Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə14/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   10   11   12   13   14   15   16   17   ...   137

43

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

hüquqşünas A.A.b. Hacı İrzayev, Gəncə Dairə Məhkəməsi prokurorunun 

müavini Ç.B.Klossovski daxil idi, FTK-nın sədri Ə.b. Xasməmmədov özü 

tez-tez şahidlərin dindirilməsində iştirak edirdi. Həmçinin, Xarici İşlər 

Nazirliyi yanında bu hadisələrin əsl səbəbləri, gedişi və xarakteri haqqın-

da dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə xüsusi struk-

tur yaradılmışdı. 

FTK-nın işinin həcminin getdikcə artması, digər tərəfdən ədliyyə sis-

temində ümumən müstəntiqlərin sayının son dərəcə az olması bir sıra 

problemlər ortaya çıxarırdı ki, bunun da bir səbəbi FTK-nın səlahiyyətləri-

nin müəyyən məhdudiyyətləri ilə əlaqədar idi. Yaranmış vəziyyəti aradan 

qaldırmaq məqsədilə Ədliyyə Nazirliyi 1919-cu ilin əvvəllərində Fövqəladə 

Təhqiqat Komissiyasının səlahiyyətlərinin artırılması barədə məruzə ilə 

Hökumətə müraciət etdi. Azərbaycan Hökuməti, komissiyanın gördüyü 

işlərin mühümlüyünü nəzərə alaraq, 21 mart 1919-cu il tarixli xüsusi qə-

rarı ilə FTK-nı məhkəmə-istintaq hakimiyyətinin cinayət-prosessual mə-

cəlləyə əsasən malik olduğu bütün hüquqlarla təmin etdi. (94) 

Əlavə səlahiyyətlərin verilməsi FTK üzvlərinin imkanlarını geniş-

ləndirərək cinayətkarların aşkar edilməsi və məsuliyyətə cəlb olunması 

prosesini sürətləndirdi. Komissiya, şahidlərin və müttəhimlərin axtarışı, 

dindirilməsi və müvafiq sənədlərin hazırlanması üzrə son dərəcə böyük 

işlər görərək, 1919-cu ilin may ayının sonunda öz fəaliyyətinin istintaq 

hissəsini demək olar ki, başa çatdırdı. FTK-nın 1919-cu ilin avqust ayına 

qədər topladığı materiallar 36 cild və 3500 səhifə təşkil edirdi ki, bunla-

rın 6 cildi (740 səhifə) Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman 

əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edirdi. İstintaq mate-

rialının digər cildləri ermənilər tərəfindən Bakı quberniyasının Şamaxı, 

Quba, Göyçay, Cavad qəzalarında, Gəncədə, Nuxada, Qarabağda, Zəngə-

zurda və Azərbaycanın digər rayonlarında törədilmiş dəhşətli cinayətlə-

ri əks etdirirdi. (95)

1919-cu ilin iyunundan etibarən istintaq işləri başa çatdıqca, FTK üzv-

ləri Bakı və Şamaxıda işləyən iki qrupa bölündülər və bu şəhərlərin, elə-

cə də eyni adlı qəzaların dinc əhalisinə qarşı törətdikləri cinayət əməl-

ləri təkzibedilməz faktlarla sübut olunan şəxslərə qarşı ittihamlar irəli 

sürməyə başladılar. Bakı qrupunun vəzifəsinə həmçinin, FTK tərəfindən 

Azərbaycanın digər bölgələrində apardığı təhqiqat işləri üzrə müttəhim-

lərin istintaqa cəlb olunması, qətnamələrin tərtib edilməsi və işlərin 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

44

Məhkəmə Palatası prokuroruna verilməsi daxil idi. Aparılan təhqiqatların 



nəticəsi olaraq dinc sakinlərə qarşı müxtəlif cinayətlərdə ittiham olunan 

194 şəxsə qarşı cinayət işinin açılması haqqında FTK 128 məruzə və qərar 

layihələri hazırlamışdı. Ayrı-ayrı cinayət işləri üzrə istintaq başa çatdıqca 

ittiham olunan şəxslər məsuliyyətə cəlb edilirdilər. Məsələn, 1919-cu ilin 

avqustunun ortalarınadək Bakıda 24, Şamaxıda isə 100 nəfərə qədər şəxs 

- əsasən erməni, qismən də rus (molokan) müttəhim qismində FKT tərə-

findən həbs edilmişdi. (96)

Gözlənildiyi kimi, erməni əhalisi arasında aparılan həbslər, xüsu-

silə bəzi erməni ziyalılarının azərbaycanlılara qarşı zorakılıqlarda itti-

ham edilərək məsuliyyətə cəlb olunması şəhərin erməni ictimaiyyəti və 

mətbuatı tərəfindən böyük narazılığa və hay-küyə səbəbə oldu. 1919-cu 

ilin avqustunda Azərbaycan Parlamentində ”Daşnaksütun” partiyasının 

fraksiyası Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini kəskin tənqid 

edərək Komissiyanı və Ədliyyə Nazirliyini qeyri-qanuni əməllərdə gü-

nahlandırdı. Erməni deputatlar Komissiyanın işini eyni zamanda, guya 

mənəvi nöqteyi-nəzərdən qiymətləndirməyə çalışaraq özlərinə xas olan 

həyasızlıqla bu məzmunda bəyanat verdilər: “Keçmişdə baş vermiş, mart 

və sentyabr aylarında kütləvi qurbanların qanlı mübadiləsi ilə nəticələn-

miş hər şeyə nə vaxtsa son qoyulmalı deyilmi? Keçmişlə vidalaşmaq və 

onun qanlı səhifələrini unutmaq istəyinin olmaması onun göstəricisidir 

ki, hakimiyyət dairələri və onların təmsil etdiyi ictimai cərəyanlar hər 

gün keçmişdən yeni-yeni kabuslar çağırmaqla və hər iki tərəfdə qisas və 

düşmənçilik hisslərini oyatmaqla, əsl qayda-qanunun bərqərar olması və 

normal həyatın yaradılması yolu ilə getmək istəmirlər …”. (97) 

İlk baxışda bu çağırış həqiqətən məntiqli görünə bilərdi, əgər həmin 

bu zaman ermənilərin özlərinin bütün dünyada, o cümlədən Cənubi 

Qafqazda, 1918-ci il Bakıda sentyabr hadisələri ilə bağlı başladıqları iri-

miqyaslı təbliğat kampaniyası nəzərə alınmasaydı! 

Burada, keçmiş Şamaxı Erməni yeparxiyasının, sonradan Bakı Erməni 

yeparxiyasının başçısı, AXC dövründə erməni yeparxial rəisi adlanan ye-

piskop Baqrat Vardazaryantsın Bakıdakı geniş fəaliyyəti üzərində dayan-

maq zəruridir. 

1918-ci ilin oktyabr-dekabr ayları ərzində Baqrat Bakıda hakimiyyə-

ti təmsil edən müxtəlif instansiyalara və yüksək vəzifəli şəxslərə dəfələrlə 

yazılı surətdə müraciətlər göndərirdi. Azərbaycan Respublikası Nazirlər Şu-



45

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

rasının sədrinə, Qafqaz İslam Ordusunun Komandanı Türk Ordusunun ge-

neralı Nuru Paşaya, Azərbaycan Hökumətinin Daxili İşlər nazirinə ünvan-

lanmış müraciətlərində yepiskop Baqrat onların diqqətini erməni əhalisi 

arasında aparılan və özünün qeyri-qanuni hesab etdiyi həbslərə, erməni 

əhalisinin hüquqlarının pozulmasına dair ayrı-ayrı faktlara və hallara, əsir 

alınmış erməni əsgərlərinin ağır vəziyyətinə və s. cəlb etməyə çalışırdı. (98) 

Lakin, xarici missiyaların başçılarına etdiyi müraciətlərində Baqrat 

özünü yalnız öz kilsəsinə mənsub həmdindarlarının vəziyyətindən nara-

hat olan yüksək dini şəxs kimi təqdim etmirdi. Məsələn, Bakıda və Bakı 

rayonunda Müttəfiq Qoşunların Komandanı general-mayor Tomsona yaz-

dığı məktubda yepiskop Baqrat artıq Bakı Erməni Milli Şurasının Fəxri 

sədri kimi Bakıda 1918-ci il sentyabr hadisələrinin “müdhiş təfərrüatla-

rının” mümkün müqayisə və vasitələrdən istifadə etməklə sadəcə təsviri 

ilə kifayətlənməyərək, bu “şeytan uzaqgörənliyi ilə əvvəlcədən düşünül-

müş və insana xas olmayan soyuqqanlıqla icra edilmiş” “qanlı qırğının və 

amansız divanın” səbəblərinə dair öz izahını verməyə çalışırdı. (99) 

Əslində əgər Baqratın təsvir etdiyi epizodlarda “erməni” sözü “müsəlman” 

sözü ilə əvəz edilərdisə, “qanlı qırğının və amansız divanın bütün bu dəhşətli 

təfsilatlarını” dəqiqliklə Bakıda 1918-ci il mart hadisələrinə aid etmək olardı. 

Bu isə onu deməyə əsas verir ki, Baqratın əsassız ittihamları bir çox hallarda 

1918-ci ilin mart ayında ermənilərin özlərinin Bakıda törətdikləri kütləvi ci-

nayətləri sadalamaqdan başqa bir şey deyildi. Burada keçmiş Şamaxı ermə-

ni arxiyepiskopunun ən azı bilavasitə şahidi, (bəlkə də təşkilatçılardan biri) 

olduğu Şamaxı hadisələrini ümumiyyətlə xatırlamaması xüsusi qeyd olun-

malıdır. Lakin, Baqratın iddialarına görə, “bolşevik hakimiyyəti ilə Müsəlman 

Milli Şurası arasında baş vermiş qanlı mart toqquşmasının”, “sentyabr dəh-

şətləri” ilə heç bir əlaqəsi yox idi: “Martda şəhərin özündə hakimiyyət uğ-

runda silahlı toqquşma baş vermişdi və bu toqquşma soyğunçuluğun eybəcər 

formasına çevrilmişdi. Bu mübarizədə sayı 2000-dən çox olmayan müsəlman 

və min iki yüzə yaxın rus və erməni öldürülmüşdü”. (100) 

Daha sonra Baqrat “Müsavat” partiyasına, Azərbaycan Hökumətinə və 

ümumiyyətlə azərbaycanlılara qarşı bütöv bir silsilə böhtan və yalan dolu 

ittihamlar irəli sürərək, guya evlərinə qayıdan “ermənilərin bütün yolla-

rını kəsən” müsavatçıların “ucbatından” bolşeviklərə qoşulmuş erməni 

əsgərləri istisna olmaqla, erməni əhalisinin bu hadisələrdə iştirakını ta-

mamilə inkar edirdi.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə