Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 1,72 Mb.
səhifə29/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   21   22   23   24   25   26   27   28   29

Müxtəlif məsələlər


Məsələ (Sual) 347: Qadının özünü ərindən başqası üçün bəzi qadın məclislərində bəzəməsi o cümlədən toy məclislərində, yaxud qadın qonaqlıqlarında bəzəməsinin hökmü nədir? Əgər həyat yoldaşı bundan razı olmazsa hökmü nədir.

Cavab: Əgər naməhrəm onu görməzsə işkalı yoxdur lakin səy olunmalıdır ki, ərinin razılığını qazansın.

İmam izdivacın əhkamı kitabının İstiftası s. 188

Bəhcət, Təbrizi Sistani, Fazil İstifta.

Xamenei: Naməhrəm onu görməzsə, işkalı yoxdur. İstifta.

Məkarim: Məsələnin fərz olunduğu halda ərin razılığını qazanmaq vacib deyildir.

Məsələ (Sual) 348: Əgər xüsusi bir qonaqlıqda iştirak etmək üçün qadın xüsusi bir paltar geymək istəsə lakin həyat yoldaşı buna razı olmazsa, o paltarın geyilməməsi o qadının hörmətinin aradan getməsinə səbəb olmazsa, eləcə qadının o paltarlardan istifadə etdiyi surətdə ailəsinin narahatlığına ixtilafın yaranmasına səbəb olarsa şəriət baxımından bu paltarın geyilməsinin hökmü nədir, caizdirmi?

Cavab: Əgər bir paltarın geyilməsi ixtilafa və fəsada səbəb olarsa ondan çəkinmək lazımdır və ərin həyat yoldaşının tay-tuşları arasında geyilməsi adət olan paltarın geyilməsinin qarşısını almasın.

İmam: "Əhkami izdivac" kitabının istiftası, səh. 189,

Fazil: İstifta

Bəhcət: Əgər əri həyat yoldaşının ümumiyyətlə get­məsi ilə razı olsa o paltarı geyməyin işkalı yoxdur.

İstifta.

Sistani: Kişi qadının evdən çıxmasını xüsusi paltar geymək çadra salmaq s. kimi şeylərlə şərtlən­dirə bilər. İstifta

Məsələ 349: Müsəlmanın evi möhtərəm və toxunul­mazdır, sahibinin izni və icazəsi olmadan ora girmək caiz deyildir. Hətta başqasının evinə baş çəkmək də ya baş uzatmaq da damın üzərindən, divarın deşiyindən, bacadan və s. kimi baxmaq caiz deyildir.

İmam, Bəhcət Fazil, Məkarim: İstifta.

Məsələ 350: Əgər bir kəs başqasının evinə boylanıb baxsa, orada onun üçün haram olan şeylərə baxmaq məqsədi ilə baş çəkib boylansa, (misal üçün: camaatın qızına və arvadına baxmaq üçün) ev əhli üçün caizdir, hətta vacibdir ki, onu bu işdən çəkindirsinlər. Əgər bu işdən əl çəkməzsə döyməklə və s. kimi şeylərlə onun qarşısını ala bilərlər.

İmam Təhrir fid-difai ənin-nəfs, məsələ 30.

Fazil İstifta.

Bəhcət: Əhvət nəzər nəhy əz münkərdə tərtibə riayət etməkdir israr etdiyi surətdə xırda daşlarla çubuqla bu işdən çəkindirmək olar bu işdə zamin deyildir. Cameul Məsail, 5-ci cild, s. 268 İstifta..

Məkarim: Sonuncu fərzdə ev əhli məhkəmə yolu ilə tədbir görməlidir. İstifta.

Diqqətli olmaq


Diqqət yetirmək lazımdır ki, başqalarının evinin içinə baxmaq, naməhrəmlərə nəzər yetirmək məqsədi ilə caiz deyildir, istər bu baxış damın üstündən olsun istər hasarın üstündən, yaxud başqasının evinə açılan pəncərədən olsun, yaxud da qapı və pəncərənin arasından. Buna əsasən gərək Allah eləməmiş bu çirkin əmələ mürtəkib olan şəxsləri bu işdən çəkindirmək lazımdır. Əgər öz işlərini yenidən davam etdirsələr vurmaqla və sair şeylərlə onun qarşısını ala bilərlər.

Məsələ 351: Əgər baxan şəxs camaatın evindən, ev əhlinə nəzər salmağı mümkün olmadığı bir məsafədən nəzər salsa lakin uzaqdan yeni avadanlıqlar vasitəsi ilə (durbin ilə) baxsa yaxından baxan şəxsin hökmündədir və buna əsasən əvvəlki məsələdə deyildiyi tərtiblə onu dəf etmək lazımdır.

İmam: Təhrirul-vəsilə, fid-difai ənin-nəfs, məsələ: 38.

Bəhcət: ... Əhvət – nəhy əz münkərdə ardıcıllığa riayət etməkdir. İsrar etdiyi təqdirdə xırda daşlarla, çubuqla və s. onun qarşısını almaq olar və (nəhy əz münkər edən şəxs ona dəyən xəsarətlərə) zamin deyildir.

Məkarim: Nəhy əz münkər, yaxud da məhkəmə ilə bu işdən çəkindirmmək lazımdır. İstifta.

Məsələ (Sual) 352: İstifadə etmək üçün deyil sadəcə evdə saxlamaq üçün olduqda pasor (vərəq-kart oynamaq) icazə verilməyən film və video, spirtli içkilərin olduğu şüşə qablar (həmçinin nərd taxtası, biabırçı şəkillər, musiqi alətləri) şəxsin öz evində saxlanması haram iş sayılır və buna mürtəkib olan şəxs dünyada cəzalandrılmalıdırmı?

Cavab: Qumar alətlərinin və nəzərə çarpacaq mənfəətin haram işlərə məxsus olan hər bir şeyin aradan aparılması vacibdir və onu etmədikdə kəbirə günaha mürtəkib olur.

İmam Təhrir, "Məkasibi Mühərrəmə", 8-ci sualdan və istiftadan istifadə etməklə. "Məkasibi-Mühərrəmə", sual 41.

Bəhcət. İstifta

Fazil, "Cameul-Məsail", 1-ci cild, 1000-ci sualdan istifadə etməklə.

Sistani: Əlbəttə, əgər onlardan istifadə olunması qorxusu varsa onu aradan aparılması vacibdir. İstifta

Məkarim: Bu kimi əşyaların saxlanması şərən caiz deyildir. İstifta.

Məsələ 353: Ata-analar üçün, heç bir dəlil olmadan və sadəcə olaraq əsəbiləşdiyinə, hövsələsiz olduğuna gö­rə övladı vurması caizdirmi, yoxsa (vurduqları təqdir­də) onların boynuna həqqün-nas gəlir?

Cavab: Bu iş caiz deyildir, lakin övladı ədəb­lən­dir­mək üçün bədənin qızarması, göyərməsi və ya qaral­masına səbəb olamaycaq qədər adi tərzdə vurmaq caizdir.



İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.180

Təbrizi: "Siratun-nəcat", sual 1279

Sistani: Əgər uşaq həddi-büluğa çatmayıbsa və onun ədəb­ləndirilməsi vurmağa bağlıdırsa, yüngülvari şəkil­də vurmaq olar və ehtiyat-vacibə görə gərək üç zər­bə­dən artıq olmasın, bədənin qızarmasına, göyərməsinə və qaralmasına səbəb olmasın. Amma əgər uşaq həddi-bü­luğa çatıbsa, ehtiyat-vacibə görə onu vurmaq caiz deyil­dir. İstifta.

Fazil: Ədəbləndirmə vurmaqdan başqa bir yolla mümkün olmazsa, eybi yoxdur, lakin çalışmaq lazımdır ki, diyəyə səbəb olmasın. "Camiul-məsail", 1-ci cild, 1957-ci sual.

Məkarim: Zərurət halları istisna olunmaqla, ədəb­ləndirmə ünvanı ilə fiziki güc tətbiq edilməsi mümkün olan qədər, xüsusilə bizim dövrümüzdə tərk olunmalıdır. İstifta.



Məsələ 354: Əgər uşağın xalası, dayısı, əmisi, bacı­sı, yaxud qardaşı onu vurarsa, məsələnin hökmü nədir?

Cavab: Caiz deyildir; yalnız uşağın vəlisinin (şəri qəyyumunun) icazəsi ilə və bundan əvvəlki məsələdə qeyd edilən şərtlərlə caizdir.



İmam: Əvvəlki məsələnin mənbəsindən və istiftadan istifadə etməklə.

Fazil: İstifta.

Təbrizi: Əgər uşağın vəlisinin tərəfindən icazəli olsa və uşaq da mühüm bir pis iş görmüş olarsa, əvvəlki sualda qeyd edilən şərtlər əsasında 5-6 zərbə vurmağın işkalı yoxdur. "Siratun-nəcat", 1280- sual.

Məkarim: Bunun cavabı əvvəlki sualın cavabından aydın olur. İstifta.

Məsələ (Sual) 355: Həddi-büluğa çatan və aqilə (öz məsləhətini ayırd edə bilən) bir qız dindar və müsəlman bir oğlanla ailə qurmaq istəyir. Lakin onun atası maddi məsələlərə görə bu evlənməyə icazə vermir. Bu halda qız atasının icazəsi olmadan həmin oğlanla ailə qura bilərmi?

Cavab: Bakirə qızın ərə getməsində atanın icazəsi şərtdir, amma əgər ata öz qızının, onunla münasib olan oğlanla ailə qurmasına maneçilik törətsə, qızın da ərə getməyə ehtiyacı olsa və bu evlənmə fikrindən dönəcəyi təqdirdə onun üçün yaxşı bir ər tapılmayacağından qorxsa, (bu halda atasının icazəsi olmadan ərə gedə bilər).

İmam, "Əhkami banovan" kitabının istiftası, sual 20, səh.27

Bəhcət: Həddi-büluğa çatıb rəşidə olan, yəni öz məsləhətini ayırd edə bilən qız ərə getmək istəsə, əgər bakirədirsə, ehtiyata görə öz atasından, yaxud ata tərəfdən olan babasından icazə almalıdır – baxmayaraq ki, əzhər nəzər bu şəraitdə olan qızın müstəqil olmasıdır. Əgər atası, yaxud ata tərəfdən olan babası qaib olarsa və ərə getməməkdə zərər, yaxud hərəc, yəni şiddətli məşəqqət və çətinlik olarsa, qızın özü ərə gedə bilər. Həmçinin əgər atası və ya ata tərəfindən olan babası qızın, onunla münasib olan oğlanla ailə qurmasına – bütün şəraitlərin və müqəddimə işlərinin mövcudluğu ilə və qızla oğlanın bu evlənməyə meyli olduğu halda maneçilik törətsələr, qız ərə gedə bilər.



"Tovzihul-məsail", məsələ 1891

Xamenei: Ehtiyat vacibə görə bakirə qızın ərə getməsində atanın icazəsi şərtdir. Amma əgər ata öz qızının, ona münasib olan şəxsə ərə getməsinə maneçilik törətsə, qızın da ərə getməyə ehtiyacı olsa və həmin şəxslə ailə qurmadığı təqdirdə onun üçün yaxşı ər tapılmayacağından qorxsa (bu hala atasının icazəsi olmadan ərə gedə bilər).

Sistani: Əgər qız bakirə olsa, amma atası və ya ata tərəfindən olan babası, şərən və camaatın nəzərində onunla münasib olan oğlana ərə getməsinə icazə verməsə, yaxud qızın ailə qurması işində qızın azacıq belə iştirak etməsinə razı olmasalar, yaxud da dəlilik və ya bu kimi səbəblər üzündən icazə verməyə slahiyyətləri olmazsa, bu kimi hallarda onların icazəsi lazım (vacib) deyildir. Həmçinin, onlardan icazə alınması qaib olmaları və s. kimi səbəblər üzündən mümkün olmazsa, qızın da ərə getməyə çox ehtiyacı olsa, atasının və ya ata tərəfindən olan babasının icazəsi lazım deyildir.

"Tovzihul-məsail", 2386-cı məsələ, "Minhacus-salihin", nikah bölməsi, 69-cu məsələ.

Məkarim: Həddi-büluğa çatıb rəşidə olan, yəni öz məsləhətini ayırd edə bilən qız bakirə olarsa, ehtiyat budur ki, atasının, yaxud ata tərəfdən olan babasının icazəsi ilə ərə getsin. Amma əgər qız üçün münasib bir həyat yoldaşı tapılsa və atası da ona ərə getməsi ilə müxalifət etsə, bu halda onun icazəsi şərt deyildir. Həmçinin əgər atası və ya ata tərəfdən olan babasına əli yetişməzsə (onlarla əlaqə yarada bilməsə), qızın da ərə getməyə ehtiyacı olsa, (onların icazəsi şərt deyildir.)

Fazil:

Sual: Atam bizi boşlamış və bizə etina etmir. Bəzən uzun müddət vaxt keçir, amma bir-birimizdən xəbərimiz olmur. Ərə getməkdə ondan icazə almalıyammı, yoxsa icazə lazım deyil?

Cavab: Ümumiyyətlə, əgər qızın vəlisi onu boşlayıb azad qoymuşsa və onun işləri ilə maraqlanmırsa, onun izn və icazəsi lazım deyildir. Qız həddi-büluğa çatıb rəşidədirsə, yəni ərə getmək işində öz məsləhətini ayırd edə bilirsə, ərə gedə bilər.

"Camiul-məsail", 2037-ci məsələ.

MÜNDəriCat




BİRİNCİ FƏSİL 5

BAXMAĞIN HÖKMLƏRİ 5

KİŞİNİN BAXMAĞI 5

Kişinin kişiyə baxmasının hökmləri: 5

KİŞİNİN MƏHRƏM QADINLARA BAXMASI 7

KİŞİNİN NAMƏHRƏM QADINLARA BAXMASI 9

ÜMUMİ BİR QANUN 13

b) QEYRİ-MÜSƏLMAN QADINLAR 19

KİŞİNİN UŞAQLARA BAXMASI 21

QADININ BAXMASI 25

QADININ BAŞQA QADINLARA BAXMASI 25

QADININ MƏHRƏM KİŞİLƏRƏ BAXMASI 27

QADININ NAMƏHRƏMƏ KİŞİLƏRƏ BAXIŞI 28

QADININ UŞAQLARA BAXMASI 31

ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ 33

FOTO ŞƏKLƏ BAXMAQ 35

KİŞİNİN NAMƏHRƏM QADININ ŞƏKLİNƏ BAXMASI 35

QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI 39

KİNOYA BAXMAQ 40

43

Paltar və zinət əşyalarInIn HÖKMLƏRİ 44



Kişi üçün haram olan paltarlar və əşyalar 44

KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ 49

KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ 52

KİŞİLƏRİN UŞAQLARDAN ÖRTÜNMƏSİ 55

QADININ ÖRPƏYİNİN HÖKMLƏRİ 56

Qadının naməhrəmdən örtünməsi 56

ÇADRALARIN HÖKMLƏRİ 62

ZİNƏTİN HÖKMLƏRİ 65

QADININ QADINDAN ÖRTÜLMƏSİ 72

QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ 74

qadIn və Kişilər üÇün Geyilməsi Caiz olmayan Paltarlar 76

1-Şöhrət libası 76

2-Xüsusi paltar 77

3-Təhrikedici libas 81

4-Qəsbi paltar 82

5-Kafirlərə məxsus olan Paltarlar 84

CəmiyyətdəKi münasibətlərin höKmləri 86

söhbət etməyin höKmləri 86

a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi 86

diqqət yetirilməli məsələlər 88

diqqətli olmaq lazImdIr 89

təmaslarIn höKmləri 93

ÖPMƏYİN HÖKMLƏRİ 97

ÜMUMİ BİR QANUN 99

İSTİMNA 100

MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ 102

ÖZÜNÜ GÖSTƏRMƏYİN HÖKMLƏRİ 105

ƏQD VƏ TOY MƏRASİMİNİN HÖKMLƏRİ 107

Təhqiqat aParmağIn höKmləri 109

BİRİNCİ ŞƏRTƏ ƏSASƏN: 110

İKİNCİ ŞƏRTƏ ƏSASƏN: 111

ÜÇÜNCÜ ŞƏRTƏ ƏSASƏN 111

İSTİXARƏNİN HÖKMLƏRİ 113

NİŞANLI OLMAĞIN HÖKMLƏRİ 115

DAİMİ ƏQDDƏN QABAQ MÜVƏQQƏTİ ƏQD SİĞƏSİ 115

ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ 118

DƏVƏT ETMƏYİN HÖKMLƏRİ 121

ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ 127

ÜMUMİ BİR QANUN 127

ƏQD VƏ TOY MƏCLİSLƏRİNİN HÖKMLƏRİ 128

RƏQS 128

MUSİQİNİN HÖKMLƏRİ 134

ÜMUMİ BİR QANUN 137

AVAZ OXUMAQ 140

KİŞİLƏRƏ AİD OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ 146

ÜMUMİ MƏSƏLƏLƏR 148

QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ 152

Müxtəlif məsələlər 157

Diqqətli olmaq 159

Bəzi şəri istilahların izahı



1 Müqəddəs İslam şəriətində mövcud olan hökmlər:

1. Vacib: İslami nöqteyi-nəzərdən görülməsi gərəkli olan işdir ki, tərk olunması ilahi əzaba səbəb olur.

2. Haram: İslam baxımından görülməsi qadağan olan işdir ki, mürtəkib olunması ilahi əzaba səbəb olur.

3. Müstəhəb: Görüldükdə savabı olan, görülmədikdə əzabı olmayan işdir.

4. Məkruh: Görülməsi qadağan olunmayan, lakin görülməməsi şəri baxımdan daha yaxşı olan işdir.

5. Mübah: Şəri baxımdan yaxşı və ya pis olmayan və yuxarıda qeyd olunmuş dörd qism işlərdən başqa bir işdir.

Ehtiyat-vacib: O əməldir ki, ehtiyata müvafiqdir, amma fəqih onunla yanaşı fətva verməyibdir. Belə olan hallarda müqəllid sonrakı rütbədə gələn müctehidin fətvasına əməl edə bilər.

Ehtiyat-müstəhəb:

Ehtiyat-lazım: –O ehtiyatdır ki, müctehid ona riayət etməyi əqli dəlillər vasitəsi ilə isbat etmişdir.

Əzhər – Daha açıq-aydın olan fətvadır ki, mükəlləf ona müvafiq olaraq əməl etməlidir.

Vacibi-təxyiri: Bir neçə vacibdən, istədiyini görməkdə ixtiyar sahibidir.

Vacibi-eyni: Hər bir şəxsin özünə (başqalarını nəzərə almadan) vacib olan əməldir (namaz, oruc kimi).



2 Müctehid:

Camiuş-şərait müctehid: mərcəyi-təqlidlik məqamı üçün lazım olan bütün şərtlərə malik olan şəxs.



3 Şəri suallara cavab verilən yer.

4 Zimmə əhli: İslam dövlətinin himayəsində yaşayıb onun qanunlarına itaət edən kitab əhli.

5 Məhəlli-işkal: İşkalı var, onun səhih olması şübhəlidir. (Mü­qəl­lid bu kimi məsələlərdə başqa müctehidə müraciət edə bilər.)

6 Müstəhcən: biabırçı, utandırıcı

7 Ləhv: puç, faydasız, oynadıcı, batil işlər.

Mütrib və ləhvi musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Al­lah­dan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaş­dı­rır, onu açıq-saçıqlılığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edil­məsində meyar, camaatın nəzəridir



8 Hərəc: Çətinlik, məşəqqət

9 Əhvət–ehtiyata müvafiq olan

Əqva – bir məsələ barəsində güclü ehtimal verilən aşkar fətvadır ki, ona müvafiq əməl etmək lazımdır.



10 Məhəlli təəmmül – Ehtiyat olunmalıdır. (Müqəllid belə məsələlərdə başqa müctehidə müraciət edə bilər.)

11 Satir: Ovrəteyni örtə biləcək miqdarda paltar və s.

12 Külli: Xarici nümunəsi konkret şəkildə təyin olunmayan pul və s.

13 Təzir: Şəriətdə müəyyən günah əməllər üçün təyin olunan cəzalara nisbətən şəriət hakiminin məsləhət gördüyü miqdarda verilən cəzadır ki, onun miqdarı şəri cəzalardan az və yüngüldür.

14 Əmr be məruf – İnsanları vacib, yaxşı və bəyənilən işlərə dəvət etmək.

Nəhy əz münkər–İnsanları pis, yaramaz, haram və günah əməllərdən çəkindirmək.



15 Hibə: əvəzsiz və ya əvəz almaqla başqasına verilən mal (birinciyə hibeyi-bila əvəz, ikinciyə isə hibeyi müəvvəzə deylir.)

16 Təəllüq: Aid və bağlı olma.

17 Ləib: Ləhv ilə təqribən eyni mənanı daşıyır: puç, faydasız, oynadıcı, batil işlər.

18 Mütrib – O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.

19 Tərci – Səsin boğaza salınması ilə olan səs.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə