Bitki fiziologiyası və biotexnologiya şöbəsi
Şöbə müdiri: AKADEMIK ƏLIYEV CƏLAL ƏLIRZA OĞLU
Azərbaycan ET Əkinçilik İnstitutunun bitki fiziologiyası və biotexnologiya
şöbəsinin rəhbəri akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da
Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. O, 1944-cü
ildə əvvəlcə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci
ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakultələrini fərqlənmə
diplomları ilə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin
fiziologiyası ixtisası üzrə aspiranturanı bitirən C.Əliyev 1955-ci ildə
"Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda
namizədlik dissertasiyasını müdafiə edir. Seçdiyi istiqamətdə elmi tədqiqatların
sonrakı inkişafı 1971-ci ildə "Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə
qidalanması və məhsuladarlığı" mövzusunda müdafiə etdiyi doktorluq
dissertasiyasında öz əksini tapmışdır. C. Əliyev elmi tədqiqatlarını 1951-ci ildən
bu günə kimi Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin
fiziologiyası və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər
Akademiyasiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin
molekulyar-genetik əsasları şöbələrində aparır. Yarım əsrdən artıqdır ki, Cəlal
Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın
fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr
olunmuşdur.
Akademik Cəlal Əliyev tərəfindən ET Əkinçilik İnstitutunda inkişaf etdirilən əsas
istiqamətlərdən biri də bioloq, kimyaçı, fizika, riyaziyyatçı və hətta mühəndislərin
seleksiya proqramlarının yerinə yetirilməsinə cəlb edilməsi və onların məçhur elm
mərkəzlərində, xarici ölkələrin müvafiq universitetlərində təhsil almaları olmuşdur.
Təsadüfi deyildir ki, akademik C.Ə.Əliyevin bilavasitə təşəbbüsü ilə 250-dən artıq
elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Onların 80-nə C.Əliyevin
şəxsən özü rəhbərlik etmişdir. Onun bir çox tələbələri MDB, ABŞ,
Almaniya,Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq və
başqa ölkələrə dəvət olunmuş və hal-hazırda orada müvəffəqiyyətlə çalışırlar.
Təsadüfi deyildir ki, akademik C. Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə
bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük
nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər.
Hələ 70- ci illərdən başlayaraq C.Əliyev bu istiqamətdə tədqiqatları buğdanın
fotosintez fəaliyyətinin sirrlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə
yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda
biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen
biotexnologiyasının inkişafının əsası akademik C. Əliyev tərəfindən qoyulmuşdur.
Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin
vasitəsi ilə buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunmuş
plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan
bitki regenerantları alınmışdır. Bunu əsasında gen mühəndisliyindən istifadə
etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərin klonal
çoxalma sxemi işlənib hazırlanmışdır. Artıq 80-cı illərin əvvələrində aparılan
nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C. Ə. Əliyevin hazırladığı
"İdeal buğda" bitkisinin modelinin testləri əsasında seleksiya materiallarının
seçilməsi və qiymətli formalar yaradılması işini daha sürətləndirdi. Bu model
özündə fitosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və
aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının
xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək
məhsuldarlığı təyin edən prinsiplər müəyyən edilmişdir. Bütün bunların
nəticəsində artıq 80-cı illərdə bir çox qiymətli buğda hibridləri yaradıldı,
respublikamızın müxtəlif regionlarında yerləşən bölgə-təcrübə stansiyalarında
ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli
formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət
Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan ekoloji sınaqlar və
SNSMDK-nin nəticələri əsasında artıq rayonlaşdırılmış Mirbəşir-50, Qaraqılçıq-2,
Vüqar, Şiraslan-23, Tərtər, Bərəkətli-95, Əlincə-84 bərk, Mirbəşir-128, Əkinçi-84,
Qiymətli-2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi
tutmağa başladı. Hələ 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi
akadik C. Əliyevin yaratmış olduğu məşhur Qaraqılçıq-2 bərk buğda sortu
Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər
Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına gürə bu sortu
Özbəkistan və Türkmənistan rüspublikalarında da rayonlaşmasına qərar vermişdir.
Onun rəhbərliyi altında aparılan tədqiqatların nəticəsində alınmış quraqlığa
davamlı Bərəkətli-95 bərk buğda, Əzəmətli-95, Qobustan və Ruzi -84 yumşaq
buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında
artmaqdadır. Onun son illərdə müntəzəm olaraq institutun bölgələrdəki təcrübə
bazalarında seleksiya materiallarının qiymətləndirilməsi, istehsalat üçün sortların
seçməsi artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və
yüksək arxitektonikaya malik Əzəmətli-95, Qobustan, Nurlu-99, Ruzi-84, Aran
yumşaq buğda sortlarının sürətlə istehsalata tətbiq olunması respublikanın taxıl
istehsalının daha da artırılmasına kömək etmişdir. Eyni zamanda perspektivli olan
Qırmızı gül 1, Tale 38, Pirşahin 1 və Günəşli yumşaq buğda sortları SNSMDK-da
sınaqdadır.
Onun rəhbərliyi altında Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium-
137-nin dövranının ümumi biokimyəvi xəritəsi verilmiş, bitkilərin mümkün çirklənmə
proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatlarında həyata keçirilməsi
zəruri olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə, radiasiya təhlükəsizliyi
tədbirlərinin əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür.
Akademik C.Əliyevin elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belorus
Kənd Təsərrüfatı Elmləri Akademiyaları 1995-1996-cı illərdə onu bu akademiyaların
xarici üzvü seçmişlər. Ona təqdim olunan diplomlar alimin işinə verilən yüksək qiymət
və ehtiramın bariz nümunəsidir.
C. Əliyev bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin molekulyar
biologiyası üzrə beynəlxalq cəmiyyətin (1994), Amerika bitki bioloqları cəmiyyətinin
(1994), Forosintez tədqiqatları üzrə beynəlxalq cəmiyyətin (1995), Yaponiya bitki
fizoloqları cəmiyyətinin (1997), Hüceyrə stresi üzrə beynəlxalq cəmiyyətin (1998)
üzvüdür. Eyni zamanda YUNESKO yanında "Bioetika, elmi biliklərin və
texnologiyaların etikası" Milli Komitəsinin (1999) sədridir. C. Əliyev həm də 1994-cü
ildən etibarən Azərbaycanda biologiya elminin yeni sahələrini inkişafı fondunun
(BEYSİF) prezidentidir.
Akademik C. Əliyev elm qarşısında böyük xidmətlərinə gürə 2 dəfə "Qırmızı əmək
bayrağı" (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı -
"İstiqlal" (1998) və Gürcüstan Respublikasının "Şərəf" (2003) ordenləri ilə təltif
olunmuşdur. Dünya şöhrətli alimin yaratdığı elmi məktəb, buğda sortları, zəngin
buğda genofondu, yazdığı qiymətli elmi əsərlər Azərbaycan xalqının Milli
sərvətidir. Xalqımız bilməlidir ki, Akademik Cəlal Əliyevin yaratdığı məktəb və
onun təmsilçiləri ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi naminə bundan
sonra da əzmlə çalışacaqdır. O, yaşadığı bu illər ərzində elmin çətin, lakin şərəfli
yollarında böyük dünya elminə nə töhfə veribsə, doğma ölkəmiz, xalqımız,
millətimiz, insanların xoş güzaranı naminə etmişdir. Biz görkəmli alim, tanınmış
ictimai xadim akademik Cəlal Əliyevin biologiya elminin digər sahələrində eldə
etdiyi nailiyyətlərin gələcək nəsillərə irs qalacağına qəlbən inanırıq. Bu irsi
yaşatmaq, onu qoruyub gələcək nəsillərə olduğu kimi çatdırmaq yaratdığı elmi
məktəbin hər bir üzvünün, Azərbaycan xalqını müstəqil və qüdrətli bir dövlət kimi
görmək istəyən hər bir vətən övladının müqəddəs borcu olmalıdır.
Görkəmli alim, tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi
qəlbimizdə hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!
Şöbədə calışan elmi əməkdaşlar:
Süleymanov Səftər Yusif oğlu - baş elmi işçi
Feyziyev Yaşar Mirzə oğlu - baş elmi işçi
Abdulbagiyeva Sevda Ağamalı qızı - aparıcı elmi işçi
Abdulbagiyeva S.A. 30.09.1960-cı ildə anadan olmuşdur. 1981-1986-cı illərdə S.M.
Kirov adına ADU-nin kimya fakultəsini bitirdikdən sonra Əkinçilik İnstitutunda əmək
fəaliyyətinə başlamışdır. 1997-ci ildə 03.00.12-“Bitki fiziologiyası” ixtisası üzrə
“Müxtəlif morfofizioloji əlamətli buğda genotiplərinin quraqlığa davamlılıqla əlaqədar
dən keyfiyyətinin formalaşması” adlı dissertasiya işini müdafiə edərək biologiya elmləri
namizədi alimlik adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Bitki fizioloqu üzrə
"Dosent" elmi adı verilmişdir. 58 elmi əsərin müəllifidir. Hazırda “Yerli və introduksiya
olunmuş nümunələr əsasında buğdanın rüşeym plazmasının zənginləşdirilməsi və
hibridləşmə yolu ilə yüksək məhsuldar, keyfiyyətli və ekoloji cəhətdən uyğunlaşa bilən
yeni sortların yaradılması və tətbiqi” mövzusu üzərində işləyir.
Mirzəyev Rüfət Sədrəddin oğlu - aparıcı elmi işçi
Əhmədova Flora Ələddin qızı - aparıcı elmi işçi
Məmmədova Mahirə Heybət qızı - aparıcı elmi işçi
Əsədova Sədaqət Şirməmməd qızı - aparıcı elmi işçi
Təmrazov Təmraz Hacıəli oğlu - aparıcı elmi işçi
Təmrazov T. H. 03.03.1971-ci ildə anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət
Universitetinin “kimyaçı və kimya müəllimi” ixtisasını bitirmişdir. Elə həmin ildən Az.
ETƏİ-da kiçik elmi işçi kimi işə başlamışdır. O, 2004-cü ildə “Quraqlığa davamlılığına
və məhsuldarlığına görə fərqlənən xarakterik buğda genotiplərinin fotosintetik
funksiyası və əlamətləri” mövzusunu müdafiə edib Bitki fiziologiyası ixtisası üzrə
“Biologiya” elmləri namizədi adını almışdır. T.Təmrazov 32 elmi əsərin müəllifidir.
Hal-hazırda “Buğda proqramı” üzərində işləyir.
Allahverdiyev Tofiq İdris oğlu - aparıcı elmi işçi
Allahverdiyev T. İ. 05.X.1968-ci ildə anadan olmuşdur. 1993-cü ildə ADPU-nun
“biologiya-kimya müəllimi” ixtisasını bitirmişdir. 1994-cü ildə Az. ETƏİ-nun
aspiranturasına qəbul olunub və 1997-ci ildən isə Az. ETƏİ-da kiçik elmi işçi
vəzifəsində işə başlamışdır. 2004-cü ildə “C4 bitkisi olan amarant (Amaranthus
cruentus L.) yarpaqlarının fosfoqliseratkinazası” mövzusu üzrə disertasiya işini müdafiə
edərək “biokimya” ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi adını
almışdır. 63 elmi əsərin müəllifidir.
Hazırda isə “Buğda genotiplərinin quraqlığa davamlılığının fizioloji xüsusiyyətləri və
davamlı
genotiplərin
aşkar
olunması”
mövzusu
üzərində
işləyir.
Qaragözov Tofiq Hüsnü oğlu - aparıcı elmi işçi
İbrahimova İradə Qəzənfər qızı - böyük elmi işçi
Mirzəyeva Gülşən Vaqif qızı - elmi işçi
İbrahimova Ülkər Faiq qızı - elmi işçi
Şöbənin fəaliyyət istiqamətləri:
Şöbə öz fəaliyyətinə müxtəlif adlarla 1950-ci ildən başlamışdır.Yeni institutun
modernləşdirilməsi proqramına, Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-cu il
və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart 2009-cu il tarixli əmrlərinə əsasən
başlamışdır. Hal-hazırda şöbədə 28 nəfər çalışır ki, onun da 21-i tədqiqatçıdır.
Tədqiqatçılardan 18-i elmlər namizədi, 3-ü isə elmlər doktorudur. 1955-ci ildən
başlayaraq şöbədə kənd təsərrüfatı bitkilərinin, xüsusən də buğdanın
məhsuldarlıq prosesinin nəzəri əsasları olan fotosintezin problemlərinə dair
kompleks tədqiqatlar aparılır. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının
fizoloji, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin
həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv
bitki və əkin səviyyəsinə qədər məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə
edir. Bu tədqiqatların həyata keçirilməsində şöbə AMEA-nın Molekulyar biologiya
və Biotexnologiya institutu ilə elmi əməkdaşlıq edir.
İlk illərdə Azərbaycanın əsas bölgələrində becərilən kənd təsərrüfatı
bitkilərində (tərəvəz, pambıq, buğda) gedən fizioloji və biokimyəvi
proseslərlə makro və mikroelementlərin əhəmiyyəti öyrənilmişdir. Bu tədqiqatlar
əsasında qida elementlərinin fizioloji rolu aşkarlanmış, gübrə kimi onların tətbiq
edilməsinin səmərəliliyi, konkret dozaları, müddətləri və verilmə üsullarına dair
təkliflər hazırlanmışdır.
Bu illər ərzində şöbədə aşağıdakı istiqamətlərdə tədqiqat işləri aparılmış,
nəticələr əldə olunmuş və 20-dən artıq monoqrafiya və kitablarda, 1000-ə qədər
elmi məqalələrdə nəşr edilmişdir:
karbon
qazı
assimilyasiyasının
genotiplərin
morfofizioloji
əlamətlərindən və donor-akseptor nisbətindən asılı olaraq ədqiqi;
fotosintezin intensivliyinin və eləcə də yarpaq və sünbüllərdə sintez
olunmuş assimilyatların paylanmasının
14
CO
2
tətbiq etməklə təzadlı
buğda genotiplərində öyrənilməsi;
quraqlıq stresinin müxtəlif bərk və yumşaq buğda genotiplərinin
fotosintetik qaz mübadiləsinə təsirinin öyrənilməsi;
yüksək məhsuldar genotiplərin sünbülündə intensiv zülal sintezi prosesi,
fotosintezin yüksək intensivliyi və CO
2
-nin ilkin assimilyasiya
fermentlərinin fəallıqları ilə korzelyasiyası;
intensiv və ekstensiv tipli uğda genotiplərinin CO
2
-nin assimilyasiya
intensivliyinə və CO
2
-ni ilkin assimilyasiya edən fermentlərin fəallığına
görə müqayisəli qiymətləndirilməsi;
fotosintezin ilkin proseslərinin tədqiq olunmasından alınan nəticələr
əsasında yüksək fotokimyəvi fəallığa və ona müvafiq morfofizioloji
xüsusiyyətlərə malik genotiplərin aşkarlanması;
karbon qaz mübadiləsinin tədqiqində həqiqi fotosintezlə fototənəffüs
arasında əlaqənin müəyyən edilməsi;
xloroplastların
membran
sistemlərinin
quruluşunun
təşkilinin
aydınlaşdırılması və bu əsasda xloroplastların tilakaid membranında
piqment - zülül kompleksinin topoqrafiya modelinin işlənib hazırlanması;
yetkin və qeyri-yetkin rüşüymlərdən hüceyrə kulturasının induksiya
olunan morfogenezin xüsusiyyətlərinin öyrənilməsi;
buğda kallusunun izolə olunmuş hüceyrələrindən seleksiya işində
buğdanın yeni forma və sortlarının yaradılması üçün ilkin forma və
sortlarının yaradılması üçün ilkin material rolunu oynayan bitki
regenerantların alınması;
kənd təsərrüfatı bitkilərində toplanan radioaktiv parçalanma məhsulları
olan radionuklidlərlə torpağın çirklənməsi, onun torpaq-bitki örtüyündə
paylanma qanunauyğunluqlarının öyrənilməsi və s.
Hal-hazırda şöbədə stress amillərə davamlılığın fizioloji, biokimyəvi
və molekulyar xüsusiyyətlərinin tədqiqi istiqamətində aşağıdakı tədqiqat
işləri davam etdirilir:
buğda və digər dənli bitkilərin quraqlığa və duza davamlılığa
adaptasiyasında baş verən fizioloji və biokimyəvi proseslərin tədqiqi;
buğdanın quraqlığadavamlılığının molekulyar mexanizmlərinin tədqiqi;
davamlılığın
genetik
determinə
olan
mexanizimlərinin
amplifikasiyasının nəticəsi kimi in vitro və in vivo şəraitlərdə orqanizm
və hüceyrə səviyyələrində realizə olunan xloridli şorlaşmanın stress
təsirinə qarşı buğdanın adaptiv reaksiyalarının tədqiqi.
Morfo-fiziologiya
Artıq uzun müddətdir ki, institutda buğda və digər dənli bitkilərin morfoloji
əlamətlərindən asılı olaraq yüksək məhsuldarlığı şərtləndirən fizioloji
prosesslərin gedişi tədqiq edilir. Bu sahədə fundamental tədqiqat işləri
aparılmaqla müxtəlif morfofizioloji əlamətlərin məhsulun formalaşmasında rolu
aydınlaşdırılmışdır. Öyrənilən morfofizioloji əlamətlərdən əkin sahəsində yarpaq
sahə indeksini, onun gövdədə duruşu quruluşunu (arientasiya), xüsusi səthi
sıxlığın (XSS) qiyməti və s. xüsusiyyətlər öyrənilərək bu əlamətlərin məhsulun
formalaşmasında rolu aydınlaşdırılmışdır. Bitkinin böyümə və inkişaf dinamikası
müntəzəm olaraq aydınlaşdırılmış, inkişaf mərhələsinə uyğun olaraq
morfofizioloji prosesslərin gedişi tədqiq edilir. Həmçinin tədqiqatlarda
məhsuldarlıqda fotosintetik əlamətlərin əhəmiyyəti və ideal buğdanın
seleksiyasında onların istifadəsi məsələlərinə toxunulmuşdur. Buğdada
fotosintezin intensivliyinin ətraflı öyrənilməsi ilə morfofizioloji xüsusiyyətlərlə
məhsuldarlıq göstəriciləri arasında korrelyasiya əlaqələri müəyyən edilmişdir.
Bu sahədə aparılan çoxillik tədqiqatların yekunlarına əsasən “İdeal buğda”
modelinin testləri hazırlanmışdır. Bu model seleksiya materiallarının
qiymətləndirilməsi müddətinin qısaldılmasında və buğdanın ideal tipinə yaxın
sortların yaradılmasında müstəsna rolu olmuşdur. Belə bərk və yumşaq buğda
sortlarına nümunə olaraq “Qaraqılçıq 2”, “Bərəkətli 95”, “Əzəmətli 95”,
“Qobustan”, “Tale 38” və “Qırmızı gül 1”-i göstərmək olar.
Davamlılığın aspektləri
Tədqiqat işlərində əsasən müxtəlif morfofizioloji, biokimyəvi və molekulyar
aspektlərin su, duz və temperatur stresləri şəraitində depressiyası öyrənilir.
Bunlar əsasən su rejimi göstəricilərinin quraqlıq şəraitində öyrənilməsi və
pozulmuş su rejiminin digər morfofizioloji, biokimyəvi göstəricilərə, o cümlədən
assimiliyasiya səthinə, toplanan biokütləyə, bitkinin böyümə və inkişafına,
fotosintez
göstəricilərinə,
antioksidləşdirici
fermentlərin
fəallığına,
xloroplastların flüoressensiya spektrində yerləşən qısadalğalı formaların
intensivliyinə təsiri aydınlaşdırılmışdır. Sonda davamlılığı səciyyələndirən
morfofizioloji əlamətlər müəyyənləşdirilərək seleksiyada yeni formaların
yaradılması üçün zəmin hazırlanmışdır. Duz stresi şəraitində endospermin
protektor effektliyini öyrənmək məqsədilə buğdanın dənindən və yetişmiş
rüşeymindən in Vitro şəraitində yetişdirilən bitkilərin adaptiv xüsusiyyətləri
tədqiq edilmişdir. NaCl duzunda inkişaf edən kallus hüceyrələrində zülal
kompleksində baş verən dəyişiklər aşkar edilmişdir. Tədqiq edilən davamlılığın
bu aspektləri sonda seleksiyada yeni formaların yaradılması üçün zəmin
hazırlanmışdır.
Adaptasiya
Tədqiqat işlərində buğda və digər dənli bitkilərin stress amillərin (quraqlıq, duz)
təsirinə məruz qaldıqları və adaptasiya olunaraq müxtəlif morfoloji, biokimyəvi,
fizioloji və genetik əlamətlər qazanılması aydınlaşdırılmışdır. Genetik
adaptasiyanın davamlılıq genlərinin aktivliyinin artması nəticəsində mümkün
olduğu müəyyən edilmişdir. Su qıtlığının və müxtəlif qatılıqlı duzun təsirindən
bir çox fizioloji əlamətlərdə adaptasiyaya uğrayan müəyyən əlamətlər
qazanılmışdır. Bu əlamətlərə stress amilin təsirindən kök sisteminin torpağın
nisbətən daha dərin qatlarında paylanması, assimiliyasiya səthinin azalması,
transpirasiyanın intensivliyinin qiymətlərində, CO
2
mübadiləsinin gedişində,
fotosintezedici
piqmentlərin
miqdarında, antioksidləşdirici fermentlərin
fəallığında, xloroplastların flüoressensiya spektrində baş verən və s.
morfofizioloji və biokimyəvi dəyişiklər daxildir. Bu əlamətlərin əsasında stress
amillərə adaptasiya normaları və qiymətli genotiplər müəyyən edilmişdir ki,
bunlardan da davamlı formaların yaradılmasında geniş istifadə edilir. Hal-
hazırda İnstitutda buğda və digər dənli bitkilərin quraqlığa və duza davamlılığa
adaptasiyasında baş verən fizioloji, biokimyəvi və molekulyar mexanizmlərin
tədqiqi istiqamətlərində işlər davam etdirilir.
Biotexnologiya
Biotexnologiya- təbii bioloji obyektlərdən (mikroorqanizmlər, bitki və heyvan
hüceyrələr), hüceyrə hissələrindən (hüceyrə membranı, ribosom, mitoxondri,
xloroplast) və proseslərdən istifadə edərək müxtəlif qiymətli maddələrin və
məhsulların istehsalının metodları və texnologiyaları haqqında elmdir.
Biotexnologiya insana lazım olan məhsulların və materialların canlı
orqanizmlərin, hüceyrə kulturalarının və bioloji proseslərin köməyi ilə
istehsalıdır. Biotexnologiyanın əsas istiqamətləri: 1) mikroorqanizmlərin və
becərilən eukariot hüceyrələrin köməyi ilə bioloji aktiv maddələrin (fermentlər,
vitaminlər, hormonal preparatlar), dərman preparatlarının (antibiotiklər,
peyvəndlər, zərdab, yüksəkspesifik antitellər), həmçinin yem əlavələri kimi
istifadə olunan zülalların, amin turşuların istehsalı; 2) bioloji mübarizə
metodlarının ətraf mühitin çirklənməsinin qarşısının alınmasında istifadəsi
(içməli suyun, çirklənmiş torpağın bioloji təmizlənməsi), bitkilərin zərərverici və
xəstəliklərdən mühafizəsi; 3) gen mühəndisliyi metodu ilə yeni faydalı
mikroorqanizm ştamlarının, bitki sortlarının, heyvan cinslərinin yaradılması və s.
Biotexnologiyanın əsasında genetika, molekulyar biologiya, biokimya,
embriologiya
və
hüceyrə
biologiyası
və
s.
durur.
Gen mühəndisliyi- molekulyar genetikanın şöbəsi olub, sahibin hüceyrəsində
çoxala bilən və hüceyrənin vacib metabolitlərinin sintezinə nəzarəti həyata
keçirən
məqsədəuyğun
yeni
DNT
molekulunun
yaradılmasıdır.
Bir orqanizmdən digər orqanizmə genin köçürülməsi aşağıdakı əməliyyatlar
hesabına baş verir: genin (DNT fraqmentinin) bakteriya, bitki və heyvandan
ayrılması, DNT fraqmentinin bakteriya plazmidinə birləşdirilməsi, plazmid
DNT-hibridinin (lazım geni daşıyan) sahib hüceyrəsinə daxil edilməsi, bu genin
yeni
sahibdə
klonlaşması
və
fəaliyyət
göstərməsi.
Transgen bitkilər- başqa orqanizmləri genləri köçürülmüş bitkilərdir. Kolorado
böcəyinə davamlı kartof, torpaqda yaşayan Dacillus thuringiensis genomundan
ayrılan genin kartofun genomuna daxil edilməsi hesabına bu bitki Cry zülalı
hasil edir. Bu zülal protoksin olub, həşəratların bağırsağında həll olur və əsl
toksinə qədər aktivləşir, həşəratların sürfəsinə və pupuna öldürücü təsir edir,
insanda və digər istiqanlı heyvanlarda bu cür transformasiya mümkün olmadığı
üçün bu zülal insan üçün zəhərli və təhlükəli deyil. Transgen heyvanlar kimi
daha çox donuzlardan istifadə olunur. İnsan genlərinə malik donuz insan
orqanlarının donoru kimi istifadə edilir.
Dostları ilə paylaş: |