Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə6/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   2   3   4   5   6   7   8   9   ...   137

19

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

üst-üstə düşürdü. Az sonra onların Bakıda Azərbaycan milli qüvvələrinin 

darmadağın edilməsində və bu qüvvələrin sosial bazasının – müsəlman 

əhalisinin məhv edilməsində də tamamilə həmrəy olduqları aydınlaşdı. 

Belə ki, 1918-ci ilin fevralında “Bakinski raboçiy” qəzetinin səhifələrində 

açıq-aşkar “Azərbaycan muxtariyyətini arzu edən müsavatçılar bir yığın 

xarabalıqlar əldə edəcəklər” kimi bəyanat verən Şaumyanı (23) Azərbay-

canı həmin “xarabalıqlar yığınına” çevirməli olan və təcili surətdə ordu 

toplayan Erməni Milli Şurası tam dəstəkləyirdi. Erməni ordu korpusunun 

təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroq-

radda olan yüksək rütbəli erməni hərbiçiləri məşğul olurdular. Məsələn, 

erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, 

avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi. 

1918-ci il fevralın 6 və 7 –də keçmiş Rusiya ordusunun generalları İvan 

Baqramyan və Akop Baqratuni, həmçinin “Daşnaksütun” partiyasının 

yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlmişdilər. (24) 

Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan 

silahlı vuruşlarda onlardan istifadə etməyə cəhd göstərən Erməni Milli 

Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” çağırış ilə 

müraciət etdi və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa 

və erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə 

tətbiq etmək üçün hazır olmağa çağırdı. (25) 

Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun mövcud və yeni his-

sələrinin formalaşdırılması işi gedirdi, ordu sıralarına çağırışla Avakyan 

məşğul olurdu. Nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya” 

adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizini ermənilər təşkil 

edirdi. (26) Qızıl Ordunun qərargah rəisi, çar ordusunun polkovniki, daş-

nak birləşmələrinin komandanı və “Daşnaksütun” partiyasının üzvü Z.A-

vetisov, briqada və birləşmiş dəstələrin komandirləri – çar ordusunun pol-

kovniki Kazarov, türk-müsəlman əhalisinə qarşı öz vəhşilikləri ilə məşhur 

olan Amazasp, A.Əmirov və digərləri idi. Beləliklə, 1918-ci ilin martında 

Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən 

6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütun”un isə “3-4 minlik mil-

li dəstələri” var idi ki, onlar da həmçinin bolşeviklərin sərəncamına ve-

rilmişdi. (27) Qızıl Ordu və erməni birləşmələri silahla bağlı çatışmazlığ 

hiss etmirdilər, çünki Sovet hökumətinin adına İrandan və Orta Asiyadan 

daxil olan bütün silah və sursatlar bolşeviklərə və daşnaklara təhvil veri-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

20

lirdi. Bununla kifayətlənməyən S.Şaumyan İ.Stalinə ünvanladığı 16 mart 



1918-ci il tarixli məktubunda RSFSR XKS-dən Qafqaz Ordusunun Hər-

bi-inqilab komitəsinin ehtiyacları üçün 10 milyon rubl ayrılmasını xahiş 

edirdi. (28) Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin 

zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri erməni silahının 

mərkəzi silah anbarına çevrilmişdi . 

Beləliklə, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ide-

oloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağladılar və 

bütün güclərini “Müsavat” başda olmaqla Azərbaycan milli hərəkatına və 

bütün müsəlman əhalisinə qarşı yönəltdılər.

Artıq mart hadisələrindən sonra, baş vermiş faciənin ağlasığmaz miq-

yasları qarşısında hər hansı açıqlama verməyə məcbur olan Stepan Şaum-

yan etiraf edirdi ki, “Daşnaksütun”un iştirakı “vətəndaş müharibəsinə bir 

qədər milli qırğın xarakteri vermişdir. Lakin buna yol verməmək müm-

kün deyildi. Biz bilərəkdən buna yol verirdik. … Əgər onlar Bakıda üstün 

gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”. (29)

“Daşnaksütun” partiyasının o vaxtkı liderlərindən biri olan Ovanes 

Kaçaznuni isə mart hadisələrində erməni birləşmələrinin iştirakına bu 

səbəbdən bəraət qazandırırdı: “Bakıda erməni əhalisinin təhlükəsizliyi 

nöqteyi-nəzərindən “Müsavat” diktaturası ilə müqayisədə bolşeviklərin 

diktaturası daha çox məqbul idi”. (30)

 Sözsiz ki, bu izahlar bolşeviklərlə daşnakları birləşdirən səbəblərin ki-

çik bir hissəsini əks etdirirdi, lakin ittifaq baş tutmuşdu və 1918-ci ilin 

martında Bakıda qeyri-mütəşəkkil, hazırlıqsız azərbaycanlı kütlələrinə 

qarşı artıq nizami hərbi bolşevik-erməni silahlı birləşmələri dururdu.

 Həmin vaxt müsəlmanların yeganə hərbi birləşməsi könüllülərdən 

təşkil edilmiş və Lənkəranda yerləşən “Vəhşi diviziya” adlanan müsəl-

man diviziyası idi və bolşevik rəhbərləri yaranmış ilk fürsətdən istifadə 

edərək, birinci zərbəni ona qarşı yönəltdilər. 1918-ci il martın 9-da general 

Talışinskinin başçılıq etdiyi Azərbaycan diviziyasının qərargahı Tiflisdən 

Bakıya gəldi. Qərargahın rus zabitlərinin arasında guya ki, əvvəllər jan-

darmeriyada xidmət etmiş şəxslərin olduğunu bəhanə edərək, müsəlman 

diviziyasının bütün qərargahı Şaumyanın göstərişi ilə Bakı Soveti adın-

dan birbaşa vağzalda həbs edildi. “Müsəlman qərargahının həbsi ilə er-

mənilər müsəlmanları bolşeviklərə və təbii ki, ermənilərə qarşı silahlı üs-

yana təhrik etməyə çalışırdılar... Müsəlmanlar üsyana qalxmadılar”, (31) 



21

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

hərçənd bu həbs təkcə Bakıda deyil, digər qəzalarda da azərbaycanlı əhali 

arasında böyük narazılığa səbəb oldu. 

Amerikalı tarixçi Firuz Kazımzadənin fikrincə, “Talışınskinin azad 

edilməsi münaqişəni ləğv edə bilərdi”, belə ki, “Şaumyan daha az təşəb-

büskar və inadkar olsaydı” və diplomatiyanı öyrənmək barədə Leninin 

məsləhətinə əməl etsəydi, qırğının qarşısını ala bilərdi. Qeyd olunma-

lıdır ki, həmin günlər Şaumyan Lenindən diplomatiyanı öyrənmək töv-

siyə edilən teleqram almışdı. Əslində “Leninin diplomatiya barəsində 

məsləhəti daha çox ehtiyatlı və daha az iddialı olmaq xəbərdarlığından 

savayı bir şey deyildi”. (32) Lakin Şaumyanın bu dövr bütün diplomatiya-

sı müsəlmanları çıxış etməyə vadar edəcək və onlara qarşı silahlı müba-

rizənin başlanmasına bəhanə verəcək yeni təxribatın təşkil edilməsinə 

yönəlmişdi. Tezliklə belə bəhanə yarandı. 

Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərindən 

ibarət kiçik bir dəstə öz xidməti yoldaşları, müsəlman diviziyasının zabi-

ti - Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin 

Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak 

olmuş oğlu Məhəmməd Tağıyevin cənazəsini müşayiət edərək və onun 

dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya 

gəldi. Dəfndən sonra, martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan 

dəstə guya ki, şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşı-

sını almaq istəyən bolşeviklər tərəfindən saxlanıldı və tərksilah edildi. 

Şəhərdə bir neçə min nəfərlik erməni və qızıl ordu hissələri olduğu halda 

48 nəfərdən ibarət silahlı müsəlman dəstənin istəsə belə, heç nə edə bil-

məyəcəyi nəzərə alınmadı. Əksinə, müsəlmanların yeganə silahlı dəstə-

sinin şəhərdən dinc şəkildə çıxıb getməsinin qarşısının alınması bolşe-

viklərin azərbaycanlıları cavab verməyə təhrik etmək və beləliklə onlara 

qarşı əsl müharibəyə başlamaq niyyətini büruzə verirdi.

Bu dəfə təxribat baş tutdu. Onsuz da Lənkərana getməyə hazırlaşan 

azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdə mənzillərə yerləşdi-

rilmiş minlərlə silahlı erməni birləşmələri qarşısında faktiki olaraq silah-

sız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərin azərbaycanlı əhalisinin 

qəzəbinə səbəb oldu. 1918-ci il martın 30-da səhər şəhərin müxtəlif his-

sələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlandı. 

Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qayta-

rılmasını, və yaxud eyni zamanda Bakıda erməni hərbi birləşmələrinin 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə