Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   2   3   4   5   6   7   8   9   ...   93

 
14 
Şəhid  Mütəhhəri  buyurur:  “Bu  düşüncə  hər  şeydən  öncə  təbiət 
aləmindəki  gedişata,  tarixi  təkamülə,  gələcəyə  inamdan,  bəşəriyyətin 
xoş gələcəyinə nikbinlikdən doğur...”
1
 
 
Sual:  12.  Nə  üçün  peyğəmbərlərin  dövründə  ümumdünya  ədalət 
hökuməti qurulmayıb? 
Cavab:  Bu  sual  başqa  şəkildə  də  verilə  bilər:  nə  üçün 
ümumdünya  ədalət  hökuməti  bəşər  tarixinin  sonunda  gerçəkləşəcək? 
Görən bu iş təsadüfidir, yoxsa nəyəsə əsaslanır? Deyə bilərik ki, fərdin 
təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil 
gerçəkləşməlidir: 
1.  Xarici  amil:  Cəmiyyətin  hər  bir  üzvü  yaranış  məqsədi  olan 
ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan 
yol  tapılmalıdır.  Nə  qədər  ki, bəşər düşüncəsi bu  həqiqətləri  anlamır, 
düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.  
2.  Daxili  amil:  Bu  böyük  məsuliyyət  və  hədəfi  dərk  edəcək 
düşüncə.  Belə  bir  məqsədə  çatmaq  üçün  insan  vücudunda  şüur 
yetkinləşməlidir.  Şüurun  yetkinləşməsi  üçün  isə  növbəti  şərtlər 
ödənməlidir:  
a)  Ağıl,  Allaha  itaətin,  Allaha  münasibətdə  xüzu  və  xüşunun 
(mütiliyin) əhəmiyyətini dərk etməlidir; 
b)  Allaha  itaət  fərdin,  cəmiyyətin  ədalətə  çatması,  cəmiyyətdə 
mütləq ədalətin yaranması üçün zamindir; 
v) İnsan ədalət və onun təsirlərini bilməlidir.  
Bu daxili amil bir neçə yolla ödənə bilər: 
1) Uyğun iman və ixlas  cəmiyyətdəki fərdlərdə möcüzə şəklində 
yaranmalıdır.  
Belə  bir  ehtimal  möcüzə  qanunu  ilə  uyğun  gəlmir.  Çünki 
möcüzənin  əhatəsi  məhduddur.  Hansı  ki,  məqsədə  çatmaq  üçün 
möcüzədən başqa digər yollar var. Uyğun tələb insan tərəfindən azad, 
ixtiyari  şəkildə  ödənməlidir.  İnsanın  kamilliyi  onun  ixtiyari  şəkildə 
gördüyü işdən asılıdır. Möcüzə isə deyilənlərə ziddir.  
2)  Bəşəriyyət  heç  bir  məcburiyyət  olmadan  ali  düşüncəyə 
çatmalıdır  ki,  Allahın  rəhbərliyi  altında  uyğun  ali  məqsədi  həyata 
keçirə bilsin.  
Bəşəriyyətin  mövcud  xüsusiyyətlərini  araşdırdıqdan  sonra  belə 
bir  nəticəyə  gəlirik  ki,  hələ  ki  insan  nəzərdə  tutulan  kamil  məqsədi 
                                                 
1
 “Mehdi (ə) inqilabı”, s. 5, 7. 


 
15 
dərk edəcək düşüncəyə çatmamışdır. Çünki o yarandığı gündən kamil 
ədalətin tətbiqi üçün zəruri olan iki şərtə malik deyil: Kamil formada 
ədaləti  tanımaq;  həqiqəti  tanıdıqdan  sonra  onun  həyata  keçirilməsi 
üçün fədakarlıq hazırlığı.  
Hətta  bəşəriyyət  kamil  ədaləti  tanısa  da,  hələ  ki,  bu  məqsədə 
çatmaq üçün praktiki hazırlığa malik deyil. Çünki ən üstün dövrlərdən 
olan  peyğəmbər  dövründə  də  İslam  yolunda  fədakarlıq  məsələsində 
səhabələrlə problemlər olmuşdur.  
Allah-təala  səhabələrdən  bəzilərinə  etirazla  buyurmuşdur:  “Ey 
iman  gətirənlər!  Nə  üçün  sizə  “Allah  yolunda  cihada  doğru  hərəkət 
edin” deyildikdə ağırlaşırsınız?! 
Yoxsa  axirət  əvəzinə  dünya  həyatı  ilə  razılaşmısınız?!  Hansı  ki, 
dünya həyatı matahı axirətlə müqayisədə cüzidir.”
1
  
Belə bir nəticəyə gəlirik ki, hələ ki, bəşəriyyət ümumdünyəvi bir 
hökumətin  təşkilinə  hazır  deyil  və  xilaskarın  zühuru  üçün  şərait 
yaranmamışdır.  
Seyyid  Rza  Sədr  deyir:  “Bir gün  gələcək  ki,  bəşəriyyət  güclü və 
agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. 
Belə  bir  qabiliyyət  onun  təkamülündən  ibarətdir.  Kamilləşməmiş 
bəşəriyyətin  ədalətli  hakimiyyət  altında  yaşamaq  ləyaqəti  yoxdur. 
Әslində  belə  bir  toplum  ədalətli  hakimiyyəti  qəbul  etmir.  Uyğun 
hakimiyyətin  zorla  qəbul  etdirilməsi  yetərsizdir.  Zülm-sitəm  ədalət 
üçün  nərdivan  ola  bilməz.  Zülmlə  qurulan  hakimiyyət  ədalətli  deyil. 
Onun  yalnız  adı  ədalətli  ola  bilər.  Naqis  bəşəriyyət  ədalətli 
hakimiyyəti qəbul etmir. O
,
 belə bir hakimiyyətdən uzaq olmaq istəyir. 
Həzrət  Әli  (ə)  buyurmuşdur:  “Bu  xalq  məndən  yorulub,  mən  isə  bu 
xalqdan”.  Sonra  həzrət  ədalətdən  qaçan  xalqa  nifrin  edərək 
buyurmuşdur:  “Pərvərdigara,  məni  onlardan  al.”  Әdalətli  hakimiyyət 
xalqın  razılığı  ilə  qurulmalıdır.  Xalq  belə  bir  hakimiyyətin  sorağınca 
gəzməlidir.  Әdalətli  hakimiyyət  istəyən  insanlarda  heyvani  sifətlər 
insani sifətlərin kölgəsində qalır.”
2
 Rəvayətlərdə isə digər bir nöqtəyə 
işarə  olunmuşdur.  İmam  Baqir  (ə)  buyurur:  “Bizim  dövlət  və 
hakimiyyətimiz sonuncu dövlət və hakimiyyətdir. Hakimiyyət heç bir 
ailə üçün əbədi deyil. Yalnız bizdən öncə hakimiyyətə çatıb onu başa 
çatdıranlar  istisnadır.  Әgər  hakimiyyətdə  bizim  yolumuzu  müşahidə 
etsələr,  deməsinlər  ki,  əgər  biz  də  hakimiyyətə  çatsaydıq,  bu  sayaq 
                                                 
1
 “Tövbə”, 38. 
2
 “Rahe-Məhdi (ə)”s. 54. 


 
16 
rəhbərlik  edərdik.  Allah-təalanın  “Аqibət  pəhrizkarlar  üçündür” 
buyuruğuna işarə olunur.”
1
  
 
Sual:  13.  Bu  dünyada  ədalətli  hökumətin  qurulmasına  hansı 
zərurət var? 
Cavab:  Bəziləri  ümumdünya  ədalət  hökumətinin  zəruriliyinə 
inandıqdan sonra deyirlər: “Әgər axirət aləmində ədalət əhatəli şəkildə 
bərpa olunacaqsa, bu dünyada belə bir hökumətin təşkilinə nə ehtiyac 
var?” 
Bu irada cavab olaraq belə deyə bilərik: 
1.  İbadət  və  Allahla  görüşə  yetişmək  yaranış  hədəfi  sayılmışsa, 
demək,  belə  bir  hökumət  dünya  həyatı  başa  çatmamış  yer  üzündə 
gerçəkləşməlidir.  
2.  Bəşəriyyətin  belə  bir  hökumətə  fitri  meyli  var.  Buna  görə  də 
uyğun hakimiyyət dünya həyatında qurulmalıdır.  
3.  “Qəsre-daim”  və  “qəsre-əksəri”  (daimi  və  əhatəli  zülm) 
mümkünsüz olduğundan insan təbiət aləmində özü üçün zülm-sitəmin 
olmadığı, əhatəli və ədalətli bir hakimiyyət görməlidir.  
4.  Təkamül  insan  üçün  axirət  aləmində  yox,  bu  dünyada 
qiymətlidir.  İnsan  fitrətən  kamillik  sorağında  olduğundan  kamilliyə 
hərəkət  üçün  şərait  olmalıdır.  Həzrət  Mehdinin    (ə)  zühuru  dövründə 
belə bir şərait yaranacaqdır.  
 
Sual: 14. Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?  
Cavab:  Bəziləri  düşünürlər  ki,  elm  və  texnika  əsrində  rəhbərə 
ehtiyac  yoxdur. Onların nəzərincə, bəşəriyyət  günbəgün  müstəqilləşir 
və  kamilləşir,  onun  qeybi  yardımlara  ehtiyacı  azalır,  ağıl  və  elm 
tədricən boşluqları doldurur... 
Әslində  isə  elm  və  texnika  əsrində  bəşəriyyət  üçün  daha  böyük 
təhlükələr  yaradır.  Әsas  təhlükə  tamahkarlıq,  məqampərəstlik,  bir 
sözlə,  nəfsə  itaətdən  doğur.  Məgər  elm  və  texnikanın  inkişafı 
insanlardakı  təqva,  haqpərəstlik,  iffət  meyllərini  təmin  edə  bilirmi? 
Әslində iş tamam başqa cürdür.  
Bugünkü  elm  bəşəriyyətin ən böyük  düşməninə  çevrilmişdir.  Nə 
üçün  belə  olub?  Belə  cavab  vermək  olar  ki,  elm  həqiqətən  də,  çıraq, 
işıqdır.  Әsas  məsələ  odur  ki,  bəşəriyyət  bu  çıraqdan  hansı  yolda 
istifadə edir. Öz məqsədinə çatmaq üçün elm və texnikadan yararlanan 
                                                 
1
 “Әl-ğeybət”, s. 472; “Bihar”, c. 52, s. 332. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə