Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   2   3   4   5   6   7   8   9   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
11 
Bu  baxışa  əsasən,  daxili  ziddiyyət  insanın  xüsusiyyətidir.  Onun 
maddi  və  mənəvi  meylləri  arasında  qarşıdurma  var.  İnsanın 
daxilindəki  çəkişmə  istər-istəməz  cəmiyyətdə  qruplar  arasındakı 
çəkişməyə çevrilir. Bir cəbhədə kamil insan, digər bir cəbhədə qeyri-
yetkin insan! 
Nəticə:  Bəşərin  qeybi  bir  qüvvəyə,  ilahi  rəhbərə  ehtiyacı  var. 
Bəşəriyyət  belə  bir  rəhbərin  yardımı  ilə  yer  üzündə  ədaləti,  tövhidi, 
kamilliyi genişləndirib, müxalif qüvvələri aradan götürə bilər.  
 
Sual:  9.  Ümumdünya  ədalət  hökumətinin  zəruriliyini  əqli 
dəlillərlə sübuta yetirmək olarmı? 
Cavab:  Ayə  və  rəvayətlərə  əsasən,  insan  əbəs  yaradılmamışdır. 
Onun yaranışında xüsusi bir məqsəd izlənilmişdir. Bu məqsəd insanın 
kamilliyə çatması, yəni ilahi görüşə nail olmasıdır. Belə bir məqam isə 
hərtərəfli yəqinlik və bəndəliklə əldə olunur.  
Kəlam elmində sübuta yetirilmişdir ki, Allahın lütfü bir zərurətdir. 
Lütf  prinsipinə  əsasən,  Allah-təala  yaranış  məqsədindən  yayındıran 
işləri  aradan  götürməli,  ali  məqsədə  doğru  yol  açmalıdır.  Keçmiş 
tarixə  müraciət  etməklə  öyrənirik  ki,  belə  bir  məqsəd  bütün  bəşər 
cəmiyyətləri  üçün  külli  şəkildə  gerçəkləşməmişdir.  Nəticə  alırıq  ki, 
yaranış məqsədini gerçəkləşdirmək üçün Allah zəmin yaratmalıdır. Bu 
zəmin  isə  bütün  yer  üzünü  bürüyəcək  ədalət  hökumətinin  təşkilidir. 
Həmin  hökumət  ali  məqsədə  çatmaqda  bəşəriyyətə  yardım 
göstərəsidir.  
 
Sual:  10.  Ümumdünya  ədalət  hökumətinin  zəruriliyini  tarixi 
hadisələrə istinad etməklə sübuta yetirmək olarmı? 
 
Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki, 
bəşəriyyət  tarix  boyu  müxtəli

zülm-sitəmlərə,  qətl-qarətlərə  düçar 
olmuşdur.  Xüsusi  ilə  də  müvəhhid  (təkallahçı)  insanlar  həqiqətin 
müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.  
Qurani-Kərim  «Uxdud  əshabı»  haqqında  söz  açır.  Bildirilir  ki, 
müxaliflər böyük bir xəndək qazıb onda  yetərincə əzəmətli bir tonqal 
qaladılar.  Onların  məqsədi  möminləri  və  müvəhhidləri  diri-diri  bu 
odda yandırmaq idi.
1
 
                                                 
1
 bax: “Büruc”, 1-8. 


 
12 
Tarixdə  oxuyuruq  ki,  Misir  fironu  yalnız  yuxusuna  əsaslanaraq 
neçə  böyük  cinayətlərə  əl  atdı.  Yuxusundan  əndişələnən  bu  kəs  öz 
vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.  
Tarixin  digər  bir  səhifəsində  Həccac  ibn  Yusif  Səqəfi  haqqında 
danışılır.  O,  İraqda  20  illik  hakimiyyəti  dövründə  dəhşətli  cinayətlər 
törətdi.
1
  
1-ci  dünya  müharibəsində  günahsız  insanlar  amansızlığa  düçar 
oldu.  Rəsmi  statistikaya  görə  bu  müharibədə  öldürülənlərin  sayı  22 
milyona  çatmışdır.  Çox  keçməmiş  ikinci  dünya  müharibəsi  başladı. 
Bu müharibə 70 milyon insanın həyatına son qoydu.  
Әlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı 
qətlə  yetirdilər.  Vyetnam  müharibəsində  yüz  minlərlə  günahsız  insan 
amerikalılar tərəfindən öldürüldü. 
Ötən  50  ildə  İsrail  qəsbkarlarının  çəkmələri  altında  yüz  minlərlə 
fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.  
Bəşəriyyətin 
gələcəyini, 
müxtəlif 
millətlər 
arasındakı 
düşmənçilikləri  bir  qədər  araşdırsaq,  bəşəriyyəti  necə  böyük  bir 
təhlükə  gözlədiyinə  şahid  olarıq.  Bu  gün  bir  çox  ölkələr  bir-birlərini 
məhv  etmək  üçün  kütləvi  qırğın  silahları  hazırlayır.  Bu  silahlar  yer 
kürəsini  bir  neçə  dəfə  məhv  etmək  üçün  bəsdir.  Samuyel  Hantiqton 
kimi  Amerika  ideoloqlarının  hazırladığı  mədəniyyətlərin  savaşı 
proqramı  Amerika  siyasətçiləri  üçün  başlıca  plan  olmuşdur.  Bütün 
bunları  nəzərə  aldıqda  bəşəriyyət  hansı  gələcəyə  ümid  edə  bilər? 
Uyğun problemlərin həll yolu nədir?
 
Görəsən bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq 
proqram  hazırlayıb  onu  həyata  keçirə  bilərmi?  Şübhəsiz,  bu 
mümkünsüzdür.
 
Çünki bu vaxtadək  həmin iş  görülməmişdir.  Bundan 
sonra  da  insan  Allah-təalanın  göstərişləri,  qeybi  məlumatlar  olmadan 
bir şey bacarmayacaq. Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah 
tərəfindən  qeybi  bir  xilaskarın  gəlişi,  bəşəriyyəti  mövcud  bəlalardan 
xilas  etməsi  zəruridir.  Bu  şəxs  zühuru  vəd  olunmuş  həzrət  Mehdidir 
(ə).  
 
Sual: 11. Bəşəriyyətin qeybi yardımlara ehtiyacı varmı? 
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə 
nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.  
                                                 
1
 “Mürucuz-Zəhəb”, c. 3, s. 166, 167. 


 
13 
Amma  bilməliyik  ki,  bəşəriyyətin  büdrəmələrinin  mənşəyi  təkcə 
nadanlıq deyil. Әgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm 
və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud 
çətinliklərin  məlumatsızlıqdan  əlavə  də  amilləri  var.  Zaman  ötdükcə 
problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə 
problem  yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs 
istəkləri , şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, 
bir  sözlə,  bugünkü  bəşəriyyəti  yolundan  azdıran  mənafepərəstlik!  Bu 
gün  elm  bəşəriyyətin  ən  böyük  düşməninə  çevrilmişdir.  Elm  öz-
özlüyündə  işıq  olsa  da,  bu  işıqdan  hansı  yolda  istifadə  olunması 
mühümdür.  Elm  hədəfi  müəyyənləşdirmir.  O,  məqsədə  çatmaq  üçün, 
sadəcə, bir vasitədir.  
Vil  Dorant  deyir:  “Biz  texnika  baxımından  güclənmiş,  məqsəd 
baxımından  yoxsullaşmışıq.”
1
 Elm  və  texnologiya  dövrünün  insanı 
şəhvət və qəzəb baxımından qədim insanlardan  fərqlənmir. Elm nəfs 
azğınlıqlarının  qarşısını  ala  bilməmişdir.  Elmi  inkişaf  faşizmin 
mahiyyətini  dəyişə  bilməmiş,  əksinə,  primitiv  qılıncdan  atom 
bombasına  çevrilərək  çirkin  məqsədlərin  həyata  keçməsi  üçün  vasitə 
olmuşdur.  
Rassel  deyir:  “Hazırkı  dövr  elə  bir  dövrdür  ki,  heyrət  hissi 
zəifliklə  birlikdə  hamını  bürümüşdür.  Elə  bir  savaşa  doğru 
hərəkətdəyik  ki,  təqribən,  kimsə  onu  istəmir.  Elə  bir  savaş  ki,  bəşər 
növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”
2
  
İnsan  maddi  və  zahiri  amillər  əsasında  mühakimə  aparsa,  bu 
bədbinliklərə  haqq  qazandırar.  Bu  bədbinlikləri  aradan  qaldırmaq 
üçün  isə  qeybi  yardımlara  iman  zəruridir.  Belə  bir  inam  bədbinliyi 
nikbinliklə  əvəz  edir  və insan  inanır  ki,  bəşəriyyətin  səadəti,  rifah  və 
kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.  
Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki, 
dünya  bir  neçə  dəlinin  əli  ilə  viran  qoyulsun.  Dünya  təhlükə 
qarşısındadırsa  da,  Allah  keçmişdə  möcüzə  göstərib  bəşəriyyətə 
yardım  etdiyi  kimi  indiki  şəraitdə  də  ağılları  heyran  qoyacaq  iş 
görməklə öz xilaskarını göndərəcək... 
                                                 
1
 “Fəlsəfənin ləzzətləri”. 
2
 “Yeni ümidlər”, s. 2. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə