Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 
42 
◘Qəlbin  qüvvəti  səhih  imanın  nəticəsidir.  Hərislik  həris  insanın 
qatilidir. 
Hər  bir  işi  tədbir  və  ölçüb-biçməklə  gör  ki, 
xoşagəlməzliklərdən  uzaq  olasan.  Hər  kəsin  dəyəri  onun  elmi,  biliyi 
qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir. 
 
◘Şər  insanlara  yaxın  olmaq  ziyan  gətirər.  Qəlbin  bərkliyi 
toxluqdandır.  Hər  kəsin  dəyəri  onun  himməti  qədərdir.  Allah  kəlamı 
qəlblərin  dərmanıdır.  Səxavətli  kafir  behiştə  paxıl  mömindən  daha 
yaxındır. 
 
◘Naşükürlük  neməti  aradan  aparır.  Qoca  üçün  qocalıq  dərdi  bəsdir. 
Paxıldan  ötrü  paxıllıq  dərdi  bəsdir.  Elmin  kamalı  helm  (həlimlik, 
xoşrəftarlıq) ilədir. Üzürxahlıq bağışlanmağı təkmil edir. 
 
◘Dünyadan  ötrü  bu  nöqsan  bəsdir  ki,  vəfası  yoxdur.  Ölümün 
olduğunu bilmək qəm-qüssə üçün kifayətdir. Ağ tük ölümün elanı üçün 
kifayətdir. Əgər rəhm etsən sənə də rəhmət edərlər. Sən bekar və işsiz 
olduğun müddətdə xoşagəlməzsən. 
 
◘Yumşaq  və  xoş  danışıq  qəlblərin  zənciridir.  Xoş  söz  danış  ki, 
sevimli  olasan.  Qocalıq  dövrü  ömrün  tərkib  hissəsi  deyil.  Paxıl  rahat 
olmaz. Elm səltənəti yıxılmaz. 
 
◘Paxılın  düşmənçiliyindən  başqa  hər  bir  düşmənçilik  səbəb  və 
məsləhətə  əsaslanır.  Himməti  ali  olanın  qüssəsi  də  uzun  olar. 
Çoxdanışanı  qınayıb  danlayanı  da  çox  olar.  Saf  və  təmiz  içməli  suya 
hücum  çox  olar.  (Yəni  kamal  sahiblərinin  hüzurunda  olmağa  can 
atanlar çoxdur). Elm məclisi behişt bağıdır. 
 
◘Şər  yoldaşlar  dəryada  səfər  etmək  kimi  təhlükəlidirlər.  Dodağını 
dodağının  üzərinə  qoyan  peşmanlıq  görməz.  Böyük  insanların  məclisi 
gözəl sözlər öyrənmək  yeridir. İnsanın fəziləti dilinin altında gizlənib. 
Müxtəlif qruplar və dəstələrlə oturub durmaq insanın dinini xarab edər. 
 
◘Möminin  nuru  gecə  namazındadır.  Ölümü  unutmaq  qəlbin  pasıdır. 
Qəlbi  qaranlıqdan  namaz  qılmaqla  nurani  et.  Elə  ki,  başının  tükü 
ağardı, bil ki, ölüm xəbərin gəlib çatıb. Yatmaq üçün ən yumşaq yataq 
əmin-amanlıqdır. 
 
◘Arzulara  çatmaq  qüdrət  və  imkan  sayəsində  mümkündür.  Ayrılıq 
atəşi  qəlbi  cəhənnəm  atəşindən  daha  çox  yandırıb  yaxır.  Üzün  təravət 


 
43 
və  şadlığı  düzdanışmaqlığın  əsəridir.  Yersiz  yaxşılıq  zülmdür.  Minnət 
qoyulmuş yaxşılığın günahı savabından çoxdur. 
 
◘Axmaq rəhbər çox qalmaz. Vay o kəsə ki, əxlaqı pis, üzü çirkindir. 
Tək qalmaq pis yoldaşla oturub-durmaqdan yaxşıdır. Sənin ona etdiyin 
pisliyinə  göz  yuman  kəs  sənə  qardaşlıq  edib.  Səninlə  düşmənçilik 
etməyən kəs səni dost tutub. 
 
◘Paxıllığının şərinə görə vay olsun paxıla! Allah uşağı himayə edənin 
ruzisini yetirər. Vay o kəsə ki, azad insanlara zülm edir. Hər kəsin qəmi 
onun himməti qədərdir. Heyhat, düşmənin nəsihətindən! 
 
◘Xoşbəxtin səy və himməti axirət üçündür, bədbəxtin səy və himməti 
isə  dünya  üçün.  Özünübəyənmək  insanı  xarab  edər.  Özündən  (yəni 
həvayi-nəfsin  istəklərindən  və  günah  arzulardan  )  qaçmaq  aslandan 
qaçmaqdan  daha  faydalıdır.  Həris  elə  həlak  olub  ki,  ondan  xəbər  də 
yoxdur.  Malik  olduğun  hər  şeyi  gətir  ki,  tanınasan.  Hər  kəsin  qiyməti 
onun  himmətinə  bağlıdır.  Müqəddər  olunan  şeylər  gəlib  çatacaq. 
Sözgəzdirən bir neçə aylıq fitnəni bir saatın içində bərpa edər. Sədəqə 
ruzini artırar. Sən ruzi dalınca qaçdığın kimi o da sənin dalınca qaçır. 
 
◘Xətər  baş  verən  zaman  qorxağın  ürəyi  aram  olar.  Səbr  edən  öz 
muradına  çatar.  Doğruçuluqla  insan  böyüklərin  dərəcəsinə  çatar.  Öz 
qəbiləsinə yaxşılıq etməsi nəticəsində onların mehtəri olar. Ümidsizlik 
can  rahatlığıdır.  Səadət  sahibləri  ilə  yoldaşlıq  etmək  tərəqqiyə  səbəb 
olar. 
Həzrət Əlinin (ə) başqa növ kəlamları 
◘Helm  elə  bir  dostdur  ki,  heç  vaxt  səhv  etməz.  Qənaət  elə  bir 
qılıncdır ki, küt olmaz. Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər 
kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz. 
 
◘Mömin dünyada düzdanışan və oyaq qəlblidir. (İlahi) hədlərə riayət 
edər.  O,  elm  sandığıdır.  Onun  əqli  kamil,  qəlbi  səlim,  helmi  sabitdir. 
Əli  açıq  və  bağışlayandır.  Evinin  qapısını  ehsan  etməkdən  ötrü  açıq 
qoyar.  Dodaqlarındakı  təbəssüm  çox,  daxilindəki  qəm-qüssəsi  isə 
həmişəlikdir.  Mütəfəkkir  (dərindən  fikirləşən),  az  yatan,  az  gülən  və 
xoş  təbiətlidir.  Tamahını  öldürmüş,  nəfsani  istəklərini  aradan 
aparmışdır.  Dünyaya  meyilsiz,  axirətə  isə  meyillidir.  Qonaqpərvər  və 
yetimlərə nəvaziş edəndir. Kiçiklərlə mehribanlıq, böyüklərlə ehtiramla 
davranar.  Dilənçini  əliboş  qaytarmaz.  Xəstələrə  baş  çəkər,  dəfndə 


 
44 
iştirak  edər.  Quranın  hörmətini  saxlayar.  Allahla  raz-niyaz  (gizlində 
yalvarıb-yaxarma) edər, öz günahlarına ağlayar. Əmr be məruf və nəhy 
əz  münkər  edər.  Acımayınca  yeməz,  susamayınca  içməz.  Ədəblə 
hərəkət  edər.  Sözünü  ciddiyyətlə  deyər.  Xoşluq  və  mehribanlıqla 
nəsihət  edər.  Allahdan  başqasından  əsla  qorxmaz,  Ondan  başqasına 
ümidvar olmaz. Allaha həmd və səna etməkdən başqa ödəyəcəyi borcu 
yoxdur. Namazda əsla süst olmaz. Təkəbbürlü deyil, var-dövlətə meyli 
yoxdur.  Başı  öz  eyiblərinə  elə  qarışıb  ki,  başqalarının  eyiblərinə  heç 
fikir  vermir.  Gözünün  nuru  namaz,  peşəsi  oruc,  adəti  doğruçuluq, 
bərəkətinin  əsası  isə  şükürdür.  Onun  rəhbəri  əql,  azuqəsi  təqvadır. 
Dünya onun dükanı, qəbr isə mənzilidir. Sərmayəsi gecə-gündüz (yəni 
ömrü),  pənahgahı  isə  behiştdir.  Quran  onun  üns  tutduğu  dostu, 
Məhəmməd (s) günahlarının şəfaətçisi, Allah isə onun qəlb dostudur. 
ON BİRİNCİ FƏSİL 
Alimlərin dediklərindən bəziləri 
◘Dini  onun  vaizi  olmayan  kəsə  moizə  fayda  verməz.  Fəsadı  sevən 
qiyaməti  sevməz.  Hər  kəs  öz  əkdiyini  biçər  və  öz  əməlinin  cəzasını 
çəkər.  Öz  bədəninin  sağlamlığı  və  dünəninin  asayişi  səni  məğrur 
etməsin,  çünki,  ömrün  müddəti  qısa,  bədənin  sağlamlığının  həmişəlik 
olması isə mahal (yəni qeyri-mümkün). 
 
◘Nəfsani istəklərinə uyan şəxs dinini dünyasına satıb. Elmin səmərəsi 
əməldir.  İnsanların  ən  yaxşısı  odur  ki,  şəhvəti  dinini  xarab  etməsin. 
İnsanların ən yaxşısı odur ki, hərisliyi qəlbindən çıxarsın və Allaha itaət 
yolunda  öz  həvayi-nəfsi  ilə  müxalifət  etsin.  Paxıl  öz  nemətlərinin 
qoruqçusu,  varisin  isə  anbardarıdır.  Tamahkar  şəxs  təqvadan 
bəhrələnməz. 
 
◘Nemət  əlinə  gələn  zaman  çox  sevinən  şəxs  müsibətə  tab  gətirməz. 
Lazımsız  danışıqdan  çəkin  ki,  gizlin  eyibləri  aşkar  edər,  yatmış 
düşməni  isə  oyadar.  Hər  kəsin  danışığı  onun  əql  və  fəzilətini  məlum 
edər.  Elə  isə  gözəl  söz  danışana  köməklik  göstər  və  az  sözə  qane  ol. 
Kişini  danışığı  ilə  tanıyarlar,  əməli  ilə  tanıtdırarlar.  Sözünü  möhkəm, 
əməlini tərifə layiq et. Çoxdanışan adam ürək sıxıcı olar, simic dilənçi 
isə məhrum. 
 
◘Dostlarını  təhqir  edən  tənha  qalar.  Sultana  qarşı  cürətli  olan 
öldürülər. Qonşularını xar edən kəs izzət tapmaz, qardaşlarını məhrum 
edən isə xoşbəxt olmaz. Ən həyalı bəxşiş odur ki, istənilmədən verilsin. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə