Бисмиллаһир рәһманир рәһим


İRŞAD BARƏSİNDƏ OLAN AYƏ VƏ HƏDİSLƏR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə2/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   2   3   4   5   6   7   8   9   ...   100

 

İRŞAD BARƏSİNDƏ OLAN AYƏ VƏ HƏDİSLƏR 
◘“(Ya  Məhəmməd!)  İnsanları  hikmətlə  (Quranla,  tutarlı  dəlillərlə), 
gözəl  öyüd-nəsihət  (moizə)  ilə  Rəbbinin  yoluna  (İslama)  dəvət  et, 
onlarla  ən  gözəl  surətdə  (şirin)  dillə,  mehribanlıqla,  əqli  səviyyələrinə 
müvafiq şəkildə) mübahisə et.”
1
(1) 
 
◘“(Ya  Məhəmməd!)  Allahın  ayələri  sənə  nazil  edildikdən  sonra 
ehtiyatlı  ol  ki,  (heç  bir  şey)  səni  (onları  təbliğ  etməkdən)  çəkindirə 
bilməsin. (İnsanları) Rəbbinə (ibadətə) dəvət et.”
2
 (2) 
 
◘“(Xalqı)  Alaha  tərəf  çağıran,  yaxşı  iş  görən  və  “Mən 
müsəlmanlardanam.”–  deyən  kəsdən  daha  gözəl  danışan  kim  ola 
bilər?”
3
 (3) 
 
◘“Kitabda  insanlara aşkar etdiyimiz  dəlillərdən sonra göndərdiyimiz 
nişanələri  və  doğru  yol  göstərən  ayələrimizi  gizlədən  kimsələr  Alahın 
lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar!”
4
 
(4) 
 
◘(Ya  Məhəmməd!)  Allah  kitab  əhlindən  “Siz  onu  (kitabda  olanları) 
gizlətməyib,  insanlar  üçün  aydınlaşdırmalısınız!”    deyə  əhd  aldığı 
zaman  onlar  bu  əhdə  arxa  çevirdilər  və  onu  ucuz  bir  qiymətə  satdılar. 
Onların bu alış-verişi necə də pisdir!”
5
 (5) 
 
◘Alim  elmini  elm  əhlindən  gizlətdiyi  zaman,  savadsız  insan  ilahi 
hökmləri  öyrənməyə  təkəbbür  göstərdiyi  zaman,  dövlətlilər  simiclik 
edən  zaman  və  fəqirlər  öz  dinlərini  dünyaya  satdıqları  zaman  xalqa 
ilahi əzab və bəla nazil olar. 
Həzrət Əli (ə) 
◘Camaatın dini elmlərə ehtiyacı olduğu halda bunu onlara öyrətmək 
müqabilində muzd tələb edən şəxsin yandırılmaq ləyaqəti vardır. 
İmam Cəfər Sadiq (ə) 
 
                                                 
1
 Nəhl surəsi, ayə 125. 
2
 Qəsəs surəsi, ayə 78. 
3
 Fussilət surəsi, ayə 33. 
4
 Bəqərə surəsi, ayə 159. 
5
 Ali-İmran surəsi, ayə 187. 


 

◘Rəsuli-Əkrəmdən (s) eşitdim ki, buyurdu: “Heç bir qorxu və təqiyyə 
yeri olmadığı halda dini məlumat almaqdan ötrü soruşulan suala cavab 
verməyən şəxsin ağzına qiyamət günü oddan yüyən vurular. 
Həzrət Əli (ə) 
 
◘Elmini gizlədən alim qiyamət günü pis iyli cəsəd kimi məhşur olar 
və hər kəs ona nifrin yağdırar. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Ümmətim arasında dinə xilaf olan  bidətlər zahir olan zaman  gərək 
elm sahibləri öz elmlərini aşkar etməklə bu bidətləri aradan aparsınlar, 
əks təqdirdə Allahın lənətinə düçar olarlar. 
Rəsuli-Əkrəm (s)  
 
◘Elmini  aşkar  etməli  olan  alimin  sükut  etməsində,  nadanın 
danışığında olduğu kimi, heç bir xeyir yoxdur. 
Həzrət Əli (ə) 
 
◘Öz  imamından  uzaq  düşən,  dini  rəhbərinə  əli  çatmayan  və  özünə 
lazım  olan  hökmlərin  öyrənə  bilməyən  şəxs  yetim  uşaqdan  da  artıq 
yetimdir.  Əgər  bizim  əhkamımıza  bələd  olan  kəslər  belə  yetimləri  öz 
himayəsinə alıb onlara  yol göstərsələr, behiştin yüksək mərtəbələrində 
bizim yanımızda olacaqlar. 
İmam Həsən Əsgəri (ə) 
 
◘Cahil  yetimi  himayə  edən  şəxsin  atasız  yetimi  himayəsinə  alan 
şəxsdən  üstünlüyü  parlaq  günəşin  nuru  az  olan  ulduzdan  üstünlüyü 
kimidir. 
İmam Həsən Əsgəri (ə) 
 
◘Üç  şey  həqiqi  imandan  irəli  gəlir  (imanın  həqiqətlərindəndir): 
Yoxsul  olan  zaman  bəxşiş  vermək,  camaatla  insafla  davranmaq,  elm 
tələbində olanlara elm öyrətmək. 
Rəsuli-Əkrəm (s) 
 
◘Hər  kəs  yolunu  azan  kəsə  yol  göstərib  onu  hidayət  etsə  ona  həyat 
bəxş  edib,  əksinə,  hidayət  olmuş  şəxsi  yoldan  çıxarsa,  onu  öldürüb. 
Allah-təala  buyurur:  “Bir  nəfəri  dirildən  şəxs  bütün  insanları  dirildən 
şəxs kimidir.” 
 


 

◘Alim  və  abidin  Allah-təalanın  qarşısında  dayanacaqları  gün  abidə 
xitab  olunar:  “Behiştə  daxil  ol!”  Alimə  isə  deyilər:  “Dayan!  O,  kəslər 
ki, sənin xoş tərbiyəndən istifadə ediblər, onlara şəfaət et!” 
İmam Cəfər Sadiq (ə) 
 
◘“Onlara  verdiklərimiz  ruzidən  (ailələrinə,  qohum-qonşularına  və 
digər  haqq  sahiblərinə)  sərf  edirlər”  ayəsində  məqsəd  öz  dini 
məlumatlarını elm azuqəsi kimi camaata ehsan edən alimlərdir. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Xeyir  təbliğ  et  və  xoşxəbər  ol!  Demə  ki,  mən  də  camaat  kimi 
onlardan  biriyəm.  Rəsuli-Əkrəm  (s)  buyurub:  “Bilin  ki,  xeyr  və  şər 
yolunun hər ikisi sizə məlumdur. Nəyə görə gərək şər yolunu gedəsiniz 
və yaxud onu təbliğ edəsiniz? 
İmam Musa Kazim (ə) 
 
◘Allah-təala  savadsızlardan  elm-bilik  öyrənməkləri  barədə  əhd-
peyman aldığı kimi, elm və bilik əhlindən də savadsızlara təlim-tərbiyə 
verməkləri  barədə  əhd-peyman  alıb.  Bəli,  savadsızlardan  aldığı  əhd-
peyman alimlərdən qabaq olub. 
Həzrət Əli (ə) 
 
◘Həzrət İsa (ə) buyurub: “Elm və hikməti təkcə onun əhlinə öyrədin, 
yoxsa  elmə  zülm  etmiş  olarsınız.  Eyni  zamanda  onu  əhlindən  də 
gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Cabir  deyir:  “İmam  Baqirdən  (ə)  elm  öyrənmək  istədim.  Mənə  bir 
kitab  verib  buyurdu:  “Əgər  bunda  olan  mətləbləri  Bəni-Üməyyə 
hakimiyyəti dövründə camaata bəyan etsən məlunsan və Bəni-Üməyyə 
hakimiyyətindən sonra isə bəyan etməsən məlunsan. 
«Kəşşi» kitabından 
 
◘Hər bir ağıl sahibinə din elmlərini öyrənib onu başqalarına öyrətmək 
vacibdir.  


 

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR BARƏSİNDƏ OLAN 
AYƏ VƏ HƏDİSLƏR 
◘“(Ey  müsəlmanlar!)  İçərinizdə  (insanları)  yaxşılığa  çağıran,  xeyirli 
işlər  görməyi  əmr  edən  və  pis  əməlləri  qadağan  edən  bir  dəstə  olsun! 
Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.”
1
 (1) 
 
◘“(Ey  müsəlmanlar!)  Siz  insanlar  üçün  zahirə  çıxarılmış  ən  yaxşı 
ümmətsiniz.  (Onlara)  yaxşı  işlər  görməyi  əmr  edir,  pis  əməllərdən 
çəkindirir və Allaha inanırsınız.”
2
 (2) 
 
◘“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri 
qadağan  elə.  (Bu  yolda)  sənə  üz  verəcək  müsibətlərə  döz.  Həqiqətən, 
bu (dediklərim) vacib əməllərdəndir!”
3
 (3) 
 
◘“Özünüzü  və  ailə-uşaqlarınızı  (yaxşı  işlərə  əmr  edib  pis  işlərdən 
çəkindirməklə)  elə  bir  oddan  qoruyun  ki,  onun  yanacağı  insanlar  və 
daşlardır.”
4
 (4) 
 
◘Əmr be məruf və nəhy əz münkər Allahın yaratdığı iki gözəl şeydir; 
hər  kəs  onlarla  dostluq  etsə  (Allah  yanında)  əziz,  hər  kəs  onları  tərk 
etsə zəlil olar. 
İmam Məhəmməd Baqir (ə) 
 
◘Onlar  (əmr  be  məruf  və  nəhy  əz  münkər)  qüdrət  sahibi  olub, 
özünün,  dostlarının  və  yaxınlarının  canından  qorxmayan  hər  bir  kəsə 
vacibdir. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr 
be  məruf  və  nəhy  əz  münkərdir.  Onlar  nə  insanın  ömrünü  qısaldır,  nə 
də ruzini azaldır.  
İmam Cəfər Sadiq (ə) 
 
◘Mənim  ümmətim  əmr  be  məruf  və  nəhy  əz  münkər  etdikləri 
müddətdə xeyr və səadət içində olarlar, əks təqdirdə, əmlaklarında olan 
                                                 
1
 Ali-İmran surəsi, ayə 104. 
2
 Ali-İmran surəsi, ayə 110. 
3
 Loğman surəsi, ayə 17. 
4
 Təhrim surəsi, ayə 6. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə