Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
20 
Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: “Allaha 
diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə 
qılınan min rəkət namazdan üstündür.” 
* * * 
Hədis 76: Həzrət Əli (ə) buyurur: “Kim özünü 
hesaba çəksə, səadətə yetişər.” 
* * * 
Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: “Elmin 
fəziləti ibadətin fəzilətindən çoxdur.” 
* * * 
Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: “Elmlə 
olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə 
faydasızdır.” 
* * * 
Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: “Əgər 
mənim bildiklərimi bilsəydiniz, az gülüb çox 
ağlayardınız.” 
* * * 
Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: “Bəndə 
öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.” 
* * * 
Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: “İnsanı 
üzünə tə`rif etmək, onu qətlə yetirmək kimidir.” 
* * * 
Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: “Allah 
yolunda bir gecə keşik çəkmək, min gecə namaz 
qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
21 
Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: 
“İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən 
üstün müsəlmanlar bu zirvəyə yetişərlər.” 
* * * 
Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: 
“Günahdan tövbə edən şəxs günah etməmiş 
kimidir.” 
* * * 
Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: 
“Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs 
Allahı məsxərə etmiş kimidir.” 
* * * 
Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya 
sevgisi bütün xataların başlanğıcıdır.” 
* * * 
Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: 
“Dünyan üçün elə çalış ki, sanki həmişə 
yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki 
sabah öləcəksən.” 
* * * 
Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm 
övladının xatalarının çoxu dilindədir.” 
* * * 
Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: 
“Mö`mini şad edən məni şad etmiş, məni şad edən 
isə Allahı şad etmişdir.” 
* * * 
Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: 
“Müsəlmana hiylə quran bizdən deyildir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə