Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

 
27 
Təqvalı ol ki, insanların ən abidi olasan, qane ol ki, insanların ən çox 
şükr  edəni  olasan,  özün  üçün  istədiyin  şeyi  camaat    üçün  də  istə  ki, 
mömin  olasan,  qonşunla  xoşrəftar  ol  ki,  müsəlman  sayılasan,  dostuna 
və yoldaşına yaxşılıq et ki, mömin olasan, dinin vacibatına əməl et ki, 
abid olasan, ilahi qismətə razı ol ki, zahid olasan. 
 
◘Camaatın  malından  tamahını  çək  ki,  səni  sevsinlər,  dünyadan 
meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və 
özünü  ölənlərin  sırasında  bil.  O  şeyə  ki  arxayın  deyilsən  onu  boşla  və 
daha  etibarlı  mətləbi  öyrənməyə  çalış.  Din  qardaşınla  zalım  da  olsa, 
məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə 
arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim 
ol ki, sənə qarşı da mülayim olsunlar. 
 
◘Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə) 
salam  ver  ki,  evinin  bərəkəti  artsın.  Nə  qədər  bacarırsan  xahiş  və 
təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə. 
Harada olsan Allahdan qorx. 
 
◘Əgər günah etdin arxasınca ibadət et ki, onu məhv etsin. Camaatla 
xoş xasiyyətlə rəftar et. Bircə salam deməklə də olsa sileyi-rəhm edin. 
Bir-birinizdən  ötrü  hədiyyələr  göndərin  ki,  aranızda  olan  mehr-
məhəbbət  artsın.  Cihad  edin  ki,  övladlarınız    əzəmət  əldə  etsin  və 
çalışqan və fəal olsun. 
 
◘Böyüklərin  səhvlərinə  göz  yumun.  Hədiyyə  göndərin  ki,  kinlər 
aradan  getsin.  Hədiyyə  göndərin  ki,  dostluğunuz  daha  da 
möhkəmlənsin  və  nigarançılığınız  aradan  getsin.  Mənim  dediklərimi 
camaata  çatdırın,  hərçənd  bir  Quran  ayəsi  olsa  belə.  Möminin 
dərrakəsindən qorxun, çünki o, Allahın nuru ilə görür. 
 
◘Binalarda və evlərdə haram iş görmək oranın viran qalmasına səbəb 
olar.  Öz  övladlarınıza  ehtiram  göstərin  və  onları  gözəl  tərbiyələndirin. 
Gözəl söz danışın ki, qənimət əldə edəsiniz və pis danışıqdan uzaq olun 
ki,  salamat  qalasınız.  Nütfələrdən  (spermalardan)  ötrü  pak  bətnlər 
seçin. Ləzzətləri tar-mar edəni (ölümü) çox yad edin. 
 
◘Mehriban  və  doğan  qadınlarla  evlənin,  çünki  mən  peyğəmbərlər 
arasında ümmətimin çoxluğu ilə iftixar edəcəyəm. Yarım dənə xurmanı 
sədəqə  verməklə  də  olsa  özünüzü  cəhənnəm  odundan  qoruyun. 
Paxıllıqdan  çəkinin,  çünki  keçmiş  ümmətləri  də  həlak  edən  məhz 


 
28 
paxıllıqdır.  Ağzınızı  yaxalayacaq  suya  da  olsa  qənaət  etməklə 
ehtiyacsız olun. Zəkat verməklə mallarınızı sığorta edin. 
 
◘Sədəqə vasitəsilə xəstələri müalicə edin. Duanı bəla qarşısında sipər 
edin.  Ürəyiniz  yumşaq  olan  zaman  dua  edin,  çünki  ürək  yumşaqlığı 
rəhmətdir.  Ömrünüz  boyu  xeyir  dalınca  olun  və  özünüzü  Allahın 
rəhmət  nəsim  (mehi)  qarşısında  qərar  verin,  çünki  Allahın  hər  kəs 
üzərində əsəcək rəhmət nəsimləri var. Hər hansı bir iş görərkən gizlində 
yerinə yetirin, öz məqsədlərinizi aşkar etməyin ki, bir işi görə biləsiniz. 
Öz yeməyinizi pərhizkarlara və xeyirxah möminlərə yedizdirin. 
 
◘Mənim haqqımı Əhli-beytimin hüquqlarına riayət etməklə qoruyun. 
Mənim Əhli-beytim Nuhun gəmisi kimidir; hər kəs ona daxil olsa nicat 
tapar, hər kəs ona zidd olsa qərq olar. 
BEŞİNCİ FƏSİL 
Peyğəmbərin (s) digər nəzmlə olan hikmətli kəlamları 
◘Mömin  bir  yerdən  iki  dəfə  sancılmaz.  Camaata  təşəkkür  etməyən 
Allaha  da  şükr  etməyib.  Qəzanı (qəza  və qədəri)  duadan başqa  heç  nə 
qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz. 
 
◘İbrət  götürməyəndən  başqası  səbirli  hesab  olunmaz.  Nadanlıqdan 
böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən 
(özünəpərəstiş,  eqoizm)  də  dəhşətli  tənhalıq  yoxdur.  Məşvərət 
etməkdən gözəl həmkarlıq yoxdur. 
 
◘Tədbir  əqlin  ən  gözəl  nümunəsidir.  Xoşxasiyyətlik  ən  yaxşı  əsl-
nəcabətdir.  Günahdan  çəkinmək  kimi  pərhizkarlıq  yoxdur.  Təfəkkür 
kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur. 
 
◘Həddi-büluğa  çatan  heç  kəs  yetim  hesab  olunmur.  Əmanətdar 
olmayan  kəsin  imanı  yoxdur,  əhdə  vəfa  etməyənin  də  dini  yoxdur. 
(Yəni, din və imanları zəifdir.) 
 
◘Üç  gündən  artıq  küsülü  qalmaq  olmaz.  İstiğfar  (bağışlanma 
diləmək)  vasitəsilə  böyük  günah  qalmaz,  təkrar  vasitəsilə  kiçik  günah 
(yəni  kiçik  günahları  təkrarlamağın  özü)  böyük  günahdır.  Dini  üçün 
qəm çəkməkdən başqa qüssə yoxdur. 
 


 
29 
◘Quran  oxuyan  bəndə  fəqirlik  görməz.  Ehtiyat  müqəddər  olunan 
şeyin qarşısını alır. Mömin ehtiyatı əldən verib qəflətə düşməz. Başçısı 
qadın olan millət doğruluğun üzünü  görməz. Gərək mömin özünü xar 
etməsin.  İkiüzlü adam Allah  yanında etibarlı deyil. Ata-ana və ədalətli 
imamdan  başqasına  yaltaqlanmaq  rəva  deyil.  Allaha  günah  etməkdən 
ötrü  heç  kəsə  itaət  etmək  olmaz.  Söz  gəzdirənlər  əsla  behiştə  getməz 
(tövbə  edənlərdən  başqa).  Qonşusu  ondan  amanda  olmayan  heç  bir 
bəndə behiştə getməz. 
 
◘Müsəlmanı  qorxutmaq  heç  bir  müsəlmana  halal  deyil.  Heç  bir 
müsəlmana  rəva  deyil  ki,  üç  gündən  artıq  öz  müsəlman  qardaşından 
ayrı  gəzsin.  (küssün)  Sərvətli  və  ya  işləmək  qüdrəti  olan  şəxslərə 
sədəqə  halal  deyil.  Nə  qədər  ki,  bir  kəsin  qəlbi  düzəlməyib,  imanı  da 
düzəlməz,  nə  qədər  ki,  bir  kəsin  dili  düzəlməyib,  qəlbi  də  düzəlməz. 
Özü üçün istədiyi xeyri mömin qardaşı üçün istəməyən bəndənin imanı 
yoxdur. 
 
◘Nə  qədər  ki,  bir  kəs  ona  yetişən  şeyin  qarşısını  almaq  və  ona 
yetişməyən  şeyi  ələ  gətirmək  imkanının  öz  əlində  olmadığını  dərk 
etməyib,  imanın  həqiqətinə  çatmaz  (yəni  Allahın  qəza  və  qədərinə 
imanlı  olsun).  Sizlərdən  heç  birinin  imanı  dilinə  hakim  olmadığı 
müddətdə  kamil  olmaz.  Camaata  rəhm  etməyən  şəxsə  Allah  da  rəhm 
etməz.  Mümkün  deyil  ki,  mömin  tox  olsun  qonşusu  ac.  Heç  bir  alim 
behiştə çatana qədər elmdən doymaz. 
 
◘İnsanlar  getdikcə  paxıl  olarlar  və  qiyamət  qopan  zaman  Həzrət 
Mehdi (ə) və Məryəm oğlu İsadan (ə) başqa yer üzü şər insanlarla dolu 
olar. Nə qədər ki,  yer üzündə kişilər az, qadınlar çox olmayıb qiyamət 
bərpa  olmaz.  Hər  kəs  bir  bəndənin  bədənini  örtsə  (onu  geyindirsə), 
Allah  da  qiyamət  günü  onun  bədənini  örtər.  Sənin  haqqına  riayət 
etməyən və səninlə oturub duran adamda xeyir yoxdur. Gözlərini əldən 
verən, lakin Allaha xatir səbr edən hər bir bəndə behiştə daxil olar. Heç 
kəs, nə qədər ki, harama düşməmək üçün şübhəli işlərdən çəkinməyir, 
pərhizkar  hesab  olunmaz.  Mənim  ümmətimdən  bir  dəstə  Allahın 
hökmü  gələnə  qədər  haqdan  ayrı  düşməz.  Kişinin  canı  davamlı  olaraq 
öləndən sonra nə qədər ki, ödənməyib öz borcundan asılıdır. Namazın 
intizarında  olan  bəndə  üçün  həmin  müddətdə  namaz  savabı  yazılar. 
Mömin  qardaşını  məzəmmət  etmə!  Çünki,  ola  bilsin  Allah  ona  afiyət 
versin, səni isə giriftar etsin. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə