149
◘Hər kim dörd əməli yerinə yetirsə Allah-təala behiştdə onun üçün
bir bulaq (yaxud, çay) axıdar; oruc tutsa, xəstəni yoluxsa, dəfn
mərasimində iştirak etsə və yoxsula sədəqə versə.
◘Allah öz bəndələrindən ötrü dörd lütf və mərhəməti həyata keçirib.
Bu dörd lütf ola-ola bədbəxt adamdan başqa heç kəs həlak olmaz:
1. Bir kəs hər hansı bir xeyir iş görmək istəsə, lakin onu yerinə yetirə
bilməsə Allah onun üçün bir savab yazar.
2. Əgər yerinə yetirə bilsə ondan ötrü on savab yazılar.
3. Günah bir iş görmək istəsə, lakin həyata keçirməsə onun üçün heç
bir günah yazılmaz.
4. Lakin günahı həyata keçirsə ona yeddi saat möhlət verilər. Onun
yaxşı əməllərini yazmaqdan ötrü təyin olunmuş mələklər günah işləri
yazmaqdan ötrü məmur olunmuş mələklərə deyər: “Bu işi yazmağa
tələsmə. Çünki ola bilsin ki, hər hansı bir yaxşı iş vasitəsi ilə bu günahı
aradan aparar. Çünki, Allah-təala buyurub: “Yaxşı işlər, pis işləri
aradan aparar.” Əgər yeddi saat gözlədikdən sonra da bəndə heç bir
xeyir əməl yerinə yetirməsə, yaxud həmin günahından tövbə etməsə,
savab işləri yazan mələk günahları yazana deyər: “İndi artıq bu məhrum
bədbəxtin günahını yaz.”
◘Riya barəsində Allahdan qorxun. Çünki, riya Allaha şərik
qoşmaqdır. Riyakarları Qiyamət günündə dörd adla səsləyib deyərlər;
“Ey kafir! Ey facir! (yəni, günahkar) Ey xəyanətkar! Ey ziyankar!
Əməllərin xarab, savabın batil oldu. Bu gün heç bir payın yoxdur.
Kimin üçün iş görmüsənsə, get əvəzini də ondan al!
◘Dörd şey insan üçün xoşbəxtlikdir: Ləyaqətli qadın, xeyirli övladlar,
yaxşı dostlar və öz vətənində ruzi.
◘Bədbəxtliyin nişanəsi dörd şeydir: Keçmiş günahları unutmaq
(halbuki, həmin günahlar ilahi dəftərdə qorunub saxlanılır.), yerinə
yetirdiyi yaxşı işləri yadda saxlamaq (halbuki, məlum deyil qəbul
olunub, ya yox), dünya işlərində yüksəkdən getmək və onlara önəm
vermək, axirət işlərini isə yüngül tutub, onlara əhəmiyyətsiz sanmaq.
◘Xoşbəxtliyin də dörd əlaməti var: Daim keçmiş günahları
xatırlamaq, gördüyü xeyir işləri unutmaq, dünya işlərində çox da
yuxarıdan getməmək, axirət işlərini də yüngül tutmamaq.
150
◘Əql və şüura sahib olan məxluqat dörddür: Məlaikələr, şeytanlar,
cinlər və insanlar. Bu dörd qrupun doxsan faizi mələklər, on faizi
şeytan, cin və insanlardan ibarətdir. Həmin bu üç dəstədən də doxsan
faizi şeytandan ibarətdir, on faizi cinlərdən və insanlardan. Bu iki
dəstənin də doxsan faizi cinlər, on faizini isə insanlar təşkil edir.
◘Dörd şey orucu və görülən hər bir xeyir işi xarab edər: Qeybət,
yalan, söz gəzdirmək və naməhrəmə baxmaq. (Yəni, qəbul olunmasının
qarşısını alar, nəinki, onun səhihliyini batil edər).
◘Yeməkdə dörd şey cəm olsa, yemək kamil olar: Halal yolla ələ
gəlsin, həmin yeməyə çox əl uzansın, əvvəlində “Bismillah”, axırında
isə “Əlhəmdulillah” deyilmiş olsun.
◘Yer üzərində olan evlərin dörd ən möhtərəm olanı bunlardır: Kəbə,
Beytül-müqəddəs, içində Quran oxunan ev və məscidlər. Bütün
məscidlərdən ən üstünü isə Peyğəmbər (s) məscidi və Kufə məscididir.
Allah yanında ən üstün kəslər peyğəmbərlər, onların vəsiləri və
günahdan peşman olan tövbəkarlardır. Qadınların ən yaxşısı ərlərinə
itaət edən və evlərində oturan möminə qadınlardır. Günahı tərk edərək,
Allahdan bağışlanma diləmək və bir daha həmin günaha qayıtmamağı
qərara almaq tövbədir. Hər kəs Allah qorxusundan və Onunla görüşmə
xofundan ağlasa behiştə daxil olar.
◘Peyğəmbər (s) bəzən bu duanı oxuyardı: “İlahi dörd şeydən Sənə
sığınıram; faydası olmayan elmdən, ram olmayan qəlbdən, doymayan
nəfsdən və qəbul olunmayan duadan.
◘Öz bığını qısaltmayan kəs dörd əzaba mübtəla olar: Mənim
şəfaətimə nail olmaz, Kövsər hovuzundan içməz, qəbir əzabına düçar
olar, Nəkir və Münkər də onun qəbrinə qəzəbli halda daxil olar.
(Hədisdə batil əqidəli sufilərin özbaşına və cəlbedici görünməkdən ötrü
bığ saxlama tərzinə işarə olunub.)
◘Mömin dörd şeyi tərk etməyincə əzabdan amanda ola bilməz:
Simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür.
◘Dörd gövhər var ki, dörd şey vasitəsi ilə xarab olar: Əql qəzəblə, din
həsəd və paxıllıqla, həya tamahla, saleh əməl də qeybət vasitəsilə.
151
◘Dörd şey səbəb olar ki, insan Qiyamət gününün dəhşətli
qorxusundan amanda qalar: Nemət vaxtı şükür etmək, günahdan
istiğfar etmək, müsibət və bəla zamanı “inna lillah və inna iləyhi
raciun” (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik), ehtiyac və
qorxu anlarında Allaha üz tutmaq.
◘Hər kəs dörd nemətə sahib olubsa, ona dünya və axirət xeyri verilib
və hər iki dünyadan bəhrələnib: Onu günahdan qoruyan təqva, camaatla
keçinə biləcək xoş xasiyyət, insanların nadanlıq və axmaqlığını dəf edə
biləcək səbir və həlimlik və nəhayət, işlərində ona kömək edən
ləyaqətli qadın.
◘Hər kəs dörd şeyə malikdirsə ona hər iki dünyanın xeyri əta olunub:
Şükür edən qəlb, zikr edən dil, qüvvətli və möhkəm bədən və ləyaqətli
qadın.
◘Qiyamət günü Allah dörd kəsi dörd təbəqədən ötrü höccət qərar
verər; (nümunə göstərər) Süleymanı (ə) varlı və dövlətlilərə, İsanı (ə)
kasıb və yoxsullara, Yusifi (ə) qullara, Əyyubu (ə) isə xəstələrə. Ən uca
salamlar olsun bu pak peyğəmbərlərə!
◘Dörd şey dörd məqsəddən ötrü yaradılıb: Mal-dövlət yığıb
saxlamaqdan ötrü yox, xərcləməkdən ötrü yaradılıb, elm mübahisə və
höcət aparmaqdan ötrü yox, əməl etmək üçün yaradılıb, bəndə xoş
ömür güzəran keçirməkdən ötrü deyil, dünya da bəndəlikdən ötrü
yaranıb, nəinki, abad etməkdən ötrü deyil, ibrət almaqdan ötrü
yaradılıb.
◘Bir gün Peyğəmbər (s) buyurdu: “Dörd şey möminlər üçün vacib
məsələlərdəndir: Gözəl minik, geniş ev, yaraşıqlı paltar və parlaq
çırağ.” Soruşdular: “Ey Allahın rəsulu, bunlardan bizim yoxumuzdur.
Sənin bu söylədiklərində məqsəd nədir?” Buyurdu: ”Gözəl minik əql,
geniş ev səbir, yaraşıqlı paltar həya və nəhayət, işıqlı çıraq isə elmdir.”
◘Dörd şey var ki, onlardan hər hansı biri bir evdə olsa ev xarabaya
çevrilər və xeyir-bərəkət üzü görməz: Xəyanət, oğurluq, şərab və zina.
◘Əbuzərə buyurdu: “Ey Əbuzər, dörd xüsusiyyət var ki, mömindən
başqa heç kəsdə tapılmaz, ibadətin əvvəli hesab olunan sükut (lazımsız
və faydası olmayan sözlərdən), Allahdan ötrü təvazö, hər zaman və hər
bir halda Allahı yad etmək və kasıbçılığa səbr etmək.”
Dostları ilə paylaş: |