Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

 
24 
◘Təəccüblüdür  o  kəs  ki,  dünyaya  bel  bağlayır,  halbuki,  ölüm 
arxasıncadır.  Təəccüb  edirəm  o  kəsə  ki,  ağzı  gülməkdən  cırılır,  lakin 
bilmir  Allah  ondan  razıdır  ya  yox.  Təəccüb!  Çox  təəccüb  o  kəsə  ki, 
əbədi yaşayacağını zənn edir və başdan ayağa hiylə olan bu dünya üçün 
çalışır.  Möminin  işi  qəribədir,  and  olsun  Allaha!  Allah  onun  üçün 
xeyirdən  başqa  bir  şey  müqəddər  etmir.  Qiyamət  yaxınlaşır  lakin 
insanlar dünyaya hərislikdən başqa bir şey əldə etməyiblər, saleh kişilər 
bir-birinin  ardınca  aradan  gedir,  Allahın  etina  etmədiyi  pis  və  alçaq 
adamlardan başqa bir kəs qalmır. 
 
◘Siz  tikanı  qardaşınızın  gözündə  görürsünüz  amma  öz  gözünüzdə 
budağı  görmürsünüz.  Bu  böyük  xəyanətdir  ki,  mömin  qardaşın  sənə 
inanıb,  sözlərini  təsdiq  etdiyi  halda  sən  ona  yalan  danışırsan.  (Bizim 
rəftarımız belədir ki,) sanki (dünyada) haqq yol başqaları üçün, ölüm də 
məhz  təkcə  onlar  üçün  yazılıb;  sanki  o  ölüləri  ki,  müşayiət  edirik, 
səfərə  yola  salırıq  və  guya  tezliklə  qayıdacaqlar,  bədənlərini  torpağa 
tapşırırıq  və  onlardan  irs  qalan  mal-dövləti  yeyirik,  guya  ki,  biz 
onlardan  sonra  əbədi  yaşayacağıq,  nəsihət  edənləri  unutmuşuq,  sanki 
bütün hadisələrdən amandayıq. Xoş o kəsin halına ki, öz eyibləri başını 
elə  qatıb  ki,  başqalarının  eyiblərini  görmür  və  əlinə  gələn  malı 
günahdan  başqa  yolda  sərf  edir,  elm  və  hikmət  əhli  ilə  oturub-durur, 
günah və bəd əməl sahiblərindən uzaq gəzir. Xoş o kəsin halına ki, özü 
öz  nəzərində  dəyərsiz  olsun,  xoş  əxlaq  sahibi  olsun,  malının  artıq 
qalanını  (ehtiyacı  olanlara)  bağışlasın,  artıq  danışmasın,  İslamın 
qoyduğu  yol  ona  bəs  etsin,  bidətdən  və  digər  batil  yollardan  özünü 
qorusun. 
 
◘Xoş o kəsin halına ki, qazancı pak, daxilən ləyaqətli, zahirən də əziz 
və hörmətli olsun. Xoş  o kəsin halına  ki, elminə əməl  edir. Ey  Adəm 
övladı!  Sənə  kifayət  edəcək  qədər  varındır.  Sən  isə  tüğyana  səbəb 
olacaq  artığın  dalınca  gedirsən.  Nə  aza  qane  olursan,  nə  də  çoxdan 
doyursan.  Xoş  o  kəsin  halına  ki,  İslama  hidayət  olub,  kifayət  qədər 
ruzisi  var,  özü  də  bundan  qanedir.  Bir  sifət  hər  kəsdə  olsa  dünya  və 
axirət onun fərmanına müti olar, behiştdə haqqa müqərrəb olma səadəti 
əldə edər. Dedilər: “Ya Rəsuləllah, o hansı sifətdir? Buyurdu: “Təqva. 
Hər  kəs  istəsə  ki,  hamıdan  əziz  olsun,  Allah  qarşısında  təqvalı  olsun. 
Sonra  həzrət  (s)  bu  ayəni  oxudu:  “Hər  kəs  ilahi  təqvaya  riyaət  etsə 
Allah onun üçün (düşdüyü hər bir çətinlikdən) çıxış yolu qərar verər və 
ona gümanı gəlmədiyi yerdən ruzi nəsib edər.” 
 


 
25 
◘Bütün  xeyirlərin  başı  Allahdan  qorxmaqdır.  Gəmini  təmir  edin  ki, 
dərya dərindir, güc-qüvvənizi artırın ki, yol uzaqdır. Həvayi-nəfsinizlə 
mübarizə  edin  ki,  özünüzə  hakim  olasınız!  Ölüm  çatdı  və  özünüzdən 
qabaq  göndərdiyiniz  xeyir  əməllərdən  başqa  heç  bir  şey  fayda 
verməyəcək.  Ölüm  çatdı  və  özünüzdən  qabaq  göndərdiyiniz  yaxşı 
işlərdən  başqa  heç  nə  sizi  ehtiyacsız  etməyəcək.  Hikmət  qəlbinizi 
bürüyənə  qədər  şəhvətlərə  qalib  gəlməkdən  ötrü  nəfsinizlə  mübarizə 
aparın. Yeməyinizi azaltmaqla nəfsinizlə cihad edin ki, məlaikələr sizə 
yaxınlaşsın  və  şeytan  sizdən  uzaq  olsun.  Gözün  quruluğu  qəlbin 
qəsavətindən irəli gəlir. 
 
◘Dünyaya  həris  olmaq  münafiqlik  əlamətlərindəndir.  Ailə  ilə 
oturmaq  mənim  məscidimdə  etikafdan  üstündür.  (O  yerdə  ki,  ülfət  və 
xoş ünsiyyətlə onların qəlbini şad etsin və gözəl əxlaq və ədəblə onları 
tərbiyələndirsin.) Allah pak əxlaqı özü ilə əlaqə üçün vasitə qərar verib 
və bu (fəzilət) sizin üçün bəsdir ki, sizi Allaha yaxınlaşdıracaq xoş bir 
xasiyyət  əldə  edəsiniz.  Yaxşı  insanlarla  oturub-durun  ki,  yaxşı  iş 
görəndə  səni  alqışlasınlar,  pis  iş  görəndə  isə  sənə  bundan  çəkinmək 
üçün  xəbərdarlıq  etsinlər.  Bu  günah  müsəlman  kişi  üçün  bəsdir  ki,  öz 
qardaşının abrını aparsın və bu şər də onun üçün bəsdir ki, öz qardaşını 
təhqir etsin. 
 
◘Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün 
deyil.  Pəhrizkarlıq  şəhvət  düşkünü  olan  qəlbə  heç  vaxt  daxil  olmaz. 
Şəhvət  düşkünü  olan  qəlb  məlaikələr  aləminə  pərvaz  etməkdən 
məhrumdur.  Bu  fəzilət  din  işlərində  hər  bir  kişiyə  kifayət  edər  ki, 
namazına  vaxtlı-vaxtında  riayət  etsin.  Yalançılığın  əvvəlinci  əlaməti 
budur ki, eşitdiyin hər bir şeyi nəql edəsən. 
 
◘Nadanlığın  əvvəlinci  əlaməti  budur  ki,  bildiyin  hər  bir  şeyi  aşkar 
edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan 
hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün səy və himmətini 
(ciddi-cəhdini) axirətə yönəldib. Sizlərdən ən yaxşınız odur ki, fəqirliyə 
razı olsun, camaatdan kənar gəzsin və özünün din və təqvasını qorusun 
(bir halda ki, onlarla əlaqə saxladıqda özü günaha düşsün və onları islah 
etmək qüdrətinə də malik olmasın.) Sizlərdən ən yaxşısı odur ki, Allah 
ona özünə malik olmaqda kömək etsin. 
 
◘Hamıdan  yaxşı  o  kəsdir  ki,  ömrün  keçib-getmə  sürətini  bilsin  və 
səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə 
Allahı  xatırlatsın.  Sizlərdən  ən  yaxşısı  odur  ki,  danışığı  sizin  elminizi 


 
26 
artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə dəvət etsin. 
Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən 
aşağı bilib ondan vaz keçsin. 
 
◘Sizlərdən  ən  yaxşınız  odur  ki,  eyiblərdən  uzaq  olsun.  Sizlərdən  ən 
yaxşınız odur ki, günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, 
sizin  axirətinizi  islah  etsin.  Ən  yaxşı  xeyir  əməllər  onlardır  ki,  daimi 
olsun;  hərçənd,  az  da  olsa,  ən  yaxşı  qardaşlar  onlardır  ki,  sizə  axirət 
işlərində kömək etsinlər. 
 
◘Mənim  ümmətimin  ən  yaxşıları  onlardır  ki,  dünyaya  qarşı  etinasız 
olub  axirətə  daha  çox  dəyər  versinlər.  Sizin  ən  yaxşı  qardaşlarınız  o 
kəslərdir ki, sizi eyiblərinizdən xəbərdar etsin. Allah yanında ən üstün 
istiğfar günahdan əl çəkib peşman olmaqdır. Allahın ən üstün bəndələri 
o  kəslərdir  ki,  ibadət  üçün  günəş  və  ayı  izləyirlər.  (Yəni,  oruc  və 
namazların intizarındadırlar.) Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, 
sizə  ibadətdə  kömək  etsinlər,  sizi  günahdan  çəkindirsinlər  və  Alahın 
razılığını əldə etmək üçün yol göstərsinlər. 
 
◘Məlaikələr  mənə  dedilər  ki,  sənin  ümmətinin  ən  üstün  kəsləri 
onlardır ki, Allahın rəhmətinin intizarından xoşhal olsunlar və xəlvətdə 
isə  onun  dərdli  əzabının  qorxusundan  ağlasınlar.  Müsəlmanların  ən 
yaxşısı  odur  ki,  qənaəti  çox,  ibadəti  gözəl  olsun  və  bütün  səy  və 
himmətini axirət yolunda sərf etsin. Mənim ümmətimin ən yaxşısı odur 
ki, cavanlığını Allaha itaətdə keçirsin, dünya ləzzətlərindən əl götürsün 
və  qəlbini  axirətə  bağlasın.  Belə  bir  kəsə  Allah  behiştin  yüksək 
dərəcələrini əta edər. 
 
◘Allah  yanında  bəndələrin  ən  üstünü  o  kəsir  ki,  Allah  qarşısında 
təslim və ona təvəkkül etməyi daha artıq olsun. Mənim ümmətimin ən 
yaxşısı odur ki, onunla nadanlıqla rəftar etsələr səbr etsin, cinayət görsə 
göz  yumsun,  ona  əziyyət  etsələr  dözsün.  (Yəni  əgər  onun  bu 
xüsusiyyətindən  sui-istifadə  etmirlərsə,  alicənablıqla  bunlardan  keçsin 
və intiqam almaq fikrində olmasın.) 
 
Mənim ümmətimin ən yaxşıları onlardır ki, nə o qədər nemət içində 
olsunlar ki, tüğyan etsinlər və nə o qədər yoxsul olsunlar ki, dilənçiliklə 
məşğul olsunlar. Mötədil (orta həddə) olun ki, əcr əldə edəsiniz, səfər 
edin  ki,  səhhət  və  qənimət  əldə  edəsiniz,  sərt  olmayın,  mülayim  olun. 
Elmi  yazmaqla  qoruyub  saxlayın.  Borcunuzu  az  edin  ki,  rahat 
yaşayasınız,  günahlarınızı  azaldın  ki,  ölüm  sizin  üçün  asan  olsun. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə