Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə3/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   2   3   4   5   6   7   8   9   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

10

zilərinin bölünməsi, geniş regionların qəsb edilməsi və yerli müsəlman 



əhalinin mühacirəti, nəhayət, ermənilərin İrandan və Türkiyədən əzə-

li Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) 

torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. 

Bu yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusi-

ya İmperiyasında ermənilərin nisbətən daha qabaqcıl və üstün vəziyyəti 

də daxil olmaqla, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil 

dövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçili-

yinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” 

planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın, 

dəqiq deyilərsə, Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə et-

məli idi ki, bu da hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş er-

məni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərt-

ləndirirdi.

Lakin nə qədər ki, Osmanlı Türkiyəsi güclü və qüdrətli idi, erməni mil-

lətçiləri ona qarşı çıxış etməyə və hansısa gözəçarpan fəaliyyət göstər-

məyə cürət etmirdilər. Lakin XIX əsrin ortalarından etibarən bu dövlətin 

daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Bir zamanlar qüdrətli 

Osmanlı İmperiyasının zəifləməsində maraqlı olan və Türkiyə boğazla-

rını ələ keçirmək məqsədini güdən Avropa dövlətləri və Rusiya İmperi-

yası ermənilərin türklərə zidd planlarını hər vasitə ilə təşviq etməyə və 

dəstəkləməyə başladılar. Təsadüfi deyil ki, qatı millətçi erməni partiyaları 

olan “Qnçaq” (1887), “Daşnaksütun” (1890) və digərləri məhz Avropada və 

Rusiyada yaranmışdır. 

Bu növ təşkilatların sayının çoxluğuna baxmayaraq, məhz “Daşnak-

sütun” ən nüfuzlu bir partiya olaraq qarşıdakı onilliklər ərzində bütöv 

xalqın taleyində həlledici rol oynayacaqdı. “Hələ 1907-ci il proqramı qəbul 

edilənə xeyli qalmış “Daşnaksütun” güclü, intizamlı, konspirativ təşkilata 

çevrilmişdi. Artıq 1890-cı illərdə onlar Türkiyə Ermənistanında silahlı üs-

yan hazırlayırdılar, belə ki, Avropanın diqqətini Ermənistanın milli mü-

barizəsinə cəlb edəcək münaqişə yaratmağa ümid edirdilər. Bu mərhələdə 

“Daşnaksütun” hələ yalnız Türkiyə ərazısındə mövcud olsa da, onun fəa-

liyyətinin əsas bazası rus Ermənistanı idi”. (5) 

Belə ki, Rusiyanın özü inqilabi hərəkatlar və siyasi oyunlar mərkəzinə 

çevrildikcə, eləcə də yaranmış siyasi qarışıqlıq və nizamsızlıq şəraitində 

ermənilər Cənubi Qafqazda da öz fəaliyyətlərini canlandırmışdılar. XIX 



11

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

əsrin 90-cı illərindən və XX əsrin əvvəllərindən başlayaraq erməni emis-

sarlarının, agentlərinin və erməni əhalisinin Türkiyədən Cənubi Qafqa-

za axını xüsusilə güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən 

“Böyük Ermənistan” şüarı ətrafında birləşən bu insan axını təşkilatlan-

dırılmış hərbi bölmələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır. 

Bu dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün 

nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk-azərbaycanlı əhalini fiziki 

cəhətdən məhv etmək olur. 

Türkiyə ərazisində erməni daşnaklarının hərbi hissələrinin dinc türk 

əhalisinə qarşı əməllərini təqdir edən Rusiya hakimiyyəti öz ərazisindəki 

həyata keçirilən qanlı hərbi aksiyalara dərhal reaksiya verdi. “1900-cü il-

dən sonra Rusiyanın öz ərazisindəki Ermənistana qarşı gördüyü cəza təd-

birləri ruslarla ermənilər arasında əvvəllər heç zaman olmamış gərginlik 

və inamsızlıq mühiti yaratdı. Rusiyanın yeni siyasəti özünü 1903-cü ildə 

erməni kilsəsinin torpaqları və digər əmlakının müsadirə olunması ilə 

büruzə verdi”. (6) 

Lakin, 1905-1907-ci illər I rus inqilabının başlanması ilə məhz Cənubi 

Qafqaz erməni ekspansionizminin mərkəzi oldu. “Daşnaksütun”dan baş-

layaraq Erməni kilsəsinə qədər bütün erməni qüvvələri, həm Rusiya haki-

miyyətinə, həm də regionun türk-müsəlman əhalisinə qarşı əsl müharibə 

elan etməklə, qızğın fəaliyyətə başladılar. Hakimiyyət ermənilərin bəzi 

tələblərində - məs., erməni kilsəsinin mülkiyyətinin geri qaytarılmasında 

güzəştə getməyə məcbur olaraq, “Daşnaksütun”un öz kütləvi çıxışların-

da yalnız “Türkiyə Ermənistanının azad edilməsi” ilə kifayətlənməsinə 

nail olsa da, hər iki tərəfdən çoxsaylı qurbanlara səbəb olan erməni-azər-

baycanlı toqquşmasını dayandıra bilmədi, dəqiq deyilərsə, dayandırmaq 

istəmədi. 1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi ara-

sında başlanmış silahlı münaqişələr az sonra erməni-azərbaycanlı qır-

ğınlarına çevrildi və bütün Cənubi Qafqaz regionunu əhatə etdi. Bakı, 

Tiflis, İrəvan, Gəncə, Qarabağ, Zəngəzur və digər yerlərdə baş vermiş və 

təxminən iki il davam etmiş qanlı toqquşmalar, habelə uzunsürən ermə-

ni-gürcü münaqişəsinin qarşısı hakimiyyət tərəfindən vaxtında alınma-

sa da, çox tezliklə Rusiya siyasətçilərinin ciddi diqqət obyektinə çevrildi. 

“Ölkədə qayda-qanun bərpa edildikdən” dərhal sonra təkcə Dövlət Duma-

sında imperiyanın ucqarlarında etnik toqquşmaların səbəbləri haqqında 

üç dəfə dinləmələr keçirilmişdi. 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

12

Bu dinləmələrdə millətlərarası münasibətlərin kəskinləşməsinin əsas 



səbəblərindən biri kimi dövlətin apardığı “intensiv köçürmə kampani-

yası” adlandırılsa da, artıq 1908-ci ilin dekabrında dinləmələr zamanı III 

Dumanın mühafizəkar hissəsi “Birləşmiş Cənubi Qafqaz Erməni-Gür-

cü-Dağıstan-Azərbaycan-Təbriz-Kürd Ştatlarının” yaranmasını tam real 

təhlükə hesab edirdi ki, bu da Rusiya hakimiyyəti üçün regiondakı milli 

kütlələrin və onların təşkilatlarının dövlətə zidd separatizminin millətlə-

rarası münaqişə predmeti olduğunu göstərirdi. (7) 

Qafqaz xalqlarını təmsil edən Dövlət Dumasının üzvləri – Çxeidze və 

Qeqeçkori “Qafqaz xalqlarının separatizmdə günahlandırılmasını qərəzli 

uydurma” adlandırır və iddia edirdilər ki, millətlərarası münaqişələr, ən 

əvvəl erməni-azərbaycanlı qarşıdurması “hökumət tərəfindən törədilmiş-

dir”, Xasməmmədov isə millətlərarası gərginliyin səbəblərini hakimiyyə-

tin yerlərdə müvafiq sosial-siyasi tədbirlərlə təmin edilməmiş köçürülmə 

proseslərinin nəticələrində görürdü. (8) 

Elə bu dövrdə 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsinin bi-

lavasitə şahidi olmuş bir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraq-

ları olan qüvvələrin məqsəd və planlarını daha dəqiq və konkret izah edir-

dilər. Məsələn, tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov 

1905-1907-ci illərin hadisələri haqqında belə yazırdı: “…ermənilər ən ciddi 

şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavet-

pol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars 

vilayəti ilə birlikdə Türk Ermənistanına birləşdirmək və orada müstəqil 

erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Os-

manlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna 

nail ola bilmədilər”. (9) 

Digər azərbaycanlı xadim, tanınmış ədib Məmməd Səid Orduba-

di, azərbaycanlı neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun maddi 

dəstəyi ilə artıq öz dövrü üçün unikal olan sənədlər toplusu – erməni mil-

lətçilərinin ucbatından Azərbaycan xalqının başına gələn bəlalar haqqın-

da kitab hazırlamışdı. 1911-ci ildə Azərbaycanın bütün bölgələrindən və 

ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 245 mək-

tub və digər materiallar əsasında, isti izlərlə yazılmış bu kitabda on min-

lərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kənd-

lərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin müəllif tərəfindən 

qərəzsiz xronikası yaradılmışdı. M.S.Ordubadi, faktların və hadisələrin 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə