Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 1,49 Mb.
səhifə48/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

QIRX SӘKKİZİNCİ DӘRS

AYAQ YOLUNUN QAYDALARI


Mə᾿sum övliyaların bə᾿zən paltar, mənzil və ətraf mühitin təmizliyi haqda etdikləri tövsiyələrlə tanış olduqdan sonra, ayaq yolunun qayda-qanunları və oranın təmizliyi barədə olunan dəyərli tövsiyələrə işarə etməyi məqsədə uyğun hesab edirik.

CAMAATDAN UZAQ OLMALI


Yaşayış yerlərində tikilən ayaq yolu mümkün qədər gizli və nəzərə çarpmayan yerlərdə olmalıdır. Səhra və açıq havada isə ayaq yoluna getmək istərkən, dərə, təpələrin arxasında və ya aralıqlardan istifadə etmək lazımdır.

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Ayaq yoluna getmək istərkən hamının nəzərindən uzaq və gizli yerləri seçin».1

Başqa bir hədisdə buyurur:

Həzrət Loğmanın, oğluna etdiyi tövsiyələrin birində deyilir:

«Cəm halında bir yerə getdikdə onlarla çox məşvərət et, ayaq yoluna getmək istədikdə isə onlardan səni görməyəcəkləri məsafəyədək uzaq olmağa çalış».2

İmam Sadiq (ə) buyurur:

«Həzrət Loğmana verilən hikmət heç də onun var-dövləti, fiziki sağlamlığı və ya gözəlliyinə görə bəxş olunmamışdır. O, olduqca təqvalı, pəhrizkar, sakit və daim ilahi əmrlərə müt᾿i olan bir şəxs idi. Olduqca həyalı olduğu üçün kimsə onu nə qüsl alarkən, nə də ayaq yoluna gedərkən görə bilərdi. Məhz bu xüsusiyyətlərinə görə ona ilahi hikmət bəxş olundu».3


ÖVRӘT ÖRTÜLÜ OLMALI


Hər bir müsəlman bütün hallarda, xüsusilə də ayaq yoluna gedərkən öz övrətini başqalarından gizli saxlamağa çalışmalıdır. Həmçinin birinin başqa birisinin övrətinə baxması da haram və böyük günah hesab olunur. Peyğəmbər (s) özünün «Mənahi» adlı hədisində buyurur:

«Çarəsizlikdən açıq havada qüsl aldıqda övrətinizi başqalarından gizli saxlayın. Hamamda qüsl aldıqda belə hökmən övrətinizi fitə ilə örtün. İstər kişilər, istərsə də qadınlar bir-birlərinin övrətlərinə baxmamalıdırlar. Agah olun ki, belə şəxslərə yetmiş min mələk nifrin edər və lə᾿nət oxuyar. Allah-taala bilərəkdən müsəlman qardaşının və yad qadının övrətinə nəzər salan şəxsləri, tövbə etmədikdə münafiqlər arasına qoyaraq dünyalarını dəyişmədən böyük rüsvayçılıqla üzləşdirər».1

İmam Cə᾿fər Sadiq (ə) Nur surəsinin 30-cu ayəsinin izahında buyurur: «Qur᾿ani-kərimin bütün ayələrində övrətin qorunması barədə söhbət açıldıqda, bu ayə istisna olmaqla, zinadan qorumaq nəzərdə tutulur. Burada isə başqalarının övrətinə nəzər salmaq nəzərdə tutulur. Ayədə buyurulur:

«[Ya Məhəmməd!] Mö᾿min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar [və ya örtülü saxlasınlar]. Bu onlar üçün [ədəb-ərkan, təmizlik baxımdan] daha yaxşıdır».

NECӘ OTURMALI


Ayaq yolunda oturarkən nə arxa, nə də qabaq tərəf qibləyə olmamalıdır. Fiqhi bəhslərdə bu mətləbə toxunularaq deyilir: Ayaq yolunda ikən üzü və arxası qibləyə tərəf olan şəxslər günaha yol vermiş olurlar. Peyğəmbər (s) «Mənahi» hədisində bu mətləbə işarə edərək buyurur: «Ayaq yolunda olduğunuz zaman üzü və arxası qibləyə olmayın».2

Başqa bir hədisdə buyurur:

«Ayaq yolunda olduğunuz zaman üzü və ya arxası qibləyə tərəf deyil, şərq və ya qərb tərəfə oturun».3

Açıq havada ayaq yoluna getdikdə küləyin əks istiqamətində oturmamağı nəzərə almaq lazımdır. İmam Riza (ə)-dan ayaq yolunda necə oturmaq haqda soruşduqda buyurdu:

«Üzü və ya arxası küləyin əks istiqamətinə oturulmamalıdır».4

DANIŞIB SÖHBӘT ETMӘMӘLİ


Ayaq yolunda oturarkən heç kəslə danışılmamalı və Qur᾿an oxunulmamalıdır. Lakin azan vaxtı Allahı zikr edib zümzümə etməyin heç bir nöqsanı yoxdur.

İmam Riza (ə) buyurur: Peyğəmbər (s) ayaq yolunda ikən kimsəyə cavab verməyi və söhbət etməyi qadağan edərdi».5

Әli (ə) buyurur: «Yeddi halda Qur᾿an oxunmamalıdır: Rüku və səcdəyə gedərkən, hamam və ayaq yolunda olarkən, qadınlar heyz və nifas, kişi və qadınlar isə cünub halında olduqları zaman.»6

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Ayaq yolunda olduğunuz zaman azan səsini eşitdikdə müəzzinin dediklərini təkrar edib Allahı yad edin. Çünki yaxşı olar ki, Allah bütün hallarda yad edilsin».7

DİGӘR QAYDALAR


«Ayaq yoluna sol ayaqla daxil olub, oradan sağ ayaqla xaric olunmalıdır və ayaq üstə idrar olunmamalıdır».

İmam Sadiq (ə) buyurur: «Üzürsüz olaraq ayaq üstə idrar etmək və nəcasəti sağ əllə təmizləməklə insan özü-özünə zülm etmiş olur».1

Qayalıqlara, axarı olmayan sulara, habelə havaya səpərək idrar olunmamalıdır.

SUALLAR VӘ TAPŞIRIQLAR


1. İlahi hikmətin həzrət Loğmana verilməsinə nə səbəb olmuşdur?

2. Peyğəmbər (s) mö᾿min qardaşının övrətinə nəzər salan şəxslər barədə nə buyurur?

3. Ayaq yolunda hansı tərəfə oturmaq haram hesab olunur?

4. Ayaq yolunda kiminləsə danışıb və ya kiməsə cavab vermək qadağandırmı?

5. Ayaq yolunun qaydalarını ixtisarla bəyan edin.

QIRX DOQQUZUNCU DӘRS

YEMӘK VӘ İÇMӘYİN QAYDALARI


Yemək və içmək insan həyatının ən başlıca hissəsini təşkil edir. Həyatın bütün sahələrində olduğu kimi, islam fiqh və əxlaqı bu məsələyə xüsusi diqqət yetirmiş və öz davamçılarına dəyərli tövsiyə və göstərişlər vermişdir. Bir qədər əvvəl qeyd etdik ki, bu göstərişlərə əməl və riayət etmək həm insanın öz cismi sağlamlığına, həm də yaşadığı cəmiyyətdə başqalarının hüququna hörmət sayıldığı üçün, onun mövqe və şəxsiyyətinin daha da ucalmasına səbəb olur. Bu və növbəti dərsimizdə islamın yemək və içməyə dair etdiyi tövsiyə və göstərişlər haqda söhbət açacaq və bə᾿zi mətləblərin izahını verməyə çalışacağıq.

YEMӘYİN PAK VӘ HALALLIĞI


Hər bir müsəlman istifadə etdiyi qida məhsullarında hər şeydən əvvəl onun pak olmasına diqqət yetirməlidir. Belə ki, şəriət nöqteyi-nəzərindən nəcasətdən qida kimi istifadə etmək qətiyyətlə haram hesab olunur. Bunun üçün də hər bir müsəlman istifadə etdiyi qida məhsullarının halal və ya haram şeylərdən hazırlanmasına xüsusi diqqət yetirməlidir. Məsələn yediyi ət, əti halal olan heyvanların ətindən olmalı və şər᾿i qanunlara uyğun kəsilməlidir.

Yeməyin və ya qida məhsullarının hazırlanmasında da təmizlik ən başlıca şərtlərdən biri hesab olunur.

Mə᾿sum imamlar (ə) və islam alimləri bu fikirdə olmuşlar ki, yeməyin hazırlanmasında təmizliyə riayət etməmək və onun haram şeylərdən hazırlanması insanın mə᾿nəviyyatına, ruh və qəlbinin saflığına mənfi tə᾿sir göstərərək, onun ibadətdən uzaq düşməsinə səbəb olur. Bunu üçün də müxtəlif şəxslərdən və həmçinin təmizliyə riayət etməyən naşı şəxslərdən yemək məhsullarının alınmaması tövsiyə olunur. Lakin, bunu yalnız əxlaqi bir tövsiyə hesab etmək olar və biz aldığımız yemək məhsullarının natəmizliyinə yəqinlik hasil etməyənədək onu haram və natəmizlikdə ittiham edə bilmərik.

Bütün bunlarla yanaşı, yemək məhsullarının halal yolla əldə olunmasına xüsusi diqqət yetirmək lazımdır. Hər bir müsəlman özünün və ailəsinin yemək məhsullarını halal yolla tə᾿min etməklə yanaşı, illik gəlirinin xüms və zəkatını ödəməli və həmçinin başqalarının hazırladıqları yemək şeylərinin halal olub-olmamasına da diqqət yetirməlidir. Fiqh kitablarında bu məsələyə dair «Məkasibul muhərrimə-Halal qazanclar» adlı xüsusi fəsl ayrılmışdır. Bu haqda ətraflı mə᾿lumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.


ӘLLӘRİN YUYULMASI


Gün ərzində müxtəlif əşyalarla təmasda olduğumuz üçün əllər istər-istəməz çirklənməli olur. Bunun üçün də bir çox xəstəliklərin qarşısını almaq üçün yemək yeməzdən əvvəl əllərin təmizliyinə xüsusi diqqət yetirilməlidir.

Peyğəmbər (s) buyurur:

«Yemək yeməzdən əvvəl dəstəmaz almaq yoxsulluğu, yedikdən sonra dəstəmaz aldıqda isə dəlilik xəstəliyini aradan aparır. Həmçinin gözün görmə qabiliyyətini də gücləndirir».1

Başqa bir hədisdə buyurur:

«Xeyirxah işlərinizin artmasını istəyirsinizsə, yemək yeməzdən əvvəl dəstəmaz alın».2

İmam Sadiq (ə) buyurur:

«Yemək yeməzdən əvvəl və sonra əllərini yuyan şəxslər üçün yedikləri yemək daha bərəkətli olar və ömürlərinin sonunadək bol ruzi və əmin-amanlıq içində yaşayar».3

Səfvan Cəmmal, imam Sadiq (ə)-ın səhabələrindən nəql edərək deyir: Bir gün imam Sadiq (ə)-ın evində olduğum zaman yemək gətirdilər. Xidmətçi su və ləyən gətirdi və İmam (ə) yeməzdən əvvəl dəstəmaz aldı. Әllərini qurulamağa dəsmal verdikdə onu geri qaytarıb buyurdu:

«Әlimi elə həmin şeylərdən yudum.». Yə᾿ni, əllərimi təmasda olduğum şeylərin çirk və natəmizliyindən yuyub təmizlədim. Onlarla yenidən təmasda olacaqdımsa, yumaq nəyə lazım idi?

Səhabələrdən biri deyir: İmam Musa Kazim (ə) yemək yeməzdən əvvəl əllərini yudu, lakin qurulamadı. Yeməkdən sonra yuduqda isə əllərini qurulamaq üçün dəsmal istədi».4


SÜFRӘ ARXASINDA NECӘ OTURMALI


İnsan süfrə arxasında oturarkən, özünü Allah qarşısında son dərəcə təvazökar və ona bəxş etdiyi ne᾿mətlərin müqabilində qədirbilən olduğunu göstərməlidir. Bunun üçün də yaxşı olar ki, yemək süfrəsi yerdə açılsın.

Peyğəmbər (s) buyurur:

«Söykənərkən yemək yemirəm. Allah bəndəsi olduğum üçün adi bəndə kimi oturur, adi bəndə kimi də yemək yeyirəm».5

Әli (ə) buyurur: «Yemək süfrəsinin arxasına oturduğunuz zaman Allah bəndələri kimi yerdə oturun, ayaqlarınızı bir-birinin üstünə qoymayın və ya (heyvan kimi) iki əl və ayaqlarınız üstə oturmayın, bilin ki, Allah belə oturanlara nifrət edər».6

İmam Sadiq (ə) buyurur:

«Həzrət Məhəmməd (s) peyğəmbərliyə tə᾿yin olunduğu ilk gündən ömrünün sonunadək, yemək yediyi zaman heç bir yerə söykənməzdi. O, adi bəndələr kimi oturar, onlar kimi də yemək yeyərdi. Səbəbini soruşduqda buyurardı: «Allah qarşısında təvazökar olduğum üçün belə edirəm».7


ALLAHIN ADI İLӘ BAŞLAMALI


Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiyələrin birində buyurur: «Yemək yeməyə başlarkən «Bismillah», qurtardıqda isə Ona şükr edərək «Әlhəmdulillah» deyin. Belə etdikdə xeyirli işlərinizi yazan iki mələk istirahətin nə olduğunu bilməyəcəklər».1

Әli (ə) buyurur:

«O kəslərin sağlamlığına zəmanət verirəm ki, yemək yeməyə başlarkən Allahın adını çəkmiş olsunlar».2

İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Süfrədə olan bütün yeməkləri yeməzdən əvvəl «Bismillah» deməyi unudan şəxslərin, yeməyə başlamazdan əvvəl «Bismillah min əvvəlihi ila axirihi» deməsi məsləhətdir.»3

Әxlaq alimlərinin bir çoxu tövsiyə etmişlər ki, yemək yeməyə başlamazdan əvvəl «Bismillah» deməklə yanaşı, ağıza hər bir tikə qoyulduqda belə, Allahın adı çəkilsin. Belə etdikdə, yeməyin ləzzəti Allahı yad etməyə mane olmur.

NİYYӘT


İnsan yemək yedikdə ən başlıca məqsədi yeməklərin dadından ləzzət aparmaq deyil, Allah qarşısında ibadətlərini layiqincə yerinə yetirmək və əmli-saleh işlərə daha çox can atması olmalıdır.

Belə olduqda, insan ilə heyvan arasındakı fərq özünü bir daha büruzə verir. İnsanın yemək yeməsi, mə᾿nəvi dəyər taparaq müstəhəb bir əməl kimi Allahın razılığına səbəb olur.

Әli (ə) öz oğlu imam Həsən (ə)-a tövsiyə edərək buyurur: «Oğlum! Hər hansı bir isti və ya soyuq tikə və ya bir qurtum su içməzdən qabaq de: - İlahi! Yemək və içməklə Səndən xəstəliklərdən şəfa və sağlamlıq, Səndən layiqincə itaət etmək və şükrünü yerinə yetirməyə qüdrət istəyirəm. Yemək və içməkdən aldığım qüdrətdən Sənə ibadət etməyimə qadir et. Və mənə günahdan uzaq olmaq üçün ilham bəxş et! -demədən nə bir tikə çörək ye, nə də bir qurtum su iç».4

YEMӘK YEMӘYӘ NECӘ BAŞLAMALI


Süfrə arxasına oturduqdan sonra Allahın adını çəkib yeməyi sağ əllə yeməyə başlamaq lazımdır.

Səhabələrdən biri deyir: İmam Sadiq (ə)-dan sol əli ilə yeyən şəxslər barədə soruşduqda buyurdu: «Sol əllə bir şey yeməməli, içməməli və hər hansı bir iş görməməlidir.»5

Başqa bir rəvayətdə deyilir:

«Sağ əlinizlə yeyə bildiyiniz halda, sol əlinizlə yeməyin».6

Әli (ə) buyurur:

«Yeməyə başlamazdan əvvəl bir qədər duz yeyin. Әgər camaat duzun nə qədər xeyirli olduğunu bilsəydi, ona zəhər dərmanından daha üstünlük verərdilər».1

İmam Sadiq (ə) buyurur:

«Biz yemək yeməzdən əvvəl bir qədər duz yeyər və yeməkdən sonra bir qədər sirkə içərik».2


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Yemək yeyərkən hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifə nədən ibarətdir?

2. İslam nöqteyi-nəzərindən süfrə arxasında necə oturulmalıdır?

3. Yemək yeməyə necə başlamaq lazımdır?

4. Hansı niyyətlə yeyilib içilməlidir?



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə