Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   2   3   4   5   6   7   8   9   ...   93

 
17 
bəşəriyyətin məqsədi nədir? Әgər bəşəriyyət yanlış bir yol tutarsa, bu 
çıraq  ona  nə  dərəcədə  faydalı  ola  bilər?  Elm  insana  doğru  yol 
göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən 
savay hər şeyə hakim ola bilir.  
Vil  Dorant  texnika  əsrinin  insanı  haqqında  deyir:  “Biz  texnika 
baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”
1
 Elm və 
texnika  əsrinin  insanı  öz  qəzəb  və  şəhvət  baxımından  qədim 
insanlardan  fərqlənmir.  Elm  insanı  azğın  nəfs  istəklərindən  xilas  edə 
bilməmişdir! 
Ümumdünyəvi olmaq 
Sual: 15. Ümumdünyəvi olmaq nə deməkdir? 
Cavab:  Belə  görünür  ki,  ümumdünyəvilik  haqqında  nə  qədər 
izаh verilsə də, indiyədək aydın və yığcam bir tərif yoxdur. Әlbəttə ki, 
bunun  səbəbləri  var.  Әvvəla,  bu  həqiqət  hələ  ki  təkamül  həddinə 
çatmamışdır.  İkincisi, tərif  verənlərin  hər  biri  onun  müəyyən  cəhətini 
önə çəkir.  
Bununla belə, bəzi tərifləri nəzərdən keçiririk: 
1. Bəziləri ümumdünyəviliyi ictimai bir hadisə sayırlar. Bu baxışa 
əsasən ictimai və mədəni əlaqələrə kölgə salan coğrafi məhdudiyyətlər 
aradan götürülür.  
2.  Bir  başqaları  ümumdünyəviliyi  bütün  yer  üzündə  ictimai 
rabitələrin  dərinləşməsi  kimi  təqdim  edir.  Bildirilir  ki,  coğrafi 
baxımdan  bir-birindən  uzaq  məkanlar  arasında  möhkəm  bağlılıq 
yaranır.  Hər  bir  məhəldəki  ittifaqlar  kilometrlərlə  uzaqda  baş  vermiş 
hadisəyə qoşulur.  
3.  Müasirimiz  olan  məşhur  sosioloq  Harvey  ümumdünyəviliyi 
zaman  və  məkan  kimi  iki  məhdudiyyət  məfhumunun  daşıyıcısı  kimi 
təqdim  edir.  Ümumdünyəvilik  məsafələri  qısaldan  anlayış  kimi 
tanıtdırılır.  
 
Sual:  16.  Ümumdünyəviliyin  tarixi  kökləri  hansı  dövrdən 
rişələnmişdir? 
Cavab:  Ümumdünyəviliyin  tarixi  köklərini  bəşər  tarixinin 
başlanğıcına  aid  etmək  olar.  Sosioloqların  və  arxeoloqların  nəzərinə 
əsasən, bəşər həyatı məhdud ailə həyatından, meşə və mağaralardakı 
həyatdan  başlamışdır.  Həmin  həyat  tədricən  tayfa  və  qəbilələrin  su 
                                                 
1
 “Fəlsəfənin ləzzətləri”. 


 
18 
hövzələrin  kənarındakı  həyatı  ilə  əvəz  olunmuşdur.  Daha  sonra 
kəndlər  və  kiçik  məntəqələr  formalaşmış,  növbəti  mərhələdə  şəhərlər 
təşkil  olunmuşdur.  Tədricən  şəhərlərdə  ölkələr  və  dövlətlər 
yaranmışdır. Göründüyü kimi bəşərin həyatı ümumdünyəviliyə doğru 
hərəkətdədir.  Yəni  zaman  keçdikcə  təfriqələr  azalır,  toplumlar  artır. 
Bu  hərəkət  son  əsrlərdə  daha  da  sürətlənmişdir.  Bu  hərəkət  müasir 
rabitə sistemləri sayəsində ümumdünyəviliyə doğru sürətlənməkdədir.  
 
Sual:  17.  Qəriblərin  ümumdünyəviliyə  (“qloballaşma”)  can 
atmaqda məqsədi nədir? 
Cavab:  Belə görünür ki,  üç  mühüm, eyni  zamanda  fərqli  hadisə 
ilə  üzbəüz  gəlmişik.  Ya  səhvən,  ya  da  biganəlikdən  hər  üç  hadisə 
ümumdünyəviləşmə adlandırılmışdır: 
1. Ümumdünyəviləşmənin təbii və tədrici gedişatı; 
2. Qərbin apardığı ümumdünyəviləşmə (“qloballaşma”);  
3. Amerikanın apardığı ümumdünyəviləşmə.  
Ümumdünyəviləşmə  tədrici,  təbii  inkişaf  yolu  keçməklə  hazırkı 
əsrdə  yüksək  elmi-texniki  nailiyyətlərə  nail  olsa  da,  dünyanın 
hegemon  qüvvələri  tərəfindən  müdaxilələrə  məruz  qalır.  Bu  proses 
bəzən  dünya  iqtisadiyyatında  və  siyasətində  öz  mənafeyini  güdən 
qüvvələrə xidmət edir. Onlar bu prosesi qloballaşma adlandırırlаr. Bir 
sözlə,  qərbin  inkişaf  etmiş  sənayeçiləri  qloballaşmanı,  yəni 
ümumdünyəviləşməni öz mənafeləri üçün istifadə edirlər. Təbii ki, bu 
müdaxilələr uyğun prosesi təbii məcrasından çıxarır.  
Xüsusi  ilə  də,  Amerikanın  apardığı  qloballaşma  prosesi  əslində 
ümumdünyəviləşmə yox, аmerikalaşmadır. Onların məqsədi bütün yer 
üzünü  Amerikaya  tabe  etməkdir.  Әslində  belə  bir  proses  təbii 
ümumdünyəviləşmə 
ilə 
daban-dabana 
ziddir. 
Demək, 
təbii 
ümumdünyəviləşmə  ilə  Qərb  və  Amerikanın  qloballaşması  arasında 
qaçılmaz  fərqlər  mövcuddur.  İqtisadiyyatın  qloballaşdırılması  böyük 
yatırımlar,  hegemonçu  hökmranlıq,  qeyri-bərabər  paylaşma  ilə 
müşayiət  olunur.  Bu  proyekt  bütün  dünyaya  dünya  kapitalizminin, 
qeyd-şərtsiz rəqabət hökmranlığının böyük qələbəsidir.  
Hərbi,  siyasi,  hətta  iqtisadi  sahədə  Amerikanın  qloballaşma 
proyekti, şübhəsiz ki, onun siyasətlərinə, strateji  mənafelərinə xidmət 
edir.  Başqa  sözlə,  Amerikanın  irəli  sürdüyü  qloballaşma  proyektinin 
аmerikalaşma adlandırsaq, daha düzgün olar.  
 
 


 
19 
Sual: 18. Ümumdünyəviləşmənin hansı mənfi cəhətləri var? 
Cavab: Ümumdünyəviləşmə tədrici, təbii bir təkamül yolu keçib 
müasir  dövrdə  elmi-texniki  tərəqqi  ilə  müşayiət  olunan  inkişaf 
mərhələsinə  çatsa  da,  onun  bir  sıra  mənfi  təsirləri  də  var.  Bu 
təsirlərdən bəzilərini nəzərdən keçirək:  
1. Beynəlmiləl səviyyədə vahid və nüfuzlu rəhbərliyin olmaması, 
rəqabət və düşmənçiliyin güclənməsi; 
2. 
Fəsadın, 
açıq-saçıqlığın, 
fahişəliyin, 
qərbin 
pozğun 
mədəniyyətinin  yayılması  və  ümumbəşəri  əxlaqi  və  mənəvi 
dəyərlərinin aradan götürülməsi; 
3. Bəzi ölkələrdə iqtisadi tarazlığın pozulması; 
4. 
İstehsal 
proseslərinin 
avtomatlaşdırılması 
və 
mexanikləşdirilməsi ilə əlaqədar işsizliyin artımı; 
5. Narkotik maddə qaçaqçılığı, insan alveri kimi cinayətləri, eləcə 
də, SPİD kimi xəstəliklərin bütün dünyaya yayılması; 
6. Qərb mədəniyyətinin digər mədəniyyətlərə hakim olub, dünya 
səviyyəsində yayılması. 
 
Sual:  19.  Dini  mənbələrdə  ümumdünyəviləşmə  mövzusuna 
toxunulurmu? 
Cavab: 
Qurani-Kərimdə 
və 
İslam 
rəvayətlərində 
ümumdünyəviləşmə 
və 
ümumdünyəviləşdirmə 
mövzularına 
toxunulmuşdur. Amma İslam dinində uyğun iki anlayış fərqi məna və 
məfhuma  malikdir.  Ümumdünyəviləşmə  öz  təbii  məcrasından 
çıxmazsa,  İslamın  irəli  sürdüyü  ümumdünyəvi  hökumət  üçün  zəmin 
yarada bilər.  
İndi bu mövzu ilə bağlı bəzi ayə və rəvayətləri nəzərdən keçirək:  
1.  “Biz  Tövratdan  sonra  Davudun  Zəburunda  da  yazdıq  ki, 
mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”
1
 
2. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd edir ki, 
onları  hökmən  yer  üzünə  hakim  edəcək.  Necə  ki,  əvvəlkilərə  yer 
üzünün xilafətini bağışladı. Onlar üçün bəyəndiyi din və ayin bərqərar 
edəcək, qorxularını əmin-amanlığa çevirəcək...”
2
  
3. “O (Allah) bir kəsdir ki, Öz rəsulunu müşriklərin xoşu gəlməsə 
də dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərdi.”
3
  
                                                 
1
 “Әnbiya”, 105. 
2
 “Nur”, 55. 
3
 “Səff”, 9. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə