Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   2   3   4   5   6   7   8   9   ...   100

 
15 
ram  etsin  və  ölümdən  sonrakı  həyatı  üçün  (əməl  vasitəsilə)  çalışsın. 
Bacarıqsız  o  kəsdir  ki,  meylini  nəfsani  istəklərinin  ardınca  salır, 
Allahdan isə xam-xəyalla gözəl şeylər arzulayır. 
 
◘İnsan qardaşları vasitəsi ilə artar və qüdrətlənər. İnsan dostunun dini 
ilə  ölçülər.  Hər  kəs  sevdiyi  şeyə  yaxındır.  İnsanın  kərəmi  dini  ilə, 
alicənablığı  ağlı  ilə,  nəsəbi  (əsl-nəcabəti)  əxlaqı  ilə  müəyyən  olunar. 
Müsəlman  şəxsin  yaxşı  əməl  sahibi  olmasının  əlaməti  faydasız  işləri 
tərk etməsidir. 
 
◘İnsanlar  darağın  dişləri  kimi  bərabərdirlər.  (Yəni  Allahın  hökm  və 
göstərişləri  müqabilində  birdirlər.)  İnsanlar  qızıl  və  gümüş  mədənləri 
kimidirlər.  (Yəni  fərqli  əxlaq  və  ruhiyyə  üzrə  yaradılmışlar.) 
Ehtiyacsızlıq  camaatın  malına  tamah  salmamaqladır.  Allaha  iman 
gətirdikdən  sonra  əqlin  əsası  insanları  sevməkdir.  Hər  kəs  özünün 
mühasibidir. 
 
Hər  bir  gələcək  yaxındır.  Naməhrəmə  baxan  hər  bir  göz  zinakardır. 
Hər şeyin müəyyən bir əndazəsi var, hətta bacarıqsızlığın da. Hər alim 
elmin  aşiqidir.  Hər  şeyin  əsası  var,  bu  dinin  də  əsası  dərrakə  və 
tədbirdir. 
 
◘Sizdən  hər  biriniz  digəriniz  üçün  nəzarətçi,  əlinizin  altında 
işləyənlərdən ötrü isə məsuliyyətlisiniz. Qiyamət günü hər bir xainin öz 
xəyanətləri  qədər  bayrağı  var.  Qiyamət  günü  insandan  soruşulacaq 
birinci  haqq  qan  haqqıdır.  (Qiyamət  günü)  hesabı  çəkiləcək  birinci 
vəzifə namazdır. 
 
◘(Qiyamət  günü)  mizan  tərəzisinə  qoyulacaq  birinci  şey  xoş 
xasiyyətdir.  Bu  ümmətdən  götürüləcək  birinci  şey  həya  və  əmanətdir. 
Din  işlərində  əldən  verəcəyiniz  birinci  şey  əmanət,  axırıncı  isə 
namazdır.  Dostluq  və  düşmənçilik  irsiyyətə  keçər.  Sevgi-məhəbbət 
insanı xar və kor edər. 
 
◘Hədiyyə  gözü  və  qulağı  oğurlayar.  Xeyir  atın  nalına  bağlıdır. 
Qırmızı  tüklü  at  mübarək  hesab  olunur.  Səfər  əzabın  bir  hissəsidir. 
Qadına itaət etmək peşmançılığa səbəb olar. 
 
◘Danışıq  bəla  gətirər.  Oruc  səbrin  yarısıdır.  Hər  şeyin  zəkatı  var, 
bədənin  də  zəkatı  orucdur.  Oruc  tutan  şəxsin  duası  geri  qaytarılmaz. 


 
16 
(Əgər  oruc  bütün  şərtlərə  malik  olsa)  Misvak  (diş  fırçalamaq  üçün 
xüsusi ağac) fəsahəti (rəvan danışığı) artırar. 
 
◘İmam-camaat  (pişnamaz)  ona  iqtida  edənlərin  qiraət  barəsində  ona 
arxayın  olduqları  şəxs,  müəzzin  (azan  verən)  isə  camaatın  namazın 
vaxtı  barəsində  ona  arxayın  olduqları  şəxsdir.  Mənim  şəfaətim  böyük 
günah  sahibi  olan  müsəlmanlar  üçündür.  Allahın  əli  yardımı 
cəmiyyətlədir. Sükut hikmətdir, lakin çox az adam ondan istifadə edir. 
Ruzi insan dalınca ölümdən möhkəm qaçır. 
 
◘İnsanın  yoldaşlığı  və  xoşxasiyyəti  bəzi  ticarətlərdən  daha  yaxşıdır. 
Cəsarətsiz tacir məhrumdur. Cəsarətli tacir fayda əldə edər. Xoş əxlaq 
bərəkət,  pis  əxlaq  isə  bədbəxtlik  gətirər.  Dünya  rüsvayçılığı  axirət 
rüsvayçılığından asandır. 
 
◘Bəla zamanı səbr etmək daha dəyərlidir. Altmış və yetmiş yaş arası 
ölümün  cövlan  etdiyi  vaxtdır.  Fırıldaq  və  hiyləgərlik  atəş  içindədir. 
And  içməyin  nəticəsi  ya  yanlışlıqdır  ya  da peşmançılıq.  Yalandan  and 
içmək evləri boş qoyar. 
 
◘Al-ver zamanı yalandan and içmək malın zay olmasına və qazancın 
bərəkətinin  itməsinə  səbəb  olar.  Faydası  olamayan  elm  xərclənməyən 
xəzinə kimidir. Yemək yeyib şükr edən kəsin mükafatı oruc tutub səbr 
edənlə  bərabərdir.  Namaz  hər  bir  pərhizkarın  Allaha  yaxınlaşma 
vasitəsidir. Bəndə ilə küfr arasında fasilə namazı tərk etməkdir. 
 
◘Namazın dində olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir. 
Doğruçuluq  aramlıq,  yalan  isə  iztirabdır.  Quran  elə  bir  sərvətdir  ki, 
yoxsulluq gətirməz və elə bir hidayətdir ki, azğınlıq gətirməz. Qəza və 
qədərə olan iman qüssəni aradan aparar. Dünyada zahidlik etmək qəlbin 
və bədənin asayişidir. 
 
◘Dünyaya  rəğbət  qəm-qüssəni  artırar.  Bekarçılıq  qəlbin  qəsavətinə 
səbəb  olar.  Alim  və  tələbə  xeyirdə  şərikdirlər.  Əl  zamindir  ki, 
götürdüyü hər bir şeyi ötürsün. Övlad qadının qanuni ərinə məxsusdur, 
zinakarın  payı  isə  daşdır.  (Övladın  zinadan  olmadığı  dəqiq  məlum 
olsun, əks təqdirdə, ərə məxsus deyil.) 
 
◘Dilənçi  ata  minmiş  olsa  də  haqqı  var.  Görəsən  hansı  dərd 
paxıllıqdan  böyükdür?  Bəxşiş  verdiyi  şeyi  geri  alan  şəxs,  qusduğunu 


 
17 
yeyən it kimidir. Yaşıllığa baxmaq gözün nurunu artırar. Qiyamət günü 
dəstəmazın təsirindən mənim ümmətimin əl-üzü nurani olar. 
 
◘Naməhrəmə  baxmaq  iblisin  zəhərli    oxlarındandır.  Qorxu  və  cürət 
iki  qərizədir  ki,  Allah  onları  istədiyi  qəlbə  verər.  Xəstəliyi,  sədəqəni, 
müsibət və bəlanı gizlətmək gözəllik xəzinələrindəndir. (Lakin xəstəliyi 
gizlətməyin müalicəyə dəxli yoxdur.) İnsanın xoşbəxtliklərindən biri də 
budur  ki,  atasına  oxşasın. (Yəni  xoş əxlaq cəhətdən,  çünki bu  oxşarlıq 
halalzadə olmağın əlamətidir.) Xoşbəxtliklərdən biri də gözəl əxlaqdır. 
 
◘Dünyada  yaxşı  iş  görənlər  axirətin  də  yaxşı  iş  görənləridir.  Adəm 
övladının danışdıqlarının hamısı öz zərərinədir, əmr be məruf, nəhy əz 
münkər  və  Allahın  zikrindən  başqa.  Peyğəmbərlər  yol  göstərənlərdir, 
dərindən düşünüb dərk edənlər isə ali  insanlardırlar. Onlarla həmnişin 
olmaq  isə  xeyir  gətirər.  Yeməkdən  sonra  əlləri  yumaq  isə  qüssəni 
aradan  aparar  və  gözün  nurunu  artırar.  Tacir  ruzi  intizarındadır, 
möhtəkir isə (baha satmaqdan ötrü mal alıb yığan) lənət intizarında. 
 
◘Bütün  səadət  Allaha  itaətdə  keçən  uzun  ömürdədir.  Vay  olsun  o 
kəsə ki, ailəsi üçün xeyir qoyub gedir, Allahın hüzürunda isə şərlə varid 
olur. (Yəni qoyub getdiklərindən ötrü mal-dövlət qoyar, günahlarını isə 
qəbrə  ararar.)  Məzlumun  (zülm  olunan  şəxsin)  duası  qəbuldur,  hətta 
günahkar da olsa. 
İKİNCİ FƏSİL 
Həzrət Rəsuli-Əkrəmin (s) digər tərzdə olan ürəkoxşayan 
sözləri  
◘Bilin ki, ən iti görən göz odur ki, xeyir yolunda açılsın. Bilin ki, ən 
iti  eşidən  qulaq  odur  ki,  qəlbi  (qəflətdən)  oyadan  söz  eşitsin.  Bilin  ki, 
batil  yolda  mal  sərf  etmək  israf  və  bədbəxtçilikdir.  Bilin ki,  qənaət  və 
şəhvətə hakim olmaq ən böyük şərəf və təqvadır. 
 
◘Bilin  ki,  dünya  evində  möminlik  və  zahidlikdən  başqa  yolla  onun 
zərərlərindən salamat qalmaq olmaz və onun yemi olanlar, ondan nicat 
tapmaz.  Bilin  ki,  sizin  qiymətiniz,  dəyəriniz  behiştdən  başqa  bir  şeyə 
dəyməz,  məbada  özünüzü  ondan  başqa  bir  şeyə  satasınız.  Bilin  ki, 
təqva  gözəl  yerişli  bir  atdır,  pərhizkarlar  ona  minib  cilovunu  əllərinə 
alıblar və o da onları behiştə tərəf aparır. Bilin ki, günah ram olmayan 
tərs  ata  bənzəyir;  günahkarlar  onun  tərkinə  minmişlər.  Əgər  yüyəni 
əllərindən  çıxarsalar  onları  cəhənnəmin  uçurumuna  atar.  Bilin  ki,  bu 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə