Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   2   3   4   5   6   7   8   9   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
14 
* * * 
Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: 
“Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac 
olacaq.” 
* * * 
Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: 
“Sədəqə var-dövləti artırar.” 
* * * 
Hədis 29: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala ata və anaya yaxşılıq edən insanın ömrünü 
uzadar.” 
* * * 
Hədis 30: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə 
Allahdan qorxmalı və nə danışdığına fikir 
verməlidir.” 
* * * 
Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala duada israr edənləri sevər.” 
* * * 
Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri 
qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya 
edər.” 
* * * 
Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala boş söz-söhbətləri sizə qadağan etdi.” 
* * * 
Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: “İsrafın 
bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.” 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
15 
* * * 
Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
kəs Allahdan bir şey istəməsə, Allah ona 
qəzəblənər.” 
* * * 
Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: “Öz 
sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla 
sədəqənin üstündən keçə bilmir.” 
* * * 
Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: “Sübh 
tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən 
durmaq bərəkət və qurtuluşa səbəbdir.” 
* * * 
Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: 
“Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy 
xörəyi necə də pisdir.” 
* * * 
Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: “Paxıl 
(xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat 
göndərmir.” 
* * * 
Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: “Çox 
yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.” 
* * * 
Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: “Oruc 
tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin 
əsasıdır.” 
Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: “Bir-
birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric 
olsun.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə