyğəmbər qırx gündən sonra qayıdıb, onun öldüyünü deyənlərin əl-ayaqlarını kəsəcəkdir!”51

Sonra dedi: “Hər kim Peyğəmbərin öldüyünü desə, əlimdəki bu qılınc ilə onun başını bədənindən ayıracağam.52 Peyğəmbər göylərə gedibdir.”53

Elə bu zaman Peyğəmbərin səhabələrindən biri olan İbni Ümmü Məktum bu ayəni Ömərə oxudu: “Mühəmməd özündən qabaqkı peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıda-caqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir.”54

Peyğəmbərin əmisi Abbas deyir: “Peyğəmbər həqiqətən də ölmüşdü. Çünki, ölüm vaxtı Əbdül Müttəlib övladlarının üzündə olan əlamətləri Peyğəmbərin də sifətində gördüm.”55

Ancaq Ömər yenə də öz sözündən əl çəkmirdi. Abbas camaatdan soruşdu: “Sizlərdən biri Peyğəmbərin ölümü haqda bir hədis bilirmi? Əgər bu barədə bir hədis bilirsinizsə deyin.” Bütün camaat “xeyr” - deyə cavab verdilər.

Abbas Ömərdən “Bəlkə sən bu barədə nə isə bir şey bilirsən?” - deyə soruşduqda, Ömər də “xeyr” - deyə cavab verdi. Elə bu zaman Abbas camaata üz tutub dedi: “Ey camaat! Peyğəmbərin öz ölümü haqda hətta bir nəfərə belə, bir şey demədiyinə şahid olun.56 Tək olan Allaha and olsun, həqiqətən də Peyğəmbər ölüm şərbətini içibdir.”57

Ancaq Ömər yenə də hay-küy qoparıb camaatı təhdid edirdi.

Abbas sözünə davam edib dedi: “Peyğəmbər də sair insanlar kimi bəla və ağır hadisələrə düçar olur və həqiqətən də o, öz dünyasını dəyişibdir.

Tez olun, onu torpağa tapşırın! Bu nədir?! Yoxsa Allah sizi bir dəfə, Öz Rəsulunu isə iki dəfə öldürür?! Peyğəmbərin Allah yanında olan məqamı çox üstündür və heç vaxt onu iki dəfə öldürməz! Hətta sizin dedikləriniz düzgün də olsaydı, onu torpaqdan çıxardıb yenidən diriltmək Allah üçün heç də çətin deyildir. Peyğəmbər aydın nicat yolunu sizə göstərmədən dünyasını dəyişməzdi.”58

Ömər, ağzının suyu köpüklənib yerə tökülənə qədər öz sözünü təkrarladı.59

Səhabələrdən biri və süffə əhlindən olan Salim ibni Übeyd Sünhə gedib, Peyğəmbərin vəfat xəbərini Əbu Bəkrə çatdırdı.60 (Bəzi tarixçilər Ayişənin Əbu Bəkrə xəbər çatdırdığını yazırlar.)

Əbu Bəkr dərhal Mədinəyə yola düşdü. Şəhərə daxil olduqda, Ömərin ayaq üstə durub camaatı qorxudaraq “Peyğəmbər ölməyib. O yaşayır”-dediyini gördü.61 Ömər, Əbu Bəkri görən kimi sakitləşib, yerinə oturdu.62 Əbu Bəkr Allaha həmd-səna edib dedi: “Allaha sitayiş edənlər, Allahın heç vaxt ölməyəcəyini bilsinlər, Məhəmmədə sitayiş edənlər isə, agah olsunlar ki, o, vəfat edibdir.” Sonra isə bu ayəni oxudu: “Mühəmməd özündən qabaqkı peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıdacaqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir.”63

(Bundan qabaq bu ayəni, ibni Ümmü Məktum oxumuşdu.)

Ömər təəccüblə Əbu Bəkrdən “Bu oxuduğun Quran ayəsi idimi?” - deyə soruşdu.

Əbu Bəkr: “Bəli” - deyə cavab verdi.

Ömər, Müğeyrənin dediyi sözlərə, ibni Ümmü Məktumun oxuduğu ayəyə və Abbasın dəlillərinə etina etmədi və öz fikrindən dönmədi. Ancaq Əbu Bəkrin dediklərini eşitdikdən sonra dərhal sakitləşib öz fikrini dəyişdi. Ömərin özü sonralar bu əhvalatı belə nəql edirmiş: “Allaha and olsun yalnız Əbu Bəkrin dediklərini eşitdikdən sonra dizlərim büküldü, yerə yıxılıb ayağa qalxa bilmədim. Elə bu zaman Peyğəmbərin öldüyünü anladım.”

Təəccüblüdür ki, Əbu Bəkrdən qabaq İbni Ümmü Məktum da bu ayəni oxuduqda, Ömər “bu Quran ayəsidir?” - deyə soruşmadı.

Belədirsə onda sünnü alimləri Ömərə, hətta bu sözün Quran ayəsi olub-olmadığını bilmədiyi halda “ümmətin ən savadlı şəxsi” adını necə veriblər?

Görəsən, nə üçün Ömərdən başqa heç kim Peyğəmbərin ölümündə şəkk-şübhə etmirdi? Nə üçün məhz Əbu Bəkr gələndən sonra Ömər sakitləşdi?

Bu sualların cavabını tapmağı həqiqət axtaran oxuculara həvalə edirik.


NƏ ÜÇÜN ÖMƏR PEYĞƏMBƏRİN VƏFATINI İNKAR EDİRDİ?


Görəsən, Ömər doğrudanmı qəlbən Peyğəmbəri sevib ona hədsiz məhəbbət bəslədiyi və onun itirilməsindən şiddətli qəm-qüssəyə düçar olduğu üçün camaata qılınc çəkib onlara hədə-qorxu gəlirdi? Görəsən bəzi tarixçilərin yazdığı kimi, doğrudanmı Ömər həmin gün dəli olmuşdu?64

Xeyr, əsla belə deyil, bunların səbəbi tama-milə başqa şeydir.

Böyük sünnü alimi İbni Əbil Hədid yazır: “Ömər Peyğəmbərin vəfat etdiyini bildikdə imamlıq və xəlifəlik üstündə çəkişmə başla-nacağından, nəticədə ənsar və ya başqalarının xilafəti öz əllərinə keçirəcəyindən qorxub bu işləri gördü və mümkün olan hər bir yolla camaatı susdurmağı məsləhət bildi. Onun dediyi sözlərin hamısı Əbu Bəkri gözləməsi və höku-mətin əldən çıxmaması üçün idi.”65

Bizim nəzərimizcə, İbni Əbil Hədidin dedikləri tamamilə doğrudur. Çünki, Ömərin qorxduğu şəxslərdən biri də Əli (ə) idi. O gün xəlifəliyə namizəd üç nəfər idi: Birincisi Əli (ə) idi və bütün Bəni Haşim tayfası onun tərəfdarı idi. Əbu Süfyan, Zübeyr, Xalid ibni Səid Əməvi, Bərra ibni Azib Ənsari, Salman, Əbuzər, Miqdad və başqa böyük şəxsiyyətlər Əli (ə)-ı himayə edirdirlər.

İkincisi Xəzrəc tayfasının namizədi Səd ibni Übadə Ənsari, üçüncü namizəd isə, Əbu Bəkr idi. Ömər, Əbu Übeydə, Müğeyrə ibni Şöbə, Əbdür-rəhman ibni Ovf, onu himayə edirdilər.

Bunlardan Səd ibni Übadə hakimiyyət kürsüsündə otura bilməzdi. Çünki ənsardan olan ovs tayfası onunla müxalif idilər. Mühacirlərdən də onunla beyət edəcək bir kəs yox idi. Əgər Əbu Bəkrin tərəfdarları Əli (ə)-ın əleyhinə fəaliyyətə başlayıb Peyğəmbərin (s) dəfn mərasimi sona çatmamış öz tədbirlərini həyata keçirməsəydilər, xilafət yüz faiz Əli (ə)-a çatacaqdı. Əgər onlar Peyğəmbərin dəfn mərasimindən sonra xəlifə təyin olunan yığıncaqda Əli (ə)-ın da iştirak etməyinə imkan versəydilər, onda xilafəti Əli (ə)-ın qanuni haqqı bilən ənsar, mühacir, Bəni Haşim və Əbdül-Mənaf tayfasının bəziləri-nin varlığı ilə Ömər heç vaxt öz məqsədinə nail olmayacaqdı.

Əgər doğrudan da Peyğəmbərin vəfatı Öməri ağır təsirləndirib onu bu qədər narahat etmişdisə onda Ömər heç vaxt Peyğəmbərə bu qədər məhəbbətlə yanaşı onun cənazəsini ortada qoyub “Bəni Saidə” səqifəsinə (kölgə-liyinə) qaçıb Əbu Bəkrlə beyət etməz və Rəsuli-Əkrəmin (s) həqiqi dost və köməkçiləri ilə münaqişəyə başlamazdı.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə