Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   2   3   4   5   6   7   8   9   ...   100

 
12 
BİRİNCİ BÖLMƏ 
Bir tərkibli nəsihətlər 
  
Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və 
bənzərsiz hikmətli kəlamlar 
◘Quran  (bəşəriyyətin  dərdinə)  dərmandır.  Dua  ibadətin  həqiqətidir. 
Borc zillətdir. Tədbir həyatın yarısıdır. 
 
◘İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. 
Yaxşı  sual  soruşmaq  elmin  yarısıdır.  Ailənin  azlığı  sərvət  deməkdir. 
Salam vermək danışıqdan qabaqdır. 
 
◘Süd  xasiyyəti  dəyişər.  Bərəkət  qocalardadır.  Hər  bir  işin  dəyəri 
(yaxşı  və  ya  pis  olması)  onun  axırından  asılıdır.  Dinin  meyarı 
pəhrizkarlıqdır  (günahdan  çəkinməkdir).  Allahdan  qorxmaq  ən  üstün 
hikmətdir. 
 
◘Təqva  (günahdan  çəkinib  vacibata  əməl  etmək)  ən  şərəfli  əməldir. 
İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda 
dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın nemətlərini yada salmaq 
həmin  nemətlərin  şükrüdür.  Fərəcin  (İmam  Zamanın  (ə)  zühuru) 
intizarı ibadətdir. 
 
◘Oruc  (cəhənnəm  odu  qarşısında)  sipərdir.  Mülayim  və  xoşrəftar 
olmaq  bütün  hikmətlərin  ən  üstünüdür.  Hikmət  həkimlərin  (hikmət 
sahiblərinin)  itkisidir.  Xoşrəftar  olmaq  ən  gözəl  xasiyyətdir.  Cavanlıq 
dəliliyin bir hissəsidir. 
 
◘Qadınlar  şeytanın  tələləridir.  Şərab  bütün  günahların  başıdır.  Zina 
yoxsulluğa  səbəb  olar.  Gözün  zinası  baxmaqladır.  Qızdırma  (hərarət) 
möminin cəhənnəmdən olan payıdır. 
 
◘Qənaət (qane olmaq)  mümkün olmayan bütün işlərin sərmayəsidir. 
Əmanətdarlıq  ruzi  gətirər.  Xəyanət  fəqirlik  gətirər.  Sübh  çağı  yatmaq 
ruzini kəsər. Əmmamə mələklərin tacıdır. 
 


 
13 
◘Həya  başdan  ayağa  xeyirdir.  Həyanın  xeyirdən  başqa  səmərəsi 
yoxdur.  Məscid  pəhrizkarların  evidir.  Elmin  afəti  (onu  zərərə 
uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın) afəti yalandır. 
 
◘Ağılın  afəti  səfehlikdir.  İbadətin  afəti  süstlükdür.  Şücaətin  afəti 
zülm  etməkdir.  Səxavətin  afəti  minnət  qoymaqdır.  Gözəlliyin  afəti 
özünübəyənmə və təkəbbürdür. 
 
◘Həsəb-nəsəbin  (əsil-nəcabətin)  afəti  iftixar  etməkdir.  Dinin  afəti 
nəfs  istəklərinə  tabe  olmaqdır.  Xoşbəxt  odur  ki,  başqalarının  başına 
gələnlərdən  ibrət  alsın.  Günahın  kəffarəsi  peşman  olmaqdır.  Cümə 
namazı  kasıbların  (yaxud  həccə  getməyə  imkanı  olmayanların) 
həccidir. 
 
◘Həcc  hər  bir  imkansızın  cihadıdır.  Halal  mal  qazanmaq  cihaddır. 
Elmi  gizlətmək  caiz  deyil  (yolverilməzdir.)  Hazır  (şahid)  müşahidə 
edənləri  qaib  (qeyri-şahid)  görmür.  Xeyir  işə  vasitə  olan  və  onun  baş 
tutmasına səbəb olan şəxs, xeyri yerinə yetirən kimidir. 
 
◘Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş 
söz  sədəqədir.  Abır-həyanın  qorunması  üçün  sərf  olunan  hər  bir  şey 
sədəqə savabına malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm 
də sileyi-rəhm 
1
(1)(qohum-əqrəbanı yoluxmaq.) 
 
◘Sədəqə  pis  ölümün  qarşısını  alar.  Gizli  sədəqə  Allahın  qəzəbini 
söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını 
alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər. 
 
◘Hər kəs sədəqə verməkdə həddini aşsa, sədəqəni qadağan edən şəxs 
kimidir.  Tövbə  edən  günah  etməyənlə  bərabərdir.  Zülm  qiyamətin 
qaranlığıdır.  Gülmək  qəlbi  öldürər.  Susuzluqdan  ciyəri  yanan  hər  bir 
kəsə su verməyin (Allah yanında) mükafatı var. 
 
◘Əməl  sahibi  olan  alimlər  camaat  arasında  Allahın  etibar  etdiyi 
şəxslərdir.  Behişt  səxavətlilərin  evidir.  Behişt  qılıncın  kölgəsi 
altındadır. Behişt anaların ayaqları altındadır. 
                                                 
1
  İslam  dinində  sileyi-rəhm  (qohum-əqrəbanı  yoluxmaq)  adlanan  əməl  böyük 
savaba  malikdir  və  Quran  ayələri  müsəlmanları  bu  işə  təkid  edir.  Bunun  əksi  olan 
qəti-rəhm  (qohumlarla  əlaqəni  kəsmək)  isə  böyük  günahlardan  hesab  olunur. 
(tərcüməçidən) 


 
14 
 
◘Azan və iqamə arasında edilən dua geri qaytarılmaz. Halal ruzi kəsb 
etmək də vacibdir, lakin ümdə vaciblərdən (namaz, oruc) sonra. Xərci 
bütün  qadınlardan  az  olan  qadının  bərəkəti  digər  qadınlardan  daha 
artıqdır. Mömin möminin güzgüsüdür. Mömin möminin qardaşıdır. 
 
◘Möminin xərci azdır. Mömin ayıq-sayıq və zirəkdir. Mömin ülfət və 
səmimiyyət  əhlidir.  Mömin  o  kəsdir  ki,  camaatın  malı  və  canı  ondan 
amanda  olsun.  Facir  (pozğun,  günahkar)  hiyləgər  və  alçaqdır. 
Möminlər  bir  tikilinin  tərkib  hissələri  olduqları  üçün  bir-birlərini 
saxlayırlar.  Möminin  Möminə  nisbəti,  başın  bədənə  nisbəti  kimidir. 
Mömin  qiyamət  günü  öz  sədəqəsinin  kölgəsi  altındadır.
1
(1)  Möminlər 
güzəştə  gedən  və  yumşaq  təbiətlidirlər.  Qış  möminin  baharıdır.  (Ona 
görə  ki,  qışın  gecələri  uzun  olduğu  üçün  ibadət  etməkdən  ötrü, 
gündüzləri də qısa olduğu üçün oruc tutmaqdan ötrü münasibdir.) 
 
◘Dua  möminin  silahıdır.  Namaz  möminin  nurudur.  Dünya  möminin 
zindanı, kafirin behiştidir. Hikmət möminin itkisidir. Möminin niyyəti 
əməlindən üstündür. 
 
◘Dilənçi Allahın möminin evinə göndərdiyi töhfədir. Ölüm möminin 
ərməğanıdır. Möminin şərəfi onun gecə namazı ilədir. Möminin izzəti 
camaata möhtac olmamağı ilədir. Elm möminin dostu, helm (həlimlik, 
yumşaqlıq) köməkçisi, əql yolgöstərəni, əməl bələdçisi, xoşrəftar olmaq 
atası, yaxşılıq qardaşı, səbr isə bütün qoşununun əmiridir. 
◘Qeyrət imanın  yarısıdır. Həya imandan irəli gəlir. Təvazökarcasına 
olan  münasib  geyim  imandan  irəli  gəlir.  Səbr  imanın  yarısı,  yəqin  isə 
onun hamısıdır. İman iki qismdir; yarısı səbr, yarısı şükr. 
 
İmanın  nişanəsi  namazdır.  Müsəlman  odur  ki,  digər  müsəlmanlar 
onun  dilindən  və  əlindən  amanda  olsunlar.  Müsəlman  müsəlmanın 
qardaşıdır,  nə  ona  zülm  edər,  nə  də  ona  pis  söz  deyər.  Müsəlmanlar 
düşmən  müqabilində  bir  əl  kimidirlər.  Elm  öyrənmək  hər  bir 
müsəlmana vacibdir. 
 
◘Müsəlmanın  qanı,  malı  və  namusu  bütün  müsəlmanlara  haramdır. 
Müsəlmanın  malı  da  canı  kimi  möhtərəmdir.  Mücahid  (cihad  edən)  o 
kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini 
                                                 
1
  Sədəqə  təkcə  pul  verməyə  deyil,  sözlə,  elmlə  və  hətta  əlindən  gələn  hər  bir 
cüzi köməkliklə də olsa başqalarına kömək edib, əl tutmağa da deyilir. (tərcüməçidən) 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə