Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

 
77 
deyir:  “Həzrət  Mehdi  (ə)  haqqında  mütəvatir  həddə  çatmış  hədislər 
nəql olunmuşdur.”
1
  
 
Sual: 
102. 
Məhdəviyyətə 
etiqad  xalqı 
xeyir 
əməldən 
çəkindirmirmi? 
Cavab:  Öncə  Məhdəviyyətə  etiqad  və  imamın  intizarı 
mövzularını açıqlamaq lazımdır.  
Məhdəviyyət  o  vaxt  zərərli  ola  bilər  ki,  insan  intizar  adı  altında 
bir  bucağa  çəkilib  cəmiyyətdən  ayrılsın;  elə  düşünsün  ki,  yer  üzündə 
zülmün  genişlənməsi  imamın  zühurunu  tezləşdirəcək  və  imam 
tənhalıqda yer üzünü islah edəcək.  
Başqa cür də düşünmək olar. Әslində bilməliyik ki, bizim əlimizi 
yanımıza  salıb  boş  dayanmağımız  bu  zühuru  yubandırır.  Belə  bir 
yanaşma  insanı  təşviq  edir.  Xilaskarı  gözləyənlər  özləri  saleh 
fərdlərdir.  Bu  səbəbdən  də  İslam  rəvayətlərində  fərəc  intizarı  ən 
fəzilətli əməl sayılmışdır.  
Məhdəviyyətlə bağlı yekdil fikirlər 
Sual:  103.  İslam  məzhəbləri  imamın  (ə)  zühurunu  prinsipcə 
yekdil qəbul edirlərmi? 
Cavab:  Prinsipcə  bütün  İslam  məzhəbləri  peyğəmbər  nəslindən 
olan  həzrət  Mehdinin  (ə)  zühur  məsələsini  qəbul edirlər.  Hamı inanır 
ki,  dünyanın  axırlarında  yer  üzünü  zülm-sitəm  bürüdükdən  sonra 
Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.  
a)  Şiə  alimlərindən  -  Şəhid  Sədr  deyir:  “Həqiqətən,  dünyanın 
ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna 
etiqad  peyğəmbər  hədislərində  ümumi,  əhli-beyt  (ə)  rəvayətlərində 
xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət 
ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...”
2
  
Şeyx  Məhəmməd  Riza  Müzəffər  deyir:  “Dünyanın  axırlarında 
Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü 
zülmə büründükdən sonra onda ədalətin hakim olması peyğəmbərdən 
mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer 
tutmuş məsələlərdəndir.”
3
  
                                                 
1
 “Mutməhul-amal”, s. 185. 
2
 “Bəhsun hоvləl-Məhdi (ə)”, s. 103, 104. 
3
 “Әqaidul-imamiyyə”, s. 77. 


 
78 
b)  Sünni  alimlərindən  –  Nasirəddin  Әlbani  deyir:  “Bilmək 
lazımdır  ki,  Mehdi  (ə)  və  onun  zühur  məsələsi  haqqında  bir  çox 
etibarlı hədislər nəql olunmuşdur.”
1
  
Şeyx  Әbdül-Möhsin  ibn  Həmdül-İbad  deyir:  “Həqiqətən,  həzrət 
Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu 
məsələyə  şübhə  etmək  çətin  olur.  Mənbələrdən  xəbərsiz,  elm  əhlinin 
dedikləri  ilə  tanış  olmayan  cahil  və  höcətkeş  insanlar  bu  məsələyə 
şübhə edə bilər...”
2
  
Şeyx  Әbdül-Әziz  ibn  Әbdüllah  ibn  Baz  deyir:  “Mehdi  (ə) 
mövzusu  aşkar  bir  mövzudur  və  bu  mövzudakı  hədislər  bəlkə  də 
mütəvatir  həddədir.  Elm  əhli  bu  hədislərin  təvatir  həddə  çatdığını 
bildirir...”
3
  
 
Sual: 104. Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna 
etiqadı vacib sayırmı? 
Cavab:  Bütün  məzhəblərdə  belə  bir  etiqad  var  ki,  dünyanın 
axırlarında  həzrət  Mehdinin  (ə)  zühuru  qeybi  məsələlərdəndir  və  bu 
məsələyə etiqad etmək lazımdır.  
a)  Şiə  alimlərindən  –  Şeyx  Səduq  deyir:  “Həzrətin  halından 
xəbərsiz  ona  iman  gətirmək  düzgün  deyil.  Yalnız  həzrətin  qeyb 
dövründə  şənindən  xəbərdar  olmaqla  belə  bir  etiqaddan  faydalanmaq 
olar.”
4
  
b)  Sünni  alimlərindən  –  Nasirəddin  Әlbani  yazır:  “Həqiqətən, 
həzrət  Mehdinin  (ə)  zühuruna  əqidə  sabit  bir  əqidədir  və 
peyğəmbərdən  etibarlı  vasitələrlə  nəql  olunmuşdur.  Ona  görə  də  bu 
həqiqətə  iman  vacibdir.  Quranda  qeybə  iman  pəhrizkarların 
xüsusiyyəti  kimi  tanıtdırılır.  Mehdinin  (ə)  zühuruna  inam  da  qeybi 
işlərdəndir...”
5
  
Әbdül  Möhsün  ibn  Həmdül-İbad  yazır:  “Məhdəviyyətin  təsdiqi 
və  ona  iman  İslam  Peyğəmbərinin  (s)  risalətinə  imandandır.  Çünki 
peyğəmbərin  təsdiq  etdiyi  mövzulara  iman  da  peyğəmbərə  iman 
sayılır.  Bu  əslində  qeybə  imandır  və  Allah-təala  möminləri  qeybə 
inandıqlarına görə mədh etmişdir...”
6
 
                                                 
1
 “Әt-təməddunul-islami”, hicri 1371-ci il. 
2
 “Camətu-İslamiyyə”, 3-cü say. 
3
 Həmin mənbə. 
4
 “Kəmalud-din”, c.1, s. 19. 
5
 “Təməddune-İslami”, Dəməşq çapı. 
6
 “Әl-cəmaətul-İslamiyyə”, Hicaz çapı. 


 
79 
Sual:  105.  Həzrət  Mehdinin  (ə)  hökumətinin  əhatəsi  ilə  bağlı 
məzhəblərin mövqeyi necədir? 
Cavab:Həzrət Mehdinin (ə) hökumətinin əhatəli olmasına etiqad 
Məhdəviyyətə etiqaddandır.  
Allah-təala  buyurur:  “Allah  sizlərdən  iman  gətirib  saleh  iş 
görənlərə yer üzündə xilafət vəd etmişdir.
1
  
Әhməd ibn Hənbəl həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: 
“Yer  üzü  zülm-sitəmlə  dolar.  Həmin  vaxt  nəslimdən  olan  bir  şəxs 
zühur  edər,  7-9  gün  ərzində  bütün  yer  üzünə  sahib  olar.  Həmin  vaxt 
bütün yer üzündə ədalət bərpa edilər.”  
İmam Baqir (ə) buyurmuşdur: “İmam Qaim (ə) Mehdi (ə) 309 il 
yer  üzündə  hakim  olar.  Kəhf  əhli  də  mağarada  bu  qədər  qalmışdı. 
Həzrət  yer  üzü  zülmə  büründükdən  sonra  ədaləti  bərpa  edər.  Allah 
onun üçün dünyanın şərqini və qərbini fəth edəcək...”
2
  
 
Sual: 106. Xilaskarın ləqəbi haqqında məzhəblər nə deyir? 
Cavab:  Şiə  və  sünnilər  tərəfindən  nəql  olunmuş  rəvayətləri 
nəzərdən  keçirdikdə  məlum  olur  ki,  xilaskarın  ləqəbinin  Mehdi  (ə) 
olduğunu hamı yekdil şəkildə qəbul edir.  
Hakim  Nişapuri  ibn  Səid  Xidriyə  istinad  edərək  həzrət 
Peyğəmbərin (s) dilindən deyir: “Mehdi biz əhli-beytdəndir”.
3
  
Həzrət  peyğəmbər  buyurmuşdur:  “Həzrət  Mehdi  (ə)  başının 
üzərində  bulud  dayanmış  halda  zühur  edər.  Bulud  arasında  bir  kəs 
nida edər: “Bu Allahın xəlifəsi Mehdidir (ə), ona itaət edin.”
4
  
 
Sual: 107. Həzrət Mehdi (ə) kimin nəslindəndir? 
Cavab: Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət 
Mehdi  (ə)  Peyğəmbər  (s)  ailəsindəndir.  Səd  ibn  Müsəyyib  deyir: 
“Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. 
Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Mehdi 
(ə) Fatimə (s) övladlarındandır.”
5
 
                                                 
1
 “Nur” 55. 
2
 “Bihar”, c. 52, s. 390. 
3
 “Müstədrək”, c. 4, s. 557. 
4
 “Bihar”, c. 51, s. 81. 
5
 “Sünəni ibn Macə”, c. 2, s. 1364. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə