Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 1,49 Mb.
səhifə28/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

İYİRMİ SӘKKİZİNCİ DӘRS

HӘSӘD


Mənfi xüsusiyyətlərdən və böyük günahlardan biri də «həsəd»dir. İctimai münasibətlərdə insanlar arasında kin-küdurət və ədavətin yaranmasına səbəb olan amillərdən biri də məhz həsəddir. Qurani-Kərimdə Adəm (ə)-ın yaradılışından söhbət açılarkən yer üzərində baş verən ilk günahın həsəd üzündən baş verdiyinə işarə olunur. Məhz bu xislət İblisin cənnətdən qovulmasına və tarixdə ilk dəfə yer üzərində qan tökülməsinə səbəb olur. O gündən etibarən bu Şeytani xislət qəlblərdə özünə yer etmiş və minlərlə haqsız insanın qanının tökülməsinə, kin-küdurətin yaranmasına səbəb olmuşdur.

HӘSӘDİN TӘRİFİ VӘ NÖVLӘRİ


Həsəd – hər hansı bir şəxsin başqa birisinin malik olduğu ilahi nemətlərdən (istər maddi olsun, istərsə də mənəvi) məhrum olmasını arzu etməsinə deyilir. Belə şəxslər bəzən bu yolda əzab-əziyyətə qatlaşmağa belə hazır olarlar.

HӘSӘDİN NÖVLӘRİ


1. Özündə olmasını arzu etməsə belə, başqasının hər hansı bir nemətdən məhrum olmasını istəyər;

2. Başqa birisinin malik olduğu hər hansı bir şeydən məhrum olmasını arzu etməklə yanaşı, özünün də həmin şeyə malik olmasını istəyər;

3. Həmin şeyin özündə olmasını istəməsə də, ona oxşarına malik olmasını arzu edər. Әldə etmədikdə isə başqalarının həmin şeydən məhrum olmasını istəyər;

4. Başqalarının malik olduqları şeylərin oxşarını özündə də olmasını arzu edər və eyni zamanda onların da malik olduğu şeylərdən məhrum olmalarını istəməz.

Yuxarıda qeyd olunan dörd xüsusiyyətdən üçü mənfi, sonuncu xüsusiyyət isə müsbətdir və buna «qibtə» deyilir. Qibtə nəinki mənfi xüsusiyyət deyil, əksinə insanın əxlaq və mənəviyyatının təkamülünə də səbəb olur. Bə᾿zən insan başqalarına qibtə etməklə onların malik olduqları şeyləri əldə etmək üçün zəhmətə qatlaşmalı olur və bununla yanaşı başqalarının da zərər çəkmələrini arzu etmir.

İmam Sadiq (ə) bu haqda buyurur:

Möminlər qibtə edər, lakin həsəd aparmazlar, münafiqlər isə həsəd aparar, lakin qibtə etməzlər.1

QURANIN HӘSӘDӘ OLAN BAXIŞI


Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:

1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!

2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;

3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;

4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;

5. Və bir də paxılın şərindən!»1

Başqa bir ayədə Allah-taala möminlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:



«Allahın [maddi, yaxud mənəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir».2

Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi nemətləri istəməsini əmr edir:



«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!»3

Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri sə᾿ylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:



«[Ey möminlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər...»4

NӘQL OLUNMUŞ RӘVAYӘTLӘRDӘ HӘSӘD VӘ HӘSӘD EDӘN ŞӘXSLӘR HAQDA


Peyğəmbər (s)-dan nəql olunur ki, Allah-taala Musa (ə)-a xitab edərək buyurur:

Ey İmran oğlu! Camaata verdiklərimə göz dikib həsəd aparma və nəfsini [gördüklərinə] tabe etmə. Çünki, həsəd aparan şəxslər verdiyim nemətlərdən narazı qalıb bəndələrim arasında böldüyüm nemətləri əldə etmək istəyər.5

Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurur:

«Allahın nemətlərinə təcavüz etməyin»

Səhabələr soruşdu:

«Ya Rəsuləllah, kimlər Allahın nemətlərinə təcavüz edərlər?

Buyurdu:

Başqalarına həsəd aparan kəslər.1

Әli (ə) buyurur:

Həsəd sağalmayan bir xəstəlikdir.2


Həsəd ruhun zindanıdır.3

Həsəd xəstəliklərin ən ağırıdır.4

Həsəd pisliklərin mənbəyidir.5

Həsədin verdiyi səmərə dünya və axirət bədbəxtçiliyidir.6

Həsədi tərk edənlər insanların ən sevimlisidir.7

Həsəd aparan şəxslərə gəldikdə isə, Әli (ə) buyurur:

Həsəd aparan şəxslər bol-bol həsrət çəkər və neçə bərabərində günaha düçar olarlar.8

Həsəd aparan şəxslər heç vaxt faydalanmazlar.9

Həsəd aparan şəxslərə insanların malik olduqları nemətləri itirmələrindən başqa heç nə rahatlıq gətirmir.10

Həsəd aparan şəxslər başqalarının qəm-qüssəsində sevinər, onların sevincində isə kədərlənərlər. (Mustədrək, 12-ci cild, 55-ci fəsil, 13401-ci hədis).

Həsəd aparan şəxslər hər hansı bir şəxsin nə isə əldən verməsini özünə qənimət hesab edər.11

Həsəd aparan şəxslər dostluğunu dildə aşkar edər, düşmənçiliyini isə qəlbində gizli saxlayar. Bunun üçün də onların adı dost, xisləti isə düşməndir.12

Dostların ən pisi həsəd aparan şəxslərdir.13

İmam Sadiq (ə) həsəd aparan şəxslər barədə buyurur:

Paxıl və xəsislər heç nədən rahatlıq tapmadıqları kimi, həsəd aparan şəxslər də heç nədən ləzzət almazlar.14

Həsəd aparan şəxslər İblis kimi ziyanı başqalarına vurmazdan əvvəl özlərinə vurarlar. Belə ki, o, Adəmə həsəd aparmaqla özünün lənətlənməsinə, Adəm (ə)-ın isə peyğəmbərliyə seçilməsinə səbəb oldu.15

Küfrün əsasını üç şey təşkil edir: Təkəbbür, həsəd və tamah.16

Həsədin əsasını Allahın fəzl və kəramətini inkar etmək təşkil edir. Bu iki şey küfrün qanadlarıdır. Adəm övladının əbədi həsrətə və bir daha nicat tapmamasına səbəb olan şey məhz həsəd oldu.1

Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həsəd, imanı zəiflədən və cismi sağlamlığa xələl gətirən amillərdən biri hesab olunur.

Әli (ə) bu haqda buyurur:

Başqalarına həsəd aparmayın. Alov odunu yandırdığı kimi, həsəd də imanı məhv edib aradan aparır.2

Qar suda əriyib yoxa çıxdığı kimi, həsəd də imanı qəlblərdə əridib məhv edir.

Həzrət Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur:

«Agah olun ki, sizdən əvvəlki ümmətin sorağına gələn xəstəlik (həsəd), sizin də sorağınıza gəlmişdir. O, sizin başınızdan bir tük də əskik etməz, lakin dininizi məhv edib aradan aparar.3

İmam Sadiq (ə) buyurur:

Dinə xələl gətirəcək şeylər həsəd, xudbinlik və özünü başqalarından üstün tutmaq hissidir.4

Әli (ə) həsədi cismi xəstəlik, onun tərk olunmasını isə sağlamlıq hesab edir. Bu haqda buyurur:

Həsəd aparan şəxslər daim xəstə olarlar.5

Həsəd cismi süst və zəif edər.6

Həsəd aparan şəxslərin sağlamlıqdan xəbərsiz olmaları çox qəribədir.7

Cismi sağlamlıq həsədin azalmasından asılıdır.8

HӘSӘDӘ SӘBӘB OLAN AMİLLӘR


Həsədin böyük günahlardan olduğu və onun qoyduğu mənfi təsir haqda ümumi məlumat əldə etdik. Belə bir ağır ruhi xəstəlikdən yaxa qurtarmaq üçün insan hər şeydən əvvəl bunun səbəblərini araşdırmalı və onlarla mübarizə aparmalıdır.

Әxlaq alimləri həsədə səbəb olan yeddi əsas amilə işarə etmişlər:



1. Xəbislik;

Bir çoxlarında həsədin yaranması xəbislik və paxıllıq hissindən doğur. Heç bir əlaqə və düşmənçiliyin olmasına baxmayaraq, onlar camaatın narahatçılıqlarına sevinər, uğur və müvəffəqiyyətlərinə isə narahat olarlar. Bu səbəbdən də onlar kimsənin öz hədəf və məqsədinə çatmasını arzu etməzlər.



2. Düşmənçilik;

Həsədə səbəb olan amillərdən biri də ədavət və düşmənçilikdir. Belə ki, həsəd aparan şəxs düşməninin çətinliklə qarşılaşdığını gördükdə sevinir, onun uğur və müvəffəqiyyət qazandığını gördükdə isə kədərlənir və daxili sarsıntı keçirməyə başlayır.



3. Məqam və var-dövlət sevgisi;

Həsədə səbəb olan amillərdən biri də insanın təqribən dəyişilməz həyat tərzi keçirməsindən irəli gəlir. O, qarşısında rəqib gördükdə dərhal ona qarşı həsəd aparmağa başlayır. Məsələn, ən gözəl «sənətkar» adını almış və ya hamıdan daha çox var-dövlət sahibi olan bir şəxs başqa birisinin ondan daha çox şöhrət tapmasını və ya daha çox var-dövlət sahibi olduğunu eşitdikdə onlara qarşı həsəd aparmağa başlayır və tez bir zamanda uğursuzluğa düçar olmalarını arzu edir.



4. Rəqabət;

Bu hiss adətən yüksək məqam və dərəcəyə nail olmaq istəyən şəxslərdə özünü büruzə verir. Yalnız bir nəfər birinci yerə (və ya ən yüksək məqama) çatdığı üçün başqaları onun yerini tutmaq istədikləri üçün daim ona həsəd apararlar.



5. Təkəbbür;

Bəzi həsəd aparan şəxslər təkəbbürlü olduqları üçün başqalarının müvəffəqiyyət və inkişafını görmək istəməzlər. Çünki təkəbbürlü şəxs öz qarşısında hamının kiçilməsini istədiyi üçün, onları özündən aciz görmək istəyir. Belə ki, başqalarının yüksəlməsi onların qarşılarında kiçilmələrinə bir dəfəlik son qoymuş olur.



6. Xudpəsəndlik;

Bəzi xudpəsənd insanlar özlərini başqalarından üstün tutduqları üçün başqalarının müvəffəqiyyətinə həsəd apararlar. Xudpəsəndlik təkəbbürdən bir qədər fərqlidir. Belə ki, təkəbbürlü şəxslər özlərinin başqalarından üstün olmağını istəyərlər. Bu dəstəyə aid olanlar isə nə başqalarının onlardan üstün olmalarını istəyər və nə də özləri buna can atarlar.



7. Təəccüb.

Bəzi həsəd aparan şəxslər başqalarına hər hansı bir nemət nəsib olduqda, onların əldə etdikləri şeylərə layiq olmadıqlarını görüb buna təəccüb edər və onların əldə etdiklərindən məhrum olmalarını istəyərlər.


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Həsədin tərifini deyin.

2. Həsədin növlərini bəyan edin.

3. Qibtə nədir?

4. Nəql olunmuş hədislərdən istifadə etməklə, həsədin münafiq xüsusiyyəti olmasını izah edin?

5. Həsəd imana nə kimi təsir göstərir?

6. Həsədə səbəb olan amilləri ixtisarla bəyan edin.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə