Бисмиллаһир-рәһманир-рәһим


Paltar və zinət əşyalarInIn HÖKMLƏRİ



Yüklə 1,72 Mb.
səhifə9/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Paltar və zinət əşyalarInIn HÖKMLƏRİ

Kişi üçün haram olan paltarlar və əşyalar


Məsələ (Sual) 78: Kişilər üçün xalis ipəkdən hazır­lanmış paltar geyinmək haramdır, hətta araqçın, yaxud şalvarın ipi olsa belə, istər onu görən bir şəxs olsun, istərsə də yox, əgər görən varsa, kişi olsun, yaxud qadın, istər məhrəm olsun, istərsə də naməhrəm.

İmam və Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 842.

Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail", məsələ: 842; "Minhacus-salihin", namaz qılanın paltarı, 6-cı şərt.

Məkarim: "Tovzihul-məsail", məsələ: 763.

Bəhcət: Kişilər üçün xalis ipək paltar geymək ha­ram­dır, lakin araqçın, yaxud şalvarın bağı, yaxud corab kimi təklikdə övrəti örtə bilməyən şeylər qəbilindən olsa və xalis ipək olsa, əzhər nəzərə görə onunla namaz səhihdir, amma ehtiyat etmək bunun xilafınadır.



"Tovzihul-məsail", məsələ: 703.

İzah: Bu təbir müstəhəb ehtiyat mənasındadır. Nəti­cədə bu müctehidin nəzərinə görə ehtiyat-müstəhəb əsa­sın­da kişilər namaz vaxtlarında araqçın, corab və s. kimi xalis ipəkdən olan şeylərdən istifadə etməməli­dir­lər.

Fazil: Kişilər üçün xalis ipək geymək haramdır, həmçinin ehtiyat-vacibə görə araqçın, şalvarın bağı və s. kimi təklikdə övrəteyni örtə bilməyən şeylər qəbilin­dən olanlar, əgər xalis ipəkdən olsa, caiz deyildir.

"Tovzihul-məsail", məsələ: 843.

Məsələ 79: Əgər paltarın astarının yarısı, yaxud ha­mısı xalis ipəkdən olarsa, kişilər üçün onun geyi­nil­məsi caiz deyildir.



İmam, Fazil, Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 27.

İmam: "Tovzihul-məsail", məsələ: 835.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 843.

Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail", məsələ: 843; "Minhacus-salihin", "namaz qalının paltarının şərtləri", 6-cı şərt.

Məkarim: "Tovzihul-məsail", məsələ: 763.

Bəhcət: Əgər paltarın hamısının, yaxud bir miqdarının astarı xalis ipəkdən olarsa, onun kişilər üçün geyilməsi işkalsız deyildir (ehtiyat-vacib)."



"Tovzihul-məsail", məsələ: 704.

Məsələ 80: Kişilər üçün ipək paltar geymək haramdır, hətta üst paltar olmasa da, misal üçün alt paltar.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ 81: Əgər paltarda ipəkdən olan qaytanlar olar­sa, yaxud ipəkdən olan etiket olarsa, onun geyilmə­sinin işkalı yoxdur.



İmam, Fazil və Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ: 26.

Bəhcət: Əgər ipək xalis olmazsa, işkalı yoxdur.



Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.

Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.

Məsələ 82: Cibdə olan dəsmal kimi ipəkdən olan şeylərin insanın üstündə olmasının işkalı yoxdur.



İmam, Fazil və Məkarim: "Ürvə" "namaz qılanın paltarının şərtləri", məsələ: 26.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 705.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 845.

Sistani: "Tovzihul-məsail", məsələ: 845; "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.

Fazil: "Tovzihul-məsail", məsələ: 847.

Məkarim: "Tovzihul-məsail", məsələ: 865.

Məsələ 83: Əgər paltarın cinsi ipək və başqa şeylərə qarışmış olsa, bu halda xalis ipək ona deyilə bilməzsə, geyilməsinin işkalı yoxdur, amma əgər o qədər çox olsa ki, ona xalis ipək deyilə bilsə, onun geyilməsi caiz deyildir.



İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.

Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", məsələ: 530.

Məsələ 84: Əgər insan paltarının ipəkdən, yoxsa baş­qa bir şeydən olmasında şəkk edərsə, onun geyilmə­si­nin işkalı yoxdur.



İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 36.

Bəhcət, Xamenei: İstifta

Təbrizi: "Tovzihul-məsail", məsələ: 844; "Siratun-nəcat", Sual: 1191.

Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", məsələ: 531.

Fazil: "Tovzihul-məsail", məsələ: 846.

Məkarim: "Tovzihul-məsail", məsələ: 764.

Məsələ 85: İpək sap ilə tikilmiş paltarı geyməyin işkalı yoxdur.



İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 26-cı məsələdən istifadə etməklə.

Bəhcət: Əzhər nəzər caiz olmasıdır.



Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.

Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərtdən istifadə etməklə.

Məsələ 86: Qızıl ilə zinət vermək, yaxud qızıl to­xun­muş paltar geyinmək kişilər üçün haramdır, istər aş­kar olsun, istərsə də gizli, namaz da onunla batildir. Bu­na əsasən əgər kişi, misal üçün boynuna qızıl sep as­mış olsa, görünməsə də belə, bu iş haramdır.



İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt, məsələ: 24.

İmam: "Tovzihul-məsail", məsələ: 831.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 701-702.

Təbrizi: Qızıl şey geymək hər cür olursa-olsun, caiz deyildir və ümumi şəkildə qızıl ilə zinətlənmək "qızıl paltar geyinmişdir"-deyilə bilməzsə, eybi yoxdur.



"Minhacus-salihin", məsələ: 5282.

Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail", məsələ: 839; "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt, "Məkasibi-mühərrəmə" məsələ:37.

Fazil: "Tovzihul-məsail", məsələ: 839.

Məkarim: "Tovzihul-məsail", məsələ: 760.

Məsələ 87: Kişilər üçün qızıl cinsindən olan hər növ zinət caiz deyildir, istər aşkar olsun, istərsə də gizli.



İmam, Fazil və Məkarim: "Ürvə" "namaz qılanın paltarının şərtləri", məsələ: 21.

İmam: "Tovzihul-məsail", məsələ: 832.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 702.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 840.

Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail", 842-ci məsələdən istifadə etməklə; "Minhacus-salihin", namaz qılanın paltarının şərtləri", məsələ: 528; "Məkasibi-mühərrəmə", məsələ: 37.

Fazil: "Tovzihul-məsail", məsələ: 840; "Camiul-məsail", 1-ci cild, Sual: 254.

Məkarim: "Tovzihul-məsail", məsələ: 761.
* NƏTİCƏDƏ: Ələ qızıl üzük taxmaq, boyuna qızıl sep salmaq, hətta paltar altında olub, görünməsə də belə, yaxud saat və düymə kimi, yaxud qızıldan olan hər hansı bir zinət kişilər üçün caiz deyildir.

Məsələ 88: Ehtiyat-vacibə görə kişilər gərək qızıl eynəkdən də istifadə etməsinlər.



İmam: "Tovzihul-məsail", məsələ: 832.

Fazil: "Tovzihul-məsail", məsələ: 840.

Məkarim: "Tovzihul-məsail", məsələ: 761.

Bəhcət, Təbrizi və Sistani: Kişi üçün qızıl eynək­dən istifadə etmək haramdır.



Bəhcət: İstifta.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 840.

Sistani: "Tovzihul-məsail", məsələ: 840; "Məkasibi-mühərrəmə", 37-ci məsələdən istifadə etməklə.

Məsələ 89: Ağ qızıl sarı qızılın hökmünə malik de­yil­dir və kişilərin ondan istifadə etməsinin işkalı yox­dur, amma əgər o elə sarı qızıldan ibarət olsa və rən­gi dəyişilmiş olsa, bu başqa.



İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", 50, 51, 52 və 54-cü suallardan istifadə etməklə.

Təbrizi, Sistani və Məkarim: Qızıl istər ağ olsun, istərsə də sarı, yaxud qırmızı, kişilər üçün haramdır. Halal olan şey isə "platin" adlı digər bir filizdir. Qızılın rənginin bir-birindən fərqli olmasının səbəbi budur ki, bəzən onu mis, bəzən bürünc, bəzən də gümüşlə qarışdırırlar.



Sistani və Məkarim: İstifta.

Təbrizi: "Siratun-nəcat", 1192-ci sualdan istifadə etməklə.

Bəhcət: Əgər ona qızıl deyilirsə, caiz deyildir, la­kin platinin işkalı yoxdur. İstifta.

Xamenei: Əgər ağ qızıl elə həmin sarı qızıl olub, müəy­yən bir maddə qatılmaqla ağ rəngli olursa, ondan isti­fadə edilməsi kişilər üçün haramdır. Lakin əgər pla­tindirsə, yaxud qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə azdırsa, eybi yoxdur.

İstifta.

Fazil: Əgər ağ qızıl, qızıl ünvanına malik olarsa və həm də sarı qızılın cinsindən olarsa, kişilər üçün ondan istifadə etmək caiz deyildir.



"Camiul-məsail", 256 və 969-cu suallardan istifadə etməklə.

Məsələ 90: Qızıl suyu ilə zinət vermək qızıl ünvanı ona aid edilməzsə, işkalı yoxdur.



İmam və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Bəhcət: İstifta

Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Xamenei: Kişilər üçün qızıl suyu ilə zinət verməyin işkalı yoxdur, hətta ürfdə ona qızıl deyilsə də belə.



İstifta.

Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərtdən istifadə etməklə.

Fazil: Əgər yanız qızılın rənginə malik olarsa, ki­şi­lər üçün onunla zinətlənməyin işkalı yoxdur. Amma əgər onun üzərində qızıl qatı olarsa, caiz deyildir.



İstifta.

Məsələ 91: Əgər bir şey sarı qızıl və başqa bir filizlə qarışmış olarsa, bu halda əgər sarı qızıl onda itib aradan getmiş olsa və ona sarı qızıl adı deyilə bilməzsə, onlar sarı qızıl hökmünə malik deyil.



İmam: İstifta 2-ci cild, 13-14-cü suallardan istifadə etməklə.

Bəhcət və Sistani: İstifta

Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Fazil: Qızıl və qızıldan başqa şeylərin qarı­şı­ğından olan hər bir şeyin geyilməsi kişilər üçün caiz deyildir.



"Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Məsələ 92: Əgər kişi bir şeyin qızıldan olub-olma­dığında şəkk etsə, ondan istifadə etməyin onun üçün işkalı yoxdur.



İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 21.

İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", Sual: 54.

Xamenei və Sistani: İstifta

Bəhcət: Əgər qızıl adı verilsə, caiz deyildir.



İstifta.

Məsələ (Sual) 93: Əgər kişi öz həyat yoldaşı üçün qızıl üzük, yaxud qızıl saat alsa və yoxlamaq üçün, yaxud qoruyub saxlamaq üçün öz əlinə bağlasa, namazda və sair kimi yerlərdə hökmü nədir?

Bəhcət: Caiz deyildir və namaz batildir. İstifta.

Xamenei: Hər bir halda, əgər "qızıl şey geymişdir" deyilsə, haramdır. İstifta.

Məsələ (Sual) 94: Bir nəfər öz həyat yoldaşı üçün qızıl üzük alıb və ölçüsünü yoxlamaq üçün əlinə salır. Həmin miqdar ələ keçirmək də haramdırmı?

Xamenei: Bu məsələnin cavabı əvvəlki sualdan aydın oldu.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə