Бисмиллащир-ращманир-ращим



Yüklə 53,5 Kb.
tarix22.10.2018
ölçüsü53,5 Kb.
#75449

«Nisa» surəsindəki ayələrin təfsirinə başlamazdan əvvəl bu surə haqqında bir neçə cəhətin qeyd edilməsi yaxşı olardı. Bu surənin bütün ayələri (58- ci ayə istisna olmaqla) Mədinədə nazil olmuş və nazil olma ardıcılığına görə Mumtəhinnə surəsindən sonra yerləşir. Bilirik ki, Quran surələrinin bu günkü ardıcıllığı surələrin nazil olma ardıcıllığı ilə eyni deyil. Yəni Məkkədə nazil olan surələrin bir çoxu Quranın sonunda, Mədinədə nazil olmuş surələrin bir çoxu isə Quranın əvvəlində yerləşir. Bu surədə qadınların hüquq və hökmlərindən çox bəhs olunduğuna görə «Nisa» (Qadınlar) adlandırılmışdır

Nisa surəsi ayə 1:



Bağışlayan və mehriban Allahın adı ilə . Ey insanlar! Sizi tək bir nəfsdən ( Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığindan) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! O Allahdan qorxun ki, adı ilə bir- birinizdən ehtiyacınızı onun adı ilə istəyirsiniz və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.

Təfsir:

Bu surənin birinci ayəsində söhbət bütün insanlardan gedir, çünki həqiqətən də bu surənin məzmunu bütün bəşər övladının öz yaşayışında ehtiyacı olan məsələləri əhatə edir.

Sonra insanlar cəmiyyətin sağlamlığının kökü olan təqvaya (günahdan çəkinməyə) dəvət edilir. Bir-birinin hüququnu gözləmək, irsin ədalətli bölümü, yetimləri himayə etmək, qohumların haqqına riayət emək və təqvaya əməl etmədən çatmağın mümkün olmadığı bu kimi işlərdən bəhs açır. Buna görə də bu surə bu kimi məsələlərin dəvətini təqvaya dəvətdən başlayır və insanların bütün əməllərinə nəzarət edən o bir olan Allahı tanımaq üçün onun elə bir sifətinə işarə olunur ki, bütün insan cəmiyyətinin birliyinin kökü ondadır. O Allah ki, sizin hamınızı bir gündə xəlq etdi. Buna əsaslanaraq bir İslam cəmiyyətində bu gün minlərlə bədbəxtliklərin mənşəyi olan qondarma irs, dil, tayfa, qəbilə üstünlüyü və ayrıseçkinlikləri gərək olmasın, çünki hamı bir kökdən yaranıb.

İndi görək «ondan» deyəndə kim nəzərdə tutulur? Görəsən bu söz xüsusi bir insanı (fərdi) bildirir, yoxsa ümumiyyətlə insan cinsinə aiddir? Şübhəsiz ki, bu ifadənin zahirindən belə nəticə alınır ki, söhbət xüsusi fərddən gedir.



Ey insanlar! Sizi tək bir nəfsdən ( Adəmdən ) xəlq edən, ondan da(həmin yaratdığindan) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar tövrədən Rəbbinizdən qorxun!

Bu cümlədə deyilir ki, Adəmin zövcəsi ondan yaranmışdır.Təfsirçilərin bəzisi bu ifadədən belə nəticə çıxarıblar ki, Adəmin zövcəsi Həvva Adəmin bədənindən yaradılıb. Qeyri mötəbər, zəif sənədli rəvayətlərdə deyilir: “Həvva Adəmin qabırbasından (belindən) yarandı.”

Amma Quranın digər ayələrinə diqqət yetirdikdə bu ayənin təfsiri aydınlaşır və müəyyən olur ki, Allah onun zövcəsini öz cinsindən yaratdı. Rum surəsi 21-ci ayədə oxuyuruq: « Allahın qüdrət nişanələrindəndir ki, onların vasitəsi ilə rahatlıq tapasınız deyə sizə öz içinizdən zövcələr yaratdı». Nəhl surəsi 72-ci ayədə buyurulur: «Allah sizin üçün öz cinsinizdən (özünüzdən) zövcələr yaratdı». Aydın olur ki, ayələrdə oxuduğumuz «zövcələrinizi sizdən yaratdıq» ifadəsinin mənası budur ki, Allah qadını kişinin cinsindən - yəni insan cinsindən yaratdı, onun hər hansı bir üzvündən yox.

Əyalinin təfsirində İmam Baqir(ə)-dan olan rəvayətə əsasən Həvvanın Adəmin qabırğasından yaranması şiddətlə təkzib olunur və bildirilir ki, Həvva Adəmin artıq qalmış torpaqından yaradılıb.

«Allah Adəm və zövcəsindən çoxlu kişi və qadınlar törətdi». Bu ifadədən belə başa düşülür ki, Adəm övladlarının nəslinin artması yalnız Adəm və zövcəsi tərəfindən həyata keçmiş və bura üçüncü bir varlığın müdaxiləsi olmamışdır. Bu sözün nəticəsi budur ki, Adəmin oğlu və qızı bir-bir ilə evlənmişlər, çünki əgər onlar başqa tayfa ilə evlənmiş olsaydılar «Minha»- «ikisindən» sözü doğru olmazdı. Bu mövzu çox hədislərdə gəlmiş və Əhlibeyt İmamlarının hədislərindəki subutlara əsasən bu izdivac mübah (icazə verilən) bir evlilik idi. Çünki insan nəslinin davam etməsi üçün bu zəruri idi və hələ bacı və qardaşın evlənməsini haram edən hökm nazil olmamışdı. Aydındır ki, bu işin haram olması Allah tərəfindən qadağan edilməsinə bağlıdır. Odur ki, bir məsələnin (işin) müəyyən bir zamanda zərurətlə bağlı olaraq caiz (icazəli) olub sonra haram edilməsi təbiidir.

Amma bir qisim başqa hədislərdə izah olunur ki, Adəmin övladları qətiyyən bir-biri ilə evlənməmişlər və bu işə etiqad edənlər də kəskin hücuma məruz qalmışlar.

Odur ki, əgər Quranın zahiri ilə uyğun olan hədislərə üstünlük vermək istəsək, gərək birinci dəstədən olan hədisləri seçək. Burada başqa bir ehtimal da var ki, Adəm övladları Adəmdən əvvəl yaşamış qədim insanlarla izdivac ediblər. Çünki rəvayətə görə Adəm yer üzündə yaşamış ilk insan olmamışdır. Lakin bu ehtimal da yuxarıda söylənən ayənin zahiri ilə uyğun gəlmədiyi üçün yaramır.

Təqvanın sağlam bir cəmiyyətin yaranmasında olan mühüm əhəmiyyəti səbəb olmuşdur ki, ayənin axırında yenidən təqva və pəhrizkarlığa dəvət olunmuş, lakin bura bir cümlə daha artırılmışdır: «sizin nəzərinizdə əzəmətli olan o Allahdan qorxun ki, onun adı ilə bir –birinizdən bir şeylər istəyirsiniz». Sonra deyilir: «vəl ərham». Bu kəlmə Allaha bağlıdır (yönəlir) və buna görə məşhur qiraətdə təyin olunmuş kimi oxunur. Buna əsasən də onun mənası belə olur: «qohumluq əlaqəsini kəsməkdən çəkinin». Burada bu mövzuya toxunulması əvvələn Quranın sileyi rəhmə necə əhəmiyyət verdiyini göstərir. Belə ki, “ərham” sözü Allahın adından sonra gəlir və 2-cisi ayənin əvvəlində deyilən məsələyə işarə olunur ki, siz hamınız bir ata- anadansınız. Həqiqətən də Adəm övladları bir-biri ilə qohumdurlar və bu bağlılıq tələb edir ki, sizlər hər irqdən, hər tayfadan olan insanlara öz yaxınlarınız və qohumlarınız kimi məhəbbət göstərəsiniz.

Ayə belə sona çatır: «Allah sizin nəzarətçinizdir».

Nəzarətçi kimi tərcümə olunan “rəqib” sözü (ərəbcə «rəqib» kimi səslənir) əslində o kəsə deyilir ki, hündür bir yerdən vəziyyətə nəzarət edir. Sonra bir şeyi hifz edən və gözətçi mənalarında da gəlmişdir. Çünki gözətçilik özü nəzarət vasitələrindəndir. Rəqibin yerinin hündürlüyü zahiri cəhətdən də nəzərdə tutula bilər (yüksək məkanda dayanır və nəzarət edir), mənəvi baxımdan nəzərdə tutulması mümkündür.



Yuxarıdakı ayədə buyurulur: «Allah siziin nəzarətçinizdir və sizin bütün əməl və niyyətlərinizi görür və bilir.
Yüklə 53,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə