Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   2   3   4   5   6   7   8   9   ...   100

 

bərəkət çəkilər, bəziləri bəzilərinə hökmranlıq edər; belə ki, onlar yerdə 
və göydə özlərinə kömək edəcək heç bir kəs tapmazlar. 
 
◘Vay  olsun  o  millətə  ki,  əmr  be  məruf  və  nəhy  əz  münkəri  öz  dini 
proqramlarının tərkib hissəsi hesab etməsinlər. 
İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə) 
 
◘Əgər onlar (əmr be məruf və nəhy əz münkər) olmasa, sizin ən şər 
adamlarınız  sizə  hökmranlıq  edər  və  ən  xeyirli  adamlarınızın  nifrini 
qəbul  olmaz.  Rəsuli-Əkrəm  (s)  buyurub:  “Mənim  ümmətim  bu  iki 
vəzifəni  bir-birlərinin  öhdəsinə  atsa,  ilahi  əzabın  gəlməsinə  hazır 
olsun.” 
İmam Rza (ə) 
 
◘Əgər camaat o iki vəzifəni tərk etsə, Allah-təalanın çox çətin əzabı 
ilə  üzləşəcək  və  Allah  yaxşıları  da  pislərin  arasında  həlak  edəcək. 
Keçmiş  zamanda  yaşayanların  da  əzab  və  həlakı  onların  günah 
arxasınca getməsi ucbatından idi. Alimlər və abidlər isə bunun qarşısını 
almırdılar. 
Həzrət Əli (ə) 
 
◘Bilin  və  agah  olun!  Mütləq  sizin  ağsaqqallarınız  və  bilikliləriniz 
(öyüd-nəsihət  baxımından)  nadan  və  rəyasət  tələb  edənlərə  diqqət 
yetirsin, əks təqdirdə mənim nifrinim sizin hamınızı bürüyəcək! 
İmam Cəfər Sadiqin (ə) xəbərdarlığı 
 
◘Hər  kəs  moizə  etmək  və  ilahi  əzabla  qorxutmaq  üçün  zalım  bir 
hökmdarın  hüzuruna  getsə,  insanların  və  cinlərin  xeyir  əməlləri  və 
gördükləri savab işlər qədər savab ona əta olunar. 
İmam Məhəmməd Baqir (ə) 
 
◘Zəif  insanların  haqqını  onların  güclülərindən  alınmasında  süstlük 
göstərən millət heç vaxt pak və eyblərdən uzaq olmaz. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Necə  olacaq  o  millətin  halı  ki,  qadınları  fəsad  törədən,  cavanları 
fasiq olduqları halda əmr be məruf və nəhy əz münkər etmirlər? 
İmam Cəfər Sadiq (ə) 
 
◘Allah-təala  dini  olmayan,  yəni  əmr  be  məruf  və  nəhy  əz  münkər 
etməyən mömini özünə düşmən bilir. 


 
10 
İmam Cəfər Sadiq (ə) 
 
◘Heç  bir  iman  sahibi  olan  gözə  icazə  verilmir  ki,  insanların 
günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz 
qapaqlarını bir-birinin üzərinə qoysun. 
Qəlbi,  dili  və  əli  insanları  günahlardan  çəkindirməyən  kəs  dirilər 
arasında hərəkət edən ölü kimidir. 
Həzrət Əli (ə) 
 
◘Ya  əmr  be  məruf  və  nəhy  əz  münkər  edin,  ya  da,  Pərvərdigarın 
əzabı hamını bürüyəcək. 
 
◘İnsanların  günahlarını  müşahidə  edən  şəxs  qüdrəti  çatırsa  əli  ilə, 
əgər bacarmırsa dili ilə bunun qarşısını alsın. Əgər bunların heç birinə 
qüdrəti  çatmırsa  qəlbən  buna  razı  olmayıb  nifrət  etsin.  Əks  təqdirdə, 
qəlbi devrilib alt-üst olar və bununla da haqq yerinə batili qəbul edər və 
ona razı olar. 
◘Öz  cəmiyyəti  arasında  pislikləri  görüb  bunu  aradan  aparmayan 
millətə Allahın əzabı yaxınlaşar. 
 
◘Günahı müşahidə edib ondan xoşu gəlməyən kəs bu günahdan uzaq 
və  xəbərsiz  bir  şəxs  kimidir,  amma  o  kəs  ki,  qəbih  və  pis  bir  iş 
barəsində eşidib ona razı olur, həmin günahı yerinə yetirən kəs kimidir. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Rəsuli-Əkrəm (s) göstəriş verib ki, günah sahibləri ilə (pis işlərindən 
əl götürəcəkləri ümidi ilə) qəzəbli tərzdə rəftar edək. 
◘Allahın dostları o kəslərdir ki, Allahın haramlarını halal hesab edən 
şəxsləri müşahidə etdikləri zaman yaralı pələng kimi qəzəblənsinlər.  
◘Allah-təala əzab mələklərinə göstəriş verib: “Heç vaxt Allahdan ötrü 
öz görkəmini dəyişib qəzəblənməyən abidin əzabını artıq etsin. 
◘Günahsız  insanları  da  günahkarlarla  oturub-durduqlarına  və  onları 
günahdan 
çəkindirmədiklərinə 
görə 
məzəmmət 
edib 
töhmətləndirəcəyəm. 
İmam Cəfər Sadiq (ə) 
 
◘Nadanların  günahı  biliklilərin  boynuna  yüklənəcək.  Ona  görə  ki, 
onlar  (biliklilər)  günahkarlara  doğru  getməklə  onları  bu  işdən 
çəkindirməli,  onlara  təsir  göstərəcək  ağıllı  sözlər  deməli  və  qəbul 
etmədikləri təqdirdə onların məclislərindən uzaqlaşmalı idilər. 
İmam Cəfər Sadiq (ə) 


 
11 
 
◘Nəyə  görə  onlar  demirlər:  “Ya  bizdən  uzaq  olun,  ya  da  pis 
işlərinizdən çəkinin!” 
İmam Cəfər Sadiq (ə) 
 
◘Allah-təala  Cəbrailə  göstəriş  verdi:  “Filan  abid  və  zahid  kişini 
günahkar  və  kafir  camaatdan  tez  yerə  batır.  Çünki  ona  danışmaqdan 
ötrü  qüdrət  və  bacarıq  verdik,  amma  o,  əmr  be  məruf  və  nəhy  əz 
münkər etmədi. 
İmam Həsən Əsgəri (ə) 
 
◘Allah-təala  Bəni-İsrail  peyğəmbərlərindən  birinə  buyurdu:  “Bəni-
İsrail  millətinə  öz  məskən  saldıqları  şəhərlərindən  bir  nəfəri  hakim 
edəcəyəm ki, qanlarını töksün, mal-dövlətlərini qarət etsin; mən onların 
göz  yaşlarına  rəhm  etməyəcək,  dualarını  qəbul  etməyəcəyəm.  Bundan 
əlavə  Beytül-Müqəddəsi  xarabaya  çevirib  yüz  il  bu  vəziyyətdə 
saxlayacaq,  bu  əzabı  onların  günahsız  alimlərinə  də  şamil  edəcəyəm. 
Çünki  onlar  (alimlər) başqalarının  pis  və  çirkin  işlərini  gördülər,  lakin 
bunun qabağını almadılar.  
Təfsire Əyyaşi 
◘Allah-təala  Şüeyb  peyğəmbərə  (ə)  vəhy  etdi:  Sənin  camaatından 
olan yaxşı insanların altmış min nəfərinə əzab verəcəyəm. Ona görə ki, 
günahkarlarla həmrəy oldular və Mənə görə onlara qəzəblənmədilər. 
İmam Məhəmməd Baqir (ə) 
Allah-təala  İslam  dininin  bütün  ardıcıllarını  öz  dini  və  ictimai 
vəzifələrini müəyyən edib onlara əməl etməkdə müvəffəq etsin, onlara 
əbədi xoşbəxtlik və səadət inayət buyursun. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə