242
dirildər; biri öldürüldükdə onu ayağa qaldırar; onda behişt və atəş var;
bəyaz su və oddan çeşməsi var; istəkləri qəbul olar.
1
Dəccalda bəzi sifətlərin olduğu ehtimal edilir:
a) Dəccal qeyri-adi işlər görən, sehr-caduya malik real şəxsdir.
b) Dəccal dedikdə İblis nəzərdə tutulur;
v) Ehtimal olunur ki, Dəccal şiə rəvayətlərində adı çəkilən
Süfyanidir.
q) Dəccal dedikdə İsrail nəzərdə tutulur.
Öncə belə görünür ki, Dəccal hadisələri elə İsraillə bağlı
hadisələrdir. Çünki:
Әvvəla, Әhli-beyt (ə) rəvayətlərində bu hədislər yoxdur;
İkincisi, əksər Dəccal hədisləri əslən yəhudi olan Kəbul-Әhbar
tərəfindən nəql olunmuşdur. Bu şəxsin bütün hərəkətləri şübhə
doğurmuşdur.
Üçüncüsü, məsihin zühur edib Dəccalı öldürməsi yəhudilərə aid
əqidədir.
Seyyid Məhəmməd Sədr deyir: “Dəccal İslam və onun əsasları ilə
düşmənçilik edən qərbin mədəni tərəqqisinin simvoludur. Bu
mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki,
əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır...”
2
Quran və həzrət Mehdinin (ə) zühuru
Sual: 416. “Vəd” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə
sübuta yetirir?
Cavab: Allah-təala buyurur: “Allah sizlərdən iman gətirib saleh
işlər görənlərə vəd edir ki, hökmən onları yer üzünün hökmranı
edəcək. Necə ki, onların əvvəlkilərinə yer üzünün xilafətini bəxş
etmişdi. Onlar üçün bəyəndiyi din və ayini möhkəmlədəcək,
qorxularını aramlığa çevirəcək. Belə ki, yalnız Mənə pərəstiş etsinlər
və bir şeyi Mənə şərik qoşmasınlar. Bundan sonra kafir olanlar
azğınlardır.”
3
Yuxarıdakı ayə həzrət Mehdinin (ə) zühur dövrünə və
ümumdünya tövhid hökuməti əsrinə aiddir. Bu müddəanın dəlilləri var:
1. Bu ayə dünyanın sonunda İslamın digər dinlər üzərində
qələbəsini bildirən digər ayələrə münasibdir.
1
“Səhihe-Muslim”, c. 8, s. 197.
2
“Tarixi ma bəd əz zühur”, s. 141, 142.
3
“Nur”, 55.
243
2. “Әl-ərz” sözü bütün yer üzünə işarədir.
1
3. Bu vaxtadək qorxu tam şəkildə aramlığa çevrilməmişdir. Bu
hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.
4. Ayə ilə bağlı nəql olunmuş rəvayətlər nəzərdə tutulmuş mənanı
təsdiqləyir.
Qurtubi hazırkı ayə ilə bağlı həzrət Peyğəmbərin (s) belə
buyurduğunu nəql edir: “Həmin gün yer üzündə Allah tərəfindən
İslam kəlməsi daxil edilməmiş ev yoxdur.”
2
Sudəyy İbn-Abbasdan
nəql edir ki, ayə Ali-Məhəmməd haqqında nazil olmuşdur.
3
İmam
Səccad (ə) buyurmuşdur: “Bu ayə həzrət Qaimin şəninə nazil
olmuşdur.”
4
İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə Qaim və onun səhabələri
haqqında nazil olmuşdur.”
5
5. Dörd xəlifənin dövründə də yer üzündə kamil əmin-amanlıq
yaranmadı. Xüsusi ilə İran və Rum kimi qüdrətli düşmənlər İslam
üçün təhlükə mənbəyi idi. Bu səbəbdən də 30 il ərzində çoxsaylı
savaşlar baş verdi.
Fəzl deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, bəziləri bu ayənin
Әbu-Bəkr, Ömər, Osman və Әli haqqında nazil olduğunu düşünür.
Həzrət buyurdu: “Allah onların (“nasibə”) qəlbini hidayət etməz. Axı
nə vaxt Allah və onun rəsulunun dini yetərincə təsbit olub?! Axı nə
vaxt həmin xəlifələrin dövründə qəlblərdən şəkk-şübhə çıxıb?!
Onların dövründə hansı fitnələr qopmadı, hansı savaşlar baş
vermədi?!”
6
Sual: 417. “Әrsələ rəsuləhu” ayəsi imam Mehdinin (ə) zühurunu
necə sübuta yetirir?
Cavab: Allah-təala buyurur: “O, müşriklər ikrah duysa belə,
bütün ayinlərə qalib gəlmək üçün öz peyğəmbərini hidayət və haqq
dinlə göndərən kəsdir.”
7
Ayədə hidayət dedikdə rəsulun göndərilməsi
ilə gerçəkləşən ilahi hidayət, “haqq din” dedikdə İslam dini nəzərdə
tutulur.
1
“Təfsire-ibn-Kəsir”, c. 2, s. 614; “Cameul-bəyan”.
2
“Təfsire-Qurtubi”, c. 7, s. 429.
3
Şəvahidut-tənzil”, c. 1, s. 413.
4
“Təfsire-Safi”, c. 3, s. 444.
5
“Nemani, “Әl-Ğeybət”, s. 126.
6
“Təfsire-Kənzul-dəqaiq”, c. 9, s. 335.
7
“Tövbə”, 33.
244
Fəxr-Razi deyir: “Bu, gələcəkdə gerçəkləşəsi ilahi bir vəddir.
Rəvayətlərə əsasən, bu vəd həzrət İsanın və həzrət Mehdinin (ə)
dövründə həyata keçər.”
1
Təbəri deyir: “Həzrət İsa nazil olan vaxt bütün dinlər batil olar və
İslam dini bütün dinlərə qalib gələr.”
2
Səid ibn Cübeyrdən rəvayət olunur ki, bu ayə Fatimə (s)
övladlarından olan Mehdiyə (ə) aiddir. Allah onu bütün dinlərə qalib
edəcək.”
3
Әbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “And olsun
Allaha, bu ayə hələ ki gerçəkləşməyib və Qaim qiyam edənədək
gerçəkləşməz. O, zühur etdiyi vaxt yer üzündə Allahı inkar edən bir
nəfər qalmaz.”
4
Sual: 418. “Vərasət” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə
sübut edir?
Cavab: Allah-təala buyurur: “Biz zikrdən sonra Zəburda yazdıq
ki, mənim saleh bəndələrim yer üzündə varis olacaq.”
5
Ayədə Zəbur deyərkən Davuda nazil olmuş səmavi kitab, zikr
deyərkən Tövrat nəzərdə tutulur. Zəburda oxuyuruq: “Şər qüvvələrin
kökü kəsilər, Allaha təvəkkül edənlər yer üzünə varis olar...”
6
Davudun Məzmurun 29-cu ayəsində deyilir: “Salehlər yer üzünə
varis olacaq və orada əbədi qalacaqlar.” “Әl-ərz” dedikdə dünya və
behişt nəzərdə tutulur.
7
“İbadiyəs-Salehun” təbiri bütün dövrlərə, məkanlara və qövmlərə
aiddir. Məhz həzrət Mehdinin (ə) zühur edəcəyi dövrdə bütün yer
kürəsi Allahın saleh bəndələrinin ixtiyarına keçəcək.
İbn-Kəsir deyir: “Allah-təala şərif ayədə müjdə verir ki, öz saleh
bəndələrini dünya və axirətdə səadət çatdırıb onları yer və behiştdə
varis edəcək.”
8
Alusu deyir: “Bu ayəni Mehdi (ə) əsrinə və həzrət İsanın (ə) nazil
olduğu dövrə aid etsək, digər yanaşmalara ehtiyac qalmır.”
1
1
“Təfsire-Fəxr-Razi”, c.12, s. 104.
2
“Cameul-bəyan”, c. 13, s. 109.
3
“Әl-Füsulul-Mühimmə”, s. 300.
4
“Təfsire-Bürhan”, c.3, s. 407.
5
“Әnbiya”, 105.
6
“Məzmur”, 37:9-11.
7
“Әl-Mizan”, c. 14, s. 493.
8
“Təfsire-ibn-Kəsir”, c.2, s. 524.
Dostları ilə paylaş: |