Бисмиллаһир-рәһманир-рәһим


QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI



Yüklə 1,72 Mb.
səhifə8/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI


Məsələ 69: Qadınlar kişilərin şəkillərinə bu şərtlə baxa bilərlər ki, ləzzət və reybə qəsdi olmasın, istər kişini tanısın, istərsə də tanımasın, istər kişi məhrəm olsun, istərsə də naməhrəm.

İmam, Xamenei, Məkarim: İstifta

Bəhcət və Fazil: Əgər kişinin şəklinə baxmaq fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Sistani: Əgər adi halda açıq olan yerlərdən daha artıq açıq olarsa, ehtiyat-vacibə görə baxmaq caiz deyildir, əlbəttə, əgər şəhvətlə olarsa, mütləq şəkildə caiz deyil. İstifta.
* NƏTİCƏDƏ: İdmançıların, şəhidlərin və s. (kino artistlərinin, məşhur aktyorların və s.) şəkillərinə baxmağın – qadınlar üçün öz ardınca fəsad gətirməyincəyə qədər işkalı yoxdur.

KİNOYA BAXMAQ


Məsələ 70: Birbaşa (canlı yayımda) efirə buraxılan verilişlərdə iştirakçıların şəkilləri diri insanın hökmünə malikdir və əgər birbaşa olmayan şəkildə efirə buraxılırsa, şəklin hökmünə malikdir.

İmam: İstifta, "Əhkami banovan" kitabı.

Təbrizi: İstifta

Sistani, Fazil və Məkarim: İstər birbaşa, istərsə də birbaşa olmayan halda efirə buraxılan kino, şəklin hökmünə malikdir. İstifta.

Bəhcət: Televizor vasitəsilə naməhrəmi görmək və onların səsini eşitmək əgər fəsad və reybə ilə yanaşı olarsa, işkalı vardır. "Tovzihul-məsail", müxtəlif məsələlər:3.

Xamenei: Ehtiyat-vacibə görə, birbaşa olaraq televi­zor­dan efirə buraxılan naməhrəm qadına baxmaq olmaz, lakin əgər reybə və günaha düşmə qorxusu olmazsa bir­başa olmayan şəkildə baxmağın işkalı yoxdur. İstifta

Sistani: Əgər adi film olarsa və baxış da şəhvət üzündən olmazsa, onda işkalı yoxdur. İstifta
* NƏTİCƏDƏ: Əgər kino birbaşa şəkildə efirə buraxılarsa, ona baxmağın hökmü diri insana baxmağın hökmünə malikdir. Buna görə də kişilər naməhrəm qadınların üz və əllərindən başqa yerlərinə (bunlar da yuxarıda qeyd olunan şərtlərlə) baxa bilməzlər, eləcə də qadınlar idman verilişlərində və sair kimi yerlərdə canlı yayımda efirə buraxılan hallarda kişilərin bədəninə baxa bilməzlər.

Həmçinin əgər kino birbaşa olmayan şəkildə efirə buraxılırsa, yəni əvvəlcə videoya çəkilir, sonradan nümayiş etdirilirsə, o filmin kişi və qadınlarına baxmağın hökmü şəkilə baxmağın hökmü kimidir. Misal üçün: Kişilər öz hicabına riayət etməyən müsəlman qadının olduğu filmə, onu tanıdıqları halda baxa bilməz, amma əgər onu tanımırlar və fəsada düşmək qorxusu yoxdursa, ona baxa bilərlər. Həmçinin kişilər əqd və toy mərasimlərində hazırlanmış filmlərə baxa bilməzlər. Əgər o filmlərdəki hicabsız qadınları tanıyırlarsa və s.

Məsələ (Sual) 71: Televizordan efirə buraxılan idman verilişlərinə, kişilərin kifayət qədər örtüyə malik olmadıqları halda qadınların baxmalarının hökmü nədir?

Cavab: Fəsada düşmə qorxusu və ləzzət qəsdi ilə olmazsa, işkalı yoxdur.

Bəhcət: Əgər haram və fəsada şamil olmazsa, eybi yoxdur, amma futbol, güləş və üzgüçülük kimi yerlərdə ictinab olunmalıdır. İstifta.

Xamenei: Əgər birbaşa şəkildə televizordan efirə buraxılırsa, ehtiyat-vacibə görə baxılmasın, əgər birbaşa olmayan şəkildə efirdə buraxılırsa, ləzzət qəsdi ilə baxsalar, yaxud reybə və fəsada səbəb olarsa, yaxud fitnəyə düşmək qorxusu olarsa, haramdır. İstifta.

Sistani: Adi miqdardan az örtüyə malik olan kişilərin idman verilişlərinə baxmaq – misal üçün, güləşçilər, ağırlıq qaldıranlar, üzgüçülər və s. – ehtiyat-vacibə görə caiz deyildir İstifta.

İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Bəhcət, Xamenei, Sistani:

Məsələ (Sual) 72: Televizorda münasib və kifayət qə­dər örtüyü olmayan qeyri-müsəlmanlara baxmaq caizdir­mi?

Cavab: Əgər ləzzət qəsdi ilə, yaxud fəsada düşmə qorxusu olmazsa, işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.

Bəhcət: "Tovzihul-məsail", müxtəlif məsələlər: 2.

Sistani: "Minhacus-salihin", "nikah", 27-ci məsələdən istifadə etməklə.

Məsələ 73: Qeyd olunan məsələdə filmin video surətində, ya böyük kino salonlarında və ya hər hansı bir başqa surətdə olması arasında heç bir fərq yoxdur.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

Məsələ (Sual) 74: Əgər naməhrəm qadınların rol ifa etdiyi və bəzi hallarda hicabsız olduğu filmlərə baxmaq bir şəxsin şəhvətin təhrik olunmasına səbəbdirsə, həmin kino başqaları üçün şəhvətin təhrik olunmasına səbəb olmazsa, hər iki şəxs bu filmə baxa bilərmi?

Təbrizi: Əgər film birbaşa şəkildə efirə bura­xılırsa, şəhvət nəzərlərilə ona baxmaq caiz deyildir, istər təhrik olunsun, istərsə də olunmasın. Amma kino birbaşa olmayan şəkildə efirə buraxılırsa, onda əgər baxan şəxs təhrik olunursa, ona baxa bilməz, əgər təhrik olunmursa, baxa bilər.

"Siratun-nəcat", 1002-ci sualdan istifadə etməklə və İstifta.

Məkarim: Yollarını azması və günaha düşməsi ehtimalı verilən şəxslər üçün caiz deyildir, istər bir­başa efirə buraxılsın, istərsə də yox.

Məsələ 75: Meyyitə baxmağın hökmü elə diri insana baxmağın hökmüdür.

İmam, Bəhcət, Xamenei, Fazil və Məkarim: İstifta.
* NƏTİCƏDƏ: Yuxarıda qeyd olunan təfsilatla kişi, naməhrəm qadın cənazəsinin bədəninə, qadın da ölmüş naməhrəm kişinin bədəninə baxa bilməz.

Məsələ (Sual) 76: Diktor qadın olduğu halda radio və televizorda olan xəbərlərə qulaq asmaq, həmçinin onlara baxmaq caizdirmi?

Cavab: Ləzzət və reybə qəsdi ilə olmazsa, işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei, Sistani və Məkarim: İstifta.

Bəhcət: "Tovzihul-məsail", müxtəlif məsələlər: 2-ci məsələdən istifadə etməklə.

Fazil: Ona baxmaq şəklə baxmağın hökmünü daşıyır. İstifta.

Məsələ (Sual) 77: Kişi və qadınlar üçün ləzzət və reybə qəsdi olmadan müstəhcən filmlərə və "kross" antena vasitəsilə göstərilən filmlərə baxmaq caizdirmi?

Bəhcət, Təbrizi, Məkarim: Bu cür filmlərə baxmaq caiz deyildir.



Bəhcət və Məkarim: İstifta.

Təbrizi: "Siratun-nəcat", 901-ci sual.

Xamenei: Qərb ölkələri tərəfindən "kross" antena vasitəsilə göstərilən efirə buraxılan proqramlar, eləcə də onlarla qonşu olan dövlətlərin əksəriyyətinin televi­zor­larındakı proqramlar azğın fikirləri təlim ver­di­yinə, həqiqətləri təhrif etdiyinə, ləhvlə7 fəsadı yaydı­ğı­na və əksər hallarda onlara baxılması insan­ların yolunu azıb fəsada düşməsinə, haram işlərə mürtəkib olmasına səbəb olduğuna görə onları alıb baxmaq caiz deyildir. Amma əgər Quran və s. kimi prqramlara baxmaq məqsədilə olarsa, şərən işkalı yoxdur.



"Əcvibətül-İstiftaat", 2-ci cild, 103-cü sualdan istifadə etməklə.

Sistani: Ehtiyat-vacibə görə baxmaq caiz deyildir.



İstifta.

Fazil: İnsanları azğın yola salmaq məqsədilə hazırlanan bu cür filmlərə baxmaq caiz deyildir.



"Camiul-məsail", 1-ci cild, 1729-cu sual.

İzah: Yəni əgər insan günaha düşməyindən qorxmazsa, işkalı yoxdur. Bundan qeyri hallarda onlara baxmaq, yaxud qulaq asmaq caiz deyildir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə