Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə1/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
  1   2   3   4   5   6   7   8   9   ...   100


 

 
 
 
 
 
 
 
 
NƏSİHƏTLƏR 
 
 
 
(ON DÖRD MƏSUMUN (Ə) 
BUYURDUQLARI VƏ MİN BİR 
HİKMƏTLİ SÖZ) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AYƏTULLAH MEŞKİNİ 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
..........:باتک مان
................
.....
.....
.....
....
ن
اص
ی
ح
 
....................................:فلوم
 
ینیکشم الله تیآ
 
رتم
.............:مج
.......................
فیلخ....
ه
 
ادیمه
ف
 
............:رشان
...........
..
.............
.........
 
رایرهش.
 
.....:پاچ خیرات
............
..
....
.
............
......
1385
 
....:پاچ تبون
.............
....
.........
..
...........
لوا.....
 
.:ژاریت
..............
..........
......
..............
.....
000
3
 
 
 
 
 
Kitabın adı:.................................Nəsihətlər 
Müəllif:.......................Ayətullah Meşkini 
Tərcümə edən:.......................Xəlifə Həmidov 
Nəşr edən:........................................Şəhriyar 
Çap tarixi:.................................................2006 
Çap növbəsi:.......................................Birinci 
Tiraj:..........................................................3000 
 
964-5934-72-9 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlinizdəki  kitabın əsl adı “Nəsihətlər”dir. Əsər bir neçə il bundan 
qabaq  bu  adla  hazırlanıb  çap  olunmuşdur.  Sonra  ona  bəzi  əlavələr 
olunaraq müəyyən mətləblər çıxarıldıqdan sonra “On dörd məsumun 
(ə)  buyurduqları”  adı  altında  nəşrə  buraxılıb.  Daha  sonra  isə  bəzi 
səhvlər  üzündən  “Min  bir  hikmətli  söz”  adı  ilə  yenidən  çap 
olunmuşdur.  İndi  isə  hər  üç  kitab  bir  çox  faydalı  əlavələrlə  birlikdə 
əziz oxuculara və Əhli-beyt (ə) elminin və İslam maarifinin aşiqlərinə 
təqdim olunur. 


 

ÖN SÖZ 
İslam dininin qorunub əbədi olaraq saxlanılmasının və genişlənməsinin əsas 
zəmanətvericisi  onun  göstərişlərinin  təbliğ  olunması,  insanları  yaxşı  işlərə 
dəvət edib, pis işlərdən çəkindirmək prinsipinin həyata keçirilməsidir. Bu üç 
böyük  və  mühüm  iş  vacib  bir  vəzifə  kimi  bu  dinin  bütün  ardıcıllarının 
öhdəsinə  düşür.  Yəni  müsəlmanların  hər  biri  üçün  fərdi  olaraq  ilahi 
hökmlərdən öyrəndiyi hər bir şeyi yeri gəldikdə və münasib zamanda bundan 
xəbəri  olmayan  şəxslərə  çatdırması  vacib  məsələlərdəndir.  Qeyd  olunan  bu 
vəzifə  irşad,  yəni  hər  hansı  bir  şəxsə  xəbəri  olmadığı  dini  məsələni 
çatdırmaqla  ona  yol  göstərmək  adlanır.  Bundan  əlavə  hər  bir  müsəlmana 
vacibdir ki, imkan daxilində vacib işləri tərk edib, haram və qadağan olunmuş 
işlərə  qurşanmaqda  bir-birinin  qarşısını  alsınlar  və  eyni  zamanda  bir-birini 
haqqa itaət edib günahlardan uzaq olmağa dəvət etsinlər. İnsanları dində vacib 
olan işləri yerinə yetirməyə dəvət etmək “əmr be məruf”, qəbih və pis işlərdən 
çəkindirmək isə “nəhy əz münkər” adlanır. 
Əgər  dünyanın  bütün  müsəlmanları  və  Quran  ardıcılları  dini  məsələlər 
sahəsində  düzgün  addım  atsaydılar,  onların  ictimai  və  dini  vəziyyətləri 
indikindən qat-qat yüksək səviyyədə olardı. Elə indinin özündə də bu barədə 
qəti  qərara  gəlib  fəaliyyət  göstərməyə  başlasalar,  keçmişdə  buraxılmış 
səhvlərin  və  üz  verən  zərərlərin  müəyyən  miqdarını  aradan  qaldırmış  və 
xoşbəxt gələcəyə, uğurlu səadətə nail olarlar. Buna görə də lazımdır ki, dünya 
müsəlmanları  –  hörmətli  ruhanilər,  din  və  mədəniyyət  xadimləri,  tutmuş 
cəmiyyətin  hər  bir  təbəqəsinin  dindar  nümayəndələrinə  qədər  hər  bir  kəs  öz 
növbəsində  dinin  təbliği  və  genişlənməsi  yolunda  addım  atsınlar;  haqq 
dinlərinə rəvac verib öz ictimai vəziyyətlərini yaxşılaşdırmaq yollarını öz batil 
əqidələrini  təbliğ  edib  yaymağa  çalışanlardan  öyrənməklə,  əldən  vermiş 
səadət  və  başucalıqlarını  yenidən  ələ  gətirsinlər,  uğurlu  və  xoşbəxt  gələcəyə 
nail olsunlar. 
Həqiqətən  də  müəyyən  bir  ölkə  əhalisinin  hər  biri  həftədə  yalnız  bir  ilahi 
hökm  öyrənərsə  və  ya  bir  kəsə  öyrədərsə,  bir  ay  ərzində  həmin  ölkədə 
yaşayan insanlar arasında külli miqdarda ilahi hökm öyrənilib yayılacaqdır. 
Bu  yerdə  münasibdir  ki,  irşad,  nəhy  əz  münkər  və  əmr  be  məruf 
məsələlərinə  aid  olan  Quran  ayələri  və  hədislərdən  müəyyən  bir  qismi 
gətirilsin,  bununla  da  hər  bir  insan  bunlardan  xəbərdar  olsun  və  müqəddəs 
dinimizin yayılması yolunda daha geniş addımlar atılsın. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə