Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 1,72 Mb.
səhifə14/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

2-Xüsusi paltar


Məsələ 151: Kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi və qadınlara məxsus olan paltarın kişi­lər üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir.

İmam və Fazil: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ42.

İmam: "Tovzihul-məsail", məsələ 846.

Bəhcət, Xamenei, Sistani, Məkarim.

Məsələ 152: Kişilərə məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən yalnız kişilər onu geyir, qadınlara məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən qadınlar onu geyinir.



İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim:

Məsələ 153: Məxsus libas dedikdə, məqsəd hər o şeydir ki, ona paltar aid edilə bilsin, istər geyinəndən sonra görünsün, misal üçünk çadra, yubka, məqnə, yaxud uzun corab – kişilər üçün, yaxud qadınlar üçün pencək, şalvar, kişi ayaqqabısı və s. istərsə də geyinəndən sonra görünməsin, misal üçün: kişilərin alt paltarı qadınlar üçün, yaxud qadınların alt paltarı kişilər üçün.



İmam və Fazil: İstifta.

Bəhcət: Əgər qadına məxsus olan paltarı kişi geyinsə, yaxud kişiyə məxsus olan paltarı qadın geyinsə, ona şöhrət libası deyilərsə haramdır, əks halda ehtiyat-vacibə görə onu geyinməkdən çəkinmək lazımdır. "Tovzihul-məsail", məsələ 711.

Xamenei: Onu özü üçün libas seçməyincəyə qədər işkalı yoxdur. İstifta.

Sistani: Əgər kişi qadın paltarı və qadın kişi paltarı geyinsə, əgər bunu özlərinin şəni qərar versə və özlərini bir-birinin formasına salsalar, ehtiyat-vacibə görə haramdır. "Tovzihul-məsail", məsələ 854

Məkarim: Geyinəndən sonra görünməyən, başqasına məx­sus paltarı geymək (alt paltarları kimi) işkalsız­dır. İstifta.

Məsələ 154: Müctehidlərin dediyi ehtiyat-vacibə görə kişinin qadın paltarı geyməsi fətvası ilə əla­qədar aşağıdakı suallar yaranır:

a) Bu cür geyinmə cəmiyyət arasında nəzərdə tutulur, yoxsa xəlvət olan yerlərdə də işkalı vardır?

b) İşkal olduğu fərz edilən halda qadınlara məxsus olan şəpiklərin geyilməsi kişilər üçün işkallı­dır­mı?

"a" bəndinin cavabı: Cəmiyyət arası ilə xəlvətdə olmağın arasında heç bir fərq yoxdur.

"b" bəndinin cavabı: Əgər məxsus libas hesab olunsa, əhvətə9 (ən çox ehtiyata) görə caiz deyildir (ehtiyat-vacib).



İmam: "Əhkami banovan" kitabının istiftaatı, səh.36.

Fazil: İstifta.

Bəhcət:


"a" bəndinin cavabı: Ehtiyat-vacibə görə, xəlvətdə də caiz deyildir.

"b" bəndinin cavabı: Əgər camaat arasında geyim he­sab olunursa, caiz deyildir. Əks halda, şəpik kimi geyin­məyin işkalı yoxdur. İstifta.

Xamenei:

"a" bəndinin cavabı: Cəmiyyətlə xəlvətin arasında heç bir fərq yoxdur.

"b" bəndinin cavabı: İşkalı yoxdur. İstifta.

Sistani:


"a" bəndinin cavabı: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salarsa, ehtiyat-vacibə görə, hətta xəlvətdə də caiz deyildir.

"b" bəndinin cavabı: Sadəcə şəpik geyilməsinin işkalı yoxdur. İstifta.

Məkarim:

"a" bəndinin cavabı: Xəlvətdə başqasına məxsus olan libası geyməyin işkalı yoxdur.

"b" bəndinin cavabı: İşkalı yoxdur. İstifta.

Məsələ 155: Məxsus paltarın geyilməsi ehtiyat-va­cibə görə haramdır, istər xəlvətdə olsun və bir kəs in­sanı görməsin, istərsə də cəmiyyətdə olsun və bu halda hök­mün haramlığı baxımından görən şəxsin kişi, ya qadın, məhrəm, ya naməhrəm olması arasında heç bir fərq yoxdur.



İmam: "Əhkami banovan" kitabından istifadə etməklə, səh.36.

Bəhcət: Xəlvətdə onun haramlığı məhəlli-təəmmüldür10 (sübuta yetməmişdir). İstifta.

Xamenei: Qadın və kişidən hər biri digərinin paltarını özü üçün paltar qərar versə ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə cəmiyyətlə xəlvətin arasında fərq yoxdur. İstifta.

Sistani: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salsa, ehtiyat-vacibə görə, caiz deyildir və bu məsələdə yuxarıda qeyd olunan halların arasında heç bir fərq yoxdur.

Məkarim: Bu ehtiyat, vacib deyildir. İstifta.

Məsələ 156: Müştərək, yəni camaat arasında həm kişilərin, həm də qadınların geydiyi paltarlar (şalvar, yaxud bəzi köynəklər və sair) paltarları geyinməyin kişi və qadın üçün işkalı yoxdur.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Diqqət: Paltarların kişi və yaxud qadın paltarı olması adı o paltarı onlardan birinə məxsus etmir, əksi­nə onun işlədilməsi yalnız kişilərin vasitəsilə, yaxud təkcə qadınların vasitəsilə olduqda məxsus paltar ad­lanır. Misal üçün, evdə camaat arasında həm ki­şi­lərin, həm də qadınların istifadə etdikləri şə­pik­lər onların hər biri üçün işkalsızdır, hətta o şəpiklər qadın şəpiyi, yaxud kişi şəpiyi adlansa belə. Amma əgər şəpiklər elə bir növdən olsa ki, camaat arasında yalnız qadınlar onu geysə (əvvəlki sualda fərz olunan halda qeyd olunan şəpiklər kimi) kişilərin ondan istifadə etməsi, hətta bir anlığa, yaxud aşpazxanadan bir şeyi gətirmək üçün olsa belə, caiz deyildir.

Məsələ 157: Birinə (ya qadına, ya da kişiyə) məxsus olan paltarı geymək hər bir məqsədlə olsa caiz deyildir, ehtiyat-vacibə əsasən, yoxlamaq üçün olsun, istərsə də teatr, kino yerlərində rol oynamaq üçün, istər özünü göstərmək üçün və sair olsa belə.



İmam və Fazil: İstifta.

Bəhcət: Qadınlara məxsus olan paltarların kişilər üçün, həmçinin kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi haramdır. Lakin haram olmaq şöhrət paltarına daxil olmayınca məhəlli-təəmmüldür (sübuta yetməmişdir): "Tovzihul-məsail", məsələ 711 İstifta.

Xamenei: Teatr və kino-klublarda fəsada səbəb olmazsa, caiz olması uzaq nəzər deyil. İstifta.

Sistani: Hər bir məqsədlə qadın və ya kişi özünü digərinin heyətinə və formasına salsa, ehtiyat-vacibə görə, caiz deyil. İstifta.

Məsələ (Sual) 158: Kişilər qadınlara məxsus olan bəzək əşyalarından, o cümlədən üzük, saat, bilərzik, kəmərbənd, boyunbağı, qayış və s. istifadə edə bilərmi? Bunu da nəzərə alaq ki, qadınlara məxsus olan paltarların kişilər üçün geyilməsi caiz deyildir?

Bəhcət: Kişi və qadının hər birinin digərinin zinəti ilə bəzənməsi haramdır. "Tovzihul-məsail", məsələ 711.

Xamenei: Əgər qızıl cinsindən olsa, yaxud istifadəsi yalnız qadınlara məxsus olan şeylərdən olsa, kişilər üçün onlardan istifadə etmək caiz deyildir. İstifta.

Sistani: Əgər sarı qızıldan olsa haramdır, əgər qızıl olmasa, ehtiyat-vacibə görə caiz deyildir.

Fazil: Əgər qadının özünü kişiyə, yaxud kişinin özünü qadına oxşatması sayılsa caiz deyildir. "Camiül-məsail", cild, 2, sual 1071.

Məkarim: Əgər qızıl olmazsa və fəsada da səbəb olmazsa işkalı yoxdur.

Məsələ 159: Qadının öz saçını qısaltması və nəticədə kişiyə oxşaması, yaxud kişilərin öz saçlarını uzadıb qadına oxşatmasının hökmü nədir?

Bəhcət və Fazil: Əgər qadının özünü kişiyə oxşatması, yaxud kişinin özünü qadına oxşatması hesab olunarsa, caiz deyil.

Məkarim: İşkallıdır. İstifta.

Bəhcət: İstifta.

Fazil: "Camiül-məsail", cild, 2, sual 1071.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə