BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan ədəbiyyat


ÜMUMİ BEYƏT VƏ PEYĞƏMBƏRİN (S) DƏFN OLUNMASI



Yüklə 0,87 Mb.
səhifə9/20
tarix01.09.2018
ölçüsü0,87 Mb.
#66320
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

ÜMUMİ BEYƏT VƏ PEYĞƏMBƏRİN (S) DƏFN OLUNMASI


Bütün bu keşməkeşlərdən sonra, Əbu Bəkrin “xilafət müsabiqəsində” müvəffəqiyyət qazanma-ğına və çoxlarının ona beyət etməsinə baxma-yaraq, bu qələbə qəti deyildi və xilafət hələ də rəsmiyyət qazanmamışdı. Sünnü tarixçisi və böyük müfəssir Təbəri yazır: “Elə həmin gün Əsləm qəbiləsi Mədinəyə gəlmişdi. Sayları o qədər çox idi ki, küçələrə sığışmırdı. Onlar Mədinəyə gəlib Əbu Bəkrlə beyət etdilər.”

Ömər dəfələrlə deyirdi: “Əsləm qəbiləsini gördükdə qəti qələbənin bizimlə olduğunu yəqin etdim.”82

Mərhum Şeyx Müfid yazır: “Əsləm qəbiləsi Mədinəyə alış-veriş üçün gəlmişdilər. Onlara deyildi ki, bizə kömək edin, Peyğəmbərin xəlifəsi üçün beyət alaq. Cavab müsbət olsa, sizə çoxlu mal verərik. Onlar tamahlanaraq Əbu Bəkrə kömək etməyə başladılar.”83

İbni Əbil Hədidin yazdığı kimi, Əbu Bəkr məhz Əsləm tayfasının beyəti ilə öz yerini möhkəmlətdi.84

Sabahı gün Əbu Bəkr məscidə gəlib camaatdan ümumi beyət almaq üçün minbərə çıxdı. Onun söhbətindən qabaq Ömər ayağa qalxıb, Allaha həmd-səna etdikdən sonra dedi: “Dünənki sözüm (Peyğəmbərin ölmədiyi haqda dediyi söz) nə Qurandan idi, nə də hədisdən. Mən sadəcə olaraq Peyğəmbərin camaatın işlərini axıra kimi və tam şəkildə həll edib, hamıdan sonra dünyadan gedəcəyini güman edirdim. Peyğəmbər Quranı sizin aranızda qoyub getdi. Quranın göstərişlərinə əməl etsəniz o sizi Peyğəmbərin yolu ilə aparacaq. İndi isə o, sizə rəhbərliyi aranızda ən yaxşı adama və mağaradakı iki nəfərdən birinə tapşırıb. Onunla beyət edin.”85

Buxari yazır: “Səqifədə bir dəstə adam Əbu Bəkrlə beyət etmişdi. Ancaq ümumi beyət məsciddə baş verdi.”86

Beyətdən sonra Əbu Bəkr Allaha həmd-səna edib dedi: “Ey camaat! Sizə rəhbərlik etmək mənə həvalə edilib, halbuki, mən sizin aranızda xilafət üçün ən layiqli şəxs deyiləm. Yaxşı əməl etdikdə mənə kömək edin, yox əgər pis əməl etsəm və yoldan çıxsam məni düz yola çəkin. Nə qədər ki, Allahın və Peyğəmbərin dediklərinə əməl edirəm,87 mənə tabe olun. Hər vaxt Allahın və Peyğəmbərin sözündən çıxsam, mənə itaət etməyin. Sonra dedi:

Agah olun, mənim üçün bir şeytan var, bəzən mənə hakim olub yoldan çıxardır. O şeytan mənə yaxınlaşdıqda məndən uzaq olun ki, mən sizin mal və canınızdan öz xeyrimə istifadə etməyim.


BEYƏTDƏN SONRA


Allahın Rəsulu Həzrət Məhəmməd (s) bazar ertəsi, sübh çağı dünyasını dəyişdi. Camaat o həzrətin dəfn mərasimində iştirak etmək əvəzinə başqa işlərlə məşğul idilər.88

Onlar bazar ertəsi günündən çərşənbə axşamı axşam çağına kimi üç işlə məşğul oldular:

Birinci: Səqifədə toplaşıb çıxışlar etdilər.

İkinci: Səqifədə Əbu Bəkrlə beyət etdilər.

Üçüncü: Mədinə məscidində Əbu Bəkrlə ümumi beyət etdilər. Sonra Ömər onlarla söhbət etdi. Əbu Bəkr isə camaata namaz qıldı.

Tarixçilər yazırlar: “Əbu Bəkrlə ümumi beyət başa çatdıqdan sonra camaat çərşənbə axşamı günü Peyğəmbərin qəbrinə namaz qılmağa gəldilər.89 Onlar dəstə-dəstə gəlib Peyğəmbərin qəbrinə cənazə namazı qıldırdılar.90 Peyğəmbərin cənazəsinə (dəfndən qabaq) camaat namazı qılınmadı.91


PEYĞƏMBƏR (S)-İN DƏFN MƏRASİ-MİNDƏ İŞTİRAK EDƏNLƏR


Abbas, Əli (ə), Fəzl və Peyğəmbərin qulamı Saleh o həzrətə qüsl verib, cənazəni torpağa tapşırdılar. Peyğəmbərin bu vəfalı dostlarından başqa, qalan müsəlmanlar səqifədə xəlifə təyin edirdilər.92 Başqa bir rəvayətə görə Peyğəmbəri aşağıda adları çəkilən dörd nəfər dəfn etdi: Əli (ə), Fəzl və Qəsəm (Abbasın oğulları) və Peyğəmbərin qulamı Şəqran.93 Bəziləri Üsamənin də orada olduğunu qeyd etmişlər.

Peyğəmbərə qüsl verib, kəfənə bükən də elə bunlar idi.94 Ömər və Əbu Bəkr isə Peyğəmbərin dəfn mərasimində iştirak etmədilər.95 Ayişə özü belə rəvayət edir: “Biz Peyğəmbər (s)-in dəfn olunmasını yalnız çərşənbə axşamı gecə yarısında bel səslərindən anladıq.”96

Ümmül-möminni Ayişədən soruşmaq lazımdır: “Ey Peyğəmbərin hörmətli zövcəsi, həyat yoldaşınız sənin evində vəfat etdiyi halda qüsl və dəfn zamanı harada və hansı mühüm işlə məşğul idin?”

Şübhəsiz ki, o, atası Əbu Bəkrin xilafə-tinin təməlini möhkəmlətmək üçün çalışırdı.


ƏBU BƏKRLƏ BEYƏTİN MÜXALİFLƏRİ


Sünnü alimləri iddia edirlər ki, Əbu Bəkrlə beyət “icma” şəklində olmuş (yəni hamı yekdil nəzərdə olmuş) və müsəlmanlardan bir kimsə buna müxalif olmamışdır.

Halbuki, əvvəldə qeyd etdiyimiz kimi, müsəlmanlar səqifədə bir neçə dəstəyə bölünmüşdü və hər dəstənin də xilafət üçün öz namizədi vardı. Onların bir dəstəsi Səd ibni Übadənin, ikinci dəstə isə Əbu Bəkrin tərəfdarı idi. Üçüncü dəstə də, səqifədə iştirak etməyib Peyğəmbərin (s) pak cənazəsinin qüsl və kəfən işlərinə məşğul olanlar idi ki, onlar da Əli (ə)-ın tərəf-darları idilər.

Əbu Bəkrin dəstəsi xilafəti ələ keçirmək uğrunda aparılan mübarizədə qalib gəldi, Səd ibni Übadənin dəstəsi isə tamamilə məğlub oldu. Lakin Əli (ə)-ın tərəfdarları Əbu Bəkrlə, başqa sözlə, dövrün hakimiyyəti ilə müxalifət edib, ənsarların rə”ylərini özlərinə cəlb etməyə çalışırdılar.

Yəqubi yazır: “Ənsar və mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyət etməkdən imtina edib, Əli (ə)-la beyət etməyə meyl göstərdilər. Abbas ibni Əbdül Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Bərra ibni Azib və Übeyy ibni Kə”b Əli (ə)-ın tərəfdarlarından idilər.”97

Cövhəri yazır: “Bunlar gecə ikən bir yığıncaq təşkil edib bu iş barəsində ənsar və mühacirlərlə məşvərət etməyi qərara aldılar. Bundan sonra Əbu Bəkr Öməri, Əbu Übeydəni və Müğeyrət ibni Şöbəni öz yanına çağırıb onlardan soruşdu: Bu haqda sizin fikriniz nədir?

Onların üçü də bir ağızdan dedilər: Abbas ibni Əbdül Müttəlibi öz yanına çağırıb, xilafətin bəzi vəzifələrinin ona və övlad-larına çatacağını vəd etməlisən. Əgər Abbas bu təklifi qəbul etsə Əlinin tərəfindən xatircəm olacaqsan. Abbasın sizə qoşulması Əlinin ziyanına tamam olacaq.98

Əbu Bəkr bu təklifi bəyəndi. Gecə ikən Ömər, Əbu Übeydə və Müğeyrə ilə birlikdə Abbasın evinə getdilər. Əbu Bəkr dedi: “Həqiqətən Allah Mühəmmədi (s) Öz sözünü camaata çatdırıb, möminlərə başçı olmaq üçün göndərmişdir. Peyğəmbər (s) dünyadan köçəndə camaatı tam ixtiyar sahibi etdi ki, öz məsləhətlərini tam ixlasla ayırd etsinlər. Onlar da məni özlərinə hakim, işlərinə keşikçi seçdilər. Mən də bu işi qəbul etdim. Allahın köməkliyi ilə bu işdən heç bir qorxum yoxdur. Mənə xəbər çatıb ki, bəziləri sizə arxalanıb bəzi-bəzi sözlər deyir və məni tənqid edirlər. Onlar yalnız sinin ictima-iyyətdə böyük şəxsiyyət olduğunu əsas tutub bu işi görürlər. Elə buna görə də siz ya camaata qoşulun, ya da onları bu kimi xam xəyallardan daşındırın. İndi biz sənin yanına gəlmişik ki, hökumətdən sənin və övladlarının payına düşən bəzi vəzifələri verək. Çünki, sən Peyğəmbərin əmisisən. Camaat sənin və dostunun məqamını bildikləri halda, sizdən üz döndəriblər. Ey Bəni Haşim! Eşidin və bilin, Peyğəmbər həm sizə, həm də bizə aiddir. Onun qohumu təkcə siz deyilsiniz!”

Ömər ibni Xəttab əlavə edərək dedi: “Bizim sənin köməyinə möhtac olduğumuz üçün bura gəldiyimizi fikirləşmə. Xeyr! Heç də belə deyil. Əksinə, müsəlmanların fikir birliyində olduqları bir işdə sənin müxalifətçi olduğunu görmək istəmədiyimiz üçün bura gəlmişik. Çünki, bu işin ziyanı həm sənə, həm də onlara dəyəcəkdir. Buna görə də öz xeyriniz üçün fikirləşin!”

Abbas Allaha həmd səna etdikdən sonra belə dedi: “Sən də dediyin kimi, Allah Mühəmmədi (s) öz ardıcıllarına və möminlərə köməkçi olmaq üçün peyğəmbər seçmişdi. Nəhayət, onu Öz yanına çağırdı. O, müsəlmanları öz ixtiyarla-rına buraxdı ki, haqqı tapıb onu özləri üçün seçsinlər, nəinki yollarını azıb haqdan başqa tərəfə yönəlsinlər!

Sən, qəsb etdiyin bu haqqı Peyğəmbərin öz adından almısansa, bilməlisən ki, bu bizim haqqımızdır və sən onu qəsb etmisən. Əgər Peyğəmbərin (s) tərəfdarlarının adından bu haqqa nail olmusansa, bil ki, elə biz də onun ardıcıllarıyıq və sənin işinə müdaxilə etmə-mişik.

Ancaq bil ki, biz bu işdən tam narazıyıq. Əgər bu iş (xəlifəlik) möminlərin tərəfin-dən sənə verilibsə, biz bu işə razı olmadığımız üçün bu sənin haqqın olmayacaqdır. Bu nə sözdür?! Bir tərəfdən deyirsən ki, mənə etiraz edirlər, digər tərəfdən də iddia edirsən ki, məni xəlifə seçiblər. (Bu iki söz isə bir-birinə ziddir.) Bir tərəfdən özünü Peyğəmbərin xəlifəsi sayırsan, digər tərəfdən də deyirsən ki, Peyğəmbər camaatı öz ixtiyarlarına buraxıb ki, bir nəfəri xəlifə seçsinlər, onlar da səni xəlifə və başçı seçiblər! Mənə verəcəyin vəzifəyə gəldikdə isə, bilməlisən ki, əgər o, möminlərin haqqıdırsa və sən onu mənə vermək istəyirsənsə, bil ki, sənin bu işi görməyə ixtiyarın yoxdur. (Başqa bir rəvayətə görə belə dedi: “Əgər o pay sənin öz qanuni haqqındırsa, bizim ona ehtiyacımız yoxdur.) Yox, əgər bizim öz haqqımızdırsa, onda onun hamısını verməlisən, yarısını verib, o biri yarısını özündə saxlamağına razı deyiləm. İndi isə, heç narahat olma! Peyğəmbər bir ağacdan idi, biz isə onun budaqlarıyıq, siz isə onun kölgəsində oturanlarsınız. Amma, ey Ömər! Sən camaatı bizdən qorxudursan. Bu sənin ilk işin deyil, sən elə əvvəllər də belə edirdin. Biz Allahdan kömək istəyirik.”99

Onların Abbasla müzakirəsi heç bir müsbət nəticə vermədikdən sonra evdən çıxıb getdilər. Əbu Bəkr və Ömər müxaliflərin qiyam edəcə-yindən qorxduqları üçün etiraza səbəb olan hər hansı bir sözü deyə bilmirdilər. Bu iş hətta Əbu Bəkrin ölümündən sonra belə, Öməri çox narahat edirdi. Belə ki, Ömər öz hakimiyyəti dövründə özündən sonrakı xəlifə haqda söz-söhbət edən hər kəsə kobudcasına cavab verirdi.

Təbəri, ibni Abbasdan nəql edir ki, o belə deyirmiş: “Əbdürrəhman ibni Ovfla Quran oxuyurduq. Elə bu zaman Ömər həcc səfərinə hazırlaşırdı. Biz də hazırlaşıb onunla getdik. Əbdürrəhman ibni Ovf Minada dedi: Ömərlə birlikdə idim, bir nəfər gəlib ona dedi: O filan şəxs (yəni Əmmar Yasir) deyir ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə)-la) beyət edəcəyik.

Ömər əsəbiləşib dedi: Elə bu gecə onların cavabını verəcəyəm!

Mən dedim: Ey əmir! İndi həcc mövsümüdür, bu sözlərin yeri deyil. Bir az səbr et, Mədinəyə çataq. Mədinə hicrət və sünnət diyarıdır. Peyğəmbərin səhabələri də oradadılar. Onlarla məsləhətləşib sözünü deyərsən.

Ömər Mədinəyə çatan vaxtda kimi səbr etdi. Mədinədə birinci cümə namazında minbərə çıxıb dedi: Sizlərdən biri (yəni Əmmar Yasir) deyib ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə))-la beyət edəcəyəm. Bu məsələ heç kəsi aldatmasın və Əbu Bəkrlə beyətin gözlənilməz və tələm-tələsik olduğunu deməyin. Baxmayaraq ki, həqiqət belə idi, amma Allah bizi onun şərrindən saxladı. İndi sizin aranızda elə bir şəxs yoxdur ki, siz ona qeydsiz-şərtsiz itaət edəsiniz.



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə