Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


İKİNCİ FƏSİL QEYBİ YARDIMLAR



Yüklə 1,85 Mb.
səhifə7/23
tarix21.06.2018
ölçüsü1,85 Mb.
#50187
1   2   3   4   5   6   7   8   9   10   ...   23

İKİNCİ FƏSİL

QEYBİ YARDIMLAR


«Nəhcül-bəlağə»də qeyd olunduğu kimi, imam Əli (ə) buyurur: Tarixdə elə layiqli bəndələr olub ki, Allah-taala onlarla əql və əndişə qüvvəsi ilə danışıb. İmam Əli (ə)-ın bu barədəki kəlamı belədir: «Allah-taalanın hər bir əsr və zamanda, xüsusilə peyğəmbərlərin mövcud olmadığı dövrlərdə elə bəndələri vardır ki, onlarla (ilham yolu ilə) əndişə və əql qüvvəsilə danışır, onların gözlərini, qulaqlarını və qəlblərini ayıqlıq nuru ilə işıqlandırır.»1

Layiqli bəndələrin xüsusiyyətləri «Şəbaniyyə» münacatında belə qeyd olunur:

«Pərvərdigara, məni o kəslərin cərgəsində qərar ver ki, Sən onları çağıranda Sənə cavab verərlər, onlara diqqət yetirəndə Sənin cəlalının nurunun təcəllisi onları bihuş edər. Sən gizlində onlarla sirlərdən danışarsan, onlar da aşkarda Sənin üçün əməl edərlər».2

Cavan oğlan olan Rəcəbəli əmmarə nəfsinin əlindən və şeytanın tələsindən xilas olduqdan, bəsirət gözləri açıldıqdan sonra Allahın layiqli bəndələrinin sırasına keçir və bundan sonra bəzən yuxuda, bəzən də ayıqlıqda Allah-taalanın hidayətedici imkanlarından, Allah yolunun ixlaslı bəndələrinə və həqiqi mücahidlərinə məxsus olan hidayətdən bəhrələnir.3

Bu hidayət növü Peyğəmbərdən (s) nəql olunan bir hədisdə belə bəyan edilir: «Allah-taala bir bəndəsinin yaxşılığını istəsə, onu dində fəqih və agah qərar verər, bu yolu ona ilham edər. 4

MƏKRUH FİKRİN YÜKSƏK HƏDDİ


Allah-taalanın xüsusi tərbiyəsi altında qərar tutan şəxslər üçün ilahi hidayətin bərəkətlərindən biri də, onların Öz eyblərindən agah olmasıdır.

Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur: «Hər vaxt Allah-taala bir bəndəsinə yaxşılıq etmək istəsə, onu dində fəqih və agah, dünyaya etinasız və öz eyblərinə bəsirətli edər.1

Şeyx də xüsusi ilahi tərbiyə mehvərində qərar tutduqdan sonra bu ilhamdan bəhrələnmişdir.

Ayətullah Fehri nəql edir ki, cənab Şeyx belə buyururdu: Bir gün bir iş görmək üçün bazara getdim. Beynimdən məkruh bir fikir keçdi. Lakin dərhal tövbə etdim. Yol əsnasında şəhərin kənarından odun daşıyan dəvə karvanı mənim yanımdan keçəndə gözlənilmədən onların biri mənə təpik atdı. Özümü kənara çəkməsəydim, mənə xəsarət dəyəcəkdi. Məscidə getdim. Beynimdə bu sual dolaşırdı ki, bu hadisənin mənşəyi nə ola bilər. İztirab və yalvarışla ərz etdim. Pərvərdigara! Bu nə idi? Məna aləmində mənə deyildi: Bu, beynindən keçirdiyin o pis fikirlərin nəticəsi idi.

Dedim: Axı mən günah iş görmədim?!

Deyildi: O dəvə də səni vurmadı!2



BƏLƏM BAURANIN TALEHİNƏ DÜÇAR OLMAQLA TƏHDİD


Şeyxin müridlərindən biri də Zəncanın imam cüməsi Ayətullah ağa Mirza Mahmud idi. Çox fəzilətli şəxs olan Mirza Mahmud mərhum Mirza Naininin tələbələrindən biri idi. Belə fəzilətli bir şəxs də rəsmi təhsildən bəhrəsi olmayan, lakin öz növbəsində ləyaqətli və insani nuraniyyətə, qəlb səfasına malik olan bir şəxsə mürid olmuşdu. Şeyx bir gün buyurdu: Zəncanın imam cüməsi və zahirdə Tehranın möhtərəm sayılan şəxsiyyətlərindən bir qrupu bura gəlmişdilər. O öz yoldaşlarını təqdim etdi və...

Bu gediş-gəliş nəticəsində məndə bir halət (özündən razılıq) baş verdi. Fikirləşdim ki, elə yerə çatmışam ki, böyük şəxsiyyətlər mənim görüşümə gəlirlər və...

Gecə qəribə bir hala düşdüm, vəziyyətim pisləşdi. Ağlayıb-yalvarmaqla Allah-taalanın dərgahına üz tutdum, ilahi mərhəmətlə bu batini səfa yenidən bərpa olundu.

Mən fikrə daldım ki, əgər bu halət davam etsəydi, onda mənim vəziyyətim necə olardı? Mən nə üçün belə olmuşam?

Bu fikirdə idim ki, Bələm Bauranı mənə göstərdilər və dedilər:

Əgər bu halət davam etsəydi, sən də onun kimi olacaqdın. Çəkdiyin zəhmətlərin hamısının nəticəsi bu olacaqdı ki, həmin şəxsiyyətlərlə məşhur olardın, bu halda sənin dünyan olacaqdı, lakin axirətdə heç bir şey sənə nəsib olmayacaqdı.1

Bu hadisə keçib getdi. Cümə günləri bizim yığıncağımız olurdu. Bir gün yığıncaq günortaya qədər uzandı. Ev sahibi və dostlar dedilər: «Elə burada günorta yeməyini yeyərik». Biz də qəbul etdik. Sonrakı həftə yenidən yığıncağımız günortaya qədər davam etdi və yenidən süfrə salındı. Təbiidir ki, bu dəfəki süfrə keçən həftəyə nisbətən daha rəngarəng idi. Bu hadisə bir neçə həftə təkrar olundu və hər dəfə süfrə əvvəlkilərə nisbətən daha çeşidli və rəngarəng idi. Süfrənin ortasında bir ədəd kərə var idi və hamının diqqətini özünə cəlb etmişdi. Mən öz-özümə fikirləşdim ki, bu süfrə mənə görə salınıb, məclis özü mənə görə təşkil olunub və dostlar da buraya mənə görə yığılıblar. Buna görə də mən onu yeməyə hamıdan artıq haqlıyam. Bu fikirlə bir qədər çörək parçası götürüb əlimi uzatdım ki, o kərəni götürəm. Gördüm ki, Bələm Baura otağın guşəsindən mənə gülür. Dərhal əlimi çəkdim.

SƏN TOX, QONŞUN İSƏ AC?!


Şeyxin şagirdlərindən biri deyir ki, Şeyxin belə buyurduğunu eşitdim:

Bir gecə röya aləmində gördüm ki, mən müqəssir kimi tanınmışam. Məmurlar gəldilər ki, məni zindana aparsınlar. O gün çox narahat oldum və bu yuxunun səbəbini bilmək istədim. Allah-taalanın inayəti sayəsində başa düşdüm ki, bu yuxu mənim qonşumla əlaqədar baş vermişdir. Öz əyalımdan istədim ki, bu barədə axtarış aparıb bir xəbər gətirsin. Qonşum bənnalıqla məşğul olurdu. Məlum oldu ki, bir neçə gün işsiz qalıb, keçən gecəni özü və əhli-əyalı ac yatmışlar. Mənə deyildi: Vay olsun sənə! Sən gecəni tox yatasan, qonşuların isə ac?!

O zaman mənim üç abbası ehtiyat pulum var idi. Dərhal məhəllədəki dükançıdan bir abbası da borc edib verdim, sonra üzürxahlıq edərək xahiş etdim ki, hər vaxt işsiz qalsa və pulu olmasa məni xəbərdar etsin.

ÖVLADINI ALLAHA GÖRƏ İSTƏ!


Cənab Şeyx bir dəfə buyururdu: Bir gecə gördüm ki, zülmət pərdələri vücudumu bürüyüb.1

Öz məhbubuma (Allaha) yol tapa bilmirəm. Araşdırma apardım ki, görəsən bu hicablar haradan yaranıb. Təvəssül edib çoxlu axtarış apardıqdan sonra məlum oldu ki, bu, keçən gecə övladımın gözəl və rəna qiyafəsini görməklə atalıq məhəbbətinin coşmasının nəticəsidir. Mənə deyildi: Onu Allaha görə istəməlisən. Mən də bu işdən peşman olub istiğfar etdim.


QİDANIN ZÜLMƏTİ


Şeyxin müridlərindən biri belə nəql edir: Şeyx dostlarından birinin evində təşkil olunmuş yığıncaqda söhbətə başlamazdan əvvəl özündə zəiflik hiss edib bir qədər çörək istəyir. Evin sahibi bir lavaşın yarısını gətirir və o da yeyib söhbətə başlayır.

Sonrakı gecə Şeyx buyurur: Keçən gecə imamlarımıza (ə) salam verdim, lakin onları görmədim. Təvəssül etdim ki, görəsən bunun səbəbi nədir?! Məna aləmində deyildi: O çörəyin yarısını yediyin zaman bədənindəki zəiflik aradan qalxdı. Bəs nə üçün ikinci hissəsini də yedin?!

Bədənin təbii ehtiyaclarını təmin olunması qədər yeməyin eybi yoxdur. Lakin ondan artıq yeyilməsi ruhun zülmətə düşməsinə səbəb olur.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə