Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   2   3   4   5   6   7   8   9   ...   100

 
18 
gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behişt uğrundadır, 
məğlub  olanların  aqibəti  isə  cəhənnəmdir.  Bilin  ki,  yoxsulluq  bəladır, 
yoxsulluqdan  da  pis  bədənin  ağrılarıdır,  ondan  da  pisi  qəlbin  (ruhun) 
xəstəliyidir. 
◘Bilin  ki,  bol  sərvət  Allahın  nemətlərindəndir.  Mal-dövlətdən  də 
yaxşı  bədənin  sağlamlığıdır.  Sağlamlıqdan  da  yaxşı  qəlbin  təqvasıdır. 
Bilin  ki,  hər  kəs  düşünmədən  bir  işə  başlasa  gərək  gözlənilməz 
hadisələrin  intizarında  olsun.  Bilin  ki,  dərrakəli  insan  hər  işə  dəqiq, 
məqsədyönlü şəkildə və uzaqgörənliklə başlayan şəxsdir. Bilin ki, səfər 
(dünyadan  köçmə)  təbilini  vurublar və  yol  azuqəsini  də  müəyyən  edib 
tanıtdırıblar;  belə  isə  öz  canınızı  qoruyun  və  özünüzlə  yol  azuqəsi 
götürün. Bilin ki, cihadın qiyməti behiştdir. Hər kəs özü üçün cihad etsə 
behiştə  malik  olar.  Allahın  ən  böyük  savabı  o  kəs  üçündür  ki,  özünü 
tanısın. 
 
◘Bilin  ki,  dinin  hökmləri  səhih  və  dəqiq  olma  baxımından  birdir  və 
onun yolları mötədildir. Hər kəs din yolu ilə getsə qənimət əldə edər və 
hər  kəs  üz  döndərsə  yolunu  azıb  peşman  olar.  Bilin  ki,  bilməyən  kəs 
heç  vaxt  öyrənməkdən  utanmasın.  Çünki  hər  kəsin  dəyəri  onun 
məlumatı  və  elmi  qədərdir.  Agah  olun!  Dillər  azad,  bədənlər  sağlam, 
bədən  üzvləri  ixtiyarınızda,  şərait  (meydan)  geniş,  macal  çoxdur.  Nə 
qədər ki, ölüm yetişməyib əməl sahibi olun! 
ÜÇÜNCÜ FƏSİL 
Rəsuli-Əkrəmin (s) başqa şəkildə olan ibrətamiz kəlamları  
◘Hər  kəs  sükut  etsə  nicat  tapar.  (O  yerdə  ki,  danışmaq  nəticə 
verməz.) Hər kəs Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Hər 
kəs təkəbbür etsə Allah onu xar edər. 
◘Hər  kəs  başqalarının  xətalarından  keçsə,  Allah  da  onun 
günahlarından  keçər.  Hər  kəs  başqalarını  bağışlasa,  Allah  da  onu  əfv 
edər.  Hər  kəs  müsibətə  səbr  etsə  Allah  onu  (müsibəti)  əvəz  edər.  Hər 
kəs öz qəzəbini udsa, Allah ona əcr verər. Hər kəs dolanışığında əndazə 
saxlasa  Allah  onun  ruzisini  verər.  Hər  kəs  bədxərclik  etsə  Allah  onun 
ruzisini kəsər. Hər kəs hökmdarların qapısına yaxınlaşsa əziyyət görər. 
Hər  kəs  öz  malının  müdafiəsi  zamanı  öldürülsə  şəhid  hökmündədir. 
(Bir şərtlə ki, özünü dünya malından ötrü bilərəkdən ölümə atmasın.) 
 
◘Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar. Hər 
kəs öz dinini müdafiə edən zaman öldürülsə şəhid hökmündədir. Allah 
hər  kəsi  istəsə  ona  xeyir  verər  və  ona  dini  bilik  inayət  edər.  Hər  kəs 


 
19 
behiştin  arzusundadırsa  gərək  xeyirli  işlərə  tələssin.  Hər  kəs  atəşdən 
qorxur gərək şəhvətlərdən özünü qorusun. 
 
Hər kəs ölüm intizarındadırsa  gərək  ləzzətlərə  göz  yumsun. Hər kəs 
dünyaya  rəğbətsiz  olsa  müsibətlər  ona  asan  gələr.  Hər  kəs  öz 
əlaltılarının qollarının gücü hesabına izzət ələ gətirmək istəsə Allah onu 
zəlil edər. Hər kəs qarşı saxtakar və yalançı olsa bizdən deyil. Hər kəs 
bizim din işlərində özündən bidət (dində olmayan şeyi dinə aid etmək) 
icad etsə dindən çıxıb (müsəlman deyil). 
 
◘Hər kəs aramla iş görsə öz məqsədinə yetişər və ya ona yaxınlaşar, 
amma hər kəs tələsik iş görsə ya xəta edər, ya da xətaya yaxınlaşar. Hər 
kəs  xeyir  əksə  rəğbət  və  xoşluq  biçər,  hər  kəs  şər  əksə  peşmançılıq 
biçər. Hər kəs bilsə ki, Allah əvəz verir, səxavətlə bəxşiş verər. Hər kəs 
istəyir  ən  hörmətli  şəxs  olsun  Allahdan  qorxsun.  Hər  kəs  istəyir  ən 
ehtiyacsız şəxs olsun gərək öz əlində olandan daha çox Allahın əlində 
olana ümidvar olsun. 
 
◘Hər kəs günah etməyə çalışsa, sonra məqsədindən dönsə onun üçün 
savab  yazılar.  Hər  kəsə  ki,  Allah  xeyir  verib  gərək  həmin  xeyrin 
əlaməti onda görsənsin. Hər kəsin danışığı çox olsa xətası da çox olar, 
hər kəsin xətası çox olsa günahı da çox olar, hər kəsin günahı çox olsa 
onun  üçün  atəş  yaxşıdır.  Hər  kəs  ruzi  yolu  tapsa  əlindən  buraxmasın, 
hər kəs nemət tapsa şükr etsin. 
 
◘Hər kəs azdan ötrü şükr etməsə çoxdan ötrü də şükr etməz. Hər kəs 
müsibət  üz  verən  adama  təskinlik  versə  onun  qədər  savab  əldə  edər. 
Hər kəs mənim ümmətimlə xoş davransa Allah da onunla xoş davranar. 
Hər kəs xəstəyə baş çəksə behiştlik iş görüb. Hər kəs zalımla yol getsə 
günahkardır. (Bir şərtlə ki, ona zülm etməkdə kömək etsin və ya onun 
əlaltılarından hesab olunsun.) 
 
◘Hər kəs müəyyən bir dəstəyə oxşasa onlardandır. (Yəni, öz əqidə və 
rəftarında  hər  hansı  bir  millətə  oxşayan  şəxs  cəza  və  mükafatda  da 
onlarladır.)  Hər  kəs  elm  tələbində  olsa  Allah  onun  ruzisinə  zamindir. 
Hər kəsin elmi ona fayda verməsə, cəhaləti ona ziyan verər. Əməli onu 
geri  aparan  şəxsi  nəsli  irəli  apara  bilməz.  Hər  kəs  qazi  (qəzavət  edən, 
mühakimə edən) olsa, başı bıçaqsız kəsilib. 
 
◘Hər kəs öz malını əlində daşısa təkəbbürdən uzaqdır. Hər kəs şəfaəti 
inkar  etsə  ondan  binəsib  olar.  Hər  kəs  yaxşı  işdən  xoşhal,  pis  işdən 


 
20 
narahat olur mömindir. Hər kəs Allahdan qorxursa (cavanlıq və qüdrətli 
vaxtında) Ona itaət etməyə çalışsın və hər kəs çalışsa mənzilə yetişər. 
Hər  kəs  axirət  izzət  və  şərəfini  istəyir  gərək  dünya  zinətlərindən  əl 
çəksin. 
 
◘Hər  kəs  gecə  çox  namaz  qılsa,  gündüz  üzü  nurani  olar.  Hər  kəs 
dünyanı  sevsə  öz  axirətinə  ziyan  vurur  və  hər  kəs  qəlbini  axirətə 
bağlasa  dünyaya  zərər  vurar.  Hər  kəs  Allahın  qüdrətini  yüngül  tutsa 
Allah onu xar edər və hər kəs Allahın qüdrətinə ehtiram etsə Allah onu 
əziz tutar. Hər kəs hansı işi sevsə - xeyir və ya şər - onu yerinə yetirən 
kimidir. Hər kəs Allahın adı ilə sizi sığınsa ona sığınacaq verin və hər 
kəs sizə Allaha and versə və nəsə istəsə, istədiyini ona verin. 
 
◘Hər kəs sizi bir yerə dəvət etsə, dəvətini qəbul edin. Hər kəs sizə bir 
yaxşılıq  etsə  siz  də  onun  əvəzini  qaytarın.  Əgər  bacarmasınız  həmin 
yaxşılıq  ona  çatana  qədər  onun  üçün  dua  edin.  Sizdən  hər  biriniz  çox 
istədiyiniz  (tamahınız  çəkdiyiniz)  bir  şeyin  ardınca  gedəndə  aramla 
gedin. Allah hər kəsə altmış il ömür versə (ömür cəhətdən) onun üçün 
heç bir üzr qoymayıb. Hər kəs gecəni səhər etsə və bir kəsə zülm etmək 
fikrində olmasa Allah onun günahlarını bağışlayar. 
 
◘Hər  kəs  həya  pərdələrini  yırtsa,  qeybəti  yoxdur.  (Onun  barəsində 
edilən qeybət qeybət deyil.) Hər kəs öz pis əməlinə görə narahat olarsa 
istiğfar  etməsə  də  Allah  onu  bağışlayar.  Hər  kəs  Allahla  görüşməyi 
sevirsə, Allah da onunla görüşməyi sevir, hər kəs ki, Allahla görüşməyi 
sevmir,  Allah  da  onunla  görüşməyi  sevmir.  Ondan  elmi  sual 
soruşularkən cavab verməyən alimin ağzına atəşdən yüyən vurular. Hər 
kəsin  üzünə  bir  xeyir  qapısı  açılsa  onu  qənimət  bilsin,  hətta  nə  vaxt 
bağlanacağını bilməsə də. 
 
◘Hər kəs öz qəzəbini işlədə bilsə və (Allaha xatir) onu sakitləşdirsə 
Allah  onun  qəlbini  iman  və  əmniyyətlə  doldurar.  Hər  kəs  imanın 
ləzzətini dadmaq istəyirsə gərək saleh insanları sırf Allaha görə sevsin. 
Hər kəs qeyri-şəri yolla pul ələ gətirsə onu çətin və xoşagəlməz işlərə 
xərcləməli olar. Hər kəs yoldaşlıq və mehribanlıqdan öz payını götürsə, 
dünya  və  axirətdən  öz  payını  aparıb.  Hər  kəs  Allaha  olan  məhəbbəti 
insanlara  olan  sevgidən  üstün  tutsa  (Allahın  məhəbbətini  üstün  tutsa) 
Allah onu camaatın şərindən qoruyar. 
 
◘Hər  kəs  özünə  behiştin  ortasında  məskən  seçmək  istəyirsə  gərək 
xalqdan  (yəni,  müsəlmanların  dini  etiqad  və  göstərişlərindən 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə