Бисмиллаһир-рәһманир-рәһим


KİŞİNİN MƏHRƏM QADINLARA BAXMASI



Yüklə 1,72 Mb.
səhifə2/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   2   3   4   5   6   7   8   9   ...   29

KİŞİNİN MƏHRƏM QADINLARA BAXMASI


Məsələ 7: Kişilər öz məhrəm qadınlarının övrə­teyn­dən başqa bədəninin hər bir yerinə baxa bilərlər, bu şərt­lə ki, bu baxış ləzzət alma məqsədilə olmasın. Həm­çinin onların günaha düşmə qorxusu da olmasın. (Həyat yol­daşı bu hökmdən istisna olunur.)

İmam, Fazil: "Ürvə", "nikah", məsələ: 32, "sətr və satir", 1-ci cild, səh.549.

İmam: "Təhrir" "nikah", məsələ, 17; "Tovzihul-məsail", məsələ: 2347.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 1939.

Xamenei: İstifta.

Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 13; "Tovzihul-məsail", məsələ: 2446.

Fazil: "Tovzihul-məsail", məsələ: 2505.

Təbrizi və Məkarim: İstifta.

Təbrizi: Kişilərin öz məhrəmlərinə cinsi ləzzətlə yanaşı olan baxışları caiz deyildir və ehtiyat-vacib budur ki, göbəkdən dizə qədər hissələrə baxmaq tərk olunsun, hətta ləzzət alma qəsdi olmasa belə. İstifta

Məkarim: Kişilər öz məhrəmlərinin adətən bir-birindən örtmədikləri miqdara baxa bilərlər, məsələn, baş, boyun, sinənin bir miqdarı, əl və ayağın bir miqdarı. İstifta.
* NƏTİCƏDƏ:

Kişilər öz məhrəmlərindən qızlarının, anala­rı­nın, bacılarının və başqa məhrəmlərinin övrəteyninə baxa bilməz, hətta ləzzət və reybə qəsdi olmasa belə.

Həmçinin, ehtiyat-vacibə görə həddi-büluğa çatma­mış, amma müməyyiz olan uşağın övrəteyninə baxmaq caiz deyildir.

Bəhcət: Həddi-büluğa çatmamış, amma müməyyiz olan uşağın övrəteyninə baxmaq haramdır. "Tovzihul-məsail", 1938 1943- məsələlərdən istifadə etməklə.

Məsələ 8: Ehtiyat-müstəhəb kişilərin öz məhrəm qadınlarına dizdən göbəyə qədər olan hissəyə baxışının tərk olunmasıdır.

İmam, Fazil: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Bəhcət, Təbrizi, Sistani və Məkarim: Bir-birinə məhrəm olan qadın və kişi əgər ləzzət qəsdi olmazsa, övrətdən başqa bir-birinin bədənlərinin hər yerinə baxa bilərlər.



Bəhcət: "Tovzihul-məsail", məsələ: 1939.

Sistani: İstifta.

Təbrizi: Əvvəlki məsələdə də deyildiyi kimi bu, ehtiyat-vacib yönlüdür və ona riayət etmək lazımdır (zəruridir).



KİŞİNİN NAMƏHRƏM QADINLARA BAXMASI


Naməhrəm qadınlar ya müsəlmandır, ya da qeyri-müsəlman. Müsəlman olduqları halda, ya öz hicablarına tamamilə riayət edirlər, yaxud da etmirlər.

a) Öz hicabına tamamilə riayət edən müsəlman qadın.

Məsələ 9: Əgər müsəlman bir qadın öz hicabına tamamilə riayət edərsə, onun əlinə və üzünə baxmaq kişi üçün aşağıdakı şərtlərlə işkalsızdır:

1-Əli və üzü zinətləndirilməmiş olsun.

2-Baxış ləzzət və reybə qəsdi ilə olmasın.

İmam: "Ürvə", "nikah", məsələ: 31; "Təhrir", "nikah", məsələ: 18; İstifta və "Tovzihul-məsail", məsələ: 2433.

Xamenei və Fazil: İstifta

Bəhcət, Təbrizi, Sistani və Məkarim:

Bəhcət: Baxmayaraq ki, bunu tərk etməkdə ehtiyata əməl etmək yaxşıdır (ehtiyat-müstəhəbdir). İstifta.

Təbrizi: Əllərdə və üzdə olan zinət əgər adi üzük qəbilindən və üzün islah olunması, eləcə də qoca qadınların zinətində adi olan sürmə qəbilindən olsa, onu örtmək qadın üçün vacib deyil, kişinin də ona baxması, əgər ləzzət məqsədilə olmazsa, eybi yoxdur. İstifta."

Sistani: Ümumi halda, əgər naməhrəm qadın öz hicabına riayət edərsə, yaxud əgər riayət etməsə də, onu hicaba əmr etdikləri təqdirdə riayət edərsə, onun əlinə və üzünə baxmaq ləzzət və reybə olmadan işkalsızdır. Baxmayaraq ki, ehtiyat-müstəhəbbə görə, daha yaxşı olar ki, onun əlinə və üzünə baxmaqdan çəkinilsin.



"Minhacus-salehin", "nikah", məsələ: 14 və 26; "Tovzihul-məsail", 2442-2443-cü məsələlər.

Məkarim: Yüngülvari zinətlərin eybi yoxdur. İstifta.


* NƏTİCƏDƏ:

Kişilər öz hicablarına kamil şəkildə riayət etməyən qadınların üzünə və əllərinə baxa bilməzlər, misal üçün, bir qadının saçları azacıq miqdarda görünsə, yaxud qolu bir qədər qısa olan paltar geymiş olsa, yaxud biləyi örtülməmiş olsa.

Məsələ 10: Əlində üzüyü, yaxud bilərziyi olan naməh­rəm qadının əlinə baxmaq, yaxud öz dırnaqlarını uzadan, yaxud onu laklayan, yaxud hər hansı bir halda zinət­ləndirmiş olan qadının əlinə baxmaq haramdır, istər naməhrəm qadın kişinin yaxın adamlarından olsun, yaxud da yad adamlardan.

İmam, Bəhcət, Fazil: Əvvəlki məsələnin mənbələrindən və İstiftadan da istifadə etməklə.

Təbrizi, Xamenei, Sistani və Məkarim:

Təbrizi: Əgər naməhrəm qadın əlinə adi camaat arasında olan üzüklərdən taxmış olsa, onun əlinə baxmağın eybi yoxdur. Lakin sair hallarda əgər əldə zinət olsa, ona baxmaq caiz deyildir. İstifta.

Xamenei: Gözün tutmadığı və zinətlənmə hesab edilmədiyi yerlərə baxmağın işkalı yoxdur. İstifta.

Sistani: Üzüyə və bilərziyə baxmağın işkalı yoxdur, lakin əgər digər zinətlər olsa, baxmaq caiz deyildir. İstifta.

Məkarim: Əgər zinət və bəzənmə yüngülvari olsa və ləzzət qəsdi də olmasa, işkalı yoxdur. İstifta.
Diqqət:

Mallarının alıcısı əksər hallarda qadınlar olan satıcılar, misal üçün zərgərlər, qadın paltarları satanlar, zinət əşyaları, kosmetika maddələri və əşyaları satanlar və s. əsas etibarı ilə bu günahla qarşılaşırlarsa və başqalarına nisbətən daha artıq şəri qayda-qanunlara riayət etməlidirlər.

Məsələ 11: Naməhrəm qadın hər məqsədlə özünə zinət vermiş olsa, ona baxmaq caiz deyildir, hətta əgər üzük, bilərzik, boyunbağı və sair kimi şeyləri yoxlamaq üçün olsa da belə.

İmam, Bəhcət, Xamenei, Fazil: İstifta

Təbrizi, Sistani və Məkarim:

Təbrizi: Üzdə və əllərdə olan zinət əgər adi üzük qəbilindən, üzdə olan zinət də üzün islah olunması və sürmə də hətta qoca qadınlar arasında adət olan sürmə qəbilindən olarsa, onlara baxmaq ləzzət qəsdi olmadan işkalsızdır, lakin zinətin digər hallarında, o cümlədən, bilərzik və sair kimi şeylərdə naməhrəmdən örtülməlidir, naməhrəm də ona baxa bilməz. İstifta.

Sistani: Üzdə və əllərdə olan zinət əgər adi camaat arasında olan üzük, yaxud bilərzik qəbilindən olarsa, üzün islah olunması şəklində olarsa, sürmə də qoca qadınlar arasında adət olan sürmələrdən olarsa, ona ləzzət qəsdi olmadan baxmaq işkalsızdır, lakin digər hallarda naməhrəmdən örtülməlidir, naməhrəm də ona baxa bilməz. İstifta.

Məkarim: Əgər zinət və bəzək yüngülvari olsa və ləzzət məqsədi də güdülməzsə, eybi yoxdur. İstifta

Məsələ (Sual) 12: Müalicə məqamında kişi əlini naməhrəm qadının bədəninə vura bilərmi?

Cavab:


Fazil: Əgər kişi naməhrəm qadını müalicə etmək üçün baxmağa, yaxud əlini onun bədəninə vurmağa məcbur olsa eybi yoxdur. Amma əgər baxmaqla, nəzər salmaqla müa­li­cə edə bilərsə əlini vurmamalı; əl vurmaqla müalicə edə bilərsə, baxmamalıdır. "Tovzihul-məsail", məsələ 2507.

Məsələ (Sual) 13: Kifayət qədər hicaba riayət etməyən na­məhrəm müsəlman qadınların əlinə, yaxud ayağına, ya­xud ayağının üstünə, yaxud ayağının dabanına, yaxud ayağının sağ hissəsinə baxmaq reybə və ləzzət qəsdi olma­dan caizdirmi?

Cavab: Xeyr, caiz deyildir. Ümumi halda kişilər naməhrəm qadının bədəninin əl və üzdən başqa heç bir yerinə baxa bilməzlər.

İmam, Xamenei: İstifta

Bəhcət: "Tovzihul-məsail", 1931-ci məsələdən istifadə etməklə.

Fazil: "Tovzihul-məsail"in 2501-ci məsələsindən istifadə etməklə.

Təbrizi, Sistani və Məkarim:

Təbrizi: İki ayağa baxmaq (ayağın altı, üstü çıxın­tıya qədər) ehtiyata görə caiz deyildir. İstifta.

Sistani: Qadın, öz hicabını riayət edən şəxslərdən olsa, yaxud onu hicaba əmr etdikləri halda, ona etina edirsə, qeyd olunan yerlərə baxmaq caiz deyil, əks halda isə işkalı yoxdur.

"Minhacus-salehin", "nikah", 14 və 26-cı məsələ­lərdən istifadə etməklə; "Tovzihul-məsail", 2442 və 2443-cü məsələlər.

Məkarim: Yaxşı olar ki, buna baxılmasın (ehtiyat-müstəhəb). İstifta.

Məsələ 14: Əgər kişi naməhrəm qadına baxacağı surətdə günaha düşəcəyindən qorxursa, gərək ona baxmasın.

İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 31.

Xamenei: İstifta

Sistani: "Minhacus-salehin", "nikah", 14 və 26-cı məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2442-2443.

Bəhcət: Baxmaqdan çəkinsin. İstifta.

Məsələ 15: Naməhrəm şəxsə baxmaq ləzzət və şəhvət məqsədilə haramdır, hətta əllərə və üzə, yaxud bədəninin həcminə olsa da belə.

İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 31.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 1931.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 2442.

Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail", 2442-2443-cü məsələlərdən istifadə etməklə; "Minhacus-salehin", "nikah", məsələ: 14.

Fazil: "Tovzihul-məsail", məsələ: 2501.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə