Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 
21 
ayrılmasın. Hər kəs peşman olduğu beyəti pozsa, qiyamət  günü Allah 
onun  xatalarından  keçər.  Hər  kəs  ana  və  övladı  arasında  ayrılıq  salsa, 
qiyamət  günü  Allah  onunla  dostları  arasında  ayrılıq  salar.  Hər  kəs 
yoxsula  əl  tutsa  Allah  onun  dünya  və  axirət  işlərini  asanlaşdırar.  Hər 
kəs ona borclu olub borcunu qaytarmağa imkanı olmayan şəxsə möhlət 
versə və  ya borcun müəyyən hissəsini ona bağışlasa qiyamət günündə 
(ilahi  kölgədən  olmayan  bir  zamanda  başqa  kölgə)  Allah  ona  ərşin 
kölgəsində yer verər. 
 
◘Hər  kəs  dünyada  ikidilli  olsa  Allah  onun  üçün  oddan  iki  dil  qərar 
verər. Hər kəs icazəsiz başqasının yazısına baxarsa, elə bil atəşə baxır. 
Hər kəs əmr be məruf etsə bu işi Allah bəyənən şəkildə (gözəl şəkildə) 
etsin.  Hər  kəs  qırx  gün  özünü  (əməllərini)  Allahdan  ötrü  xalis  etsə, 
hikmət  çeşmələri  qəlbindən  dilinə  axar.  Allaha  və  axirət  dünyasına 
imanı olan hər kəs gərək qonşusuna hörmət edib onunla xoş keçinsin. 
 
◘Hər kəsin Allaha və qiyamət gününə imanı var xeyir söz danışsın ya 
da sakit otursun. Hər kəs bir kafiri müsəlman etsə behişt ona vacib olar. 
Hər  kəs  bir  müsəlmana  gizlincə  kömək  etsə  Allah  dünya  və  axirətdə 
ona  kömək  edər.  Hər  kəs  mömin  qardaşının  qəlbindən  bir  dünya 
qüssəsini aparsa, Allah onun qəlbindən bir axirət qüssəsini aparar. Hər 
kəs  mömin  qardaşının  ehtiyacını  aradan  aparsa,  Allah  da  onun 
ehtiyacını aradan aparar.  
 
◘Hər  kəs  mömin  qardaşının  eybini  örtsə  Allah  dünya  və  axirətdə 
onun eyblərini örtər və nə qədər ki, bəndə mömin qardaşına kömək edir 
Allah da onun köməyi olar. Hər kəs hətta toyuq-cücə hini boyda da olsa 
bir  məscid  tiksə  Allah  onun  üçün  behiştdə  bir  ev  qərar  verər.  Hər  kəs 
elm  arxasınca  getsə  və  tapsa  iki  savabı  var  və  hər  kəs  elm  arxasında 
getsə  lakin  tapmasa  bir  savabı  var.  Hər  kəs  elmi  şöhrət  qazanmaqdan 
ötrü  bir  vasitə  qərar  versə  və  camaatın  qulağını  öz  elminin  avazı  ilə 
doldursa qiyamət günü Allah camaatın qulağını onun rüsvayçılıqları və 
biabırçılıqları ilə doldurar və onu həqir və dəyərsiz edər. Hər kəs axirət 
əməllərini dünya qazanmaqdan ötrü vasitə qərar versə axirətdə heç bir 
payı yoxdur. 
 
◘Hər  kəsə  yaxşılıq  etsələr  əvəzini  qaytarsın,  əgər  qaytara  bilməsə 
təşəkkür etsin. Çünki təşəkkür həmən yaxşılığın əvəzidir. Hər kəsə bir 
yaxşılıq etsələr və təşəkkür etməkdən başqa əvəzini qaytarmağa imkanı 
olmasa gərək təşəkkür etsin və əgər etməsə naşükürlük etmiş olur. Hər 


 
22 
kəs  dünyada  Əbdül-Müttəlibin 
1
  nəslinə  yaxşılıq  etsə  və  onun 
yaxşılığının  əvəzini  qaytarmasalar  mən  qiyamət  günü  onun  əvəzini 
verərəm. Hər kəs bir övrət (insanın eyib yeri) görüb onu örtsə, elə bil, 
qəbirdəki  insan  can  verib  onu  qəbirdən  çıxardıb.  Hər  kəs  ümidini 
Allahdan başqa hər kəsdən üzsə Allah onun bütün ehtiyaclarını ödəyər 
və güman etmədiyi yerdən ruzisini yetirər və hər kəs ümidini dünyaya 
bağlasa Allah onu dünyada öz başına buraxar. 
 
◘Hər  kəs  camaatın  ondan  xoşu  gəlsin  deyə  Allaha  günah  etsə,  elə 
gözünü dikdiyi camaat onu məzəmmət edər. Hər kəs Allahın razılığını 
qazanmaqdan ötrü camaatın acığına gələn iş görsə Allah özü ondan razı 
qalar  və  camaatı  da  ondan  razı  salar  və  hər  kəs  camaatın  xoşuna 
gəlməkdən  ötrü  Allahın  razılığına  qarşı  zidd  bir  iş  görsə  Allahın  ona 
acığı tutar və camaatı da ondan narazı edər. Hər kəs dünyada etdiyi pis 
əməlinin  cəzasını  elə  dünyada  çəksə,  Allah  öz  bəndəsini  iki  dəfə 
cəzalandıracaqdan  daha  ədalətlidir.  Hər  kəsin  ki,  Allah  günahını 
dünyada  bağışladı  və  onu  rüsvay  etmədi  (axirətdə  də  bağışlananlar 
cərgəsindədir.) Allah öz əfvindən dönməkədn daha kərimdir. Hər kəsin 
onu  xəlvətdə  günahdan  çəkindirəcək  təqvası  olmasa  elmindən  ibadət 
yolunda zərrə qədər də işlətməyib. 
 
◘Hər kəs öz namazlarını camaat arasında gözəl, xəlvətdə isə pis qılsa 
Allaha  xəyanət  edib.  Hər  kəsin  namazları  onu  pis  əməllərindən 
çəkindirmirsə  Allahdan  uzaq  düşməkdən  başqa  bir  şey  əldə  etməyib. 
Hər kəs məqsədinə günah vasitəsi ilə çatmaq istəsə xeyri az, zərəri isə 
daha  çox  olar.  Hər  kəs  saleh  qəlbə  malik  olsa  Allah  onun  qəlbindən 
çöhrəsinə məhbubiyyət gətirər ki, onunla tanınıb məşhurlaşar. Hər kəs 
bir  işdən  ötrü  and  içə  sonra  ondan  daha    yaxşı  bir  iş  irəli  gəlsə  gərək 
kəffarə versin və daha yaxşı olan işi yerinə yetirsin. 
 
◘Hər kəsin bir qız uşağı olsa və ona  yaxşılıq etsə həmin qız  onunla 
atəş  arasında  sipərə  çevrilər.  Hər  kəs  dəvət  olunmadan  süfrə  başında 
otursa  oğurluğa  gedib  ev  qarət  edən  şəxs  kimidir.  Hər  kəs  müsəlman 
qardaşına  xeyir  yetirsə  və  ya  onun  çətinliyini  aradan  aparsa  (Allah 
qədəmlər  titrəyən  gündə  ona  sirat  körpüsündən  keçməyə  kömək  edər. 
Hər kim ki, qonaq  gedir, ev sahibinin  icazəsi olmadan müstəhəb oruc 
tutmasın.  Hər  kəs  (dində  olan)  bidətlərin  qarşısını  alsa  Allah  onun 
qəlbini iman və əmniyyətlə doldurar. 
 
                                                 
1
 Peyğəmbərin (s) babası. 


 
23 
◘Hər  kəs  bidətlərə  arxa  çevirsə  Allah  böyük  vəhşət  günündə  onu 
amanda saxlayar. Hər kəs sağlam bədənə, xatircəmlik və əmniyyətə və 
bir günlük ruziyə malik olsa elə bil ki, bütün dünyaya malikdir. Hər kəs 
müsəlmanlardan  birinin  işi  üçün  qabağa  düşsə  (o  işə  rəhbərlik  etsə) 
Allah da onun üçün xeyir istəyər və ondan ötrü saleh bir müavin təyin 
edər  ki,  Allahı  yaddan  çıxardıqda  onun  yadına  salsın,  yadında  olanda 
ona  kömək  etsin.  Hər  kəs  camaata  əziyyət  verməsə,  yalan  deməsə  və 
vədəsinə  xilaf  çıxmasa  alicənablığı  kamil,  ədaləti  aşkar,  onunla 
qardaşlıq  vacib,  qeybəti  haram  olan  kimsələrdəndir.  Hər  kəs  dilini  və 
övrətini  (zinadan)  qorusa  behiştə  daxil  olar.  Hər  kəs  bilərəkdən  mənə 
yalan nisbət versə yeri cəhənnəmdir. 
DÖRDÜNCÜ FƏSİL 
Rəsuli-Əkrəmdən (s) olan moizələr  
◘Behişt narahatçılıq və əziyyətlər qapısının arxasında, cəhənnəm isə 
şəhvət  və  ehtiraslar  qapısının  arxasındadır.  Allahın  məhəbbəti 
qəzəblənən zaman həlim olmağı bacaranlara vacibdir. Mən mükəmməl 
sözlərlə məbus (peyğəmbərliyə təyin) olunmuşam. (Yəni elm, əxlaq və 
hikmətlə  dolu  olan  sözlərlə)  Qiyamət  günü  insanların  hər  biri  öz 
niyyətlərinə uyğun müəyyən olarlar. 
 
◘Allah  rəhmət  etsin  dilini  islah  edən  kəsə.  Allahın  rəhməti  olsun  o 
kəsə  ki,  ya  faydalı  söz  danışır,  ya  da  susur.  Allahın  rəhməti  mənim 
ümmətimdən  o  kəslərə  olsun  ki,  dəstəmaz  alan  zaman  və  yeməkdən 
sonra  dişlərini  təmizləyib  yuyurlar.  Allah  istəyir  sevdiyi  bəndəsinə 
həmişə  onun  gümanı  gəlmədiyi  yerdən  ruzi  versin.  Fəqirlik  küfr 
uçurumunun kənarındadır. Həsəd elə bir şeydir ki, sanki qəzavü-qədəri 
dəyişdirir. 
 
◘Hər kim ki, camaatı tanıdı bəlaya mübtəla olar, hər kim ki, tanımadı 
asudə yaşayar. Hər bir xasiyyət mümkündür mömində olsun, yalnız din 
işlərində xəyanət, yalandan başqa. 
(Siz,  ey  camaat!)  Binalar  tikirsiniz  lakin  onda  həmişəlik 
oturmursunuz, mal-dövlət toplayırsınız, lakin  yemirsiniz və elə şeylərə 
ümid  bəsləyirsiniz  ki,  onalara  çata  bilmirsiniz.  Nə  çox  insanlar  var  ki, 
səhərlər  sağdırlar  lakin  axşama  çata  bilmirlər  və  ya  sabahın 
intizarındadırlar,  səhərə  çıxmırlar.  Təəccüb  edirəm  o  qafilə  ki,  ondan 
qəflətdə deyillər. (O Allahdan qafildir, Allah isə ondan yox.) 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə