Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   10   11   12   13   14   15   16   17   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
41 
nəzərdə tutulmuş məqsəd çərçivəsindədir. İmam Mehdi (ə) qəmlilərin 
həmdərdi, məzlumların həqiqi yardımçısı, imkansızların hamisidir.  
Demək,  intizarda  olan  cəmiyyət  və  insan  imamın  istək  və 
hədəflərinə  uyğun  əməl  etməli,  məzlumlara  və  məhrumlara  yardım 
göstərməli,  dərdlilərin  dərdinə  məlhəm  qoymalı, xalqın  problemlərini 
gücü  həddində  həll  etməlidir.  Әgər  bu  şərtlər  ödənsə,  intizarda  olan 
cəmiyyətdə məhrumlar,  yoxsullar, əlacsız xəstələr, problemli insanlar 
qalmaz.  
Olsun  ki,  bəzi  rəvayətlərdə  rastlaşdığımız  “fərəc  intizarı  özü 
fərəcdir” təbiri intizar çəkən cəmiyyətdə xalqın bir çox problemlərinin 
aradan  qalxmasına  işarədir.  Belə  bir  cəmiyyət  öz  imamının 
məqsədlərini  ən  azı  öz  mühitində  gerçəkləşdirir.  Bu  səbəbdən  də 
imam Riza (ə) buyurur: “Fərəc intizarı fərəcdəndir.”
1
 
 
Sual:  48.  İntizar  səciyyəsi  intizarda  olanların  hərbi  hazırlığına 
necə təsir göstərir? 
Cavab:  İntizar  hər  şeydən  öncə  bir  əqidədir.  Bu  əqidə  növbəti 
mərhələdə  əməldə  aşkara  çıxır  və  intizarda  olan  insan  öz  coğrafi, 
mədəni,  ideoloji  ərazisinin,  eləcə  də,  həmməsləklərinin  keşiyində 
durur. O, yaxın və uzaq üfüqləri diqqətlə izləyir, düşmən ordusundakı 
bütün  hərəkətləri  nəzarətdə  saxlayır,  ideoloji,  coğrafi  səngərini 
düşməndən müdafiə edir, hazırlıq əldə etdikdə hücuma da keçir.  
Beləcə, intizarda olan cəmiyyət daim hərbi hazırlığa çağırılır. O, 
hərbi vasitələr və qüdrət əldə etməyi özünə vəzifə bilir. Fəqihlər cihad 
kitabında  “mürabitə”  və  “rəbat”  ünvanlı  mövzulardan  söz  açır.  Yəni 
möminlər  sərhədlərdə  mövqe  tutub  hazır  olmalıdırlar  ki,  düşmənin 
hücumuna layiqincə cavab verib ölkələrini xilas edə bilsinlər.  
Mürabitə və rəbat sözlərinin digər mənası imamla rabitə qurmaq, 
imamın  xidmətində  dayanmaq,  imamın  göstərişlərini  həyata 
keçirməkdir.  Bilin    ki,  möminlərin  cəmiyyəti  öz  imamları  ilə  rabitə 
qurmalı,  imamın  vilayət  ipindən  yapışmalı,  onunla  peyman  bağlayıb 
yardım  göstərməlidir.  Belə  bir  mürabitə  hər  bir  fərdə  “eyni”  (bütün 
hallarda)  vacibdir.  Bu  rabitə  iman  sütunlarındandır  və  bu  sütunsuz 
əməllər qəbul olmur.
2
  
                                                 
1
 “Bihar”, c. 52, s. 131. 
2
 “Mikyalul-Məkarim”, c. 2, s. 425. 


 
42 
İmam Sadiq (ə) “Ali-İmran” surəsinin 200-cü ayəsinin təfsirində 
belə  buyurur:  “Çətinliklər  qarşısında  dözümlü  olun,  vəzifələrinizin 
icrasında möhkəmlik göstərin, imamlarla rabitə qurun.”
1
  
İmam  Sadiq  (ə)  nəql  olunmuş  digər  bir  rəvayətdə  “rabitul” 
sözünün imamın yanında olmaq mənasını bildirdiyi bəyan olunur.
2
  
 
Sual: 49. İntizarın gerçəkləşməsində səbir xüsusiyyətinin nə kimi 
təsiri var? 
Cavab:  İntizarın  əsil  ruhu  müqavimət  və  səbirdir.  Nəzərdə 
tutulan  məqsədin  gerçəkləşməsi  intizarında  olan  kəs  məqsədə 
çatanadək möhkəm və dözümlü olmalı, süstləşməməlidir.  
O  hər  bir  çətinliyi  dözümlə  qarşılamalıdır.  Səbir  və  dözümünü 
əldən  vermiş  insan  intizarı  da  əldən  verir.  Çünki  səbir  və  dözüm 
intizar  şərtidir.  Bu  səbəbdən  də  hədislərdə  fərəc  intizarı  haqqında 
danışılarkən səbir xüsusiyyətinə toxunulur.  
İmam  Riza  (ə)  buyurmuşdur:  “Dözün,  fərəc  intizarı  necə  də 
gözəldir.”
3
 Zühur  üçün  vaxt  təyin  olunmamışdır.  Bu  hadisə 
gözlənilmədən  baş  verəsidir.  Bu  səbəbdən  də  hər  an  intizarda  olmaq 
lazım gəlir.  
 
Sual: 50. Fərəc intizarı nədir?  
Cavab:  Sonda  haqqın  batilə  qələbə  çalacağına,  bütün  insani 
dəyərlərin  qüvvəyə  minəcəyinə,  ideal  bir  cəmiyyətin  qurulacağına, 
Mehdi  adlı  bir  şəxs  tərəfindən  bütün  bu  məqsədlərin  həyata 
keçiriləcəyinə  inam  azca  fərqlə  bütün  İslam  məzhəblərində 
mövcuddur.  
Bu düşüncə hər şeydən çox təbiət nizamının hərəkətinə və tarixin 
təkamülünə  nikbinliklə,  gələcəyə  ümid  və  dünyanın  sonuna  bədbin 
baxışın  rədd  edilməsi  ilə  müşayiət  olunur. (İslamdan  fərqli  olaraq  bir 
çox digər nəzəriyyələrdə dünya həyatının sonu qaranlıq və puçdur).  
Hər  şeyin  belə  bir  xoş  sonluqla  başa  çatacağına  ümid  İslam 
rəvayətlərində “fərəc intizarı” adlandırılmışdır.  
 
Sual: 51. Fəlsəfi məktəblər fərəc intizarını dəyərli sayırmı? 
                                                 
1
 “Təfsire-Әli ibn İbrahim”, c. 1, s. 129. 
2
 “Әl-Ğeybət”, Nemani, s. 199. 
3
 “Bihar”, c. 52, s. 129. 


 
43 
Cavab:  Dünyanın  sonunda  xilaskarın  zühuru  intizarı  və 
bəşəriyyətin mövcud vəziyyətindən xilası təkcə İslam və digər səmavi 
dinlərə  aid  deyil.  Bir  sıra  qeyri-dini  fəlsəfi  məktəblər  də  belə  bir 
nəzəriyyəyə inanırlar. Rassel deyir:  “Xilaskarın intizarı və nicatverici 
zühura  etiqad  təkcə  səmavi  dinlərə  yox,  qeyri-dini  və  materialist 
məktəblərə  də  aiddir.  Onlar  da  bəşər  cəmiyyətini  xilas  edəcək  şəxsin 
intizarındadır.”  
 
Sual: 52. Yəhudilərin müqəddəs kitabında fərəc intizarı haqqında 
danışılırmı? 
Cavab:  Yəhudilərin  enişli-yoxuşlu  tarixində  vəd  olunmuş 
xilaskarın zühuru ilə bağlı məlumatlar var. Müqəddəs kitablardan olan 
“Әhdi-qədimdə”  Davudun  nəğmələri  kitabında  37-ci  nəğmədə 
oxuyuruq:  “Şər  adamların  və  zalımların  varlığı  səni  məyus  etməsin; 
Çünki zalımların nəsli yer üzündən kəsiləcək. İlаhi ədalətin intizarında 
olanlar  yer  üzünə  varis  olacaq.  Allahın  lənətinə  gələnlər  arasında 
təfriqə  düşəcək.  O  kəslər  salehdir  ki,  yer  üzünə  varis  olub,  tarixin 
sonunadək yer üzündə ömür sürəcəklər.”  
Rum  valilərinin  Fələstinə  hökmranlığı  zamanı  ilahi  yardıma 
intizar  həyəcanı  zirvə  həddinə  çatdı.  Bu  səbəbdən  də  Yəhya  “Tövbə 
edin,  fələklər  yaxındadır”  deyərək  nida  çəkdiyi  vaxt  xalq  onun 
çağırışına  can-dildən  səs  verdi.  Yəhyanın  sözləri  eşidənlərin  qəlbini 
silkələdi,  məzlumlar  bu  sözlərdən  şövqə  gəldi,  onların  qəlbində 
Məsihin intizar şövqü daimi olaraq alovlanırdı.  
 
Sual: 53.  Məsih (xilaskar) intizarı nə deməkdir?  
Cavab:  Yəhudilər  möhnət  dolu  tarixləri  boyu  ümid  etmişlər  ki, 
bir  gün  Məsih  gələcək,  dünyaya  hakim  olub  onları  zillət  girdabından 
xilas  edəcək.  İndi  də  Fələstini  işğal  etmiş  sionistlər  qəsbkar  İsrail 
rejiminin  banisinin  ildönümünün  sonunda  ibadət  şeypurlarını 
üfürdükdən sonra bu sayaq dua edirlər: “Allahımızın iradəsi budur ki, 
Onun  lütfü  ilə  azadlıq  üfüqünü  görək  və  Məsiha  surunun  səsi 
qulaqlarımıza nəvaziş versin.”
1
  
Bəli  –  İsrail  qövmünü  öz  qaranlıq  keçmişi  ilə  xoşbəxt  gələcək 
intizarında  olması  çox  təbiidir.  Bu  həmin  qövmdür  ki,  xilaskar  kimi 
onlara üz tutmuş həzrət Musanı tərəddüdlə qarşıladı. Bu ruhiyyə hələ 
də  onlardan  əl  çəkməmişdir.  Yalnız  həzrət  Davudu  padşah  seçməklə 
                                                 
1
 “Yəhudi ayinində Məsih intizarı”, s. 65. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə