Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
26 
2.  Ailə  böhranı  –  cəmiyyətin  ilkin  hücеyrələri  ailədir.  Bəşər 
cəmiyyətində bu hücеyrələrin ən zəifi qərbdədir. Artıq qərbdə ailə heç 
bir  əhəmiyyət  daşımır.  Qərb  cəmiyyətində  ailə  yox,  fərd  əsas 
götürülür.  Bu  səbəbdən  də  həmin  cəmiyyətlərdə  qanunsuz  doğulan 
körpələrin sayı təsəvvür olunmayacaq həddə çatmışdır.  
3. Pis vərdişlər – qərb cəmiyyətindəki puçluq ruhiyyəsi gənc nəsli 
pis vərdişlərə yoluxmuşdur. Әgər gənclərin spirtli içkilərə aludəliyi ilə 
bağlı statistikaları nəzərdən keçirsək, bu rəqəmlər bizi dəhşətə gətirər. 
Bəli, pis vərdişlərə, alkoqolizmə və narkotikaya çıxış yolu kimi baxan 
qərb cəmiyyəti məhv olmaqdadır.  
4. Amansızlıq – amansızlıq ruhiyyəsi yalnız gənclərdə yox, hətta 
uşaqlarda    tüğyan  edir.  Xüsusi  ilə  Amerikada  hər  an  gənclərin  və 
uşaqların  törətdiyi  vəhşiliklərə  şahid  ola  bilərik.  Әgər  bu  hadisələr 
bütün dünyaya nümayiş etdirilsə, həmin cəmiyyətlərdəki problemlərin 
dərinliyindən xəbər tutarıq.  
5.  Әmin-amanlığın  olmaması  –  xüsusi  ilə  Amerikanın  əksər 
böyük  şəhərlərində  şəxsiyyətini  azca  qoruyan  insanlar  axşam 
düşəndən bayıra çıxmırlar.  
6.  Ayrı-seçkilik  –  qərbdə,  xüsusi  ilə  də  Amerikada  irqi  ayrı-
seçkilik ictimai bir bəladır. Әgər bu ölkələrdəki qara və qırmızı dərili 
insanlarla,  mühacir  müsəlmanlarla  dərdləşə  bilsək,  onların  hansı 
münasibətlə üzləşdiyindən xəbər tutarıq.  
7. Yoxsulluq – Amerikada rəsmi statistik göstəricilərə görə xalqın 
13  -14  faizi  yoxsulluqdan  aşağı  səviyyədə  yaşayır.  İki  yüz  əlli 
milyonluq  bir  cəmiyyətdə  bu  faizin  arxasında  otuz-qırx  milyon  insan 
dayanır. Hansı əsasla belə bir cəmiyyət ideal sayılmalıdır? 
8.  Cinsi  azğınlıq  –  ailə  təməli  dağıldıqdan,  insanların  əksəri 
ümidsizliyə qapıldıqdan sonra, xüsusi ilə Amerika cəmiyyətində cinsi 
azğınlıq  zirvə  həddinə  çatmışdır.  Qeyri-qanuni  uşaqların  doğulması 
qərbi, xüsusi ilə Amerikanı ağuşuna almış ən böyük bəlalardandır.  
9.  Çərçivəsiz  informasiya  şəbəkəsi  –  Amerika  və  qərbin  ciddi 
problemlərindən  biri  onlardakı informasiya  şəbəkəsinin heç  bir hədd-
hüdud  gözləməməsidir.  Təəssüf  ki,  digər  ölkələrdə  də  uyğun  halın 
təqlidi  ilə  rastlaşırıq.  Hazırda  qərb  informasiya  şəbəkəsi  tam  açıq-
saçıqdır.  Bu  şəbəkələrdə  əxlaqsızlıq  təbliğ  olunur,  insanların 
şəxsiyyəti  alçaldılır.  Әksər  insanlar  öz  şəxsi  məsələlərinin  bu 
şəbəkələrdə yayımlanacağından qorxu keçirir.  
10.  Yetərsiz  təhsil  sistemi  –  qərb  və  Amerikanın  bütün  dünyaya 
yeritmək  istədiyi  təhsil  sistemi  əslində  tam  yetərsizdir.  Qərbin  əksər 


 
27 
təhsil müəssisələrində mühacirlər çalışır və onlar öz maaş müqabilində 
maşın tək işləyirlər.  
11.  Xəstə  iqtisadiyyat  –  bəziləri  elə  düşünürlər  ki,  qərb  iqtisadi 
baxımdan dünyanın behiştidir. Hansı ki, Amerika dünyanın ən böyük 
borcu olan ölkəsidir. Onun daxili və xarici borclarının miqdarı insanın 
ağlını  başından  çıxarır.  Әlbəttə  ki,  bu  borclar  çox  mahir  şəkildə  ört-
basdır edilir.  
12.  Dünya  bazarlarından  asılılıq  –  Amerika  sənayesi  asılı  bir 
sənayedir.  Bu  sənayenin  dünya  bazarı  ilə  əlaqələri  qısa  müddət 
kəsilərsə, o iflic olar.  
Әgər  liberalizmin  hakim  olduğu  qərb  və  Amerikada  vəziyyət 
belədirsə, hansı əsasla onlardan nümunə götürmək olar?!  
 
Sual: 27. Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?  
Cavab:  “Üçüncü  dalğa”  kitabının  müəllifi  amerikalı  jurnаlist 
Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir: 
a) Dövrümüz “ən çox” dövrüdür. Әn çox tamaşaçısı olan film ən 
yaxşı film sayılır... 
b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya 
səhnəsində  siyasi  qüdrət  idi.  Getdikcə  siyasətin  yerini  iqtisadiyyat 
tutdu.  Bir  gün  iqtisadiyyat  öz  yerini  elmə  verəsidir.  Çünki  gələcəkdə 
dünya səhnəsində  yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət 
sahibi olacaqlar.  
v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri qərb olacaq.  
q)  Liberal  demokratiyanın  nöqsanları  olsa  da,  bəşər  cəmiyyəti 
üçün ən yaxşı yol bu ideologiyadır.  
Nəticə: Dünyanın gələcəyi qərb liberalizminindir.  
Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik:  
1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər 
2.  Birinci  müqəddimədə  insanın  istəyi  istənilən  bir  şeyin  meyarı 
sayılır.  Hansı  ki,  ölçü  əqlin  hökmü  və  nəql  olunanlardır.  Allah-təala 
buyurur: “Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur 
ki, zərərinizə olan bir şey istəyirsiniz.”
1
 
3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət 
meyarı  sayılır.  Hansı  ki,  zor  gücünə  siyasi  hökmranlıq  və  xalqın 
istismarı iğtişaş və istibdaddan savay ərmağan gətirmir.  
                                                 
1
 “Bəqərə”, 216. 


 
28 
4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir 
üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu?  
5.  Siyasi  nəzəriyyəçinin  vəzifəsi  gələcək  haqqında  öz  zənn-
gümanını bəyan etmək yox, cəmiyyətin xeyrini nəzərə alaraq proqram 
hazırlamaqdır.  
6.  Kapitalizm  quruluşu  cəmiyyətə  xoşbəxtlik,  yoxsa  ciddi 
təbəqələrarası qarşıdurma gətirib? 
Elə  buna  görə  də  Tafler  belə  deyir:  “Cəmiyyətimizin  (qərb 
cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur.”
1
  
 
Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür? 
Cavab:  Qərb  nəzəriyyəçisi  Samuel  Hantinqton  tarixin  sonu 
haqqında deyir:  
a)  Gələcəkdə  millətlər  və  qruplar  arasında  baş  verəcək  əsas 
qarşıdurma  ideologiya  və  iqtisadiyyat  sahəsində  yox,  mədəniyyət, 
sivilizasiya sahəsində olacaq.  
b)  Dünyada  səkkiz  mədəniyyət  cərəyandadır:  qərb,  konfusiçilik, 
yapon,  İslam,  Hindu,  Slavyan,  Ortodoks,  Latın  Amerikası 
mədəniyyətləri.  
v) Mədəniyyətlərin dialoqu mühümdür.  
d) Mədəni özünüdərk tərəqqidədir. 
q)  Qərbin  rəftarı  digər  mədəniyyətlərdə  özünüdərkin  tərəqqisinə 
səbəb olmuşdur.  
ş) İslam və qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir 
və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır.  
c)  Sonda  İslam  və  konfusiçilik  birləşərək  qərb  mədəniyyətinə 
qarşı duracaq.  
Nəticə:  Mədəniyyətlərin  savaşı  dünya  savaşının  son  təkamül 
mərhələsidir və sonda qərb mədəniyyəti qalibdir.
2
  
Uyğun baxışa iradlarımızı bildiririk: 
1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir.  
2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir. 
3. Nəzəriyyəçi “sivilizasiya” anlayışını “mədəniyyət” anlayışı ilə 
qatışıq salır. Hansı ki, bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və 
görünən  tərəfləri  var.  Mədəniyyət  isə  daha  çox  zehn  və  mənəviyyata 
aiddir.  Sənət,  fəlsəfə,  hikmət,  ədəbiyyat,  e`tiqad  mədəniyyətin  əhatə 
                                                 
1
 “Modern mədəniyyətə doğru”. Elvin və Haydi Tafler, s. 96, 97 
2
 “Mədəniyyətlər üzbəüz”, s. 22, 23. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə