Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   2   3   4   5   6   7   8   9   ...   93

 

 
Şəkk-şübhə 
Sual:  1.  Etiqadi  məsələlərə  münasibətdə  şəkk-şübhə  yaranması 
düzgündürmü? 
Cavab:  Öncə  belə  düşünmək  olar  ki,  dində  şəkk  pis  işdir  və 
qəlbin  qaralmağını  göstərir.  Çünki  məqsəd  insanın  yəqinə,  əminliyə 
çatmasıdır.  İman  yəqinliklə  müşayiət  olunmalıdır.  Amma  şəkk-şübhə 
insanın  iman  və  yəqinliyə  çatmasına  kömək  göstərsə,  onu  yaxşı 
saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o, 
öncədən  mövcud  olmur.  İnsan  şəkk  etməsə,  yəqinə  çatmaz.  Quran 
insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır. 
Ona  görə  də  Quranda  belə  buyurulur:  “Ata-babaları  nadan  və  ağılsız 
olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?”
1
 
Şəhid Mütəhhəri buyurur: “Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin 
olmaması  təhlükəlidir.  Şəkk-şübhə  olmadıqda  insanların  dini 
durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət 
saxlanılan  saf  su  qoxuduğu  kimi,  dini  durum  da  hərəkətsizlikdən 
tənəzzülə  uğrayır.  Xalqın  dini  durumu  aram,  hərəkətsiz  vəziyyətdə 
qaldıqda,  şəkk-şübhə  qamçısı  yemədikdə  onların  etiqadına  avamlar 
rəhbərlik  edir.  Avam  qabağa  getdikdə  isə  daim  özündən  bir  şey 
quraşdırır...”
2
 
Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz 
və  digər  ibadətlərdə,  paklıq  məsələlərində  çox  şəkk,  vəsvəsə.  Bu 
qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ 
xəstəlikdir.  
 
Sual:  2.  Allah  həqiqəti  axtaran  insanı  həqiqətə  çatdıracağına 
zamin durmuşdurmu? 
Cavab: İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından 
böhran  keçirirlər.  Məhz  bu  məqamda  insan  həssas  bir  hala  düşür. 
Xüsusi  ilə,  ətraf  mühitdəki  düşüncələr,  bəzən  də  müxtəlif  təbliğatlar 
onun qarşısını kəsir. Әgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah 
ona  yol  göstərəcək.  Allah-təala  buyurur:  “Bizim  yolumuzda  cihad  və 
təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.”
3
  
                                                 
1
 “Bəqərə”, 170. 
2
 “Fəslnameye-Mutəhhər”. 
3
 “Әnkəbut”, 69. 


 

Amma  bu  o  demək  deyil  ki,  alimlərin  heç  bir  vəzifəsi  yoxdur. 
Әslində  onların  çiynində  ağır  məsuliyyət  var  və  alimlər  ağıla  gələn 
şəkk-şübhələri  mümkün  yollarla  aradan  qaldırmalı,  hamıdan  öncə 
gənc nəsli əminliyə çatdırmalıdırlar. 
 
Sual: 3. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir? 
Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir 
məlumatı  qeyd-şərtsiz  dinləyə  bilər.  Onlar  belə  bir  ayəyə  istinad 
edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən 
gözəlinə  tabe  olarlar.”
1
 Hansı  ki,  bu  şərif  ayə  gözəl  sözü  seçməyi 
bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən 
bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə 
buyurulur:  “Onlar  Allahın  hidayət  etdiyi  və  düşüncə  sahibi  olan 
kəslərdir.”
2
 
Bu 
səbəbdən 
də 
etiqadını 
mötəbər 
mənbələrlə 
möhkənməndirməmiş,  şübhələrə  cavab  vermək  gücü  olmayan  insan 
bu  meydana  qədəm  qoymamalıdır.  İnsan  dövrü  tanımalı,  bu  günü  və 
gələcəyi  üçün  proqram  hazırlamalıdır.  Bir  yerdə  oturub,  yalnız 
sarsıdıcı  şübhələr  və  zəhərli  təbliğatlarla  üzləşdikdə  çarə  ardınca 
qaçmaq  düzgün  deyil.  Xəstəliyin  qarşısını  almaq  üçün  uşaq  peyvənd 
edildiyi kimi,  biz  də  şübhələri qabaqlayaraq, onlara  cavab tapmalıyıq 
ki,  müxaliflərlə  üzləşdiyimiz  vaxt  özümüzü  itirməyib  yetərli  cavab 
verə bilək.  
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Dövrü  tanıyan  kəsə  şübhələr 
hücum çəkməyəcək.”
3
  
Həzrət Әli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı 
yaddan çıxarmayacaq.”
4
  
 
 
 
 
 
 
 
                                                 
1
 “Zümər”, 17, 18. 
2
 “Zümər”, 18. 
3
 “Kafi”, c.1, s. 27; “Tohəful-uqul”, s. 356; “Bihar”, c. 75, s. 268. 
4
 “Kafi”, c.8, s. 23; “Әmali”, s. 400; “Tovhid”, s. 74; “Tohəful-uqul”, s. 98; “Bihar”, 
c. 74, s. 287. 


 

 
Məhdəviyyət mövzusunun təsirləri 
Sual:  4.  Dövrümüzdə  Məhdəviyyət  mövzusunun  hansı  təsir  və 
faydaları var? 
Cavab:  Bəziləri  elə  düşünürlər  ki,  Məhdəviyyət  mövzusunun 
araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, 
hər  dövrün  öz  aktual  mövzuları  var,  Məhdəviyyət  mövzusu  isə 
gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...
1
 
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var 
və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:  
1.  Həzrət  Mehdinin  (ə)  qiyamı  mövzusu  böyük  bir  ictimai  və 
İslami  fəlsəfəyə  malikdir.  Bu  mövzu  ilhamverici  ideya  olmaqdan 
əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.
2
 
2.  Bütün  yer  üzünü  əhatə  edəcək  İslam  hökumətinin  qurulması 
vədi  müxtəlif  təsirlərə  malikdir. Onlardan bəziləri fəlsəfi  və  dünyəvi, 
bəziləri  islami,  bəziləri  mədəni  və  tərbiyəvi,  bəziləri  siyasi,  bəziləri 
iqtisadi,  bəziləri  ictimai,  bəziləri  insani,  bəziləri  isə  təbiidir.
3
 İnsan 
həzrət  Mehdinin  (ə)  əhatəli  proqramlarından  faydalanmaqla  İslamın 
gerçək ideallarına yaxınlaşa bilər.  
3.  Yer  üzündə  tarix  boyu  müxtəlif  mədəni,  siyasi,  ictimai 
inqilablar  baş  vermişdir.  Bu  inqilabların  əksəri  ya  ilk  addımda 
məğlubiyyətə  uğramış,  ya  da  müxtəlif  problemlərlə  üzləşərək 
düşmənlərin  öhdəsindən  gəlməmişdir.  Yalnız  şiə  məzhəbinin 
Məhdəviyyət  mövzusuna  baxışı  cəmiyyətdə  optimist  ruhiyyə  yaradır 
və  xalqı  ümidsizlikdən  qurtarır.  Şiə  əqidəsinə  əsasən,  dövrün  imamı 
həzrət  Mehdi  (ə)  diridir,  hazırdır  və  əməllərimizi  görür.  Həssas 
məqamlarda  ondan  kömək  alınır.  Psixologiya  baxımından  belə  bir 
inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.  
4.  Әsrin  imamının  nə  vaxt  hökumət  quracağı  müəyyən 
olunmadığından  bu  zühur  hər  an  gözlənilir.  Buna  görə  də, 
Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini 
və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.  
5.  Zühur  dövründə  ümumdünya  tövhid  hökumətinə  nail  olmaq 
üçün  müəyyən  şərtlər  var.  Bu  şərtlərdən  bəzisi  bəşəriyyət  tərəfindən 
                                                 
1
 “Әl-Məhdiyyul-muntəzər”, s. 214. 
2
 “Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, s. 57. 
3
 Həmin mənbə. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə