Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 1,72 Mb.
səhifə3/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   2   3   4   5   6   7   8   9   ...   29

ÜMUMİ BİR QANUN


Məsələ 16: Hər şeyə, yaxud hər bir şəxsə ləzzət qəsdilə baxmaq, yaxud fəsada düşmək qorxusu olduğu zaman baxmaq haramdır (həyat yoldaşı istisna olmaqla). Hətta məhrəm şəxsə baxış da olsa belə. İstər qadına baxış olsun, istərsə də kişiyə, istər heyvana olsun, istər cansızlara, istər şəkilə olsun, istərsə də kinoya, istər heykələ olsun, istərsə də başqa bir şeyə. Hətta insanın güzgüdə öz bədəninə, yaxud başqa yerlərə şəhvətçilik məqsədilə baxması haramdır.

İmam, Bəhcət, Fazil: İstifta

İmam: "Tovzihul-məsail", müxtəlif məsələlər bölməsindən istifadə etməklə, səh.28.

Fazil: İstifta

Təbrizi, Xamenei və Məkarim:

Sual: İnsanın şəhvət hisslərini təhrik edən hər bir şeyə baxmaq haramdırmı, hətta insan öz bədəninə baxsa da belə?

Təbrizi: Şəxsin öz bədəninə sadəcə baxışı haram deyildir, amma əgər şəhvətinin təhrik olunmasına səbəb olarsa, caiz deyildir. İstifta.

Xamenei: İnsanın cinsi qərizəsinin (instinktinin) təhrik olunmasına səbəb olan hər bir şey haramdır, yalnız ər-arvad arasında istisna olunur. İstifta.

Məkarim: Bu hökm həm insana, həm də heyvana şamildir, bunlardan başqa şeylədə əgər fəsada səbəb olacaqsa, caiz deyildir. İstifta

Məsələ 17: Həkim insana məhrəm deyildir, buna görə də (zərurət halından başqa hallarda) hətta müalicə məq­sə­­dilə olsa belə, naməhrəm qadının bədəninə baxa bil­məz.



İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 31.

İmam: "Təhrir", "nikah", məsələ: 22.

Bəhcət: "Tovzihul-məsail", 1941 və 1942-ci məsələlərdən istifadə etməklə.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 2451.

Xamenei: İstifta

Sistani: "Minhacus-salehin", "nikah", 14 və 20-ci məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2442 və 2450.

Fazil: "Tovzihul-məsail", 2506-2507-2508-ci məsələlərdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", məsələ: 2089.

Məsələ 18: Əgər həkim zərurət halında naməhrəm şəxsin bədəninin bir üzvünə baxmağa məcbur olsa, bu zaman zərurətin tələb etdiyi miqdarla kifayətlənməlidir və o üzvdən başqa bir şeyə baxmamalıdır, əgər mümkün­dürsə, paltarın üstündən müayinə etməlidir.



İmam, Bəhcət, Təbrizi, Sistani, Xamenei, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

İmam: "Təhrir", "nikah", məsələ: 22; "Tovzihul-məsail", məsələ: 2441.

Məsələ 19: Kişilər müsəlman naməhrəm qadına iynə vu­ra bilməzlər; çünki bu əməl qadına baxmağa və ya əl vur­mağa səbəb olacaqdır, hətta əgər iynəni onun damarına vur­sa da belə. Əlbəttə, əgər zərurət məqamı olsa və iynəni vur­maq üçün başqa heç bir məhrəm şəxs olmazsa, işkalı yox­dur.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ 20: Rentgen şəkilləri, radioloji şəkillər çəkmək əgər naməhrəmin bədəninə baxmağa səbəb olarsa, labo­ratoriyada analiz olunmaq üçün qan götürmək, sonoq­rafiya, yaxud başqa hər hansı bir həkim əməliyyatı bu sahədə mütəxəssis olan qadın həkiminə müraciət etmək mümkün olan vaxta qədər – bütün bu işlərin naməhrəm kişi tərəfindən yerinə yetirilməsi haramdır.



İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 35.

İmam və Xamenei: İstifta

Bəhcət: "Tovzihul-məsail", 1941 və 1942-ci məsələlərdən istifadə etməklə.

Təbrizi: "Tovzihul-məsail", 2451-ci məsələdən istifadə etməklə.

Sistani:

Sistani: Əlbəttə, naməhrəm qadının bədəninə baxma­ğın caiz olduğu yerlər istisna olunur (bu mətləbin ətraflı izahı və baxışın caiz olan yerləri "baxış" bölməsində qeyd olunub.



"Minhacus-salehin", 16 və 26-cı məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", 2442 və 2443-cü məsələlərdən istifadə etməklə.

Məsələ (Sual) 21: Bazarlarda, ümumi yerlərdə və ya in­sanın evində təsadüfi olaraq gözü elə naməhrəmlərə dü­şür ki, ya özlərini bəzəmişlər, ya da öz hicablarına kamil şəkildə riayət etmirlər. Bu cür baxışların hökmü nədir?

Cavab: Haram olan baxış (naməhrəmə) baxmaqdır, sadəcə gözün düşməsi yox. Buna görə də insanın təsadüfi olaraq gördüyü şeylərin işkalı yoxdur, lakin dərhal öz nəzə­rini ondan döndərməlidir ki, baxmaq hökmü yaran­masın.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta

Fazil: "Cameul-məsail", 2-ci cild, Sual: 1065.

Sistani və Məkarim: Əlbəttə, nəhy olunduqları təqdirdə qəbul etməyən qadınlara gəldikdə isə, ləzzət qəsdi və harama düşmək qorxusu olmadan baxmağın işkalı yoxdur.

Məsələ 22: Bir şəxsin gözü hicabı olmayan naməhrəm şəxsə düşməsi məqsədilə bir yerə getməsi haramdır.

İmam, Təbrizi, Xamenei: İstifta

Bəhcət, Sistani və Fazil: Getməyin eybi yoxdur, lakin naməhrəmə baxmaqdan çəkinməlidir. İstifta.

Məsələ (Sual) 23: Kafir qadınların bədəninin, adətən örtmədikləri yerlərinə baxmağın hökmü nədir?

Cavab:


Fazil: Əgər insan kafir qadınların bədənlərini adətən örtmədiyi yerlərə ləzzət qəsdi olmadan baxsa, harama düşəcəyindən qorxmayacağı halda eybi yoxdur. "Tovzihul-məsail", 2502.
* Buna əsasən, əgər bir şəxs naməhrəmə gözü düşsün deyə, xüsusi bir zamanda bir yerdən keçsə, yaxud gözü naməhrəmə düşməsi üçün naməhrəmlərin çox gediş-gəliş etdiyi yerdə bir işi görmək istəsə, yaxud misal üçün, naməhrəmlərin çoxunun olduğu avtobusa minsə, yaxud əyləncə və idman üçün daha çox naməhrəm qadınların toplaşdığı yerə getsə və s. bir sözlə, əgər əsas etibarı ilə gözünün naməhrəmə düşməsi üçün bir işi seçsə, bu iş caiz deyil və bundan uzaqlaşmaq vacibdir.

Məsələ 24: Bir yerdə hicaba riayət etməyən, yaxud ümumiyyətlə hicabı olmayan qadınların olduğunu bilə-bilə, gözü naməhrəmə düşsün deyə, kişinin o yerə getməsi haramdır.



İmam, Təbrizi, Xamenei və Məkarim: İstifta

Bəhcət, Sistani və Fazil:

Bəhcət, Sistani və Fazil: Onun getməyinin eybi yoxdur, lakin naməhrəmə baxmaqdan çəkinməlidir.



İstifta.

* NƏTİCƏDƏ:

Gözün naməhrəmə düşməsi üçün damın üstünə çıxmaq, yaxud pəncərənin ağzında dayanmaq, yaxud otağa və aşpazxanaya daxil olmaq, yaxud naməhrəm şəxsin olduğunu yəqin etdiyi halda, naməhrəmi görməkdən ötrü ora getsə, yaxud bir anlığa da olsa belə, qapının və pəncərənin arasından, yaxud pərdənin arxasından otağın daxilinə baxmaq və bu kimi halların hamısı haramdır.

Məsələ 25: Kənd və səhrada yaşayan və kamil hicaba adət etməyən qadınların gediş-gəliş etdiyi bazarlara gedib-gəlməyin, insan baxışının onlara düşəcəyini dəqiq bilsə də belə, eybi yoxdur. Eləcə də onlarla müamilə etməyin eybi yoxdur.

İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 27.

Təbrizi və Xamenei: İstifta

Bəhcət: Əzhər (ən zahir) nəzərə görə, səhrada yaşayan qadınlara və onlardan qeyrilərinə (misal üçün, kənddə yaşayan və islami örpəyə adət etməyən qadınlara) ləzzət qəsdi olmadan (bu kimi yerlərdə gediş-gəliş etmək və onlarla al-ver etmək) caizdir. Amma harama düşmə qorxusu olan hallar istisna olunur, yəni bu şərtlə ki, harama düşmə qorxusu olmasın.) Buna əsasən, onlarla al-ver etmək və sair ehtiyacları təmin etmək caizdir. "Tovzihul-məsail", məsələ: 1935.

Sistani: Mübtəzilə (hicabsız, yaxud kamil hicaba riayət etməyən) qadınlara baxmağın – əgər bir kəs onlara hicabı əmr etsə, etina etməzlərsə – işkalı yoxdur, bu şərtlə ki, ləzzət qəsdi və haram düşmə qorxusu olmasın. Bu hökmdə kafir qadınları ilə digər qadınlar arasında (müsəlman qadınları, səhrada yaşayan qadınlar və s.) heç bir fərq yoxdur. Həmçinin onların əlləri və üzü ilə adətən örtülməyən sair bədən üzvləri arasında heç bir fərq yoxdur.

"Minhacus-salehin", "nikah", məsələ: 26; "Tovzihul-məsail", məsələ: 2443.

Məsələ 26: Naməhrəm qoca qadınların dirsəyə qədər əllərinə, başlarının tükünün bir miqdarına, dizə qədər ayaqlarına, çənələrinin altına və boyunlarına baxmağın işkalı yoxdur.



İmam, Fazil: "Ürvə", "nikah", məsələ: 35.

Sistani: İstifta

Təbrizi: "Siratun-nəcat", 890-cı sualdan istifadə etməklə.

Bəhcət: Qoca qarının bədəninə baxmağın, ləzzət qəsdi omaldan işkalı yoxdur. "Tovzihul-məsail", məsələ: 1943.

Xamenei: Ərə getməsinə heç bir ümidi olmayan qoca qadınların saçına baxmağın işkalı yoxdur. İstifta.

Məsələ 27: Baxılması caiz olmayan hər kəsə şüşənin arxasından, yaxud güzgüdə, yaxud duru suda, yaxud onun əksini göstərən hər bir şeydə baxmaq caiz deyildir.



İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 2-ci məsələdən istifadə etməklə.

İmam, Bəhcət və Xamenei: İstifta

Təbrizi: "Tovzihul-məsail", məsələ: 2405.

Sistani: "Minahacus-salehin", "əhkamul-xəlvət", 55-ci məsələdən əvvəl, "nikah", 12 və 20-ci məsələlərdən istifadə etməklə.

Məsələ (Sual) 28: Kişilərin, ləzzət qəsdi olmadan çox çirkin olan qadınlara baxması caizdirmi? (Əlbəttə, əgər öz hicablarına riayət etməmiş olsalar.)

Təbrizi: Ehtiyat-vacibə görə gərək baxmasınlar. Çünki əgər qadın qoca olmazsa, kişi ləzzət qəsdi olmadan ona baxacağına əmin ola bilməz. "Siratun-nəcat", 891-ci sual.

Bəhcət və Sistani: Naməhrəmə baxmağın (haram olmasında) gözəl ilə çirkin arasında heç bir fərq yoxdur. İstifta.



İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 31-ci məsəldən istifadə etməklə.

İmam: "Təhrir", "Nikah", 18-ci məsələdən və istiftadan istifadə etməklə.

Bəhcət: "Tovzihul-məsail", 1931-ci məsələdən istifadə etməklə.

Xamenei: İstifta

Məsələ 29: Naməhrəm qadının bədəninə baxmaq haram­dır, hətta o qadın başa düşsə də, başa düşməsə də, istər kor olsun, istər görən, istər naməhrəm onun qohum­ların­dan olsun (qardaşı arvadı, əmi arvadı, xala qızı və s. kimi), yaxud yad olsun, hətta əgər reybə və ləzzət qəsdi olmadan baxsa belə, onun baxışı haramdır (üz və əllərin hökmü deyilmişdir).



İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", 31-ci məsələdən istifadə etməklə.

İmam: "Təhrir", "nikah", 18-ci məsələ və İstiftadan istifadə etməklə.

Bəhcət: "Tovzihul-məsail", 1931-ci məsələdən istifadə etmələ.

Xamenei: İstifta

Sistani: Naməhrəmə baxmağın hökmü deyildi və yuxarıdakı halların heç birində fərq yoxdur. İstifta.

Məsələ 30: Sünnü qadınlarının hökmü müsəlman qadının hökmü kimidir.

İmam, Xamenei, Fazil, Məkarim: İstifta


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə