89
◘Qiyamət günü üç dəstə insan müşkdən də ətirli təpənin üstündə
qərar tutaraq məhşərin vahiməsindən, haqq-hesabdan amanda olarlar;
Allah xatirinə Quran oxuyanlar, namaz qılanların ondan razı olduğu
imam-camaat və məsciddə Allah rizasından ötrü azan deyənlər.
◘Üç nəfər hesabsız behiştə daxil olar. Birincisi, (fəqirliyin
şiddətindən) köynəyini yuyub, geyinməyə başqa bir paltar tapmayan
şəxs, digəri odur ki, mətbəxində iki növ xörək bişirməsin. Üçüncüsü isə
odur ki, bu gün yeməyə bir şeyi var, sabahın dərdini çəkmir.
◘Üç nəfər hesabsız cəhənnəmə gedər; başı ağarmış zinakar, aqq-
valideyn və şərab içən.
◘Əgər Allah bir bəndəyə xeyir vermək istəsə onun dünyaya olan
rəğbətini azaldar, ona din elmi verər və ona eyiblərini göstərər. Hər
kəsə bu üç xüsusiyyət verilsə ona həm dünya, həm də axirət xeyri
verilib.
◘Dünyaya könül bağlayan hər bir kəs üç şeyə düçar olar; sonsuz
qəm-qüssəyə, (heç vaxt baş tutmayacaq) xam-xəyallara və çata
bilməyəcəyi ümidlərə.
◘Üç şey həlakətə, üç şey isə nicata səbəb olar. Həlakətə səbəb olan
şeylər bunlardır: paxıllıq, həvayi-nəfsə itaət etmək və özünü bəyənmək.
Nicata səbəb olan şeylər isə bunlardır: gizlində və aşkarda Allahdan
qorxmaq, yoxsulluq və varlılıq zamanı orta həddə riayət etmək, qəzəb
və xoşhal olan zaman ədalətli olmaq (yəni, nə qəzəb onu haqq yolundan
yayındırsın və nə də fərəh və sevinc).
◘Peyğəmbərdən (s) soruşdular: “Fəqirlik nədir?” Buyurdu: “Allahın
xəzinələrindən biri.” Yenə də soruşdular: “Fəqirlik nədir?” Buyurdu:
“Haqq-təala tərəfindən olan bir lütf.” Üçüncü dəfə də təkrar etdilər.
Buyurdu: “Elə bir şeydir ki, Allah onu risalət məqamına malik olan
peyğəmbərdən və Allah yanında xüsusi hörmətə malik olan
möminlərdən başqasına verməz.”
Sonra yenə də buyurdu: “Fəqirlik ölümdən daha şiddətlidir. Həzrət
İbrahimə (ə) vəhy oldu: “Biz səni yaratdıq və Nəmrudun atəşi vasitəsi
ilə səni imtahan etdik. Əgər fəqirliklə imtahan edib səndən səbri alsaq
onda nə edəcəksən?” İbrahim peyğəmbər (ə) ərz etdi: “Pərvərdigara!
Məgər fəqirlik Nəmrudun atəşindən də yandırıb-yaxandır?” Xitab
olundu: “And olsun Öz izzət və cəlalıma! Göylərdə və yerdə
90
fəqirlikdən də şiddətli bəla yaratmamışam.” Soruşdu: “Ac insanı
doyuran kəsin mükafatı nədir?” Buyurdu: “Bağışlanma.”
Sonra Peyğəmbər (s) əlavə etdi: “Əgər Allahın rəhməti mənim
ümmətimin fəqirlərinin əlindən tutmasa, onlar küfr sərhədlərini aşarlar.
(Bu hədisdən belə nəticəyə gəlmək olur ki, fəqirlik çox çətindir, lakin
səbir və lazımı vəzifələri yerinə yetirməklə yanaşı olsa yüksək və
dəyərli məqama səbəb olar.)
◘Fəqirlər Peyğəmbərə (s) ərz etdilər: “Varlılar behişti özlərinə nəsib
etdilər. Çünki, həcc və ümrə ziyarətlərini yerinə yetirirlər, sədəqə
verirlər, bizim isə bu ibadətə imkanımız çatmır.” Peyğəmbər (s)
buyurdu: “Sizlərdən hər hansı biriniz Allaha xatir fəqirliyə səbr etsə
ona heç bir varlının sahib olmadığı üç mükafat əta olunar. Birincisi
budur: Behiştdə bir mənzil var. Həmin mənzil behişt əhli üzərində
parlaq bir ulduz kimi saçır. Bu mənzilə daxil olmaqdan ötrü
peyğəmbər, fəqir, fəqir şəhid, ya da fəqir mömindən başqa heç kəsə
icazə verməzlər. İkincisi budur: Fəqirlər varlılardan beş yüz il əvvəl
behiştə daxil olarlar. Üçüncüsü isə budur: (Allah fəqirlərin ibadətlərinə
daha artıq savab verər.) Məsələn, əgər fəqir və varlı hər ikisi
“Sübhanəllahi-vəlhəmdu lillahi-və la ilahə illəllahu-vallahu əkbər”
desə, on min dirhəm pul infaq etsə də varlının savabı fəqirdən azdır.
Həmçinin digər yaxşı işlər də bu cür.
Fəqirlər dedilər: “İndi razı olduq.”
◘Qiyamət günü peyğəmbərlərdən başqa üç dəstə insan da şəfaət edər;
alim, mömin və imanlı xidmətçi (yəni, camaatın xidmətində duran) və
səbirli fəqirlər.
◘Atalar üç cürdür. Biri insanın yaradılış vasitəsi olan (doğma ata),
ikincisi qayınata, üçüncüsü isə insana elm öyrədən müəllim, ya ustad.
◘Dünyanın zinəti üç şeydir; var-dövlət, övlad və qadın. Axirətin də
zinəti üç şeydir; elm, pəhrizkarlıq və sədəqə. Bədənin də zinəti üç
şeydir; az yemək, az yatmaq və az danışmaq. Qəlbin də zinəti üç şeydir;
səbr, sükut və şükür.
◘Gün ərzində bir dəfə yemək yeyən ac deyil (yəni, ac hesab
olunmur), iki dəfə yeyən abid deyil, üç dəfə yeyəni dördayaqlıların
yanına bağlayın. (Burada məqsəd ətdən hazırlanmış xörəkdir. Red.)
91
◘Allah mənə üç imtiyaz verib, Əli onların üçünə də şərikdir. Üç
imtiyaz da Əliyə verib, lakin mən onlara şərik deyiləm. Soruşdular:
“Müştərək olan üç imtiyaz hansılardır?” Buyurdu: “Biri “Həmd”
bayrağıdır ki, Əli onun bayraqdarıdır. Digəri “Kövsər” hovuzudur ki,
Əli onun saqisidir. Üçüncüsü isə behişt və cəhənnəmin ixtiyarıdır ki,
Əli onları ayırandır. Əliyə məxsus olan üç imtiyaz isə bunlardır: Mənim
kimi qayınatası var, Fatimə kimi həyat yoldaşı var, Həsən və Hüseyn
kimi övladları var ki, mən bunların heç birinə sahib deyiləm.
◘Əql üç hissədən ibarətdir; üçünə də sahib olan aqildir, heç birinə
malik olmayan axmaq. Həmin üç hissə bunlardır; Allahı səhih və
doğru-düzgün şəkildə tanıma, Allaha gözəl itaət və Allah barəsində xoş
gümanda olmaq.
◘Üç şey hafizəni qüvvətləndirər; misvak (dişləri yumaq), oruc və
Quran oxumaq.
◘Hər kəs bığını qısaltsa Allah ona üç nur əta edər. Biri üzündə olar,
digəri qəbrində, üçüncüsü isə qiyamətdə ona verilər. Eyni zamanda, üç
əzabı da ondan götürər; birincisi qəbir əzabı, ikincisi Nəkir və
Münkərin əzabı, üçüncüsü isə Qiyamət çətinliyini.
◘Əllər üç cürdür; alan, verən, qoruyan. Bunların ən üstünü verən
əldir.
◘Əllər üç qismdir. Birincisi Allahın əlidir, bəxşiş əta edəndir və
hamıdan yüksəkdədir. İkincisi kərimlərin əlidir və bu ikinci dərəcəlidir.
Üçüncüsü isə hamısından aşağı olan əldir. Bəs elə isə bacardığınız
qədər dilənməkdən özünüzü saxlayın. And olsun canım əlində olduğu
Allaha! Bir kəs ip götürüb həmin ipin arasında ucları bir-birinə
çatmayacaq qədər odun toplayıb aparıb onu bazarda xurmanın dörddə
birinə satsa camaat qarşısında əlini açıb dilənməkdən (bir şey
verəcəklər, ya yox) qat-qat yaxşıdır.
◘Quran öyrənənlər üç dəstədir. Bir hissəsi Quranı özləri üçün qazanc
vasitəsi qərar veriblər. Bu vasitə ilə padşahların hüzuruna yol tapıb var-
dövlət ələ keçirirlər, yaxud da onu təkəbbür və böyüklük vasitəsi qərar
verirlər. Digər hissəsi diqqətlərini yalnız onun (Quranın) sözlərinin
düzgün oxunuşuna yönəldirlər, mənalarına isə fikir vermirlər. Üçüncü
dəstə isə Quranı öz dərdlərinin dərmanı qərar veriblər. Onun
təlimlərinin kölgəsi altında gecələr oyaq, gündüzlər susuz olar,
Dostları ilə paylaş: |