Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   2   3   4   5   6   7   8   9   ...   93

 

həyata  keçməlidir.  Bəşəriyyətin  hərcəhətli  təkamülü,  ali  düşüncə 
səviyyəsinə  çatması  bu  şərtlərdəndir.  Zühur  dövrünün  amallarından 
xəbərdar  olmalıyıq  ki,  onun  yaxınlaşmasını  istəyib  həzrətin  zühuru 
üçün zəmin yaradaq.  
6.  Məhdəviyyət  mövzusu  yalnız  gələcəklə  bağlı  problemlərə  aid 
mövzu  deyil.  Bu  mövzu  həmişəlik  imamət  mövzusudur.  Allahın 
dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın 
mövcudluğu zəruridir.  
İslam  peyğəmbərindən  (s)  nəql  olunmuş  rəvayətlərdə  oxuyuruq: 
“Hər  kəs  öz  dövrünün  rəhbərini  tanımadan  ölsə,  cahiliyyət  dövründə 
ölmüş kimidir.”
1
 
Məhdəviyyət  mövzusunda  qeyb,  qeyb  fəlsəfəsi,  qeybin  təsirləri 
və  bərəkəti,  qeyb  dövründə  imamın  mövcudluğu  məsələlərindən 
danışılır.  
Beləcə, 
Məhdəviyyət 
mövzusu 
qeyb 
əsrində 
şiələrin 
vəzifələrindəndir.  
Ümumdünya ədalət hökumətinin fəlsəfəsi 
Sual: 5. Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə 
necə sübuta yetir? 
Cavab:  Bəşəriyyətin  xilaskarının  zühururuna  inam  bütün 
insanlarda  mövcuddur.  Belə  bir  düşüncə  əsl  insani  xarakterdən 
qaynaqlanır.  Çünki  bəşəriyyət  fitrətən  əhatəli  kamilliyə  çatmaq 
istəyindədir.  O  bilir  ki,  belə  bir  kamal  yalnız  tövhidi  ədalət 
hökumətinin sayəsində gerçəkləşə bilər.  
Şəhid Sədr buyurur: “Mehdiyə etiqad təkcə dini çalarlı İslami bir 
inanc  deyil.  Bu  inanc  müxtəlif  dinlərdən,  firqələrdən  olan  insanların 
arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. 
İnsanlar  aralarındakı  əqidə  və  məzhəb  ixtilaflarına  baxmayaraq 
inanırlar  ki,  yer  üzündə  vəd  olunmuş  gün  çatacaq  və  səmavi 
risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək...”
2
 
Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər: 
Birinci  bəyan:  a)  İnsan  öz  daxilində  ümumdünya  tövhidi  ədalət 
hökumətinə  ehtiyac  duyur;  b)  Bu  hökumət  mövcud  olmalıdır.  Bu 
həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin  olunan da olmalıdır; 
v) Bu həqiqətin kamil nümunəsi həzrət Mehdinin (ə) hökumətidir.  
                                                 
1
 “Şərhe-Məqasid”, c.5, s. 239. 
2
 “Bəhsun-həvləl-Məhdi (ə)”, s. 7, 8. 


 

Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.  
İkinci  bəyan:  a)  İnsan  dünyanın  bugünkü  vəziyyətindən  məyus 
olub  üstün  bir  hökumət  ümidi  ilə  yaşayır;  b)  Belə  bir  ümid  uyğun 
hədəfin gerçəkləşməsi üçün dəlildir.  
Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.  
Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət 
etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən 
gələ bilməz.  
Nəticə:  Proqram  və  işində  zülmdən  əsər-əlamət  olmayan 
hökumətin bərpası zəruridir.  
 
Sual: 6. Әdalət istəyi fitrətdəndirmi? 
Cavab: Nəzər sahibləri arasında belə bir suala cavab axtarılır ki, 
şəxsi  mənafelərdən  uzaq  ədalət  istəyi  fitri  olaraq  insanın  daxilində 
mövcuddurmu? 
İslamın  nəzərincə,  insanın  daxilində  ədalət  istəyi  mövcuddur. 
Hətta mənafelər təmin olunmasa da, bu istək yerində qalır. Әgər insan 
düzgün  tərbiyə  olunsa,  o,  özü  ədalət  sorağında  olar.  Bu  müddəanın 
sübutu  üçün  varlığını  ədalət  yolunda  qurban  vermiş  insanları 
göstərmək  olar.  Әdalət  onların  şəxsi  mənafelərinə  zidd  olduqda  belə, 
uyğun yoldan çəkinməmişlər.  
Әksinə,  əksər  qərb  filosofları  belə  düşünürlər  ki,  insanın 
batinində  belə  bir  istək  yoxdur.  Elə  bu  fikirlə  də  dünyanı  müharibə 
alovuna  qərq  etmişlər.  Onlar  bildirirlər  ki,  ədalət  zəif  kişilərin 
uydurmasıdır.  Guya  zəif  kişilər  güclü  kişilərlə  baş-başa  gəldikdə 
çarəsiz  qaldıqlarından  ədalət  sözünü  ortaya  atıb  canlarını  qurtarmaq 
istəyirlər. Onlar öz fikirlərinə belə bir dəlil göstərirlər ki, hətta ədalət 
tərəfdarı olan şəxs qüdrət əldə etsə, o da başqaları kimi hərəkət edəcək.  
Məşhur alman filosofu Nitsşe yazır: “Çox olub ki, zəiflərin haqq-
ədalətdən dəm  vurduğunu görüb gülmüşəm. Baxıb görürəm ki, onlar 
yalnız  pəncələri  olmadığı  üçün  ədalətdən  danışırlar.  Deyirəm:  Ey 
çarəsiz!  Әgər  sənin  pəncən  olsaydı,  heç  vaxt  belə  sözlər 
danışmazdın.” 
Bu  zümrə  özü  də iki  hissəyə  ayrılır:  Onların  bir dəstəsi  deyir ki, 
ədalət  bir  arzu  olaraq  soraqlanmamalı,  insan  güc-qüvvə  axtarışında 
olmalıdır.  Digər  bir  qrup  isə  belə  düşünür  ki,  yalnız  fərdi  mənafeni 
qorumaq  xatirinə  ədalətə  üz  tutmaq  lazımdır.  Guya  ədalət  fitri  istək 
deyil. Bertrand Rassel bu zümrəyə məxsus alimlərdəndir.  


 
10 
Amma  bütün  bu  sözləri  bir  kənara  qoyub  fitrətimizə  müraciət 
etsək, görərik ki, ədalət bəşər fitrətindən doğan mövzulardandır. 
 
Әdalət istəyinin fitri olmasını bir neçə yolla sübut etmək olar: 
1. Batinə diqqət və psixoloji durumların araşdırılması; Çünki fitri 
meyllər insanın ruhundan qaynaqlanır, ruha aid olan hadisədir.  
2.  Psixoloji  fəaliyyətlər  və  bu  fəaliyyətlərlə  bağlı  rəftarların 
araşdırılması  ilə  məşğul  olan  psixoloqların  mülahizələrinə  müraciət 
etməklə.  
 
Sual:  7.  Ümumdünya  ədalət  hökumətinin  zəruriliyini  fəlsəfi 
dəlillərlə sübut etmək olarmı?  
Cavab:  İslam  fəlsəfəsi  təbiət  aləmində  “qəsre-daim”  və  “qəsre-
əksəri” müddəalarını mümkünsüz sayır.  
“Qəsre-daim” dedikdə varlıq aləmindəki həqiqətlərdən birinin öz 
ömür  dönəmində  hansısa  təbii  xüsusiyyətdən  məhrum  olması  başa 
düşülür.  Məsələn,  od  yansın,  amma  onun  heç  bir  istiliyi  olmasın. 
Başqa bir misal: yaşadığımız dünyada elə bir güc olsun ki, yaranışdan 
bu günədək odun istiliyinin qarşısını alsın. İslam bütün bunları mahal, 
mümkünsüz  sayır.
 
Belə  bir  hadisənin  mümkünsüzlüyü  fəlsəfədə 
sübuta yetirilmişdir.  
“Qəsre-əksəri”  dedikdə  isə  təbiətin  öz  ömrünün  əksər  dövründə 
zati  səciyyələrdən  məhrumluğu  nəzərdə  tutulur.  Fəlsəfədə  bu  da 
mümkünsüz sayılmışdır. Varlıq aləmində qanun şəkli almış bu fəlsəfi 
baxışdan  məlum  olur  ki,  zülm-sitəm  daimi  deyil  və  bəşər  tarixində 
onun ədalətlə əvəz olunacağı bir gün var.  
Bu  fəlsəfi  baxışa  əsasən,  bəşəriyyətə  ömür  boyu  zülm  edilməsi 
mümkünsüzdür. Demək, bəşəriyyət üçün xoş gün gələsidir. Şübhəsiz, 
elə bir gün gələcək ki, bəşəriyyət vəhşilərin əsarətindən qurtulacaq və 
ətrafındakıların mehr-məhəbbət kölgəsində ömür sürəcək.  
 
Sual:  8.  Ümumdünya  ədalət  hökumətinin  zəruriliyini  təkamül 
yolu ilə necə sübut etmək olar? 
Cavab:  İnsan  kamala  çatmaq  istedadı  və  xüsusiyyəti  olan 
rüşеyim  kimidir.  Ondakı  daxili  istedadların  çiçəklənməsi  üçün  xarici 
amillərə  ehtiyac  var.  İnsanın  təkamülü  hərtərəfli  olduğundan  zaman 
ötdükcə  onun  təbiət  və  cəmiətə  bağlılıqları  azalır,  iman  və  əqidəyə 
bağlılığı  güclənir.  Bu  yolu,  tədricən  adlayan  insan  gələcəkdə  mənəvi 
azadlığa çatır, yəni əqidə və imana sıx bağlanır.  


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə