Бисмиллаһир-рәһманир-рәһим


ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ



Yüklə 1,72 Mb.
səhifə7/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   2   3   4   5   6   7   8   9   10   ...   29

ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ


Məsələ 53: Əgər insan bir şəxsin ona baxmağın icazə verilib-verilmədiyi şəxslərdən olmasında şəkk etsə, ona baxmamalıdır.

İmam, Sistani, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.805.

Bəhcət: Ehtiyat çəkinməkdir. İstifta.

Misal: Əgər bir kişi bir qadını qaranlıqda görsə, yaxud uzaqdan bir qadını görsə və onu tamamilə tanımasa, onun öz məhrəmlərindən biri olmasında (bu halda ona baxmaq caiz olacaq), yoxsa naməhrəmlərdən biri olma­sında (belə ki, ona baxmaq caiz deyildir) şəkk etsə, ona baxması caiz deyildir.

Məsələ 54: Əgər bir şəxs bir neçə nəfərin arasında şəkk etsə, belə ki, onların arasında bir məhrəmin oldu­ğunu, amma konkret şəkildə bu şəxslərin hansı birinin olduğunu bilməsə, onların heç birinə baxa bilməz.



İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.806.

Bəhcət və Xamenei: İstifta

Misal: Əgər bir qadının, kifayət qədər örtüyə malik olmayan kişilərin arasında bir məhrəmi olsa, amma onların hansının konkret şəkildə onun məhrəmi olduğunu bilməsə, onların heç birinə baxa bilməz, yaxud bir kişi müəyyən bir qadın məclisində onun məhrəm­lərindən birinin olduğunu bilirsə, məhrəmini tapmaq üçün qadınlara baxa bilməz. (O haldadır ki, qadınlar kifayət qədər hicaba malik deyildirlər.)

Məsələ 55: Əgər insan bir şəxsin barəsində şəkk etsə və kişi, yaxud qadın olmasını bilməsə, (misal üçün, havanın qaranlığına, yaxud məsafənin uzaqlığına və s. kimi şeylərə görə) ehtiyat-vacibə görə, gərək ona baxma­sın.

İmam və Fazil: "Ürvə", "nikah", məsələ: 50, səh.806.

Bəhcət: Baxmağın işkalı yoxdur, baxmayaraq ki, ehti­yat bunu tərk etməkdə yaxşıdır (müstəhəbdir). İstifta.

Sistani və Məkarim: Ona baxmağın işkalı yoxdur.

"Ürvə", "nikah", məsələ: 50.

Məsələ 56: Əgər bir şeyin insan, yaxud heyvan, yaxud başqa bir şey olmasında şəkk etsə, bu halda ona baxması caizdir.



İmam, Bəhcət, Sistani, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.806.

Xamenei: İstifta

FOTO ŞƏKLƏ BAXMAQ

KİŞİNİN NAMƏHRƏM QADININ ŞƏKLİNƏ BAXMASI


Məsələ 57: Kişi öz hicabına tamamilə riayət edən naməhrəm qadının şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın, istər onu tanısın, istərsə də tanımasın.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta

Sistani: "Minhacus-salehin", "nikah", 27-ci məsələdən istifadə etməklə.

Məsələ 58: Əgər naməhrəm şəxs şəkildə kamil hicaba riayət etməzsə, bu halda əgər kişi o qadını tanıyırsa, onun şəklinə baxa bilməz, əgər tanımırsa, naməhrəmin şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.



İmam: "Əhkami-banovan" kitabındakı İstifta, 44-45-ci suallar, səh.33.

Bəhcət və Xamenei: İstifta

Təbrizi: "Siratun-nəcat", 876-cı sualdan istifadə etməklə.

Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.

Sistani: Əgər naməhrəm qadın şəkildə kamil hicaba riayət etməmişdirsə, mübtəzəl qadınlardan (ona hicabı əmr etdikdə, etina etməyən pis hicablı, yaxud ümumiy­yətlə hicabsız qadınlardan) olmazsa, kişi də onu tanı­yırsa, ehtiyat-vacibə görə o şəklə baxmamalıdır, bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. "Minhacus-salehin", "nikah", məsələ: 37.


* NƏTİCƏDƏ:

Əgər kişi qadını tanımırsa, yaxud qadın mübtəzələ qadınlardan olarsa, yaxud öz hicabına kamil şəkildə riayət etmişsə, onun şəklinə baxmağın eybi yoxdur.

Məkarim: Qadın şəri hicabın qorunub saxlanma­sı­na etina edirsə, onun hicabsız olan şəklinə baxma­ğın işkalı var, yalnız onu tanımasa və öz ardınca bir fəsad gəlməzsə, bu, istisna olunub. "Tovzihul-məsail", məsələ: 2087.
* NƏTİCƏDƏ:

Ya kişi qadını tanıyır, ya tanımır, əgər tanımırsa, onun şəklinə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalsızdır. Əgər onu tanıyırsa, bu halda qadın İslam hicabını qoruyub saxlamağa özünü iltizamlı bilirsə, onun şəklinə baxmaq – şəkildə kamil hicablı deyilsə – caiz deyildir. Əgər hicabın qorunub saxlanmasında iltizamlı deyilsə, kişi onu tanısa da, lakin onun şəklinə ləzzət və reybə qəsdi olmadan baxırsa, eybi yoxdur.


* NƏTİCƏDƏ:

Kişilər qohum-əqrəbalarında olan hicabsız qadınların albom şəkillərinə baxa bilməzlər.

Məsələ (Sual) 59: Qeyri-müsəlman qadınlarının, yaxud İslam hicabına kamil şəkildə riayət etməyən müsəlman qadınlarının şəklinə baxmağın hökmü nədir?

Cavab: Əgər kişi qadınları tanımazsa və bu baxışdan fəsad gələcəyindən qorxmazsa, ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur, baxmayaraq ki, müstəhəb-ehtiyat bunu tərk etməkdir.



İmam, Bəhcət, Xamenei və Məkarim: İstifta

Təbrizi: "Siratun-nəcat", 176-cı sualdan istifadə etməklə.

Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.

Sistani: Qeyri-müsəlman qadının şəkli olarsa, yaxud İslam hökmlərinə əhəmiyyət və etina etməyən qadı­nın şəkli olarsa, ləzzət və reybə qəsdi olmadan onların şəklinə baxmağın işkalı yoxdur.



"Minhacus-salehin", "nikah", 27-ci məsələdən istifadə etməklə.

Məkarim: Əgər qadın qeyri-müsəlmandırsa, yaxud şəri qayda-qanunlara iltizamlı deyilsə, bu halda reybə və ləzzət qəsdi olmadıqda baxmağın işkalı yoxdur.



"Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.

Məsələ 60: Həddi-büluğa çatmamış uşağın şəklinə, istər qız olsun, istərsə də oğlan, əgər ləzzət qəsdi ilə olmazsa və insan günaha düşəcəyindən qorxmazsa, işkalı yoxdur.



İmam, Bəhcət, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

İmam: "Təhrir", 2-ci cild, 8-ci məsələdən istifadə etməklə, səh.752.

Təbrizi: "Siratun-nəcat", 889-cu sualdan istifadə etməklə.

Məsələ 61: Əgər bir şəxs başqasının şəklinə bax­maqla günaha düşəcəyindən qorxarsa, ona baxmama­lıdır.



İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil və Məkarim: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 27-ci məsələdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.

Məsələ 62: Başqasının görməsi haram olan şəkli insanın ona göstərməsi caiz deyildir.



İmam, Bəhcət, Xamenei, Fazil, Sistani: İstifta
* NƏTİCƏDƏ: Qadınlar öz ərlərinə, qardaşlarına və ya atalarına onlarla naməhrəm olan və onların şək­lini görmək onlar üçün caiz olmayan hicabsız qadının (rəfi­qələrinin, qonşu qızlarının və ya digər qadın­ların və s.) şəklini göstərməməlidirlər.

Məsələ (Sual) 63: Naməhrəm qadının uşaqlıq çağın­da­kı şəkli kifayət qədər hicabı olmazsa, ona baxmaın hök­mü nədir?

Bəhcət: Ləzzət qəsdi ilə olarsa, caiz deyildir.

İstifta

Təbrizi, Xamenei, Fazil və Məkarim: Əgər bu görmə onların hörmətsizliyinə və insanın şəhvətinin təhrik olunmasına səbəb olmazsa, işkalı yoxdur.



Təbrizi: "Siratun-nəcat", Sual: 889.

Xamenei, Fazil, Məkarim: İstifta

Sistani: Əgər şəkil o qadının hazırkı surəti ilə uyğun olmazsa, ona baxmağın öz-özlüyündə caiz olması uzaq nəzər deyildir. Amma şəkil o qadının hazırkı şəkli ilə uyğun olarsa, ehtiyat-vacibə görə ona baxmaq olmaz.



İstifta

Məsələ 64: Hər bir şəklə ləzzət qəsdi ilə baxmaq haramdır, istər kişi şəkli olsun, istərsə də qadın, istər məhrəm olsun, istərsə də naməhrəm, istər insan şəkli olsun, istərsə də başqa şəkil (bu hökmdən həyat yoldaşının şəkli istisna olunur).



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", məsələ–27.

Məsələ 65: Mübtəzəl (ayıblı, erotik) şəkillərin al-veri və saxlanması haramdır və onları məhv edib aradan aparmaq lazımdır.



İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ (Sual) 66: Kişinin, dünyadan getmiş naməh­rəm qadının şəklinə baxması onu tanıdığı halda caiz­dir­mi?

Bəhcət: Caiz deyil. İstifta

Məkarim: Naməhrəm kişinin ölü qadının şəklinə baxması hörmətsizlikdən xaric deyil və bu iş məhəlli-işkaldır.5 İstifta

Məsələ (Sual) 67: Mütəxəssis şəxslərin, yaxud tibb elmi tələbələrinin və sairlərin – öz ixtisaslarına əsasən mübtəzəl səhnələrə malik olan elmi filmlərə və ya kitablara baxmaq məcburiyyətində qaldıqları halda onların hökmünü bəyan edin.

Bəhcət: Əgər reybə və ləzzətə səbəb olarsa, caiz deyildir. İstifta

Xamenei, Fazil və Məkarim: Əgər təlim üçün baxmaq məcburiyyətində qalarsa, reybə qəsdi olmadan işka­lı yoxdur.

Xamenei və Məkarim: İstifta

Fazil: "Camiul-məsail", 1-ci cild, 2082 və 2094-cü suallardan istifadə etməklə.

Məsələ (Sual) 68: Kişilər və qadınlar üçün ləzzət və reybə qəsdi olmadan müstəhcən6 (yarım-çılpaq) şəkillərə baxmağın hökmü nədir?

Xamenei və Bəhcət: Əgər fəsad və reybə ilə yaxın olarsa, işkalı vardır, onların bəzi qisimləri yəqin şəkildə haramdır. İstifta

Təbrizi və Məkarim: Bu cür şəkillərə baxmaq caiz deyildir.



Təbrizi: "Siratun-nəcat", Sual: 901.

Məkarim: İstifta

Fazil: Əgər fəsadı olarsa, caiz deyildir. İstifta




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə