Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 1,49 Mb.
səhifə58/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

ZİYARӘTİN QAYDALARI

1. QÜSL VӘ TӘHARӘT


Müqəddəs övliyaların qəbrini ziyarət etmək istəyən şəxslər yaxşı olar ki, bədən və paltarlarının təmizliyinə diqqət yetirib qüsl alsınlar.

2. QİBLӘYӘ TӘRӘF DURMALI


Ziyarət zamanı yaxşı olar ki, ziyarətçi üzünü qibləyə tərəf tutsun.

3. ӘDӘB VӘ EHTİRAM


Müqəddəs şəxslərin özlərini ziyarət edərkən qarşılarında hörmət və ehtiram göstərildiyi kimi, qəbirlərini ziyarət etdikdə də həmin ehtiramı qoruyub saxlamalı və yüksək əxlaq nümunəsi nümayiş etdirmək lazımdır.

4. ZİYARӘTGAHLAR


Yalnız salam verməklə olsa belə, yaxşı olar ki, rəvayətlərdə qeyd olunan yerlər ziyarət olunsun.

5. ZİYARӘT NAMAZI


Ziyarət etdikdən sonra yaxşı olar ki, ziyarət niyyəti ilə iki rük᾿ət ziyarət namazı qılınsın. Bunu da qeyd edək ki, ziyarət namazları yalnız Mə᾿sum imamlar (ə) üçün qılınmalıdır.

6. QUR᾿AN TİLAVӘTİ


Ziyarət etdikdən sonra yaxşı olar ki, Qur᾿an oxunub övliyaların ruhuna hədiyyə edilsin.

SUALLAR VӘ TAPŞIRIQLAR


1. Edilən dualarda Allahtanıma nə kimi rol oynayır?

2. Dua edərkən insan hansı hissləri keçirməlidir?

3. Dua etdikdə insan nə üçün başqalarından ümidini kəsməlidir?

4. Dua etməzdən əvvəl nə kimi işlər görmək lazımdır?

5. Dua edərkən nə üçün Peyğəmbər (s) və Mə᾿sum imamlara təvəssül edilməlidir?

6. Nəql olunmuş hədis və rəvayətləri nəzərə alaraq, deyin görək kimlərin duası qəbul olunmur?


ƏLLİ DOQQUZUNCU DӘRS

SӘFӘRDӘN MӘQSӘD VӘ ONUN QOYDUĞU MÜSBӘT NӘTİCӘLӘR


Səfər bir çox insanların həyatında müxtəlif məqsədlər üçün həyata keçirilir. Məqsədlər müxtəlif olduğu üçün onlardan bə᾿ziləri faydalı, bə᾿ziləri isə mənfi xarakter daşıyır. Eyni zamanda bunu bir növ ünsiyyət və əlaqə forması da hesab edə bilərik.

Bu səbəbdən də islam dini bu məsələyə iki yöndən nəzər salır:

1. Şər᾿i;

2. Әxlaqi.

İslam dini səfərlərin halal və haram olduqlarını və bütün bunları nəzərə alaraq, namaz və orucla bağlı olan məsələlərdə müsəlmanların üzərinə düşən vəzifələri əvvəlcədən müəyyən etmişdir. Lakin əxlaqi nöqteyi-nəzərdən insanın başqaları ilə, xüsusilə yol yoldaşı olduğu şəxslərlə bərqərar etdiyi ictimai əlaqələr, dostluq münasibətləri və səfər boyu riayət edilməsi lazım olan əxlaq normaları haqda dəyərli tövsiyələr edir.

Bu dərsimizdə Mə᾿sum imamların kəlamlarından istifadə edərək, ilk növbədə edilən səfərlərdən məqsəd, daha sonra verdiyi müsbət nəticələr, növbəti dərsimizdə isə səfər zamanı riayət olunması zəruri olan əxlaq qaydaları haqda söhbət açacağıq.


SӘFӘRDӘN MӘQSӘD

1 ELM VӘ TӘHSİL


Müsbət xarakterli səfərlərdən biri də elm və təhsil, xüsusilə ibrət alaraq ilahi nişanələri seyr edib, dini maarif ilə tanışlıq xarakteri daşıyan səfərlərdir. Allah-taala Qur᾿ani-kərimdə buyurur:

«[Ya Məhəmməd!] De ki: Yer üzünü gəzib Allahın məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. [Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir]. Allah hər şeyə qadirdir!»1

Başqa bir ayədə buyurulur:



«Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri [bəsirət gözləri], eşidən qulaqları olsun?...»2

Göründüyü kimi, Allah-taala keçmiş ümmətlərin itaətsizlik üzündən şəhər, kənd və qəsrlərinin viran olduğunu bəyan etdikdən sonra, Özünün müt᾿i bəndələrini yer üzünü seyr edərək, özlərindən əvvəlkilərin aqibətindən ibrət almalarını əmr edir. Allah-taala Qur᾿ani-kərimin bir neçə ayəsində bu mətləbə işarə edərək buyurur:



«[Ey müsəlmanlar!] Sizdən əvvəl bir çox vaqiələr [ibrətli əhvalatlar] olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün.»1

Nəhl surəsinin 36 və Әn᾿am surəsinin 11-ci ayəsi, eləcə də Ğafir-21, Yusif-109, Rum-9, Fatir-44 və Məhəmməd surəsinin 10-cu ayələri həmin mə᾿nanı daşıyır.

Peyğəmbər (s) buyurur:

«Elm və təhsil məqsədilə evindən xaric olan şəxslər qayıdanadək Allah yolunda olarlar».2

Başqa bir yerdə buyurur:

«Allah elmə yiyələnmək ümidi ilə səfərə çıxan şəxsləri cənnətə aparan yollara yönəldər».3


2. DİNİN QORUNMASI


Tarix boyu mö᾿minlərdən bir çoxu yaşadıqları yerlərdə zalım və sitəmkarların zülmündən yaxa qurtarıb din və əqidələrini qorusunlar deyə, öz vətənlərini tərk etmiş və müxtəlif məntəqələrdə sakin olmuşlar. İslam nöqteyi-nəzərindən bu, səfər etməkdən ən gözəl məqsəd və «hicrətin» ən başlıca nümunəsi hesab olunur.

Allah-taala Qur᾿ani-kərimdə sitəmkarların zülmləri nəticəsində din və əqidələrindən əl çəkmiş zəif iradəli insanları danlaq atəşinə tutaraq buyurur:



«Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən [onlara] deyəcəklər: Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif [aciz] kəslər idik! [Mələklər də onlara]: Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz? –deyəcəklər...»4

Bir çox ayələrdə isə Allah-taala Öz doğma yurd-yuvalarını tərk etmiş sadiq mö᾿minlərə böyük mükafatlar və᾿d edərək buyurur:



«Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik [bolluq] tapar. Kim evindən çıxıb Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə [mənzil başına çatmadan] ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər..»5

3. HӘCC VӘ ZİYARӘT


Səhhət və maddi vəziyyəti imkan verən şəxslər ömürlərində bir dəfə Kə᾿bə evinə gələrək Həcc ziyarətini yerinə yetirməlidir. Həmçinin maddi vəziyyəti imkan verdiyi təqdirdə, Peyğəmbəri (s) və Mə᾿sum imamları (ə) ziyarət etməlidir. Həcc ziyarəti məqsədilə edilən səfərlər insan mə᾿nəviyyatına olduqca böyük tə᾿sir bağışlayır.

4. QAZANC


İslam dininin tövsiyə etdiyi xoş məramlı səfərlərdən biri də ehtiyaclarını ödənilməsi üçün qazanc məqsədli edilən səfərlərdir.

İmam Sadiq (ə) buyurur:

«Həzrət Davuda nazil olmuş hikmətlə dolu olan nidalardan birində deyilirdi:

«İnsan öz yurd yuvasını yalnız üç halda tərk etməlidir: 1. Axirət dünyası üçün Allah rizası qazanmaq; 2. Maddi ehtiyacları tə᾿min etmək; 3. Haram olmayan dünyəvi ləzzətlərdən bəhrələnmək.»1


SӘFӘRİN VERDİYİ MÜSBӘT NӘTİCӘLӘR


Peyğəmbər (s) buyurur:

«Səfərə çıxın ki, daim özünüzü yüksək əhval-ruhiyyəli hiss edəsiniz, səfərə çıxın ki, gördüyünüz yerlərdən bəhrələnəsiziniz.»2

«Səfərə çıxın ki, var-dövlət əldə etməsəniz də, dünya görüşünüz artsın.»3

«Səfərə çıxın ki, bədəniniz sağlam, ruziniz də bol olsun».4

Әli (ə) səfərin beş müsbət nəticə verdiyini hesab edir:

1. Gəzinti, istirahət və mə᾿nəvi rahatlıq;

2. Maddi ehtiyacların tə᾿min olunması;

3. Elmə yiyələnmək;

4. Әxlaq və müxtəlif adət-ən᾿ənələrlə tanışlıq;

5. Böyüklərlə ünsiyyət.

Demək, səfər insanların həm mə᾿nəvi, həm də maddi inkişafına səbəb olur. Belə ki, müxtəlif ölkə və şəhərləri seyr etməklə insan bir çox adət-ən᾿ənələrlə tanış olur, onlarla maddi mənafeyinə müsbət tə᾿sir göstərəcək ictimai, siyasi, mədəni, ticarət və s. əlaqələr qurur. Bunu da qeyd edək ki, tarix boyu müsəlmanlar öz yurd və yuvalarını məcburi olaraq tərk etməklə hicrət etdikləri məntəqələrin əhalisini islam din və mədəniyyəti ilə tanış etmiş və onların böyük bir hissəsini islama də᾿vət etməyə nail olmuşlar. Nəticədə böyük ölkə və şəhərlərin əhalisi islamı qəbul edərək islam ölkələrinin əsasını qoymuşlar.

SUALLAR VӘ TAPŞIRIQLAR


1. Dini tə᾿limlərlə tanış olmaq məqsədilə edilən səfərlər hansı yönümlərdə həyata keçirilməlidir?

2. Qur᾿ani-kərim hansı səfərləri tövsiyə edir?

3. Allah-taala Qur᾿ani-kərimdə zalımların təzyiqinə mə᾿ruz qalmış və onların zülmünə dözərək öz vətənlərini tərk etməyənlərə qarşı necə münasibət bəsləyir?

4. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisə istinad etməklə, hansı hallarda hicrət etməyin zəruri olmasını bəyan edin.

5. Səfərin verdiyi müsbət nəticələri bəyan edin.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə